
В 11:18 по местному времени в Каспийском море произошло землетрясение магнитудой 3.
Об этом сообщили в Республиканском центре сейсмологической службы.
Очаг землетрясения залегал на глубине 61 км.

В 11:18 по местному времени в Каспийском море произошло землетрясение магнитудой 3.
Об этом сообщили в Республиканском центре сейсмологической службы.
Очаг землетрясения залегал на глубине 61 км.

Yerli vaxtla saat 11:18-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, təkanların maqnitudası 3, dərinliyi isə 61 km olub.

Служба государственной безопасности (СГБ) Азербайджана распространила информацию об аресте лиц, состоявших в незаконных вооруженных формированиях.

Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks mübarizə tədbirləri davam etdirilir.
Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda, digər dövlətlərin ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmələri ilə əlaqədar toplanmış materiallar əsasında əməliyyat-istintaq tədbirləri aparılıb.
Araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Məmmədov Yəhya Şərməddin oğlunun, 1985-ci il təvəllüdlü Cəbiyev Elnur Güloğlan oğlunun və qeyrilərinin ölkə hüdudlarından kənarda aparılan münaqişələrdə qanunsuz silahlı birləşmələrin tərkibində iştiraklarına dair əsaslı şübhələr müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin müvafiq olaraq 2010-cu ilin noyabr və dekabr aylarında ölkəni tərk edərək əvvəlcə İran İslam Respublikasına, oradan isə qeyri-leqal yollarla Pakistan İslam Respublikasına keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində “Taliban” hərəkatına tabe olan “Səlahəddin” camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olub.
Qeyd olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Yəhya Məmmədov və Elnur Cəbiyev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hər iki şəxs törətdikləri cinayət əməllərini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiklərini bildiriblər.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyasının işçilərinin əməkhaqlarına edilməli olan əlavələri ala bilməməsi ilə bağlı məsələyə münasibət bildirib.
Agentlikdən verilən məlumata görə, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən agentliyə təqdim edilən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısına, iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən cari ilin fevral ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 1 542 nəfərə 259 072 manat müddətli əlavə ödənilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin MƏLUMATI
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti 18 mart 2020-ci il 1947 nömrəli Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti:
bu sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etsin
yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etsin
sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikası Nazirlər Kabineti sözügedən Sərəncama uyğun olaraq 25 mart 2020-ci il tarixində 112 nömrəli Qərar imzalayıb. Qərarda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği belə müəyyən edilir:
tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;
təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;
pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
Qərarda bildirilir ki, müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir.
Sözügedən Sərəncam və Qərara uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci il ərzində bütün tibb müəssisələrində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə, həmçinin könüllülərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödəyib.
Bütün tibb və qeyri-tibb işçilərinə xəstəxanaların rəhbərliyi və agentlik tərəfindən sərəncam və ondan irəli gələn qərarın mahiyyəti, ödənişin hesablanması qaydası barədə müfəssəl məlumat verilib. Nazirlər Kabinetinin qərarı ilə bağlı verilən suallar dəfələrlə agentlik tərəfindən cavablandırılıb.
Məlumat üçün bildirək ki, fevral ayı ərzində ölkədə koronavirusa yoluxma sayı digər aylara nisbətən çox aşağı olmuşdur. Bu da təbii olaraq tibb və qeyri-tibb işçilərinin işə cəlb olunma günlərinə və saatlarına təsir edib.
Qeyd edək ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən agentliyə təqdim edilən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısına, iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən cari ilin fevral ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 1 542 nəfərə 259 072 manat müddətli əlavə ödənilib.
Ay ərzində iş günlərinə/saatlarına mütənasib olaraq müddətli əlavələr bu qaydada hesablanır: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli.
Nümunə ilə izah edək: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 120 saat işə cəlb olunubsa, deməli 1 353 manat 85 qəpik müddətli əlavə almalıdır. 1 353.85 = ((440 / 156) x 120) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Məlumat üçün bildirək ki, xəstəliklə mübarizəyə cəlb olunan tibb işçilərinin sağlamlığının qorunması məqsədilə onlar bütün zəruri fərdi qoruyucu vasitələrlə təmin olunub və Vaksinasiya Strategiyasına uyğun olaraq ilkin mərhələdə bütün tibb heyəti COVID-19 xəstəliyi əleyhinə peyvənd olunub.

Тело шехида Отечественной войны Абульфаза Рахматова передано семье.
Об этом сообщила Военная прокуратура АР.
Проводятся следственные мероприятия по установлению местонахождения других пропавших без вести военнослужащих, поисковыми группами ведется интенсивная работа.

İtkin düşmüş daha bir hərbi qulluqçunun – kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.
Bu barədə Respublika Hərbi Prokurorluğu məlumat yayıb.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Bakı Hərbi Məhkəməsində rüşvət almada təqsirləndirilən Samiq Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Əzizovun barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. S.Əzizov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində çalışmış polkovnik S.Əzizov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Mayın 6-da saat 15 radələrində Ağdaş rayonu, Qarağan kəndi ərazisində yerləşən sexdə fəhlə işləyən İlkin Məcidovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağdaş rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, İlkin Məcidov məişət tullantılarının emalı və plastik məmulatları sexində işlək vəziyyətdə olan dəzgaha müdaxilə edərkən sol qolunun amputasiyası ilə nəticələnmiş xəsarət alıb.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq aparılır.

Ötən gün Dağıstanın Mahaçqala şəhərində 150-dən çox Xəzər suitisinin cəsədinin tapılması ilə bağlı məlumat yayılıb.
Tapılan suitilərin çoxunun dərisinin olmaması onların ölümündə insan faktorunun olduğuna işarə edir.
Suitilərin ölüm səbəbi barədə Ekologiya və Təbii Sərvət Nazirliyi ilə əlaqə saxladıq.
ETSN-nin Bioloji Resursların Tədqiqat Mərkəzinin direktoru, professor Mehman Axundov Oxu.Az-a açıqlamasında bildirib ki, Xəzər dənizinin yeganə məməli heyvanı keçən il Rusiyanın “Qırmızı Kitabı”na daxil edilib:
“Tədqiqatlar onu göstərir ki, Xəzər dənizində bu heyvanların sayı 100 mindən artıq deyil. Ötən əsrdə isə bu rəqəm bir milyon təşkil edib”.
Professor bildirib ki, suitilərin son günlər tələf olmasının bir-neçə səbəbi var:
“Qış aylarında onların şimal istiqamətinə miqrasiyası baş verir ki, son bir neçə ay ərzində onların qoca fərdləri bu səbəbdən Dağıstan sularında məhv olub. Son günlər isə 150 suitinin məhv olmasının səbəbi balıqçıların torlarına düşməsi ehtimallarını artırır. Onların dərilərinin soyulması bunu deməyə əsas verir”.
M.Axundov qeyd edib ki, xarici alimlər ötən ilin dekabr ayında təxminən 300 suitinin məhv olunmasını Xəzər dənizində seysmik aktivliyin artması, təbii metan qazının suya düşməsi ilə bağlayırdılar:
“Son günlər suitilərin balıq torlarına ilişərək məhv olması onu göstərir ki, ötən il səsləndirilən fikirlər düzgün deyil”.