Month: May 2021

  • Начинается суд над бывшим заместителем министра культуры Рафигом Байрамовым

    Завершено предварительное следствие по уголовному делу бывшего заместителя министра культуры Рафига Байрамова, обвиняемого во взяточничестве.

    Как сообщает АПА, материалы по нему направлены в Бакинский суд по тяжким преступлениям.

    Уголовное дело передано в производство судьи Афгана Гаджиева.

    В ходе проведенных расследований была получена информация о том, что заместитель министра культуры Азербайджана Р.Байрамов и начальник Государственной службы по охране, развитию и восстановлению культурного наследия при Министерстве культуры Закир Султанов, используя должностные полномочия, допустили многочисленные незаконные действия, наносящие значительный ущерб интересам общества, государства и правам граждан.

    В ходе осмотра, проведенного Службой государственной безопасности в местах проживания Рафига Байрамова и Закира Султанова на основании решения суда от 8 мая 2020 года, были обнаружены и изъяты различные записи о денежных средствах, полученных должностными лицами Минкультуры в различных валютах, а также другие имеющие значение для дела документы и материальные доказательства.

    Были подтверждены обоснованные подозрения в систематическом присвоении З.Султановым части средств, выделяемых из государственного бюджета на проведение работ по реставрации, реконструкции и охране являющихся многовековым культурным наследием и достоянием азербайджанского народа памятников истории и культуры.

    В рамках продолжающегося уголовного дела расследуется информация о превышении должностных полномочий – выдача разрешения на проведение работ по реконструкции в зданиях, отличающихся особым архитектурным стилем, и считающихся культурным наследием, в обмен на материальный интерес.

    Также было установлено, что Р.Байрамов посредством руководителей региональных управлений Минкультуры ежемесячно присваивал начисления за оформленные на имена учителей музыкальных школ дополнительные учебные часы.

    Подтверждена информация о присвоение им части государственных средств, выделенных на строительство, текущий и капитальный ремонт музшкол, домов культуры, библиотек, изобразительных школ, галерей, клубов, музеев и других учреждений культуры на территории республики. Они передавались ему через руководителей региональных управлений Министерства культуры.

    Решением суда в отношении привлеченных к следствию в качестве обвиняемых по фактам злоупотребления должностными полномочиями, присвоения денежных средств и служебного подлога Р.Байрамова и З.Султанова избрана мера пресечения в виде ареста.

  • DTX-nin həbs etdiyi sabiq nazir müavininin işi məhkəməyə göndərildi

    Rüşvət almaqda təqsirləndirilən mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Qeyd edək ki, mədəniyyət nazirinin müavini olmuş Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

    Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

    İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Davam edən cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılır.

    Həmçinin araşdırmalar nəticəsində Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.

    Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

  • Тяжелое ДТП на трассе Баку-Газах: фура врезалась в грузовик – ВИДЕО

    На участке автомагистрали Баку-Газах в Евлахском районе произошло ДТП.

    Соответствующие кадры были распространены в социальных сетях.

    Так, фура столкнулась с грузовым автомобилем марки КамАЗ.

  • Bakı-Qazax yolunda ağır qəza: TIR yük maşınına çırpıldı – VİDEO

    Bakı-Qazax magistral yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

    Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

    Hadisə magistral yolun Yevlax rayonundan keçən hissəsində baş verib.

    Belə ki, avtomobil gətirən TIR ilə “KamAZ” markalı yük avtomobilləri toqquşub.

  • “Tesla” rəhbərinin şəxsi gəliri açıqlanıb

    “Tesla” şirkətinin rəhbəri İlon Maskın şəxsi gəliri açıqlanıb.

    “Forbes” jurnalının məlumatına görə, iş adamı ötən il ərzində 11 milyard dollar qazanc əldə edib.

    Məlumata əsasən, bu göstərici üzrə Mask özünün ən yaxın rəqiblərini dəfələrcə üstələyib. Belə ki, qeyd olunan dövr ərzində “Paycom”un rəhbəri Çed Riçison cəmi 211 milyon, “1Life Healthcare” şirkətinin baş direktoru Amir Dan Rubin isə 199 milyon dollar qazanıb.

    Maskın qazancını əsasən şirkət səhmlərinin satışından əldə etdiyi və gəlirlərini hələ ki, nağdlaşdıra bilmədiyi də qeyd olunub.

    Xatırladaq ki, İlon Mask “Amazon” rəhbəri Cef Bezosdan sonra hazırda dünyanın ən varlı ikinci şəxsi sayılır. Onun ümumi sərvəti 164 milyard dollar həcmində qiymətləndirilir.

  • Представитель “Азерсу”: В Гадруте устранены последствия более 30 аварий

    В прошлом году возникли некоторые проблемы с водоснабжением в освобожденном от оккупации поселке Гадрут. Однако после трехстороннего заявления, подписанного 10 ноября прошлого года, специалисты ОАО “Азерсу” были командированы туда для оценки ситуации на месте.

    Об этом сказал глава пресс-службы ОАО Анар Джебраиллы.

    По его словам, источником водоснабжения в Гадруте в основном являлись родники.

    “В целях безопасности сначала с помощью генераторов были запущены артезианские скважины. Тем самым была обеспечена доставка воды находящемуся в Гадруте личному составу ВС АР.

    Затем мы вместе со спецпредставителями Министерства обороны осмотрели источник, там были проведены работы по очистке, был взят на проверку образец воды. После этого в поселке Гадрут была обеспечена бесперебойная подача воды. Находящиеся там военный госпиталь и гражданские здания уже круглосуточно обеспечиваются “Азерсу” водой”, – рассказал представитель ОАО.

    “За прошедший период в Гадруте были устранены последствия более 30 аварий. Также была проведена проверка в зданиях проживания военнослужащих”, – добавил руководитель пресс-службы ОАО.

  • “Azərsu” rəsmisi: “Hadrutda su ilə bağlı 30-dan çox qəza aradan qaldırılıb”

    “Keçən il işğaldan azad edilən Hadrut qəsəbəsində olan hərbçilərimizin su təchizatında müəyyən problemlər yaranmışdı. Lakin ötən ilin 10 noyabr tarixində imzalanan üçtərəfli sazişdən sonra “Azərsu” Asc-nin mütəxəssisləri ərazidəki vəziyyəti qiymətləndirmək üçün Hadruta ezam olundu”.

    Bu sözləri Oxu.Az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılı deyib.

    O bildirib ki, Hadrut qəsəbəsinin suyu əsasən bulaqlar vasitəsilə təmin edilirdi:

    “Bulaqlardan su gəlmədiyi üçün təhlükəsizlik məqsədilə ilkin olaraq generatorlar vasitəsilə artezian quyuları işə salındı. Bununla da Hadrutda olan şəxsi heyətin su təchizatı təmin edildi.

    Daha sonra Müdafiə Nazirliyinin xüsusi nümayəndələri ilə birlikdə mənbəyə baxış keçirdik, orada təmizləmə işləri aparıldı.

    Anbarlar əlaqələndirildi, su nümunələri götürülüb, yoxlanıldı. Bundan sonra Hadrut qəsəbəsinin fasiləsiz su təchizatı təmin edildi. Artıq orada olan hərbi hospital və mülki binalar “Azərsu” ASC tərəfindən 24 saat fasiləsiz su ilə təmin olunur”.

    A.Cəbrayıllı qeyd edib ki, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda mövcud şəbəkələrin istismarı ilə bağlı fasiləsiz xidmət təşkil olunub:

    “Ötən müddətdə Hadrutda su ilə bağlı 30-dan çox qəza aradan qaldırılıb. Yeni məskunlaşma olan və hərbçilərin yaşadığı binalarda təftiş aparılıb. Qış aylarında donmaların olmaması üçün tədbirlər görülüb”.

  • 90 yaşlı rusiyalı aktyor beşinci dəfə evlənir

    Rusiyanın xalq artisti İvan Krasko beşinci dəfə evlənməyə hazırlaşır.

    Bu barədə Sobesednik.ru resursu məlumat verir.

    Portala müsahibəsində yaşlı aktyorun sevgilisi Natalya Smıkova bildirib ki, onlar teatrda tanış olublar. Natalya Kraskonun iştirak etdiyi tamaşaları izləmək üçün tez-tez teatra gəlib.

    Cütlük artıq iki ildir ki, ünsiyyət qurub. Ötən qış aktyor koronavirusa yoluxub və tərəflər arasında romantik münasibətlər də məhz o zamandan başlayıb.

    Qeyd edək ki, ötən ilin dekabrında aktyorun altıncı övladı dünyaya gəlib. Uşağın anası Kraskonun özündən 60 yaş kiçik keçmiş, sayca dördüncü həyat yoldaşı olub.

  • Çempionlar Liqası finalının İngiltərədə keçirilməsi təklif olundu

    İngiltərənin “Aston Villa” klubu UEFA-ya müraciət edib.

    Bu barədə “Sky Sport” xəbər verib.

    Klubun müraciətində təklif olunub ki, Çempionlar Liqasının builki finalı əvvəlcədən planlaşdırıldığı kimi İstanbulda deyil, İngiltərənin “Villa Park” stadionunda keçirilə bilər.

    Klub öz təklifini koronavirus pandemiyası səbəbindən ölkələrarası səyahətlərdən yayınmağın vacibliyi, eləcə də turnirin həlledici oyununda məhz iki ingilis klubunun iştirakı ilə əsaslandırıb.

    Qeyd edək ki, 2020/21-ci illər mövsümü Avropanın ən nüfuzlu klub yarışmasının final qarşılaşması mayın 29-da İstanbuldakı “Atatürk Olimpiya Stadionu”nda keçiriləcək.

  • Türkiyədə koronavirus peyvəndinin hər iki dozası vurulanların sayı 10 milyonu keçdi

    Türkiyədə koronavirusa qarşı vaksinasiya çərçivəsində peyvəndin hər iki dozası vurulan vətəndaşların sayı 10 milyonu ötüb.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Qardaş ölkədə ümumilikdə 10 010 715 nəfər peyvəndin hər iki dozasını vurdurub.

    Ümumilikdə vurulan peyvənd sayı isə 24 368 084 olub.