Month: April 2021

  • “Keşlə”nin baş məşqçisi: “Layiqli qələbə qazandıq”

    “Evdə məğlub olduq. Amma o matç bizə yaxşı təsir etdi. Çatışmazlıqları gördük və bu gün meydanda xarakter nümayiş etdirdik. İnamı itirmədik. Stressli matç oldu, üstün tərəf biz idik. Layiqli qələbə qazandıq”.

    Bu fikirləri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov “Zirə”yə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

    41 yaşlı mütəxəssis bildirib ki, qələbədə əsas pay sahibi futbolçulardır:

    “Final bir oyundan ibarətdir. “Sumqayıt” öz gücünü göstərib. Asan final olmur. “Qarabağ” da yaxşı komandadır. Amma “Sumqayıt” qələbə qazanıbsa, deməli layiqdir. Zaur Axundovun dəstəyini hər zaman hiss edirik. Əlbəttə mükafat olacaq. Amma mətbuatda yazılanlardan xəbərim yoxdur. “Keşlə” çempionatda istədiyinə nail olmayıb. Klub prezidenti də titul istəyir. Mən də bunun üçün bacardığımı edəcəyəm”.

  • Gürcüstan rəqəmsal milli valyuta yaradır

    Gürcüstanın Milli Bankı rəqəmsal milli valyutanın yaradılması layihəsinə başlayır.

    Bu barədə bankın yaydığı məlumatda bildirilib.

    Qeyd olunub ki, rəqəmsal texnologiyaların inkişafı larinin rəqəmsal versiyasının yaradılmasını zəruri edib.

    “Milli Bank ödəmə sistemlərinin effektivliyinin və maliyyə əlçatanlığının artırılması üçün rəqəmsal valyutanın (CBDC) buraxılması imkanını nəzərdən keçirir. Rəqəmsal valyuta ödəniş vasitəsi statusuna malik olacaq. Layihə çərçivəsində bank fintex-şirkətləri və maraqlı maliyyə institutları ilə əməkdaşlığa hazırlıq ifadə edir”, – məlumatda deyilir.

  • Tailand mayın 1-dən turistlər üçün 14 günlük karantin tətbiq edəcək

    Tailand hökuməti ölkədə koronavirusa yoluxanların sayının artması fonunda mayın 1-dən etibarən ölkəyə gələnlər üçün ikihəftəlik karantini bərpa edir.

    Bu barədə cümə axşamı xüsusi brifinqdə krallığın Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Natapanu Nopakun bildirib.

    “Eyni zamanda, ölkəyə giriş icazəsini mayın 1-dən əvvəl almış və mayın 6-dək gələn insanlar peyvənd olunub-olunmamalarından asılı olaraq, 7-10 günlük qısaldılmış təcrid dövründən faydalana biləcəklər. Bundan sonra milliyyətindən və aşılanıb-aşılanmamasından asılı olmayaraq, hamı 14 günlük karantindən keçəcək”, – o deyib.

    Bundan əlavə, müalicə və ya üç dəfə aparılacaq koronavirus testlərindən keçmək istisna olmaqla, nömrələrdən çıxmaq yenə qadağan olacaq.

    Bununla birlikdə, Banqkok, eləcə də Çonburi, Çinaqmay, Nonthaburi, Pathumthani və Samutprakan əyalətləri artıq “tünd qırmızı” zonalar olaraq təyin edilib və bu bölgələrdə çox sayda yoluxma səbəbi ilə maksimum nəzarət olacaq. “Qırmızı” zonaya 45, “narıncı”ya isə 26 əyalət daxil edilib.

    Ölkə daxilində çölə çıxarkən qoruyucu tibbi maskalar taxmaq məcburidir, bütün əyləncə məkanları və məktəblər isə bağlı qalır. Komendant saatı yoxdur, lakin bir neçə əyalətdə sakinlərə axşam saatlarında evlərindən çıxmamaq tövsiyə olunur.

  • Bakıdakı tarixi binanın üzərində mansard tikilib – FOTO/VİDEO

    Nəsimi rayonu, 28 may küçəsindəki tarixi binanın üzərində əlavə tikinti işləri aparılıb.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış memar Elçin Əliyev sosial şəbəkədə məlumat yayıb. O, sözügedən yeni tikilinin fotolarını feysbukda paylaşaraq binada qanunsuzluğa yol verildiyini qeyd edib.

    Memarın sözlərinə görə, 1908-ci ildə tikilən bu bina Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

    Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Cavab olaraq saytımıza bildirildi ki, bununla əlaqədar Mədəni İrsin Qorunması Dövlət Xidmətinə artıq məlumat verilib.

  • Keçmiş icra başçısının qanunsuz əməlləri – ARAŞDIRMA + VİDEO

    Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun ittiham olunduğu qanunsuz əməllərinin motivi məlum olub.

    Alimpaşa Məmmədovun həbsi üçün səbəblərdən biri də rayonda aparılan qanunsuz tikililər, şəhərin baş planına uyğun olmayan tikinti normativlərinin pozulduğu binaların tikintisinə qanunsuz icazə verməsidir.

    Yaşayış binaları isə əsasən “Park Kolizey” MTK şirkəti tərəfindən aparılıb.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Azərbaycanda futbol hakimi təhlükəsizliyinin təmin olunmasını istədi – FOTO

    “Zirə” və “Keşlə” komandaları arasında Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununu idarə edən baş hakim Elçin Məsiyev AFFA nümayəndəsi Seymur Səlimliyə müraciət edib.

    “Report”un məlumatına görə, referi AFFA nümayəndəsindən əlavə vaxtın fasiləsində təhlükəsizlik xidmətinin əməkdaşlarının oyun bitən kimi stadiona gəlməsini istəyib.

    S. Səlimli isə öz növbəsində hakimin narahat olmamasını bildirib.

    Qeyd edək ki, qarşılaşma əlavə vaxtın ikinci hissəsi oynanılır və “Keşlə” 3:2 hesabı ilə öndədir.

  • Azad Rəhimov Bakıya gətirildi

    Bir müddətdir ABŞ-da müalicə alan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıya gətirilib.

    Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, 56 yaşlı nazir paytaxtda özəl xəstəxanalardan birinə yerləşdirilib. Koma vəziyyətində olan Azad Rəhimov süni nəfəs aparatına qoşulub.

    Qeyd edək ki, ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkən nazir, yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanmışdı.

  • Gürcüstana “Sinovac” vaksininin ilk partiyası çatdırılıb

    Gürcüstan Çin istehsalı olan “Sinovac” peyvəndinin ilk partiyasını tədarük edib.

    “Report”un yerli bürosu xəbər verir ki, qonşu ölkə ilk mərhələdə preparatın 100 min dozasını əldə edib.

    Bu, Gürcüstana çatdırılan ikinci Çin vaksinidir. Qonşu ölkə aprelin əvvəlində 100 min dozadan ibarət “Sinopharm” preparatı alıb.

    İyun-iyul aylarında əlavə 500 min dozanın tədarükü gözlənilir. Çin vaksini ilə peyvəndlənmə prosesinə mayın 4-də start verilməsi planlaşdırılır. Artıq 7 minə yaxın şəxs “Sinopharm” peyvəndi vurdurmaq üçün qeydiyyatdan keçib.

  • Создан тест для диагностики COVID-19 и неврологических болезней

    Тест на обоняние, который можно использовать при первичной диагностике неврологических расстройств и COVID-19, разработали ученые из Лондонского университета Королевы Марии. Детали они изложили в исследовании в журнале Journal of The Royal Society Interface, передает Median.Az со ссылкой на Gazeta.ru.

    Тесты на обоняние могут быть полезны при диагностике неврологических заболеваний, включая болезнь Паркинсона и болезнь Альцгеймера. Однако на данный момент они малодоступны, дороги и требуют от пациента проводить много времени в медицинском учреждении.

    Ученые разработали простой и дешевый набор для тестирования обоняния. Набор состоит из капсулы с ароматическим маслом, заключенной между двумя полосками одностороннего скотча. Для тестирования пациенту нужно просто раздавить капсулу и отклеить скотч, а затем сообщить врачу, какой запах он чувствует, и чувствует ли вообще.

    Такой тест не заменит полноценную диагностику, но может стать инструментом для быстрой проверки на потерю обоняния, которой могут сопровождать различные болезни, от неврологических поражений до COVID-19. Учитывая простоту процедуры и ее неинвазивность, тест можно использовать даже для диагностики у детей, не подвергая их лишнему стрессу.

  • “Zirə” – “Keşlə” oyununda insident: Rəşad Sadıqov və futbolçusu qırmızı vərəqə aldı

    Azərbaycan Kubokunda “Zirə” və “Keşlə” arasında keçirilən Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə insident yaranıb.

    “Report”un məlumatına görə, 88-ci dəqiqədə meydan sahiblərinin cərimə meydançası daxilində Lazar Corceviçin Anatole Abanqla təması penalti kimi dəyərləndirilib.

    FIFA referisi Elçin Məsiyev yan xətt hakimi ilə məsləhətləşdikdən sonra 11 metrlik cərimə zərbəsi təyin edib.

    Buna etiraz edən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, köməkçisi Eltun Yaqublu və Corceviç qırmızı vərəqə alıb.

    Penaltini Sezar Meza Kolli dəqiq yerinə yetirərək, hesabı komandasının xeyrinə dəyişib – 2:1.