Month: May 2021

  • “Vətəndaş” tipli “Asan İmza” xidməti tamamilə ödənişsiz təqdim ediləcək

    “Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru olan B.EST Solutions şirkəti istifadəçilər üçün yeniliklər təqdim etməyə davam edir.

    Məlum olduğu kimi şirkət, 2020-ci ilin iyun ayında aylıq abunə haqqı saxlanılmaqla, üç il müddətinə “Asan İmza” xidmətinin (“Vətəndaş” tipli “Asan İmza” xidmət növü) ödənişsiz təqdim edilməsi barədə qərar qəbul etmişdir. Xatırladaq ki, bu xidmətin aktivləşdirilməsi ödənişli olub, 18 AZN təşkil edib.

    Prezident İlham Əliyevin Azərbaycanın rəqəmsal transformasiyası sahəsindəki təşəbbüslərini hərtərəfli dəstəkləmək və Azərbaycan vətəndaşları üçün elektron xidmətlərə geniş əlyetərlik imkanının təmin edilməsi məqsədilə B.EST Solutions şirkəti bütün mobil operatorlar, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətilə birlikdə sosial məsuliyyət təşəbbüsü irəli sürərək, 2021-ci ilin iyul ayından pandemiya dövrü müddətində “Vətəndaş” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqını ləğv etməyə qərar verib.

    Xüsusilə vurğulanmalıdır ki, bu tarifdən 20 iyun 2020-ci ildən xidmətə qoşulan vətəndaşlarla yanaşı, bu xidməti 2021-ci ilin iyul ayından etibarən əldə edən bütün vətəndaşlar yararlana biləcəklər. Xatırladaq ki, bu xidmət üçün aylıq abunə haqqı 2.50 AZN təşkil edirdi. Siz “Asan İmza” xidmətini mövcud olan mobil nömrənizdə də aktivləşdirə bilərsiniz, bu zaman nömrə əldə etməyə ehtiyac yoxdur. “Asan İmza” xidmətinin aktivləşdiyi nömrədən istifadə etdikdə, həmin nömrəyə dövlət qurumları və digər elektron xidmət təchizatçılarından birbaşa olaraq, vacib ismarıcları qəbul etmək mümkün olacaqdır.

    Artıq istifadəçilər “Vətəndaş” tipli “Asan İmza” xidmətini tamamilə ödənişsiz əsaslarla əldə etmək və Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1 000-dən çox elektron xidmətdən yararlanmaq və beləliklə də fiziki olaraq, həmin qurumlara müraciət etməmək imkanına sahib olacaqlar. Vətəndaşlar – onlayn rejimdə bank hesabının açılması; internet və mobil bankçılıq; ipoteka üçün müraciət ərizəsinin göndərilməsi; güzəştli mənzilin əldə edilməsi üçün müsabiqədə iştirak ərizəsinin təqdim edilməsi; malların və nəqliyyat vasitələrinin gömrük bəyannaməsinin elektron qaydada doldurulması; nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamənin elektron qaydada verilməsi; elektron məhkəmə portalında şəxsi kabinetinin idarə edilməsi; cərimələr barədə məlumatın əldə edilməsi; əmlak və həyat sosial sığortası; iş yerindən arayışın onlayn qaydada əldə edilməsi kimi önəmli xidmətlərdən istifadə edə bilərlər.

    Bir daha qeyd edək ki, “Asan İmza” Azərbaycan Respublikası qanunvericiliynə əsasən əl imzasına bərabərdir. Unutmayın ki, “Asan İmza” SİM kartınızı və PİN kodlarınızı heç kimə verməməli və onları əlçatan yerdə saxlamamalısınız.

    Xatırladaq ki, sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan “İş” və “Dövlət” tipli “Asan İmza” xidmətinin qiyməti və aylıq abunə haqqı dəyişilməz olaraq qalır.

    Vətəndaşlar, “1847″ Asan İmza Çağrı Mərkəzinə zəng edərək və ya info@asanimza.az elektron poçt ünvanına yazaraq suallarına cavab ala bilərlər.

  • Турецкая Pegasus 19 июня открывает рейс Аланья – Баку

    Турецкая авиакомпания Pegasus с 19 июня 2021 года откроет рейсы из Аланьи в Баку.

    “Полеты будут выполняться два раза в неделю – по вторникам и субботам”, – говорится в сообщении авиакомпании, передает “Интерфакс-Азербайджан”.

    Вылет из аэропорта Гази-Паша будет осуществляться в 00:35 с прибытием в аэропорт им. Гейдара Алиева в 04:10 (время местное).

    В обратном направлении самолет отбывает из Баку в 05:10, прибывает в аэропорт Гази-Паша в 07:05.

  • Gələn aydan Bakı-Alanya reysləri açılır

    Türkiyənin “Pegasus” hava yolu şirkəti 19 iyun 2021-ci ildən etibarən Alanya şəhərindən Bakıya uçuşları açıq elan edir.

    Bu barədə “İnterfax” məlumat yayıb.

    “Uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək”, – deyə aviaşirkətdən bildirilib.

    “Qazi Paşa” hava limanından uçuş yerli vaxtla saat 00:35-də başlayacaq və saat 04:10-da Heydər Əliyev adına hava limanına enişlə yekunlaşacaq.

    Əks istiqamətdə təyyarə Bakıdan saat 05:10-da havaya qalxacaq və 07:05-də “Qazi Paşa” hava limanına çatacaq.

  • Прогноз погоды в Азербайджане на 1 июня

    1 июня в Баку и на Абшеронском полуострове прогнозируется погода без осадков, умеренный южный ветер.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха на Абшероне составит ночью 17-20, днем – 24-29, в столице ночью – 18-20, днем – 27-29 градусов тепла.

    Атмосферное давление понизится с 758 до 755 мм ртутного столба, относительная влажность ночью – 65-75%, днем – 40-45%.

    Завтра в некоторых горных районах Азербайджана ожидаются грозы, непродолжительные дожди, на остальной территории страны – погода без осадков, утром местами туман, порывистый западный ветер.

    Температура воздуха ночью – 18-23, днем – 31-36, в горах ночью – 11-16, днем – 20-25 градусов выше нуля.

    Согласно медико-метеорологическому прогнозу, 31 мая на Абшеронском полуострове ожидаются умеренные колебания метеорологических факторов, что в основном благоприятно для метеочувствительных людей.

  • Sabahın hava proqnozu AÇIQLANDI

    Azərbaycanda iyunun 1-də gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, iyunun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 24-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

    İyunun 1-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.

    Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza görə, iyunun 1-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Azərbaycanda vəzifəli şəxs külli miqdarda cərimələndi – RƏSMİ

    Polis orqanları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

    Mayın 26-da Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı H.Z.Tağıyev qəsəbəsi, Xəzri Bağları 2 massivi ərazisində məişət və digər qarışıq tullantıların qalaqlanması aşkar edilib.

    İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Sumqayıt Şəhəri İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsinin vəzifəli şəxsi V.Qəhrəmanov barəsində protokol tərtib edilərək 3000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • После Отечественной войны на свет появились 90 детей шехидов – ОФИЦИАЛЬНО

    После Отечественной войны на свет появились 90 детей шехидов.

    Об этом на пресс-конференции по случаю завершения марафона YAŞAT сказал руководитель фонда Эльвин Гусейнов.

    По его словам, на первоначальные расходы матерям 72 из них было перечислено по 1 000 манатов.

    “На имя 38 детей шехидов открыты счета на 5 000 манатов каждый”, – добавил Э.Гусейнов.

  • Vətən müharibəsindən sonra 90 şəhid övladı doğulub – RƏSMİ

    “Vətən müharibəsindən sonra 90 şəhid övladı doğulub”.

    Bunu “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov “YAŞAT” Marafonunun başa çatması ilə əlaqədar mətbuat konfransında deyib.

    O qeyd edib ki, onlardan 72-i doğulan körpənin anasının hesabına ilkin xərclər 1000 manat ödənilib:

    “38 şəhid övladının isə adına 5000 manatlıq hesab açılıb”.

  • В Баку состоится заседание Азербайджано-турецкого военного диалога высокого уровня

    3 июня в Баку начнет работу 13-е заседание Азербайджано-турецкого военного диалога высокого уровня.

    Об этом сообщает пресс-служба Минобороны АР.

    На нем будет обсуждено нынешнее состояние двустороннего сотрудничества в области безопасности, в военной, военно-технической, военно-медицинской, военно-образовательной, военно-промышленной и других сферах.

    Стороны также рассмотрят перспективы развития и основные направления деятельности в военной и оборонной областях.

  • Türkiyənin yüksək vəzifəli hərbçiləri Bakıya gəlir

    İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası işinə başlayacaq.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə ediləcək.

    Tərəflər hərbi və müdafiə sahəsində inkişaf perspektivlərini və əsas fəaliyyət istiqamətlərini də nəzərdən keçirəcəklər.