Month: May 2021

  • В Азербайджане в реке нашли тело женщины

    На горячую линию 112 МЧС поступило обращение с просьбой оказать помощь в извлечении тела женщины, обнаруженного на участке реки Гошгарчай в селе Ени Гызылджа Гейгельского района.

    Об этом сообщили в ведомстве.

    В связи с обращением на место происшествия была направлена водолазно-поисковая группа Госслужбы по контролю над маломерными судами и спасению на водах МЧС.

    В результате принятых мер из реки было извлечено тело Мехрибан Гасановой (1982 г.р.).

  • Azərbaycanda çayda qadın meyiti tapıldı

    Göygöl rayonunda çayda qadın meyiti tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    FHN-nin “112” qaynar telefon xəttinə Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində aşkar edilmiş qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

    Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.

    Görülən tədbirlər nəticəsində 1982-ci il təvəllüdlü Həsənova Mehriban Əziz qızının meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • В Мингячевире задержаны подозреваемые в краже кабеля на 13 000 манатов

    В отдел полиции поступило обращение в связи с кражей 130 мотков кабеля общей стоимостью 13 000 манатов со двора частного жилого дома в Мингячевире.

    Об этом сообщили в шекинской региональной группе пресс-службы МВД.

    В результате проведенной сотрудниками полиции операции были задержаны подозреваемые в совершении данного преступления жители города Мингячевира – ранее судимые Анверпаша Гасымов, Эльвин Ширалиев и Самед Алиев.

    В ходе расследования выяснилось, что А.Гасымов работал в доме пострадавшего и знал местонахождение кабелей. Он неоднократно совершал попытки кражи из этого дома. В последний раз он привлек к этому делу и своих друзей. Украденные кабели они сдавали в пункт приема цветных металлов. Также было установлено, что А.Гасымов совершал кражу из мясной лавки на территории города.

    По данному факту в отделе полиции города Мингячевир возбуждено уголовное дело, продолжаются следственно-оперативные мероприятия.

  • Mingəçevirdə 13 min manat dəyərində kabel oğurlayan şəxslər ələ keçdi

    Mingəçevirdə fərdi yaşayış evinin həyətyanı sahəsindən ümumi dəyəri 13 min manat olan 130 top kabelin oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.

    DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri – əvvəllər də oğurluğa görə məhkum olunmuş Ənvərpaşa Qasımov, Elvin Şirəliyev və Səməd Əliyev saxlanılıb.

    İstintaq zamanı müəyyən edilib ki, əvvəllər zərərçəkən şəxsin evində fəhlə işlədiyi üçün kabellərin yerini bilən Ə.Qasımov bir neçə dəfə həmin ünvana oğurluq məqsədilə daxil olub. Sonuncuda isə daha çox qazanc əldə etmək üçün bu işə öz dostlarını da cəlb edib. Onlar oğurladıqları kabelləri əlvan metal qəbulu məntəqələrinə satıblar. Davam etdirilən tədbirlərlə Ə.Qasımovun daha bir cinayət əməlinin də üstü açılıb. Belə ki, onun şəhər ərazisindəki qəssab dükanından da oğurluq etdiyi məlum olub.

    Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • В Азербайджане абитуриент, набравший низкие баллы, покончил жизнь самоубийством

    В Азербайджане абитуриент совершил суицид.

    Инцидент произошел в селе Орта Гарвенд Агдамского района, сообщает lent.az. Житель села, 17-летний Шафаят Мамедов повесился в сарае.

    По предварительной информации, Ш.Мамедов покончил с собой из-за низких баллов на выпускном экзамене.

    По данному факту в прокуратуре Агдамского района возбуждено уголовное дело, расследование продолжается.

  • Azərbaycanda az bal toplayan abituriyent intihar etdi

    Azərbaycanda abituriyent intihar edib.

    Lent.az xəbər verir ki, hadisə Ağdam rayonunun Orta Qərvənd kəndində qeydə alınıb. Kənd sakini, 17 yaşlı Məmmədov Şəfaət Elman oğlu özünü tövlədə asıb.

    İlkin məlumata görə, Ş. Məmmədov buraxılış imtahanında az bal topladığı üçün canına qəsd edib.

    Faktla bağlı Ağdam rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

    İntiharın dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

  • Polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verildi

    Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 4.1-ci bəndinin 3-cü abzasına əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsinin verdiyi arayışlarla təsdiq olunur.

    Belə ki, Müdafiə Nazirliyindən SHXÇDX-nin Yasamal rayon idarəsinə daxil olan 02.04.2021-ci il tarixli 1/A-374 nömrəli məktuba və 01.04.2021-ci il tarixli 1/A-371 nömrəli arayışa əsasən, mərhum polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlu 24.07.2019-cu il tarixdə döyüş tapşırığının icrası zamanı həlak olub, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən mərhuma “şəhid”, ailəsinə isə “şəhid ailəsi” statusu verilib.

    Qeyd edək ki, 2019-cu il iyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb. O, avqustun 21-də İkinci Fəxri xiyabanda dəfn edilib.

  • В Азербайджане информация о желании стать донором органов будет отражена в удостоверении личности – ВИДЕО

    Информация о том, что гражданин после смерти хочет пожертвовать свои органы для трансплантации, будет отражена в его удостоверении личности.

    Об этом в эфире программы İş vaxtı (“Рабочее время”) на ARB 24 сообщил врач Мирджалал Казыми.

    По его словам, сейчас нет официальной структуры, которая бы осуществляла регистрацию этих лиц.

    “В рамках деятельности “Координационного центра донорства и трансплантации органов” будет создана система регистрации желающих пожертвовать органы после смерти. Пока нет информации о том, как будет работать эта система. Соответствующая информация о донорстве может быть отражена в удостоверении личности гражданина или водительских правах. Любой человек может сам принять такое решение. Каждый будет иметь право пожертвовать все или один орган”, – отметил М.Казыми.

  • Azərbaycanda şəxsiyyət vəsiqəsi ilə orqan bağışlamaq olacaq – AÇIQLAMA + VİDEO

    “Vəfat etdikdən sonra orqanlarını bağışlamaq istəyənlərin məlumatları şəxsiyyət vəsiqələrində qeyd olunacaq”.

    Bu barədə “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında həkim Mircəlal Kazımi deyib.

    O bildirib ki, hazırda bu şəxslərin qeydiyyatını aparan hansısa rəsmi qurum yoxdur:

    “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin fəaliyyəti çərçivəsində öldükdən sonra orqanlarını bağışlamaq istəyənlərin qeydiyyat sistemi yaradılacaq. Hələlik sistemin necə olacağı barədə məlumat yoxdur. Bu məlumatlar şəxsiyyət vəsiqəsində və ya sürücülük vəsiqəsində qeyd oluna bilər. Hər bir insan şəxsi iradəsi və icazəsi ilə orqanlarının bağışlanmasına qərar verə bilər. Hər kəs bütün və ya bir orqanını bağışlamaq hüququna malik olacaq”, – deyə o bildirib.

  • Çində zavodda güclü partlayış olub – VİDEO

    Çinin Bayse şəhərində yerləşən təmir zavodunda baş verən güclü partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

    Bu barədə “Sina” informasiya portalı məlumat yayıb.

    Partlayış nəticəsində havada böyük bir tüstü buludu əmələ gəlib.

    Həmçinin qeyd olunur ki, partlayış dalğası yaxınlıqda olan yaşayış binalarının pəncərələrini qırıb, yaxınlıqdakı nəqliyyat vasitələrinə və ağaclara ziyan dəyib.

    İlkin məlumata əsasən, hadisəyə yolun təmiri vaxtı istifadə edilən kimyəvi reaktivlərin partlayışı səbəb olub.