Month: May 2021

  • Marketdə məhsulları yararsız hala salan general oğlunun dəbdəbəli həyatı – FOTO

    Bakıda marketlərdən birində məhsulları qəsdən yararsız hala salan Rüstəm Orucov bir neçə il əvvəl dəbdəbəli həyatı ilə gündəmə gəlib.

    Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor Novruzəli Orucovun oğlu olan Rüstəm Orucov sahib olduğu lüks avtomobilləri və yaşayışı ilə də zaman-zaman mətbuatın gündəminə düşüb.

    Qeyd edək ki, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

    Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

    R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    General oğlunun dəbdəbəli həyatından görüntüləri təqdim edirik:











  • Həbs edilən dələduz makler barədə yeni təfərrüat: Neft ərazisini İran vətəndaşına satıb – FOTO

    Neft sənayesinə aid torpaqları özbaşına zəbt edib satdığına görə həbs edilən vasitəçi (makler) Azər Cəbrayılovun qanunsuz əməlləri barədə yeni məlumatlar üzə çıxıb.

    Maştağa və Buzovnada SOCAR-a məxsus torpaqları zəbt edib, tikinti işləri aparması ilə gündəmə gələn Azər Cəbrayılov neft quyularının yaxınlığında qanunsuz tikdiyi evləri daha sonra müxtəlif şəxslərə satıb. Azər Cəbrayılov 2020-ci ildə əlbir olduğu şəxslərlə birlikdə saxta sənədlər hazırlayaraq H.Z.Tağıyev adına neft-qaz çıxarma idarəsinin (NQÇİ) 3 saylı mədən ərazisinin bir hissəsini zəbt edib İran İslam Respublikası vətəndaşı Cavad Şalğuniyə satıb.

    Ərazidə tikinti aparıldığını aşkarlayan mühafizəçilər Cavad Şalğuniyə mədən ərazisində görülən işlərin qanunsuz olması barədə ətraflı məlumat verib və tikinti işlərinin dayandırılmasını tələb edib. Cavad Şalğuni isə tikinti üçün lazım olan “icazənin” alındığını bildirib və torpaq sahəsinin sənədlərini təqdim edib. Lakin məlum olub ki, ona verilən sənədlər düzgün deyil. Belə ki, tikinti aparılan sahə Xəzər rayonunun ərazisi olduğu halda, sənəddə Sabunçu rayonun ərazisindən bəhs olunur. Bundan başqa, Torpaq Məcəlləsinə görə, əcnəbilər Azərbaycanda torpağı yalnız icarə yolu ilə əldə edə bilərlər, mülkiyyətçi ola bilməzlər.

    Mühafizəçilər qanunsuz tikintini sökmək istəyərkən Azər Cəbrayılov ətrafına topladığı şəxslərlə birlikdə onlara hücum çəkib.

    Cavad Şalğuni Azər Cəbrayılovun zəbt edib satdığı neft ərazisində daha sonra elə onun özünün himayədarlığı ilə gecəqondu tikməyə müvəffəq olub. Hazırda isə həmin iki otaqlı ev satışa çıxarılıb.

    Əldə etdiyimiz məlumatlara əsasən, Azər Cəbrayılov 2005-ci ildən Maştağa və Buzovnada mədən ərazilərini zəbt edib satmaqla məşğuldur. O bu ərazilərdə indiyə kimi qanunsuz olaraq 100-dən çox ev tikərək satıb. Təkcə Maştağanın Çiləgər adlanan ərazisində “Bakı kafesi”nin arxasında bir küçədə neft sənayesinə aid torpaqlarda təxminən 13 ev inşa etdirib. Bu ərazilərdə elə yer var ki, Azər Cəbrayılov bir dalanda 25 ev tikib. Qanuna əsasən neft quyularından minimum 300 metr məsafədə heç bir şəxsi tikinti işi aparmaq olmaz, amma 1224 saylı neft quyusunun 30-35 metrliyində Azər Cəbrayılov üç ev tikərək satıb. Hazırda da bir neçə ev və boş torpaq sahəsi mövcuddur ki, satmaq məqsədilə divarlarına telefon nömrələri yazılıb.

  • DİN-dən Aslan Hüseynovun öldüyü qəza ilə bağlı AÇIQLAMA

    Daxili İşlər Nazirliyi müğənni Aslan Hüseynovun öldüyü avtomobil qəzası ilə bağlı məlumat yayıb.

    DİN-dən verilən məlumata görə, mayın 4-də saat 5 radələrində Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhər sakini Aslan Hüseynov (müğənni) idarə etdiyi BMW markalı avtomobili qarşıda gedən paytaxt sakini G.Bəşirovun idarə etdiyi “KamAZ” markalı yük avtomobilinə vurmuşdur.

    Nəticədə A.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • Возобновляется движение электропоездов по маршруту Баку – Хырдалан – Сумгайыт

    16 мая возобновится движение электропоездов по маршруту Баку – Хырдалан – Сумгайыт.

    Как сообщили в ЗАО “Азербайджанские железные дороги”, наряду со строительством нового железнодорожного моста на круговой развязке Хырдалан, осуществлен капремонт контактной сети на станции Баш Кешля.

    Проведенные работы повысят безопасность движения поездов.

  • Bakı-Xırdalan-Sumqayıt qatarı fəaliyyətini bərpa edir

    Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edəcək elektrik qatarının fəaliyyətə başlayacağı tarix açıqlanıb.

    “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, mayın 16-sı Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edəcək elektrik qatarı sərnişin daşımalarını bərpa edəcək.

    Məlumatda əsasən, Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə yanaşı xəttin kontakt şəbəkəsi Baş Keşlə stansiyasında əsaslı təmir olunub. Aparılan yenidənqurma işləri sərnişin qatarlarının daha təhlükəsiz hərəkətinə imkan yaradacaq.

  • Alimpaşa Məmmədov maral ətini kimlərə satırmış?

    Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun maral fermasının üzə çıxması son günlərin müzakirə olunan mövzularındandır.

    Maral əsasən çöl heyvanıdır və meşələrdə yaşayır. Azərbaycanda bu heyvanların sayı çox deyil və onların fermada saxlanması ilk hadisədir.

    Dünya mətbuatında gedən məlumatlarda maral fermalarının əsasən Yeni Zelandiya yaradıldığı qeyd olunur.

    Maraqlıdır, Alimpaşa Məmmədovun maral fermasını yaratmaqda məqsədi nə imiş? O, bu heyvanların ətini, yoxsa südünü satmağı planlaşdırırmış?

    Alimpaşa müəllim hazırda həbsdə olduğundan bu suallara cavabı onun öz dilindən eşitmək mümkün deyil.

    Modern.az-ın əməkdaşı mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovla əlaqə saxlayıb.

    E.Hüseynov deyib ki, o, Yeni Zelandiyada açıq havada qurulan maral fermalarını görüb.

    “Orada maral fermalarını görmüşəm. Onlar açıq havada ilboyu daim çöllərdə saxlanılır. Maral ətinə bir çox ölkələrdə tələbat var. O cümlədən maral dərisindən də istifadə olunur. Xüsusi maral növləri var ki, onların buynuzunun içərisindəki ilikdən dərman hazırlanır.

    Alimpaşanın fermasındakı maralları ətlik üçün saxlayırdılarsa, güman edirəm ki, onları elit restoranlara verəcəkdilər və ya dərisindən istifadə edərək, ətliyə çeviriləcəkdi.

    Əgər ölkəmizdə ayını 1 milyona alıb yeyən adam varsa, demək ki, maralı yeyənlər daha çox olar. Çünki ayının özü maral yeyir. Ayını yeyən maralı göydən düşmə kimi yeyər. Ölkəmizdə elə adamlar varsa, deməli maral ətinə də tələbat olub.

    Bu vaxta kimi maral əti yeməmişəm. Dadını da bilmirəm. Güman edirəm ki, normal bir ətdir. Düşünürəm ki, Alimpaşa Məmmədov maralı mütləq biznes məqsədi ilə saxlayıb. Hesab etmirəm ki, onun fermasında dərman hazırlanan maral növü ola.

    Qida Təhlükəsizlik Agentliyi bu fermadan xəbərsiz olmaya bilməz. Qida zəncirində iştirak edən bütün subyektlər Qida Təhlükəsizlik Agentliyində qeydiyyata daxil olmalıdır. Onlar maraldan hansı məqsədlər üçün istifadə edildiyini daha yaxşı bilərlər”.

  • Задержан мошенник, представлявшийся адвокатом – ФОТО

    В Исмаиллинском районе задержан мужчина, который, злоупотребляя доверием граждан, совершил в их отношении мошенничество.

    Местные жители обратились в полицию, заявив, что некий Эльман, представляясь адвокатом, за определенную плату обещал им решить их проблемы: одним – приобрести арендованный участок земли, прочим – оказать помощь в назначении опекунства, сообщает шекинская региональная группа пресс-службы МВД.

    Сотрудники полиции по данному факту задержали жителя города Исмаиллы Эльмана Халилова. В ходе расследования выяснилось, что подобным он промышлял и в Агсуинском районе.

    Если жертвами аналогичных противоправных действий Э.Халилова стали другие граждане, просьба сообщить об этом в полицию Исмаиллинского района по телефонам: 020-285-11-89, 050-280-45-00, а также в call-центр МВД 102.

  • Özünü vəkil kimi təqdim edib, dələduzluq edən şəxs saxlanılıb – FOTO

    İsmayıllı rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis şöbəsinə müraciət edən rayon sakinləri özünü vəkil kimi təqdim edən Elman adlı şəxsin icarəyə torpaq sahəsi götürmək, azyaşlılara qəyyum təyin etdirmək kimi vədlər verərək onları aldatdığını və pullarını ələ keçirdiyini bildiriblər.

    Daxil olmuş müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini Elman Xəlilov saxlanılıb. Araşdırma zamanı onun Ağsu rayonunda da vətəndaşların pullarını alaraq, dələduzluq etdiyi məlum olub.

    E.Xəlilovun analoji əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, 050-280-45-00 mobil nömrələri, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

  • Millət vəkili: “Peyvəndin 3-cü dozasına dair fikirlər var” – VİDEO

    “Peyvəndin ikinci mərhələsində dozanın daha çox olması barədə fikirlər tamamilə yanlışdır”.

    Bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib. O bildirib ki, peyvənd hər iki mərhələdə eyni dozada tətbiq olunur:

    “ÜST-ün tövsiyəsi var ki, ilk doza hansı peyvəndlə başlanılıbsa, ikinci doza da o olsun. Burada birinci və ikinci doza arasında isə fərq yoxdur və onlar standart formada hazırlanmış məhlullardır”.

    Millət vəkili qeyd edib ki, peyvəndin 3-cü dozasının tətbiqi barədə fikirlər səsləndirilir:

    “Hətta səhiyyə avtoritetləri arasında vaksinin 3-cü dozası barədə bəzi fikirlər səsləndirilir. Bu barədə araşdırmalar gedir. Hazırda isə iki doza peyvəndlə biz bir il ərzində dayanıqlı immunitet formalaşdıra bilirik”.

  • Женившийся месяц назад молодой человек утонул в озере

    Житель села Топчу Исмаиллинского района Хази Зарбалиев (1993 г.р.) утонул, купаясь с друзьями в озере.

    Его тело извлекли из воды сотрудники водолазно-поисковой группы МЧС.

    По данному факту местной прокуратурой проводится расследование.

    Отметим, Х.Зарбалиев женился месяц назад.