Month: April 2021

  • Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması buraxıldı, yeni təşkilat yaradıldı

    “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ictimaiyyətə müraciət edib.

    Müraciətdə icmanın buraxıldığı, əvəzində yeni təşkilat yaradıldığı elan olunub. Məlumat verilib ki, bundan sonra həm Azərbaycan, həm də onun tərkib hissəsi olan Qarabağ yeni tarixi mərhələyə qədəm qoyub.

    “Artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi və onun statusu anlayışı yoxdur. Çoxmillətli və multikultural ölkəmizdə yaşayan bütün milli azlıqlar kimi ermənilər də Azərbaycanda fərdi vətəndaşlar olaraq sərbəst şəkildə yaşayacaqlar.

    Vətən müharibəsindən sonra yaranmış yeni reallıqda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və “Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları öz aktuallığını və ictimai əhəmiyyətlərini itirib. Bütün bunları nəzərə alaraq, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi 30 aprel 2021 ci il tarixdə iclas keçirərək, təşkilatın buraxılmasına qərar verib”, – deyə bildirilib.

    Bundan sonrakı fəaliyyətə gəlincə, Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi və əzəli torpaqlarımıza böyük qayıdışın uğurla başa çatdırılması, Qarabağımızın dirçəldilməsi istiqamətində olacaq:

    “Biz əminik ki, qısa zamanda Qarabağ ölkəmizin ən inkişaf etmiş yerlərindən birinə çevriləcək. Ermənistanın işğalı dövründə dağıdılmış bütün şəhər və kəndlərimiz, mədəni və tarixi abidələrimiz, məscidlərimiz bərpa olunacaq. Xalqımız üçün xüsusilə əziz olan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri müzəffər Ali Baş Komandanımızın da dediyi kimi nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəmizin iqtisadi, sosial və humanitar həyatına reinteqrasiyasının və Azərbaycan Respublikasının qanunları çərçivəsində yaşayışının təmin edilməsi istiqamətində müvafiq işlər həyata keçiriləcək.

    Yuxarıda qeyd edilənləri nəzərə alaraq, bu müqəddəs missiyanı dəstəkləmək üçün “Qarabağa dönüş” adlı ictimai birliyin yaradılmasını bəyan edirik”.

  • МЧС: Спасен пытавшийся покончить с собой

    МЧС Азербайджана опубликовало статистику аварийно-спасательных операций, осуществленных за минувшие сутки на основании звонков, поступивших на горячую линию 112.

    Как сообщили в ведомстве, соответствующими структурами были проведены неотложные мероприятия по 22 случаям возникновения пожаров и одному факту попытки суицида.

    В общей сложности за минувшие сутки был спасен человек, пытавшийся покончить с собой.

  • FHN: Ötən sutka ərzində intihara cəhd edən şəxs xilas edilib

    Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

    FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış və bir intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

    Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində intihara cəhd edən bir nəfər xilas edilib.

  • Dünya bazarında neftin qiyməti

    Dünya bazarında neft ucuzlaşıb.

    Bu barədə RT məlumat yayıb.

    WTI markalı neftin iyun fyuçersləri 0,74 faiz ucuzlaşıb və bir barelinin qiyməti 64,53 ABŞ dolları təşkil edib.

    “Brent” markalı neftin iyun fyuçersləri də 0,57 faiz ucuzlaşıb və bir bareli 68,17 dollara satılıb.

  • Такси тоже cмогут ездить по выделенным для автобусов полосам – ВИДЕО

    В будущем будет разрешено свободное движение легковых автомобилей такси по полосам, выделенным на дорогах для автобусов.

    Об этом в эфире передачи İşgüzar səhər (“Деловое утро”) на телеканале ARB24 сказал начальник отдела организации дорожного движения Бакинского транспортного агентства (БТА) Тарлан Сафаров.

    “В соответствии с действующим законодательством разрешается движение по автобусным линиям транспортных средств оперативного назначения. Эти полосы позволяют пожарным, скорой помощи и полиции оперативно доехать до мест происшествия.

    Обсуждается внесение в законодательство изменений, предусматривающих возможность использования автобусных линий легковыми автомобилями такси. Существующие сегодня в этой области проблемы, а именно отсутствие отличительного знака на всех такси, препятствуют выезду этих автомобилей на выделенную полосу. В будущем, когда эта проблема будет устранена, такси cмогут свободно выезжать на эти линии”, – сказал он.

  • Taksilər də avtobus zolaqlarından istifadə edə biləcək – VİDEO

    “Gələcəkdə avtobus zolaqlarında taksi minik avtomobillərinin sərbəst hərəkətinə icazə veriləcək”.

    Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

    “Mövcud qanunvericiliyə əsasən avtobus zolaqlarında operativ nəqliyyat vasitələrinin hərəkətinə icazə var. Bu zolaqlar həm yanğınsöndürən, həm təcili yardım, həm də polis maşınlarının hadisə yerinə operativ çatmasına imkan verir.

    Gələcəkdə taksi minik avtomobillərinin də avtobus zolağına daxil olması üçün qanunvericiliyə dəyişiklik edilməsi müzakirə edilir. Mövcud vəziyyətdə bu sahədə olan problemlər, yəni taksilərin hamısında fərqlənmə nişanının olmaması və s. kimi hallar bu avtomobillərin zolaqdan istifadəsinə mane olur. Gələcəkdə bu problem aradan qaldırıldıqda sonra avtobus zolaqlarında taksilərin sərbəst hərəkətinə imkan yaradılacaq”, – o bildirib.

  • В общественных местах выявлены больные коронавирусом

    29 апреля сотрудники органов внутренних дел задержали в общественных местах пятерых активных больных коронавирусом, сообщает пресс-служба МВД.

    Они покинули места своего проживания вопреки предписаниям врачей, тем самым нарушив правила карантинного режима и создав угрозу широкого распространения COVID-19.

    С ними провели разъяснительную беседу и вернули домой с соблюдением медицинских процедур.

    В отношении двух человек возбуждены уголовные дела по статье 139-1.1 (нарушение противоэпидемического и карантинного режимов) УК АР.

    В настоящее время продолжаются следственные мероприятия.

  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 29-da respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

    Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

    Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə iki nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

  • Аннулирована инвалидность 15 граждан – ОФИЦИАЛЬНО

    Проведена оценка состояния здоровья еще 27 граждан, которым ранее была назначена инвалидность.

    Об этом сообщили в Министерстве труда и социальной защиты населения Азербайджана.

    В их числе лица, у которых истек срок назначенной в прошлом в связи с военной травмой инвалидности, и поэтому они были включены в электронную систему для повторного освидетельствования, а также в документах которых выявлены противоречия.

    15 гражданам было отказано в повторном назначении инвалидности, поскольку их диагнозы не дают для этого основания.

    Важным принципом проводимых обследований является обеспечение прозрачности и объективности, аннулирование необоснованно назначенной инвалидности.

  • Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik 15 nəfərdə ləğv olundu – RƏSMİ

    Ötən illərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddəti bitən və təkrar əlillik təyinatı aparılması üçün barələrində e-sistemə göndəriş daxil edilib, habelə əlillik sənədlərində ziddiyyət aşkarlanan daha 27 nəfərin komissiya tərəfindən əlilliyinin əyani qiymətləndirilməsi aparılıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, onlardan 15-nin xəstəlik diaqnozlarının əlilliyə əsas vermədiyi, bu diaqnozların onların sağlamlıq vəziyyətlərinə uyğun olmadığı müəyyən edilib.

    Həmin şəxslərə təkrar əlillik təyin olunmasından imtina qərarı verilib.

    Komissiya Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarətdir. Əyani müayinələrin hər birinin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı təmin edilir.

    Budəfəki əyani müayinədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və şuranın üzvü, “Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nın sədri Məmmədhəsən Həsənov iştirak ediblər.

    Aparılan müayinələrdə mühüm prinsip əlillik təyinatlarının şəffaf və obyektiv aparılmasının təmin edilməsi, əsassız təyinatların ləğvidir.