Month: May 2021

  • Sumqayıtda hoteldə arvadını öldürən şəxsin məhkəməsi başlayır

    Sumqayıtda hoteldə meyiti tapılan 1997-ci il təvəllüdlü Aişən Məhərrəm qızı Həsənovanı öldürməkdə şübhəli bilinən Orxan Qorxmaz oğlu Həsənovun cinayət işi üzrə istintaq prosesi başa çatıb.

    “Report”un xəbərinə görə, cinayət işi yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    İş hakim Mirzə Xankişiyevin icraatına verilib.

    Qeyd edək ki, yanvarın 17-də saat 07:00 radələrində Sumqayıt şəhər ərazisində yerləşən hotellərin birində 1997-ci il təvəllüdlü Aişən Məhərrəm qızı Həsənovanın meyitinin aşkar edilməsi barədə Sumqayıt Şəhər Prokurorluğuna məlumat daxil olub.

    Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Həsənov Orxan Qorxmaz oğlunun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı yastıqla Aişən Həsənovanı boğaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

  • В повестку сегодняшнего заседания Милли Меджлиса включены 11 вопросов

    Bu gün Milli Məclisin iclasıdır.

    Oxu.Az-ın məlumatına görə, deputatlar iclasda 11 məsələni müzakirə edəcəklər.

    İclasda Vergi Məcəlləsinə dəyişikliklər birinci oxunuşda müzakirəyə çıxarılacaq.

    Сегодня состоится очередное заседание Милли Меджлиса (парламента) АР.

    В его повестку включены 11 вопросов.

    В ходе заседания в первом чтении будут обсуждены поправки в Налоговый кодекс.

  • Deputatlar bu gün 11 məsələyə görə toplanır

    Bu gün Milli Məclisin iclasıdır.

    Deputatlar iclasda 11 məsələni müzakirə edəcəklər.

    İclasda Vergi Məcəlləsinə dəyişikliklər birinci oxunuşda müzakirəyə çıxarılacaq.

  • В Азербайджане за несколько часов произошли два землетрясения

    В Агстафинском районе произошло землетрясение.

    Как сообщает Республиканский центр сейсмологической службы НАНА, подземные толчки силой 3,2 балла были зафиксированы в 06:26 по местному времени в 27 км к северо-востоку от станции Газах.

    Очаг землетрясения залегал на глубине 7 км.

    Отметим, что это второе землетрясение, зарегистрированное в Азербайджане за последние часы.

    Так, в 01:21 в Агстафинском районе было зафиксировано землетрясение магнитудой 3,5.

  • Ağstafada iki dəfə zəlzələ oldu

    Ağstafada gecə və səhər iki dəfə yeraltı təkanlar olub.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 06:26-da Qazax stansiyasından 27 km şimal-şərqdə Ağstafa rayonunda 3,2 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

    Xatırladaq ki, bu, Ağstafada son bir neçə saat ərzində qeydə alınan ikinci zəlzələdir. Bu gecə ərzində Ağstafa rayonunda ilk təbii hadisə saat 1:21-də qeydə alınıb. Zəlzələ 3,5 bal gücündə olub.

  • Mühasib və sürücülərə xəbərdarlıq: İndidən hazırlaşın!

    Bir çox klassik peşə böyük təkamülə uğrayacaq.

    “Rossiyskaya Qazeta”nın məlumatına görə, bu barədə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin prorektoru Aleksandr Safonov bəyan edib.

    Onun sözlərinə görə, önümüzdəki 10 ildə mühasib peşəsi indiki formada olmayacaq. Mütəxəssislər işlərinə davam edə bilmək üçün auditor və ya vergi məsləhətçisi kimi əlavə bacarıqları mənimsəməlidirlər.

    Həmçinin sürücülük işi də tezliklə itmək təhlükəsi ilə üzləşib. Bunun səbəbi avtopilot sistemlərinin inkişafıdır.

    “Eyni şey teplovozları, elektrovozları, tramvayları, trolleybusları, avtobusları gözləyə bilər. Bu peşələrin nümayəndələri elektronkanın onların yerini alacağı təqdirdə nə edə biləcəklərini indidən düşünməlidirlər”, – deyə Safonov əlavə edib.

    Buna misal olaraq o, təyyarə heyətindəki azalmanı göstərib: əvvəllər kabinədə beş nəfər ola bilərdisə, bu gün prosesin iki iştirakçısı kifayətdir, yaxın gələcəkdə isə heyətin bir pilota kimi azalması mümkündür.

  • “Oskar” mükafatına layiq görülən qısametrajlı film plagiatlıqda ittiham olundu

    Tanınmış rejissor və ssenarist Sintiya Kao qısametrajlı “Two Distant Strangers” filminin yaradıcılarını plaqiatda ittiham edib.

    Bu barədə “What’s on Netflix” xəbər yayıb.

    O, iddia edir ki, 2016-cı ildə “Groundhog day for a black man” filmini çəkib. Onun süjeti Oskar mükafatına layiq görülən filmdə tamamilə təkrarlanıb: Qara dərili kişi evinə tələsir, lakin polislə toqquşur və zaman düyününə düşür. Fərq isə ondadır ki, baş qəhrəman anasının yanına deyil, itininin yanına tələsir.

    Qeyd edək ki, “Two Distant Strangers” filmi “Ən yaxşı qısametrajlı film” mükafatına layiq görülüb.

  • Məşhur boksçu hamilə sevgilisini öldürdü

    Məşhur Puerto-Riko boksçusu Feliks Verdejo hamilə sevgilisi Keyşli Rodriqezin qətlində şübhəli bilinərək həbs olunub.

    “RİA Novosti” xəbər verir ki, boksçunun özü cinayəti etiraf edib.

    Keyşli Rodriqez ötən cümə axşamı itkin düşüb. İki gün sonra onun cəsədi adanın San Juan əyalətinin paytaxtının yaxınlığında tapılıb. Bazar günü boksçu Feliks Verdejo polis tərəfindən nəzarətə alınıb, bundan sonra o hamiləliyin ikinci ayında olan sevgilisini öldürdüyünü etiraf edib.

    Feliks Verdejo Londonda keçirilən Olimpiya oyunlarında dörddəbir finalda ukraynalı Vasili Lomaçenkoya məğlub olub. Peşəkar rinqdə Verdejo 29 döyüşdə 27 qələbə qazanıb.

  • Билл Гейтс и его супруга разводятся

    Основатель американской корпорации Microsoft Билл Гейтс и его супруга Мелинда заявили о расторжении брака, передает ТАСС.

    Соответствующую публикацию Гейтс разместил в понедельник у себя в Twitter-аккаунте.

    “После длительных размышлений и большой работы над нашими отношениями мы приняли решение расторгнуть брак”, – говорится в заявлении. По словам Билла и Мелинды Гейтс, они не считают возможным “дальнейший рост в качестве пары”.

    При этом они уточнили, что продолжат совместно трудиться в рамках созданного ими благотворительного фонда.

    Билл Гейтс и Мелинда Френч поженились в 1994 году. У них трое детей.

  • Audio Virtual karabakhyuxarı Bill Qeyts boşanır

    Məşhur “Microsoft” şirkətinin təsisçisi, dünyanın ən varlı şəxslərindən biri sayılan Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts boşanmaq qərarına gəliblər.

    Bu barədə məlumatı Qeyts özünün “Twitter” hesabında paylaşıb.

    Cütlüyün adından yayımlanan birgə bəyanatda onların ikitərəfli razılıq əsasında boşanmaq qərarına gəldikləri bildirilib.

    Qeyd olunub ki, Bill və Melinda 27 illik ailə həyatına son qoymağa razılaşıblar.

    Xatırladaq ki, cütlüyün üç övladı var.