Month: May 2021

  • Azərbaycan sərbəst güləşçiləri tarixi antirekorda imza atdı

    Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında cəmi 3 sərbəst güləşçi təmsil edəcək.

    “Report”un məlumatına görə, bu, antirekord göstəricidir.

    Əvvəlki olimpiadalarda ən pis halda 4 sərbəst güləşçi mübarizə aparıb:

    1996. Atlanta – 6

    2000. Sidney – 6

    2004. Afina – 4

    2008. Pekin – 7

    2012. London – 6

    2016. Rio-de-Janeyro – 6

    Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına sərbəst güləş növündə maksimum 6 lisenziya qazanmaq olar. Azərbaycan təmsilçilərindən Şərif Şərifov (97 kq) 2019-cu il dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə builk Avropa Təsnifat Turnirində bu vəzifənin öhdəsindən gəlib. Son şans sayılan Dünya Təsnifat Turnirində Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (86 kq) və Vahid Qalayev (125 kq) lisenziyasız qalıb.

  • Bakıda həkimlər koronavirs xəstələrinə baxmaqdan imtina etdilər (VİDEO)

    Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının 7, 8 və 9 saylı köməkçi yardım stansiyalarında iş dayanıb.

    Tibb işçilərinin Unikal.org-a verdiyi xəbərə görə bir neçə aydır ki, COVİD 19 virusuna görə almalı olduqları əlavə ödənişlər verilmir. Bir neçə dəfə rəhbərliyə müraciət edən səhiyyə işçiləri yekunda çıxış yolunu kütləvi şəkildə etiraz edərək işi dayandırmaqda görüblər.
    Əlavə məlumat veriləcək.

  • В Азербайджане могут разрешить свадьбы: будут новые стандарты – ЗАЯВЛЕНИЕ

    В Азербайджане в будущем разрешат проводить свадьбы, но по определенным правилам.

    Как сообщает Median.Az, об этом в эфире телеканала ARB24 сказал зампредседателя комитета по здравоохранению Милли Меджлиса Рашад Махмудов. 

    “В ближайшие несколько месяцев будут разработаны соответствующие стандарты для проведения свадеб”, – отметил Махмудов. 

    По его словам, говорить об отмене имеющихся ограничений рано до тех пор, пока не будет привито 50-60% населения страны. 

  • Ramazan ayının 24-cü gününün imsak, iftar və namaz vaxtları – FOTO

    Sabah Ramazan ayının 24-cü günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 7-də imsak vaxtı saat 03:50-də, iftar vaxtı isə 19:57-dədir.

    Mayın 7-i üçün namaz vaxtları:

    Sübh azanı 04:00
    Zöhr azanı 12:37
    Əsr azanı 17:36
    Məğrib azanı 19:57
    İşa azanı 21:08

    24-cü günün imsak vaxtı üçün duanı təqdim edirik:

    “Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin!”

    Tərcüməsi: “İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”

    İftar duası:

    “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

    Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul etsin!

  • В Рио-де-Жанейро 25 человек погибли в результате перестрелки в метро

    В метрополитене Рио-де-Жанейро, во время перестрелки с полицией погибли 25 человек, сообщает РИА Новости со ссылкой на портал G1.

    Стрельба произошла в Жакарезинью – северной зоне города, в ходе спецоперации по борьбе с незаконным оборотом наркотиков.

    Среди жертв – один офицер и 24 подозреваемых. По информации СМИ, полицейский Андре Фриас скончался в результате ранения в голову. Пострадали также два пассажира метрополитена и двое полицейских.

    Как отмечается в материале, число погибших в спецоперации рекордное с 2016 года, когда начали вести статистику.

  • Rio-de-Janeyrodakı atışma zamanı ölənlərin sayı artıb – YENİLƏNİB+VİDEO

    Braziliya metrosunda polisin keçirdiyi əməliyyat nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

    Bu barədə “G1” portal məlumat verib. Ölənlərin 24 nəfərinin cinayətkar dəstə üzvləri olduğu bildirilib.

    Artıq hadisənin videogörüntüləri də yayılıb.

    ***

    Rio-de-Janeyro metrosunda polislə narkotacirlər arasında atışma baş verib.

    “RİA Novosti” xəbər verir ki, atışma zamanı 23 nəfər həlak olub.

    Hadisə şəhərin şimal rayonu olan Jakarezinyuda baş verib.

    Polis narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan dəstəyə qarşı xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsindən ölənlərin birinin polis əməkdaşı, digər 22 nəfərin isə dəstə üzvləri olduğu bildirlib.

    Bununla yanaşı, iki polisin və iki nəfər metro sərnişininin yaralandığı qeyd edilib.

  • Впервые в истории Олимпиады в соревнованиях примет участие трансгендер

    43-летняя тяжелоатлетка из Новой Зеландии Лорел Хаббард прошла отбор на Олимпийские игры, передает gazeta.ru со ссылкой на Inside the games.

    Стоит отметить, что Хаббард станет первым трансгендером в истории Игр. В 35 лет Лорел решилась на смену пола. До операции она была мужчиной по имени Гэвин.

    В 2015 году Международный олимпийский комитет (МОК) разрешил выступать в женской категории мужчинам, которые стали женщинами без операции по удалению тестикул при определенном уровне тестостерона.

    Летние Игры-2020 пройдут в Токио с 23 июля по 8 августа. Соревнования были перенесены с 2020 на 2021 год из-за пандемии коронавируса. В связи с угрозой распространения заболевания было принято решение провести олимпийские соревнования без иностранных зрителей.

  • Olimpiya tarixində ilk dəfə yarışmaya transgender qadın qatılacaq

    Yeni Zelandiyadan olan 43 yaşlı ağır atlet Lorel Habbard Olimpiya Oyunlarına vəsiqə qazanıb.

    Bu barədə “Inside the games” xəbər yayıb.

    Habbard Oyunlar tarixində ilk transseksual şəxs olacaq. Belə ki, Lorel 35 yaşında cinsiyyətini dəyişdirməyə qərar verib. Əməliyyatdan əvvəl o, Qevin adlı kişi olub.

    Qeyd edək ki, 2015-ci ildə Beynəlxalq Olimpiya Komitəsi əməliyyat olmadan qadın halına gələn kişilərə qadın kateqoriyasında yarışmağa icazə verib.

    2020 Yay Oyunları 23 iyul – 8 avqust tarixlərində Tokioda keçiriləcək.

  • Bakıda 21 yaşlı gəncə küt alətlə xəsarət yetirilib

    Bakıda gəncə xəsarət yetirilib.

    “Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

    Belə ki, 2000-ci il təvəllüdlü Quliyev Tural Sahib oğlu naməlum şəxs tərəfindən iti alətlə vurulub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

  • Vətən müharibəsində itkin düşmüş zabitimizin nəşi tapılıb

    Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində itkin düşmüş hərbçisinin nəşi tapılıb.

    “Report” xəbər verir ki, 7 aylıq axtarışlardan sonra bu gün kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəhid olduğu müəyyənləşdirilib.

    1989-cu ildə Lerik rayonunun Anbu kəndində anadan olan kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlu ikinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. Ötən il oktyabrın 15-dən sonra Ə.Rəhmətovla əlaqə saxlamaq mümkün olmayıb. Uzun axtarışlardan sonra bu gün onun şəhid olduğu müəyyən edilib. Şəhidimizin nəşi Cəbrayıl rayonunda tapılıb.

    Qeyd edək ki, Ə.Rəhmətov həmçinin Aprel döyüşlərində, ötən ilin Tovuz döyüşlərində bir sıra qəhrəmanlıqlar nümayiş etdirib. O, sabah Lerikdə dəfn ediləcək.

    Allah rəhmət eləsin.