Month: May 2021

  • Müəllimlərin yerdəyişməsi zamanı balların hesablanması qaydası AÇIQLANDI

    Mayın 5-də ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu başlayır.

    Müsabiqədə iştirak etmək üçün www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Müsabiqənin elektron sənəd qəbulu 16 may tarixinədək davam edəcək.

    Qeyd edək ki, cari tədris ilində müddətsiz müqavilə əsasında işə qəbul olunan şəxslər də müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edə bilərlər. Həmçinin, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.

    Eyni zamanda, müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurulacaq. Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq.

    Hər iki şərti ödəyən namizədlərin topladığı bal isə 1,1 artım əmsalına vurularaq hesablanacaq. Qeyd olunan sosial amillərin nəzərə alınması üçün namizədlər elektron qeydiyyatdan keçərkən tələb olunan xanalarda müvafiq sənədləri yükləməlidirlər.

  • В Физулинском районе арестован подозреваемый в изнасиловании 15-летней девочки, которая забеременела

    В Физулинском районе арестован подозреваемый в изнасиловании 15-летней девочки, сообщает пресс-служба МВД.

    Решением районного суда в его отношении избрана мера пресечения в виде ареста.

    “По данному факту в Физулинском РОП проводится расследование”, – заявили в министерстве.

    Отметим, что в соцсетях появилась информация о том, что в одном из сел Бейлаганского района была изнасилована 15-летняя девочка, в результате чего она забеременела.

    По утверждению ее матери, это сделал 38-летний сосед.

  • Azərbaycanda 15 yaşlı qıza təcavüz etdilər: Hamilə qalıb

    Füzuli rayonunda 15 yaşlı qızın zorlanmasında şübhəli bilinən şəxs həbs edilib.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, təqsirləndirilən şəxs barəsində Füzuli Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib:

    “Hazırda faktla bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır”.

    Qeyd edək ki, sosial şəbəkələrdə 15 yaşlı qızın zorlanaraq hamilə qalması barədə məlumatlar yayılıb.

    Anası onun təcavüzə uğradığını deyib. Hadisə Beyləqanın kəndlərindən birində baş verib.

    Yeniyetmənin anası iddia edib ki, qızına kənddəki qonşusu, 38 yaşlı kişi təcavüz edib.

  • Командующий российским миротворческим контингентом в Карабахе может быть отозван

    13 мая истекает срок шестимесячного трудового договора командующего российским миротворческим контингентом в Карабахе генерал-лейтенанта Рустама Мурадова.

    Об этом пишет газета “Жоховурд”.

    Это означает, что в ближайшее время его место может занять другой российский военный.

    Дело в том, что, согласно договору, российские власти могут сменить командира по прошествии шести месяцев, однако военный эксперт Владимир Евсеев в беседе с “Жоховурд” заявил, что в любом случае ротация не является обязательным требованием.

  • Sülhməramlıların komandanı Qarabağdan geri çağırıla bilər

    Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun mayın 13-də altı aylıq əmək müqaviləsinin müddəti başa çatır.

    Bu barədə Ermənistanın “Joxovurd” nəşri məlumat yayıb.

    Bu, o deməkdir ki, yaxın vaxtlarda general Rüstəm Muradovu başqa bir rusiyalı hərbçi əvəz edə bilər.

    Məsələ burasındadır ki, müqaviləyə əsasən hərbi rəhbərlik Muradovu altı aydan sonra dəyişə bilər, lakin nəşrə danışan rusiyalı hərbi ekspert Vladimir Yevseyev rotasiyanın məcburi şərt olmadığını bildirib.

  • Еще один военнослужащий азербайджанской армии стал шехидом

    Найдено тело еще одного военнослужащего, пропавшего без вести в Отечественной войне.

    Военнослужащий-сверхсрочник Парвиз Хафиз оглу Тагиев (1990 г.р.), погиб в боях на муровдагском направлении.

    Отмечается, что он пропал без вести в первые дни войны, пишут его родственники в Сети.

    П.Тагиев будет похоронен на Аллее шехидов в Мингячевире.

  • Daha bir hərbçimizin şəhid xəbəri gəldi

    44 gün davam edən Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.

    Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

    Bildirilib ki, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş 1990-cı il təvəllüdlü Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçən Hərbi Qulluqçu (MAHHXHQ) Tağıyev Pərviz Hafiz oğlunun şəhid olduğu müəyyənləşib.

    Onun müharibənin ilk günlərində itkin düşdüyü qeyd edilib.

    Şəhidimiz Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.

  • Polis dövriyyədən 128 kiloqram narkotik çıxardı – VİDEO

    Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında Beyləqan rayonunda həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olduqlarına görə dəfələrlə məhkum edilmiş rayonun Şahsevən kənd sakinləri Veysəl Həsənov və Əbülfəz Rüstəmov saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Onların üzərlərində olan bağlamalara baxış keçirilən zaman ümumi çəkisi 91 kiloqram olan narkotik vasitə, o cümlədən 61 kiloqram heroin, 1 kiloqram tiryək, 16 kiloqram qurudulmuş marixuana və 13 kiloqram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
    Veysəl Həsənov və Əbülfəz Rüstəmov ifadələrində şəxsiyyəti hələlik istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının sifarişi ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər. Bu şəxslər narkotik vasitələrin paytaxt Bakı və bölgələrdə şəxsiyyətləri istintaqla araşdırılan şəxslərə çatdırmaqla realizə olunmasını təşkil etməli imişlər.

    Baş İdarə əməkdaşlarının Sumqayıt şəhərində keçirdikləri əməliyyat zamanı şəhər sakini Elşad Süleymanov da saxlanılıb. Onun yaşadığı evdən 20 kiloqrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs külli miqdarda narkotik vasitəni tanışı olan xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.

    Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Astara rayonunda həyata keçirilən növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş Kamran Ağayev saxlanılıb. Onun evinə baxış zamanı ümumi çəkisi 6 kiloqramdan çox narkotik maddə, o cümlədən, 1 kiloqram 400 qram heroin, 2 kiloqram 840 qram marixuana, 2 kiloqram 750 qram tiryək, 100 qrama yaxın metamfetamin və 1 ədəd sənədləri olmayan ov tüfəngi aşkar edilib.

    Baş İdarə əməkdaşlarının Sabunçu rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində isə narkotik vasitələrin satışı ilə məşğul olan Xalid Vəlişov saxlanılıb. Onun Sabunçu rayonunda gizlətdiyi yerdən satış məqsədi ilə əldə edib saxladığı 4 kiloqram 580 qram heroin aşkar edilib.

    Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Baş İdarənin əməkdaşları tərəfindən paytaxtın Nəsimi və Xətai rayonlarında keçirilən əməliyyatlar zamanı isə əvvəllər məhkum olunan Asim Rəsulov, Zöhrab Nəbiyev, Zaur Məmmədov və Zaur Quliyev saxlanılıblar. Polislər tərəfindən Asim Rəsulovdan 1 kiloqram 215 qram, Zöhrab Nəbiyevdən isə 1 kiloqram 86 qram heroin və metamfetamin aşkar olunub. Həmçinin Zaur Quliyevin üzərindən və yaşadığı ünvandan müxtəlif adda ümumi çəkisi 3 kiloqram 528 qram narkotik vasitə, eləcə də 1000 ədəd psixotrop tərkibli həb, 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Zaur Quliyevdən həmçinin narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri də aşkar edilib.

    Bununla da Baş İdarə əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyatlar nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 128 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin realizə olunmasının qarşısı alınıb.

    Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslər istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

  • Назначен новый руководитель Space TV

    Член Общественного совета при Министерстве образования Ульвия Микаилова назначена руководителем телеканала Space.

    У.Микаилова сообщила Oxu.Az, что уже представлена коллективу и с завтрашнего дня приступит к исполнению своих обязанностей.

    До этого назначения она была руководителем Общественного объединения содействия современному образованию и преподаванию, старшим преподавателем Университета ADA, членом Общественного совета при Министерстве образования.

  • “Space” TV-yə yeni rəhbər təyin olunub

    “Space” televiziya kanalına yeni rəhbər təyin olunub.

    Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Ülviyyə Mikayılova “Space” televiziyasına rəhbər vəzifəsinə təyin edilib.

    Ü.Mikayılova Oxu.Az-a açıqlamasında bildirib ki, artıq kollektivə təqdim olunub və sabahdan vəzifəsinin icrasına başlayır.

    Ülviyyə Mikayılova bu təyinata qədər Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvüdür.

    Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub. 1998-ci ildən bugünədək bir sıra beynəlxalq qurumlar tərəfindən elan olunmuş müsabiqələrin qalibi olub. Rusiya Federasiyası, Orta Asiya və digər MDB, eləcə də Şərqi Avropa ölkələri və Monqolustanda təhsil üzrə məsləhətçi xidmətləri göstərib.

    2009-cu ildən Dünya Bankının və UNİCEF-in beynəlxalq məsləhətçisi kimi həm xaricdə, həm də Azərbaycanda bir sıra islahat yönümlü layihələrdə yer alıb. Hazırda ADA Universitetinin Təhsil fakültəsində baş müəllim kimi fəaliyyət göstərir. Ülviyyə Mikayılovanın elmi məqalələri bir çox yerli və xarici mənbələrdə dərc edilib.