Month: April 2021

  • Azərbaycanda ilkin əlilliyə çıxma halları 50 faiz azalıb

    “Azərbaycanda əlilliyi olan şəxslərin hüquqları qanunvericiliklə tənzimlənir”.

    Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən dinləmədə deyib.

    O bildirib ki, son üç ildə saxta əlilliyin qarşısının alınması, ləğv edilməsi, ekspertiza işinin şəffaf və qanun çərçivəsində aparılması ilə yaxşı nəticələr əldə edilib: “Aparılan məqsədyönlü fəaliyyət sayəsində ilkin əlilliyə çıxma halları 50 faiz azalaraq 26 min 326 nəfərdən 13 min 276 nəfərə enib”.

  • Bu qadın hicab geyinərək Bakıda mənzillərə basqın edirmiş – ŞOK CİNAYƏTİN TƏFƏRRÜATI – FOTO

    Paytaxtın Nizami rayonu ərazisində yerləşən evlərdən birində qadına qarşı quldurluq edilib.

    Median.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Zərərçəkən şəxs Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, 26 aprel 2021-ci il tarixində yaşadığı mənzildə tək olan zaman bir nəfər qadın mənzilin qapısını döyərək qonşu olduğunu və onlara Ramazan ayı münasibəti ilə sovqat gətirdiyini qeyd edib. Ev sahibi qapını açandan dərhal sonra pusquda dayanan 2 nəfər naməlum şəxs mənzilə daxil olublar. Həmin şəxslər zərərçəkənin burun nahiyəsinə yumruqla zərbə endirərək əllərində olan bıçaqla həyat sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib pul və qızıl-zinət əşyaları tələb ediblər. Qadın evdə pul olmadığını bildirəndən sonra isə həmin şəxslər evdən dəyəri 1000 manat olan qızl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar. Məlumat daxil olan kimi Nizami Rayon Polis İdarəsinin və 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Evin yerləşdiyi ünvanda zəruri əməliyyat-istintaq hərəkətləri icra edilib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəxlərdən ikisi – Abşeron rayonunda yaşayan Kənan Müzəffərli və Dilbər Hacıyeva saxlanılıblar. Cinayətdə iştirak edən digər iki nəfərin şəxsiyyətinin müəyyən edilərək saxlanılması istiqamətində isə hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri hadisə yerinə Kənan Müzəffərlinin avtomobili ilə gediblər. O, yolda müşahidə kameralarından yayınmaq üçün idarə etdiyi avtomobilin 90-PZ-465 dövlət qeydiyyat nişanındakı “P” hərfini xüsusi vasitələrlə “R” ilə əvəzləyib. Dilbər Hacıyeva isə ilkin ifadəsində hadisədən əvvəl həm ev sahibini qapını açmağa inandırmaq, həm də ki, kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiyini bildirib.

    “Seymurla mn düşdüm maşından və yuxarı qalxdıq. Hicab geyinmişdim və qapını döyüb dedim ki, “Ramazan payı gətirmişəm” dedim. Qapını açanda içəri girdim, Seymurla birgə girdik. Sonra mən aşağı düşdüm, daha sonra Kamran da girdi. Qadının qışqırıq səsini eşitdim”, – deyə Dilbər Hacıyeva bildirib.

    Dəstə üzvlərinin qeyd edilən mənzilin yerləşdiyi binaya daxil olmaları və hadisə yerindən yayınmaları orada olan kameralar vasitəsi ilə də lentə alınıb.

    Hadisə ilə əlaqədar 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Fakta bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

  • Azərbaycanlıların ən çox pul xərclədiyi məhsullar

    Azərbaycan əhalisinin pərakəndə ticarət şəbəkələrində pullarını əsasən hansı məhsullara xərclədiyi məlum olub.

    Median.Az xəbər verir ki, 2021-ci ilin yanvar-mart aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,8 faizi içkilər və tütün məmulatlarının, 16,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

    Ümumilikdə, qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,5 milyard manatlıq məhsul satılıb.

  • Televizorlarda casus proqramları aşkar edilib

    “Skyworth” markalı televizorlarınısahibləri casus proqramları aşkar edib.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

    Tədqiqatçılar bu məqsədlə televizorlara xüsusi “Gozen Data” proqramının quraşdırıldığını iddia edirlər. Zərərverici proqram Wi-Fi-ya qoşulmuş IP ünvanlarını, MAC ünvanlarını və cihazların adlarını toplayaraq gz-data.com platformasına ötürür.

    “Skyworth”un nümayəndələri məlumat toplanmasını casusluq üçün deyil, yalnız və yalnız kommersiya məqsədilə olunduğunu iddia edirlər.

  • Bakıda 29 yaşlı gənc bıçaqlanıb

    Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, hadisə rayonun Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

    Belə ki, 29 yaşlı Nəsirov Fariz Zahid oğlu hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

    Hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyat olunub.

    Faktla bağlı araşdırma aparlır.//ölkə.az

  • ABŞ qoşunları Əfqanıstandan çıxır

    ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına başlanılıb.

    Median.Az xəbər verir ki, bu barədə NATO məlumat yayıb.

    Qeyd edək ki, hazırda NATO-nun Əfqanıstandakı kontingentinə 10 mindən çox insan daxildir, alyans onların çıxarılmasını sentyabr ayında başa çatdırmaq niyyətindədir

  • В Каспийской море произошло землетрясение

    В Каспийском море в 17:21 по местному времени произошло землетрясение, передает Median.Az со ссылкой на Республиканский центр сейсмологической службы.

    Магнитуда подземных толчков составила 3.2. Очаг землетрясения залегал на глубине 55 километров.

  • ÜST: “Vaksinasiya tarixin gedişatını dəyişdirəcək”

    “İki yüz ildir peyvəndlər bizi ciddi xəstəliklərdən qoruyur. Koronavirus peyvəndi də belə olacaq. Peyvəndlər bizi davamlılığa doğru aparır”.

    Median.Az xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional ofisinin direktoru Hans Klüge Avropa regionunda COVID-19-la bağlı vəziyyətə dair onlayn brifinqdə bildirib.

    Klüge deyib ki, Avropa regionunun sakinlərinin 5,5%-i COVID-19-a yoluxub və sağalıb, 7%-dən çoxu isə vaksinasiyanı tamamlayıb. Lakin, o, əlavə edib ki, təhdid hələ də qalır.

    “Vaksinlər insanların həyatını xilas edir. Onlar, həmçinin pandemiyanın gedişatını dəyişdirir və onun öhdəsindən gəlməyə kömək edir. Epidemioloji nəzarət olmadan koronavirusun yeni ştammlarını müəyyənləşdirə bilməyəcəyik. Xəstəlikləri dəf etmək istəyiriksə, planlı şəkildə vaksinasiyalar aparmalıyıq. Vaksinasiya tarixin gedişatını dəyişdirəcək”, – o deyib.

    ÜST-ün Avropa üzrə regional direktoru Hindistan ştammı mövzusuna da toxunub və COVID-19 yoluxmalarının hər gün rekord vurduğu Hindistandakı ağır epidemioloji vəziyyətdən danışıb: “Hindistandakı vəziyyətin istənilən ölkədə təkrarlana biləcəyini anlamaq çox vacibdir. Peyvəndləmənin əhatə dairəsi kiçik olanda, istənilən ölkədə “fırtına” baş verə bilər. Bu vəziyyətdə həmrəylik çox vacibdir… Avropa İttifaqı ölkələri də daxil olmaqla bir çox ölkə Hindistana dərman və digər zəruri vasitələrlə yardım edir”, – H.Klüge deyib.

  • NATO qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb

    NATO cümə axşamı “Qətiyyətli dəstək” əməliyyatında iştirak edən qüvvələrinin Əfqanıstandan koordinasiyalı və nizamlı şəkildə çıxarılmasına başlayıb.

    Bu barədə TASS-a alyansın Brüsseldəki qərargahındakı mənbə məlumat verib.

    “NATO ölkələrinin hərbi qüvvələrinin çıxarılması başlanıb, proses nizamlı və koordinasiyalı şəkildə həyata keçirilir”, – agentliyin həmsöhbəti deyib.

    Qeyd edək ki, hazırda NATO-nun Əfqanıstandakı kontingentinə 10 mindən çox insan daxildir, alyans onların çıxarılmasını sentyabr ayında başa çatdırmaq niyyətindədir.

  • Qırğızıstan və Tacikistanın baş nazirlərinin görüşü planlaşdırılır

    Avrasiya Hökumətlərarası Şurası çərçivəsində Qırğızıstan və Tacikistanın baş nazirləri sərhəd münaqişəsini müzakirə etmək niyyətindədirlər.

    Bu barədə “İnterfaks” Qırğızıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

    Məlumata əsasən, baş nazirlər arasında danışıqlar Avrasiya Hökumətlərarası Şurasının iclası başa çatdıqdan sonra baş tutacaq.

    Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhədində vəziyyət gərgin olaraq qalır. Hər iki tərəf gərginliyin artmasında bir-birini günahlandırır.