Month: May 2021

  • “İTİ QOVAN” PUA-ları Azərbaycan ordusunun istifadəsinə verilib

    “Yerli istehsal olan müasir silah və sursatlar, hərbi texnika məhz 44 günlük Vətən müharibəsində ilk dəfə real döyüşdə uğurla sınaqdan keçdi”.

    Bunu Müdafiə Sənayesi naziri Mədət Quliyev deyib.

    Nazir xatırladıb ki, Vətən müharibəsi zamanı gərgin döyüşlərin getdiyi dövrdə Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri fasiləsiz iş rejimində çalışıb: “Döyüşçülərimizin istifadəsində olan hərbi texnikanı operativ şəkildə təmir və bərpa etmək üçün cəbhəyanı ərazilərdə fasiləsiz fəaliyyət göstərən müvafiq bazalar yaradılmışdı.

    İşğalçılar Azərbaycan torpaqlarından qovularkən Ali Baş Komandanın obrazlı şəkildə işlətdiyi məşhur ifadənin ölkəmizdə və dünyada böyük əks-səda doğurduğu vaxtda seriyalı istehsalına başladığımız, qanadları üzərinə “İTİ QOVAN” yazılmış pilotsuz uçuş aparatları ordumuzun istifadəsindədir”.

  • İcbari tibbi sığorta ilə bağlı fikir ayrılıqları: Həkim və xəstənin səlahiyyətləri hansılardır?

    Aprelin 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqi ilə bağlı bir sıra müvafiq dəyişikliklər edilir.

    Oxu.Az xəbər verir ki, yeniliklərdən biri Ailə Sağlamlıq Mərkəzlərinin yaradılmasıdır. Bununla yanaşı icbari tibbi sığortaya keçidlər bağlı vətəndaşlara içərisində 2550 tibbi xidmət olan xidmətlər zərfi təqdim edilir.

    Bütün bunlar öz-özlüyündə kifayət qədər faydalı proseslərdir. Lakin, yeni tətbiq edilən sistem paralel olaraq çaşqınlıqlar da yaradır.

    İcbari tibbi sığortaya keçidlə bağlı həkimlərlə xəstələr arasında narazılıq doğuran məqamlara da rast gəlinir. Tez-tez sosial şəbəkələrdə də icbari tibbi sığorta ilə müayinə və müalicə olunmaq istəyən şəxslərin həkimlərlə ciddi polemikalar yaşadığı ilə bağlı məlumatlar paylaşılır.

    Həkimlər xəstəyə icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələri və xidmətlər zərfinə daxil olan, yararlana biləcəkləri xidmətlər barədə məlumat verirlər. Lakin yenə də müəyyən mənada bəzi tibb müəssisələrində istər təlimat, istərsə də bir sıra digər məqamlarda qaranlıq qalan, ya da fərdi qaydada anlaşılmayan nüanslar var.

    Anlaşılmazlıqlar isə istər paytaxtda, istərsə də Sumqayıt şəhərində mövcuddur. Məsələ ilə bağlı Sumqayıt şəhər Səhiyyə Şöbəsinə müraciət ünvanlasaq da, onlar bildirdilər ki, bu mövzuya aydınlıq gətirmək qurumun səlahiyyətində deyil.

    Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyinə sorğu ünvanladıq. Agentlik Oxu.Az-ın mövzu ilə əlaqədar suallarına müvafiq cavablar göndərildi.

    Həmin sualları və cavabları təqdim edirik:

    – Poliklinikada çalışan həkim xəstəni müayinə və müalicə etdikdən sonra xəstəxanaya göndəriş yazır. Amma xəstə həmin xəstəxananı istəmir və başqa xəstəxanaya göndərilməsini istəyir. Həkim nə etməlidir? Xəstənin həmin xəstəxanaya göndərməsi məcburidir?

    – Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaş səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə (poliklinika/Ailə Sağlamlıq Mərkəzi/kənd həkim məntəqəsi) müraciət edir. Burada o ailə həkimi (sahə terapevti, sahə pediatrı) tərəfindən müayinə/müalicə olunduqdan sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verilir. Bu zaman göndəriş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrinə verilir.

    İxtisaslı həkimin baxışından sonra isə vətəndaşa lazım olan tibbi xidmətin göstərilməsi həmin dövlət tibb müəssisəsində mümkün olmursa, müqaviləli tibb müəssisələrində (dövlət və ya özəl tibb müəssisələri) göndəriş əsasında tibbi xidmətlər göstərilir. Tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən verilir.

    Göndəriş vərəqəsinin verilməsi şərtlərinə gəldikdə isə bildirək ki, ailə həkimi və ya dar ixtisaslı həkim ilk növbədə aid olduqları inzibati ərazi vahidində (rayon, şəhər rayonu və ya şəhər) yerləşən dövlət tibb müəssisəsinə göndəriş verməlidir. Tibbi xidmətlərin burada göstərilməsi mümkün deyilsə, ailə həkimi və ya dar ixtisaslı həkim aid olduqları tibbi ərazi bölməsinə daxil olan dövlət tibb müəssisəsinə göndəriş verməlidir. Tibbi xidmətlərin burada da göstərilməsi mümkün deyilsə, vətəndaşın istəyini, məsafə və yol infrastrukturunu nəzərə almaqla digər tibbi ərazi bölmələrinə daxil olan dövlət tibb müəssisəsinə göndəriş verilməsi təmin edilməlidir.

    Stasionarda tibbi xidmətin dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmadığı təqdirdə, dövlət tibb müəssisəsinin rəhbərliyi tərəfindən özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilir.

    Qeyd edək ki, bütün hallarda vətəndaş həm TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri, həm də müqaviləli tibb müəssisələri arasında seçim etməkdə sərbəstdir. Xidmətlər zərfi və icbari tibbi sığortanın tətbiqi ilə bağlı bütün qaydalar dövlət tibb müəssisələrinə təqdim edilib.

    Məlumat üçün bildirək ki, “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində (https://its.gov.az/) yerləşdirilib, həmçinin sənəd tibb heyətinə təqdim olunub.

    – Həkim xəstələrə kateqoriya fərqi (qazi, şəhid ailəsi və s.) qoymalıdır? Həkimin səlahiyyəti ixtisası uyğun xəstələri müayinə edib, nəticəyə uyğun müalicə və ya xəstəxanaya göndəriş vermək deyilmi? İcbari tibbi sığorta ilə bağlı məqamlara poliklinika həkimi cavabdehdir? Həkim xəstəyə icbari tibbi sığortanın aid olub-olmadığına dair qərar vermə səlahiyyətinə malikdirmi?

    – Qeyd edək ki, bütün sığortaolunanlar icbari tibbi sığortadan istifadədə bərabər hüquqlara malikdir. Ailə həkiminin (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) vəzifəsi sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərməkdir. İcbari tibbi sığortanın xidmətlər zərfinə ilkin səhiyyə xidməti üzrə 35 sayda tibbi xidmət daxildir.

    Ailə həkimi bütün sığortaolunanları müayinə və müalicə edir və sağlam həyat tərzi haqqında məsləhətlər verir. İxtisaslaşdırılmış yardım tələb etməyən vəziyyətlərin, xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olur. Həmçinin sanitar-gigiyenik maarifləndirməni həyata keçirir. Tibbi göstəriş olduğu halda isə xəstəni göndəriş vərəqəsi ilə ixtisaslı həkim müayinəsinə göndərir. Göndəriş vərəqəsinin verilməsi qaydası barədə ətraflı məlumat birinci sualda cavablandırılıb.

    Ailə həkiminin göndərişi əsasında ixtisaslı həkim vətəndaşı qəbul edir. Vətəndaşa lazım olan tibbi xidmətin icbari tibbi sığortanın xidmətlər zərfi ilə təminata alınıb-alınmaması barədə məlumatlandırır. Məlumat üçün bildirək ki, ixtisaslı həkim tərəfindən qoyulmuş diaqnoz barəsində məlumatın verilməsi, habelə zəruri müayinə və müalicə tədbirlərinin icbari tibbi sığorta təminatına daxil olub-olmaması barəsində vətəndaşın məlumatlandırılması işi tibb heyətinə həvalə edilib.

    – İcbari tibbi sığorta sisteminə keçildikdən sonra həkimin səlahiyyətləri bu sistem üzrə hansılardır?

    – Qeyd olunduğu kimi, ailə həkiminin (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) vəzifəsi sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərməkdir. Sözügedən tibbi xidmət çərçivəsində ixtisaslaşdırılmış yardım tələb etməyən vəziyyətlərin, xəstəliklərin diaqnostikası və müalicəsi, ixtisaslı həkimlərə sığortaolunanların müayinə və müalicəsi üçün göndərişlərin verilməsi, tibbi profilaktik tədbirlər və tibbi-sanitar maarifləndirmə işinin aparılması, eyni zamanda, qanın ümumi analizi üçün qan nümunəsinin alınması və s. xidmətlər qarşılanır.

    Ailə həkimi vətəndaşı müayinə və müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində çalışan ixtisaslı həkimə göndəriş verir. İxtisaslı həkimin qəbuluna gələn vətəndaş göndəriş vərəqəsini və şəxsiyyət vəsiqəsini tibb müəssisəsinin qeydiyyat şöbəsinə təqdim edir. İxtisaslı həkimin baxışından sonra müayinə üçün laborator analizlərin verilməsi, ultrasəs, rentgen və digər müxtəlif funksional diaqnostik müayinələr təyin edilə bilər. Müayinələrin nəticəsinə görə ixtisaslı həkim tərəfindən vətəndaşa planlı, təcili, təxirəsalınmaz ambulator və ya stasionar müalicə tələb oluna bilər.

    Planlı ambulator müalicə üçün ixtisaslı həkim tərəfindən vətəndaşa ev şəraitində müalicə təyin edilə bilər. Planlı stasionar müayinə və müalicə üçün isə ixtisaslı həkim tərəfindən vətəndaşa göndəriş vərəqəsi verilə bilər.

    Təcili və ya təxirəsalınmaz stasionar tibbi yardım tələb edildiyi halda isə vətəndaş profil şöbələrdə dərhal stasionar terapevtik və ya cərrahi müalicə alır.

  • Сотрудница азербайджанской дипмиссии скончалась от коронавируса

    Скончалась сотрудница посольства Азербайджана в Венгрии дипломат Эльмира Оруджева.

    Причиной смерти стала инфекция коронавируса (COVID-19).

  • Azərbaycanlı diplomat koronavirusdan vəfat etdi

    Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşı vəfat edib.

    Oxu.Az-ın məlumatına görə, diplomat Elmira Orucova dünyasını dəyişib.

    O, koronavirusun (COVID-19) qurbanı olub.

  • Президенту Ильхаму Алиеву представлен кубок Евро-2020 – ФОТО/ВИДЕО

    В рамках тура Кубок Евро-2020, который пройдет с 11 июня по 11 июля этого года, в Баку доставлен кубок чемпионата Европы.

    Как сообщает АЗЕРТАДЖ, кубок чемпионата Европы, который будет демонстрироваться в Баку с 7 по 9 мая, представлен Президенту Ильхаму Алиеву.

    Этот кубок, именуемый также “Кубком Анри Делоне” в честь первого генерального секретаря УЕФА, выдвинувшего предложение о проведении чемпионата Европы, будет вручен в финальном матче турнира команде-победительнице. После Баку кубок будет доставлен в столицу Дании Копенгаген.

    Напомним, что по случаю 60-летнего юбилея чемпионата Европы матчи Евро-2020 будут организованы в различных странах. 3 встречи группы А и один матч 1/4 финала будут проведены на Бакинском олимпийском стадионе.



  • AVRO-2020-nin kuboku İlham Əliyevə təqdim olundu – FOTO/VİDEO

    Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin Kubok turu çərçivəsində Avropa çempionatının kuboku Bakıya gətirilib.

    AZƏRTAC xəbər verir ki, mayın 7-dən 9-dək Bakıda nümayiş olunacaq Avropa çempionatının kuboku Prezident İlham Əliyevə təqdim edilib.

    UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə “Anri Delone kuboku” da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq. Kubok Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagenə aparılacaq.

    Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.



  • Начинается суд над бывшим владельцем сети магазинов İdeal

    Завершено предварительное следствие по уголовному делу в отношении бывшего владельца сети магазинов İdeal Ильгара Исмаилова.

    Дело направлено в Бакинский суд по тяжким преступлениям в производство судьи Али Мамедова, сообщает Report.

    И.Исмаилов обвиняется в злоупотреблении служебным положением в 2011-2017 годах и хищении средств в размере около 680 тыс. манатов.

    Ему предъявлено обвинение по статьям 179.3.2 (присвоение в крупном размере) и 308.2 (злоупотребление должностными полномочиями) УК АР. Решением Бинагадинского районного суда в отношении его избрана мера пресечения в виде заключения под стражу.

  • “İdeal”ın keçmiş sahibinin məhkəməsi başlayır

    “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    “Report”un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    İş hakim Əli Məmmədovun icraatına verilib.

    Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

    Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

  • В Шуше началось строительство участка магистрального водопровода

    Начато строительство участка магистрального водопровода в соответствии с утвержденным планом по улучшению системы питьевого водоснабжения Шуши.

    Об этом сказал руководитель пресс-службы ОАО “Азерсу” Анар Джебраиллы.

    “План мероприятий включает в себя восстановление источников Кичик Кирс и Зарслы, снабжающих водой город, реконструкцию построенной до оккупации 10-километровой линии Кичик Кирс – Шуша, а также водоприемной камеры, шестикилометровой распределительной сети и строительство трех водохранилищ объемом 500 кубометров”, – сообщил представитель ОАО.

    По его словам, работы планируется завершить до конца текущего года. Необходимые средства уже выделены.

    “На следующем этапе будут реконструированы распределительные сети, которые охватят другие районы Шуши, а также установлены сооружения для очистки питьевой и сточных вод. В рамках нового проекта будет восстановлена водоприемная камера, источники Кичик Кирс и Зарслы – объединены. Таким образом, вода из обеих линий будет направляться в эти камеры и отсюда подаваться в Шушу”, – рассказал А.Джебраиллы.

  • Şuşada magistral su kəmərinin ilk hissəsinin tikintisinə başlanılıb

    “Şuşa şəhərinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı təsdiqlənən tədbirlər planına uyğun olaraq ərazidə ilkin mərhələdə magistral su kəmərinin bir hissəsinin tikintisinə başlamışıq”.

    Bu sözləri “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. O bildirib ki, Zəfər yolunun keçdiyi ərazilər və Şuşa şəhərinin girişində elektrik yarımstansiyasının tikintisi ilə əlaqədar işlərin yubanmaması üçün həmin ərazidə təxirəsalınmaz tədbirlər görülür:

    “Tədbirlər planına Şuşanı su ilə təmin edən Kiçik Kirs və Zarslı mənbələrində yenidənqurma işlərinin aparılması, Şuşa şəhərini qidalandıran işğaldan əvvəl tikilmiş 10 km uzunluğunda Kiçik Kirs-Şuşa su xəttinin tamamilə yenidən çəkilməsi, suqəbuledici kameranın, Şuşa şəhərində 6 km-lik paylayıcı şəbəkənin yenidən qurulması və həcmi 500 kubmetr olan üç su anbarının tikintisi daxildir. Bütün bu işlərin görülməsi üçün vəsait də ayrılıb”.

    A.Cəbrayıllı onu da əlavə edib ki, tədbirlər planına daxil olacaq işlər bu il ərzində icra olunacaq:

    “Növbəti mərhələdə Şuşa şəhərinin təsdiqlənəcək Baş Planına uyğun olaraq işlər görüləcək. Bura şəhərin digər ərazilərini əhatə edəcək paylayıcı şəbəkələrin yenidən qurulması, Şuşa şəhərində həm içməli, həm də tullantı su təmizləyici qurğuların tikintisi daxildir. Hazırda Şuşa ərazisinə Kiçik Kirs və Zarslıdan ayrı-ayrılıqda su xətləri daxil olur. Yeni layihədə su qəbuledici kameralar yenidən qurulacaq, bu mənbələr bir biri ilə əlaqələndiriləcək. Beləliklə hər iki kəmərdən su həmin kameraya yönləndiriləcək, buradan isə bir kəmərlə Şuşa şəhərinə veriləcək”.