Month: May 2021

  • Baş Prokurorluqdan Eldar Həsənovun cinayət işi ilə bağlı AÇIQLAMA

    Sabiq səfir Eldar Həsənov barəsində Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi üzrə istintaq mərhələsinin gedişatı barədə məlumat var.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.

    Bildirilib ki, qeyd olunan cinayət işi üzrə aparılan istintaq artıq yekunlaşmaq üzrədir.

    İstintaqın nəticələri barədə yaxın zamanda ictimaiyyətə ətraflı məlumat veriləcək.

  • Vaqif Əsədov hibrid avtomobillərdən danışdı: “Özüm də hibrid sürürəm” – VİDEO

    Azərbaycanda ekoloji cəhətdən təmiz avtomobillərin təbliği və təşviqi 2019-2023-cü illəri əhatə edən “Yol Hərəkəti Təhlükəsizliyi”nə dair Dövlət Proqramında öz əksini tapıb.

    Bu proqramla əlaqədar olaraq ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təbliği işlərinə Oxu.Az saytı da qoşulub.

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də bu istiqamətdə bir çox addımlar atır. İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov “Toyota” avtomobillərinin hibrid növlərini şəxsən sınaqdan keçirib və bu avtomobillərin ekoloji cəhətdən təmiz olmasından və ətraf mühiti qorumasından danışıb.

    Vaqif Əsədov bildirib ki, özü və bir neçə tanışı “Toyota”nın hibrid növündən istifadə edir. Bu avtomobillərin həm yanacağa qənaət etməsi, həm səssizliyi, həm da ətraf mühitə atılan zəhərli qazların az olması onu və tanışlarını qane edir.

    O, sürücüləri gələcəkdə ətraf mühitin qorunması üçün bu cür avtomobillərə üstünlük verməyə səsləyib.

    Bu avtomobillər ətraf mühiti qorumaqla yanaşı, bir çox təhlükəsizlik elementinə də malikdir. Bu o deməkdir ki, yeni texnologiyalı hibrid avtomobillər yollarda qəzaların sayının azalmasına səbəb olacaq. Üstəlik, hadisə baş verdiyi təqdirdə ölüm və xəsarət riski az olacaq.

    Hazırda test edilən “Toyota RAV4” avtomobilinin bu cəhətdən bir çox üstünlükləri var. Avtomobili idarə edərkən zolaqlar boyunca hərəkəti özü tənzimləyir, yaxın və uzaq işıqları, qarşıdakı avtomobillə ara məsafəsini özü nizamlayır. Təhlükəsizlik yastıqlarının sayı da çoxaldılıb.

    Bütün bunlar bu avtomobillərin nə dərəcədə təhlükəsiz olmasını bir daha sübut etməklə yanaşı, ətraf mühitə atılan zəhərli qazların sayını da 50 faizədək azaldır.

  • Türk lirəsi tarixi minimumu yaşayır: Ucuzlaşma Azərbaycana necə təsir edəcək?

    Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,3 faiz azalaraq 0,1983 manat təşkil edib. Bu tarixi minimum hesab edilir. Son bir ay ərzində Türkiyənin milli valyutası dollar qarşısında da mütəmadi olaraq dəyər itirib. Bu gün Türkiyədə 1 dolların alışı 8,5496 lirədən, satışı isə 8,5651 lirədən mübadilə olunur.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov Oxu.Az-a əsas ticarət partnyorumuz olan Türkiyənin milli valyutasının dəyərinin bu həddə qədər enməsinin Azərbaycana təsirlərini şərh edib.

    İqtisadçı bildirib ki, Türkiyə Azərbaycanın strateji müttəfiqlərindən biri və ölkənin qeyri-neft sektorunda ən böyük iqtisadi tərəfdaşıdır. O vurğulayıb ki, bununla bərabər qeyri-neft ixracatımızın üçdə birindən çoxu Türkiyənin payına düşür:

    “Türkiyə Azərbaycanla olan 4,5 milyard dollar xarici ticarət dövriyyəsinə görə İtaliyadan sonra ikinci ölkədir. Bu da onu göstərir ki, Türkiyə Azərbaycanın ticarət dövriyyəsində xüsusi mövqeyə sahibdir. Lirənin dəyərsizləşməsi Türkiyə məhsullarının xarici bazarda dollar ifadəsində ucuzlaşmasına gətirib çıxarır. Həmçinin, Türkiyədən Azərbaycana idxal edilən türk malların da ucuzlaşması mümkündür. Məhsulların xərcinin aşağı enməsi ilə qiymətlərin Azərbaycanın daxili bazarında aşağı düşəcəyi gözlənilir”.

    Türkiyədə inflyasiyanın da müşahidə olunduğunu deyən millət vəkili əlavə edib ki, lirənin dəyərsizləşməsinin manata birbaşa iqtisadi təsiri yoxdur:

    “Manatın məzənnəsinə ən çox təsir göstərən faktorlara neftin dünya bazarındakı qiyməti və xüsusilə də səbət valyutaların qlobal valyuta bazarındakı mövqeyi daxildir. Türkiyə ixracatımızda daha çox strateji məhsullar olduğuna görə lirənin dəyərsizləşməsi Azərbaycanın Türkiyəyə ixracatına da neqativ təsir göstərməyəcək.

    Azərbaycan 2021-ci ildə Türkiyəyə 8 milyard kubmetr mavi qaz nəql etmək niyyətindədir. Mavi qazın qiyməti isə beynəlxalq bazarda müəyyənləşir. Ona görə də lirənin məzənnəsinin dəyişməsi ixracatımıza da təsir göstərmir”.

    Vüqar Bayramov qeyd edib ki, bu baxımdan lirənin ucuzlaşmasının Azərbayacana xüsusi neqativ təsirlərinin olacağı gözlənimir, əksinə güman edilir ki, Türkiyə daxili bazarında ciddi inflyasiya baş verməsə Türkiyədən Azərbaycana idxal edilən məhsulların qiymətində azalmalar mümkündür.

  • МВД подготовило социальный ролик об опасности наркотиков – ВИДЕО

    Главное управление по борьбе с наркотиками и пресс-служба МВД подготовили очередной социальный ролик о вреде, причиняемом наркотическими средствами жизни и здоровью людей.

  • Narkotik vasitələrə birlikdə yox deyək! – VİDEO

    Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və mətbuat xidməti tərəfindən narkotik vasitələrin insanların həyat və sağlamlığına vurduğu bərpası mümkün olmayan zərərlərdən bəhs edən növbəti sosial çarx hazırlanıb.

    Təqdim edilən maarifləndirici materialın kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmasına dəstək olduğunuz üçün təşəkkür edirik.

  • AZAL rəhbərinə bağlı olan bankda ciddi qanun pozuntusu

    31 dekabr 2020-ci il tarixinə “Premium Bank” 3 müştəriyə göstərilən həddən artıq kreditlər verib.

    Bu barədə bankın audit hesabatında qeyd edilib.

    Həmin müştərilərin adı və ayrılan kreditin məbləği açıqlanmır.

    Hesabatda həmçinin qeyd edilib ki, bankın 4 tərəflə əlaqədar böyük kredit riski var. Bu 4 tərəfdən 31 dekabr 2020-ci il tarixinə ödənilməmiş kredit məbləği bankın birinci dərəcəli kapitalının 10%-dən çoxdur.

    Xatırladaq ki, 2020-ci ilin sonuna bankın kredit portfeli 539.186 milyon manat təşkil edib.

    “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları Zərifə Həmzəyeva (AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı), “VIP Aviation Services” MMC və Elvira Əhmədovadır.

  • Fətullah Gülənin qardaşı oğlu MİT əməliyyatı ilə xaricdən Türkiyəyə aparılıb

    FETÖ təriqətinin rəhbəri Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülən Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi əməliyyat nəticəsində xaricdən tutularaq ölkəyə aparılıb.

    Bu barədə “Anadolu” Agentliyi öz mənbələrinə istinadən bildirib.

    Bildirilir ki, FETÖ/PDY-nin “məsullar”ı arasında bir çox adla qohumluq əlaqələri olan Səlahəddin Gülən FETÖ liderinin təlimatı ilə təşkilata yaxın strukturun köməyi ilə xaricə qaçırılmışdı.

    O, “Silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə axtarışda idi.

  • В Лянкяране экс-осужденные задержаны по подозрению в краже

    Cотрудники Лянкяранского РОП провели операцию, в результате которой были задержаны подозреваемые в незаконном обороте наркотиков жители города, ранее судимые Ф.Исмаилов, Ш.Бабаев и Н.Ализаде, сообщили в региональной группе пресс-службы МВД.

    При личном досмотре у каждого обнаружили по два пакетика героина.

    В ходе расследования выяснилось, что задержанные причастны и к другому преступлению.

    Они, объединившись в группу, по предварительному сговору совершили кражу предметов домашнего обихода на сумму 1 500 манатов из дома, расположенного на территории города.

    Часть похищенных вещей была обнаружена и изъята в качестве вещественных доказательств.

    В ходе другой операции по подозрению в совершении кражи в селе Мамусту был задержан ранее судимый Ш.Абдуллазаде, который, проникнув ночью в дом односельчанина, украл 2 000 манатов и ноутбук.

    По данным фактам расследование продолжается.

  • Lənkəranda oğurluq edən keçmiş məhkumlar saxlanılıblar

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş F.İsmayılov, Ş.Babayev və N.Əlizadə saxlanılıblar. Keçirilən baxış zamanı onların hər birinin üzərindən iki bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Həmin şəxslərin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onların qabaqcadan əlbir olan qrup halında Lənkəran şəhəri ərazisindəki evlərdən birindən 1 500 manat dəyərində məişət əşyaları oğurladıqları müəyyən edilib. Oğurlanan əşyaların bir qismi onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

    Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə rayonun Mamusta kəndində yerləşən evlərdən birindən oğurluq edən şəxs saxlanılıb. Mamusta kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Abdullazadənin gecə saatlarında həmkəndlisinin evinə gizli yolla daxil olaraq oradan 2 000 manat pul və bir ədəd notbuk oğurladığı müəyyən edilib.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • “Гражданский” тип услуги Asan İmza будет выдаваться абсолютно бесплатно

    Компания B.EST Solutions- национальный оператор мобильной электронной подписи Asan İmza и партнер Цифрового Торгового хаба Азербайджана продолжает предоставлять нововведения для пользователей. Как известно, в июне 2020-ого года со стороны компании было принято решение о предоставлении “Гражданского” типа услуги Asan İmza сроком на 3 года бесплатно с сохранением месячной абонентской платы. Активация данной услуги была платная и стоила 18 манатов.

    С целью всесторонней поддержки инициатив Президента Ильхама Алиева в области цифровой трансформации Азербайджана и для предоставления широкого доступа к электронным услугам для граждан Азербайджана, компания B.EST Solutions совместно c Налоговой службой при Министерстве экономики, а также со всеми мобильными операторами, приняла решение проявить социальную ответственность и отменить на период пандемии с июля 2021-ого года месячную абонентскую плату “Гражданского” типа услуги Asan Imza.

    Необходимо подчеркнуть, что данным тарифом смогут воспользоваться граждане, которые подключились к этой услуге с 20-ого июня 2020-ого года, а также все граждане, которые приобретут услугу c июля 2021 года. Напомним, что месячная абонентская плата данной услуги стоила 2 маната 50 гяпиков. Важно подчеркнуть, что услугу мобильной электронной подписи Asan İmza можно получить на свой действующий мобильный номер и нет необходимости в приобретении нового. При использовании своего действующего номера с услугой Asan İmza, можно получать важные сообщения от государственных органов и других поставщиков электронных услуг прямо на свой номер.

    Теперь, у пользователей есть возможность на бесплатной основе прибрести услугу Asan İmza (“Гражданский” тип) и иметь доступ к более чем 1 000 электронных услуг, предоставляемых со стороны государственных и частных организаций в Азербайджане и тем самым исключить необходимость физического обращения в эти структуры. Граждане могут воспользоваться такими важными электронными услугами, как – открытие банковского счета в онлайн-режиме; интернет и мобильный банкинг; подача заявки на ипотеку; участие в конкурсе по подаче заявки на приобретение льготного жилья; декларирование товаров и транспортных средств на таможне; электронная выдача доверенности на вождение транспортным средством; управление личным кабинетом на портале электронного суда; получение информации о штрафах; социальное страхование имущества и жизни; онлайн получение справки с места работы и многие другие онлайн-услуги.

    Еще раз следует обратить внимание на то, что услуга Asan İmza по законодательству Азербайджанской Республики приравнивается к собственноручной подписи, нельзя передавать другому лицу свою SIM-карту с Asan İmza и хранить пароли в доступном месте.

    Следует отметить, что месячная абонентская плата и стоимость услуги Asan İmza типа “Бизнес” и “Государственный”, предназначенные для предпринимателей и государственных служащих, остается неизменной.

    Граждане могут получить ответы на вопросы, позвонив в Call-центр Asan Imza 1847 или написать на электронный адрес info@asanimza.az.