Month: May 2021

  • BMT bəşəriyyət üçün faciənin yaxınlaşması barədə xəbərdarlıq edib

    Ötən il Yer kürəsində havanın temperaturu milyon il ərzində rekord həddə qalxaraq, bəşəriyyəti iqlim qəzasına yaxınlaşdırıb.

    “Report” xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş bildirib.

    “Ötən il illik ekstremal və iqlim kataklizmlərinin daha bir görünməmiş dövrü oldu”, – baş katib deyib.

    Onun sözlərinə görə, atmosferdəki karbon qazının konsentrasiyası ən yüksək səviyyəyə qədər yenilənərək sənayedən əvvəlki səviyyəni üstələyib.

    Quterreş bunun Yerin istiliyinin üç dərəcə yüksək və dəniz səviyyəsinin 15 metr yüksək olduğu üç milyon ildə ən yüksək göstərici olduğunu vurğulayıb.

    “Mövcud öhdəliklərə uyğun olaraq, hələ də əsrin sonuna qədər fəlakətli 2,4 dərəcə istilik artımına doğru irəliləyirik. Uçurumun astanasındayıq”, – deyə BMT rəhbəri xəbərdarlıq edib.

    Antoniu Quttereş vurğulayıb ki, bəşəriyyət ən pis ssenarinin qarşısını almaq üçün daha təmiz və yaşıl inkişaf yoluna daxil olmaq girmək üçün birlikdə çalışmalıdır.

  • İstanbulda girov götürülən şəxs pəncərəyə çıxıb kömək istədi: Polislər tərəfindən xilas edildi – FOTO/VİDEO

    Türkiyənin İstanbul şəhərində daha bir girov götürmə hadisəsi qeydə alınıb. Belə ki, Esenyurt bölgəsində səkkiz mərtəbəli binanın altıncı mərtəbəsindən bir kişi girov götürüldüyünü qışqırıb və yoldan keçənlərdən yardım istəyib.

    Bu barədə “Haber Global” xəbər yayıb.

    Məlumata görə, hadisə yerinə dərhal polislər cəlb olunub.

  • Damarların tıxanması və qanın qatılaşması xəstəlik yox, simptomdur – Həkim əsl səbəbi AÇIQLADI

    Tanınmış həkim, manual terapevt doktor Şişonin ateroskleroz kimi tanınan damar tıxanmasının əsl səbəbini açıqlayıb.

    O bildirib ki, ateroskleroz onurğa arteriyalarında qan dövranın pisləşməsini göstərən simptomdur, ayrıca özlüyündə yaranan xəstəlik deyil.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bu problemi olan xəstələr onurğa və boyun arteriyalarının UZİ-sini etdirməlidir. Onurğa arteriyaları beyin kökünü qidalandırır.

    Damarlarda yaranan pitraqlaşmalar köpüklü olur, onlar qanın köhnəlmiş makrofaqlarıdır, hansı ki, damarların divarından içəri sızıb və burda pis xolesterini yeyərək bərkiyir.

    Bu mübadiləni aparan mərkəz isə beyindəki hipotalamusdur. O, lazım olan qədər qanla qidalanmadıqda, onurğaya gedən qan dövranı pozulur, damarların içində atrerosklerostik tıxanmalar yaranır.

    Normal hipotalamus makrofaqlara düzgün əmr verir və onlar damarın içində lazım olmayanı yeyib, digər yerə aparmalıdır.

    Burdan belə aydın olur ki, təzyiq xəstəliyi, diabet, damarların tutulması heç də müstəqil xəstəlik yox, beyin kökü və hipotalamusun oksigen aclığı və qan dövranı pozulmasının nəticəsidir.

    Hipotalamusu qidalandıran onurğa arteriyalarıdır. Bu arteriyaların sıxılması, hərəkətsizlik, ostexondroz, protruziya və s. hipotalamusun işini pozur. Ona görə də gənclər yuxarıdakı xəstəliklər yaranmasın deyə, onurğa və boyun arteriyalarının yaxşı işləməsini yoxlamalı və onurğanı daim hərəkətdə saxlamalıdırlar.

  • Yeməkdən əvvəl, yoxsa sonra? – Vitaminlərin qəbul edilmə vaxtı

    Vitamin və mineralların qəbulu zamanı bəzi qaydalara əməl etmək lazımdır ki, onlar düzgün sovrulub, orqanizmə dəstək verə bilsin.

    Elə vitaminlər var ki, birbaşa yemək zamanı, xüsusən yağ qəbulu ilə, elələri də var ki,yeməkdən əvvəl və ya sonra qəbul edilməlidir.

    Median.Az medicina.az-a istinadən vitaminlərin qəbul vaxtını təqdim edir:

    A, E, D K -vitaminləri

    Yağda həll olan vitaminlər olduğu üçün mütləq yemək zamanı, xüsusən yağlı qidalar yeyərək qəbul edilir. Əgər yemək yemirsizsə, bir az yağ çörək yeyib, üzərindən bu vitaminlərdən birini içə bilərsiz. Yağ olmasa bu vitaminləri mədə turşusu məhv edir

    Kalsiy – sümüklər üçün vacib mineraldır. Vitamin D və maqniy ilə birgə qəbul edilməlidir. Amma onu dəmir və sinklə eyni vaxtda içmək olmaz. Kalsiy içdikdən 1-2 saat sonra heç bir şey qəbul etməyin. Kalsiy yeməkdən əvvəl və ya 1 saat sonra qəbul edilə bilər. Səhər, axşam fərqi yoxdur.
    B qrup vitaminləri

    Sinir sistemini bərpa edir, enerji verir. Onu səhər yeməyi zamanı içmək lazımdır.

    Maqniy, dəmir

    Axşam saat 7-8-də və ya yuxudan əvvəl içə bilərsiz. Maqniy bir qədər sakitləşdirici təsir edir. Bu vitaminlərlə kofe, çay içmək olmaz. Maqniy yeməkdən dərhal sonra içilə bilər.

    C vitamini

    Günün istənilən saatı, bir stəkan su ilə içmək lazımdır. Mədə turşuluğunu artırır, ona görə acqarına olmaz. Dəmir defisiti, qan azlığında C vitaminini dəmir preparatı ilə birgə içmək olar.

  • Неймар приостановил переговоры с ПСЖ о новом соглашении из-за интереса Барселоны

    Звездный футболист ПСЖ Неймар приостановил обсуждение нового контракта с клубом из-за интереса к нему со стороны Барселоны, сообщает L’Équipe.

    По информации издания, на решение бразильского нападающего повлияли слухи о том, что лидер каталонского клуба Лионель Месси решил остаться в команде.

    Отмечается, что Неймар хотел бы снова играть вместе с аргентинским форвардом, как когда-то за Барселону в 2013-2017 годах.

    По данным СМИ, теперь звездный игрок ПСЖ, чей контракт заканчивается летом 2022 года, намерен узнать условия предложения каталонского клуба.

  • Azərbaycanın bu məktəblərində cəmi 1 şagird təhsil alır – RƏSMİ

    Azərbaycanda ən az şagird sayı olan məktəblər açıqlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyindən təhsil müəssisələrində şagird sıxlığının əhalinin məskunlaşma faizinə düz mütənasib olaraq dəyişdiyi bildirilib.

    “Respublikada ən az şagirdi olan 2 məktəb var. Onlar Lerik rayon Təndül kənd və Şabran rayon Leyti kənd ibtidai məktəbləridir. Adıçəkilən təhsil müəssisələrində 1 nəfər təhsil alan qeydə alınıb”, – deyə məlumatda bildirilir.

  • Kimlər qəhvədən daha çox istifadə edir?

    Avstraliya alimləri insanların hansı hallarda kofeinli içkilərə meyilləndiyini təyin edib. Cənubi Avstraliya Sağlamlıq və Tibbi Araşdırmalar İnstitutunun mütəxəssisləri, Britaniya biobankından 39 ilə 73 yaş arasındakı 390.435 iştirakçının məlumatlarını təhlil edib. Genetik səviyyəyədə ürək-damar sisteminin sağlamlıq vəziyyətinin qəhvə istehlakına təsir etdiyi məlum olub.

    Median.Az deyerler.org-a istinadən bildirir ki, irsi xəstəlikləri olan insanlar şüuraltı olaraq qəhvədən və ya kofeinli içkilərdən çəkinir. Genetikasında problem olmayan insanlar isə, qəhfədən lazımınca istifadə etməyə meyllidir. Alimlər qeyd edirlər ki, əksər hallarda bədənin özü kofeinin qəbul etmə həddini təyin edir və içdiyiniz qəhvə miqdarına görə dolayı yolla ürək və qan damarlarının sağlamlığını qiymətləndirmək olar.

  • Buraxılış imtahanında yeganə maksimum bal toplayan şagird odur (FOTO)

    Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

    Median.Az
    xəbər verir ki, imtahan iştirakçıları arasında bir nəfər – Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu maksimal olan 300 bal toplayıb.

    “Azərbaycan Universitetləri” səhifəsinin yaydığı məlumata görə, həmin şagird Ruslan Məsimovdur.

    R.Məsimov iki il əvvəl 9-cu siniflərin buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.//qaynarinfo

  • Сборная Азербайджана провела подиумные тренировки предстоящего Кубка мира по художественной гимнастике в Баку

    Сборная Азербайджана провела в Национальной арене гимнастики подиумные тренировки предстоящего Кубка мира по художественной гимнастике в Баку, сообщает Trend.

    Отметим, что Кубок мира, который носит квалификационный характер на Олимпийские игры в Токио, состоится 7-9 мая 2021 года в столице Азербайджана.

    Нашу страну на соревнованиях в индивидуальной программе представят Зохра Агамирова и Арзу Джалилова. В групповых упражнениях за Азербайджан в составе команды выступят Ляман Алимурадова, Зейнаб Гумматова, Елизавета Лузан, Марьям Сафарова и Дарья Сорокина.

    На Кубке мира в Баку примет участие около 170 гимнасток из 35 стран мира.

    По традиции, гимнастке и команде, набравшим во время соревнования наибольшее количество баллов, будет вручен Кубок AGFTrophy.

  • Neymar “Barselona”ya görə PSJ ilə danışıqları dayandırdı

    PSJ-nin hücumçusu Neymar yenidən “Barselona”ya qayıda bilər.

    Bu barədə “L’Équipe” nəşri məlumat yayıb.

    Məlumata əsasən, braziliyalı oyunçu katalon klubunun onunla maraqlanmasının ardından hazırkı klubu ilə yeni müqavilə barədə aparılan danışıqları dayandırıb.

    Neymarın bu qərarına “Barsa”nın hücumçusu Messi ilə şəxsi münasibəti səbəb olub.

    Belə ki, Neymar və Messinin dost olması və PSJ-li futbolçunun yenidən argentinalı ilə birlikdə oynamaq arzusu heç kim üçün sirr deyil.

    Yayılan xəbərlərə görə, “Barselona” rəbərliyi 100 milyon avro mübaqibilndə Neymarı almağı düşünür. Hücumçunun fransız klubu ilə müqaviləsi isə gələn ilin yayında bitir.