Month: April 2021

  • Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək

    Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclasının Bakıda keçirilməsi gözlənilir.

    “Report”un məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin məhkəmə iclası Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçiriləcək.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə baş tutacaq proses gələn həftəyə təyin edilib.

    Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

    Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham verilib.

  • В Имишли полиция пресекла проведение церемонии помолвки – ФОТО

    В ходе проведенных сотрудниками Имишлинского РОП рейдов было выявлено, что в частном доме в селе Шахвердили проводится церемония помолвки.

    Об этом сообщили в бардинской региональной группе пресс-службы МВД.

    Сотрудники полиции предотвратили проведение мероприятия, в отношении двух человек были приняты меры в соответствии с законодательством.

  • Nişan keçirmək istəyi cərimə ilə nəticələndi – FOTO

    İmişli rayonunda nişan məclisinin keçirilməsinin qarşısı alınıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Şahverdili kəndindəki fərdi yaşayış evində nişan məclisi keçirməyə cəhd göstərən şəxslər müəyyən edilib.

    Polis əməkdaşları tərəfindən məclis dayandırılıb, iki nəfər barəsində isə qanunamüvafiq tədbir görülüb.

  • Со дня создания азербайджанского спецназа прошло 22 года

    Прошло 22 года со дня создания сил специального назначения Министерства обороны Азербайджана.

    Структурное подразделение было создано 30 апреля 1999 года. В его формировании принимали участие офицеры и прапорщики, участвовавшие в первой Карабахской войне.

    Особую роль в формировании азербайджанского спецназа сыграли Силы специального назначения Вооруженных сил Турции.

    29 апреля 2015 года состоялась церемония вручения боевых знамен вновь созданным воинским частям спецназа в связи с 16-й годовщиной создания подразделения. 20 июня 2020 года состоялось открытие еще одной воинской части Сил специального назначения. В конце июля-начале августа этого же года на территории Азербайджана прошла серия широкомасштабных тактических совместных азербайджано-турецких учений, в первый этап которых также был привлечен также спецназ Азербайджана.

    Следует отметить, что азербайджанские спецназовцы проходят обучение в военных академиях Турции и Пакистана.

    Командующим силами специального назначения является генерал-лейтенант Вооруженных сил Азербайджана Хикмет Мирзоев. 26 июня 2018 года он возглавлял силы специального назначения на параде, посвященном 100-летию Вооруженных сил Азербайджана.

    10 декабря 2020 года в Баку прошел торжественный Парад Победы по случаю блестящей победы Азербайджана. Парадные расчеты Сил специального назначения Азербайджана под командованием генерал-лейтенанта Хикмета Мирзоева также приняли участие в мероприятии.

  • Vətən müharibəsində əvəzolunmaz rolu olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri: Yaradılmasından 22 il ötür

    Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 22 il ötür.

    Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 1999-cu ilin aprelin 30-da Müdafiə Nazirliyinin nəzdində qurulub. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak edib.

    Xüsusi Təyinatlıların formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri də xüsusi rol oynayıb.

    29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilib. 20 iyun 2020-ci ildə yeni xüsusi təyinatlı birlik yaradılıb. Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirilib, ilk mərhələdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də iştirak edib.

    Vətən müharibəsi Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilib.

    Qeyd etmək lazımdır ki, Azərbaycan xüsusi təyinatlıları Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alırlar.

    Məlumat üçün bildirək ki, Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Hikmət Mirzəyevdir. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələrə Hikmət Mirzəyev rəhbərlik edib.

    10 dekabr tarixində isə Azərbaycanın şanlı zəfərinə həsr olunmuş paradda böyük qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları tribuna önündən keçiblər. Üç kolondan ibarət parad heyətinə də Hikmət Mirzəyev başçılıq edib.

  • Neymar yenidən Messi ilə oynamaq istəyir

    PSJ-nin hücumçusu Neymar “Barsa”ya qayıtmaq imkanlarını nəzərdən keçirir.

    Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

    Nəşrə danışan mənbənin bildirdiyinə görə, braziliyalı müsahibələrində klubda xoşbəxt olduğunu bildirsə belə hələ də “Barsa”ya qayıtmaq imkanlarını nəzərdən keçirir. Bunun əsas səbəblərindən biri isə Neymarın yenidən Messi ilə oynamaq istəməsidir.

  • Qırğızıstan və Tacikistanın baş nazirlərinin görüşü planlaşdırılır

    Avrasiya Hökumətlərarası Şurası çərçivəsində Qırğızıstan və Tacikistanın baş nazirləri sərhəd münaqişəsini müzakirə etmək niyyətindədirlər.

    Bu barədə “İnterfaks” Qırğızıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

    Məlumata əsasən, baş nazirlər arasında danışıqlar Avrasiya Hökumətlərarası Şurasının iclası başa çatdıqdan sonra baş tutacaq.

    Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhədində vəziyyət gərgin olaraq qalır. Hər iki tərəf gərginliyin artmasında bir-birini günahlandırır.

  • Mustafa Sandal ödədiyi alimentin azaldılmasını istədi

    Türkiyəli tanınmış ifaçı Mustafa Sandal məhkəməyə müraciət edib.

    “Haber Global”ın məlumatına görə, o, ödədiyi aliment məbləğinin 25 min TL-dən 10 TL-dək azaldılmasını istəyib.

    Müğənni pandemiya səbəbindən gəlirlərinin aşağı düşdüyünü əsas gətirib.

    Qeyd edək ki, Sandal 2008-ci ildə Emina Yahoviçlə ailə qurub və 10 il sonra boşanıb. Cütlüyün bir oğlu var.

  • Çində kafe və restoranların müştəriləri qida qalıqlarına görə cərimə olunacaq

    Ümumçin Xalq Nümayəndələri Məclisinin daimi komitəsi qida qalıqları ilə mübarizəyə qarşı yeni qanun qəbul edib.

    “Sinxua” agetliyinin yaydığı məlumata görə, artıq ölkə kafelərinin müştəriləri sifariş etdiklərini sonadək yeməyə məcburdurlar. Əks halda onlar cərimə olunacaqlar.

    Sənədə əsasən, cərimə qida qalıqlarının emalı məqsədilə alınacaq. Onun məbləği isə hələ ki, açıqlanmır.

    Qeyd edək ki, hər il Çində 18 milyard ton qida qalıqları toplanır.

  • Messi “Barsa” ilə müqaviləni uzatmaq üçün şərtlərini açıqlayıb

    “Barselona” hücumçusu Lionel Messi ilə müqaviləni uzatmaq üçün ilk addımı atıb.

    Bu barədə TV3 məlumat yayıb.

    “Barsa”nın prezidenti Joan Laporta futbolçunun atası Xorxe Messi ilə görüşüb və görüş zamanı tərəflər əməkdaşlığı davam etdirmək niyyətlərini ifadə ediblər. Klub rəhbəri hər hansı bir təklif irəli sürməyib. Buna səbəb isə “Barsa”da maliyyə yoxlamalarının keçirilməsidir. J.Laporta yalnız yoxlamalardan sonra real mənzərəni bildikdə təklif verə biləcək. O, yalnız Messidən maaş məsələsində kompromisə getməsini istəyib.

    İddialara görə, Messi maaşını 50 faiz azaltmağa razıdır. Lakin futbolçu bunun üçün iki illik müqavilə istəyir. Daha sonra isə futbolçu “İnter Mayami”də çıxış edəcək. Messinin şərti həmçinin ABŞ-dan qayıtdıqdan sonra klubda vəzifə sahibi olmaqdır.