Month: May 2021

  • Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

    Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

    Turnirin ilk finalçısı İngiltərədə bəlli olacaq.

    “Mançester Siti” Fransada 2:1 hesabı ilə məğlub etdiyi ötən ilin finalçısı PSJ ilə münasibətlərinə aydınlıq gətirəcək.

    Mançester klubunda ispaniyalı Erik Qarsiya oynaya bilməyəcək. Paris klubunda isə Xuan Bernat və Aleksandr Letelye zədə səbəbindən, İdrissa Qey isə cəza səbəbindən oynaya bilməyəcək. Həmçinin komandanın lideri Kilian Mbapenin də meydana çıxıb-çıxmayacağı sual altındadır.

    UEFA Çempionlar Liqası

    1/2 final (cavab oyunu)

    23:00 “Mançester Siti” (İngiltərə) – PSJ (Fransa)

    İlk oyun – 2:1

  • Цены на нефть снижаются

    Цены на нефть эталонных марок умеренно снижаются на торгах в понедельник после роста в предыдущую сессию, сообщает “Интерфакс” со ссылкой на Trading Economics.

    Надежды на восстановление спроса на нефть на фоне возобновления экономической активности по всему миру нивелируют беспокойство по поводу роста заболеваемости COVID-19 в Индии и увеличение добычи ОПЕК+.

    Стоимость июльских фьючерсов на нефть Brent на лондонской бирже ICE Futures к 9:20 (12:20 по бакинскому времени – ред.) во вторник составляет 67,41 доллара за баррель, что на 0,15 доллара (0,22%) ниже цены на закрытие предыдущей сессии. По итогам торгов в понедельник эти контракты подорожали на 0,8 доллара (1,2%) – до 67,56 доллара за баррель.

    Цена фьючерсов на нефть WTI на июнь на электронных торгах Нью-Йоркской товарной биржи (NYMEX) к этому времени составляет 64,34 доллара за баррель, что на 0,15 доллара (0,23%) ниже уровня на закрытие предыдущей сессии. В понедельник стоимость этих контрактов увеличилась на 0,91 доллара (1,4%) – до 64,49 доллара за баррель.

  • Dünya bazarında neftin qiyməti

    Dünya bazarında neft ucuzlaşıb.

    Bu barədə RT məlumat yayıb.

    WTI markalı neftin iyun fyuçersləri 0,23 faiz ucuzlaşıb və bir barelinin qiyməti 64,34 ABŞ dolları təşkil edib.

    “Brent” markalı neftin iyul fyuçersləri də 0,22 faiz ucuzlaşıb və bir bareli 67,41 dollara satılıb.

  • Azərbaycanda boşanmış ər-arvad “Facebook”da saxta profillərlə yenidən tanış oldu

    “Facebook” sosial şəbəkəsindəki “Huquqşünaslar” qrupunda maraqlı hadisə qeydə alınıb.

    Bu barədə tanınmış vəkil Aqil Layic “Facebook” məlumat paylaşıb.

    O qeyd edib ki, boşanmış ər və arvad “Huquqşünaslar” qrupunda saxta profillərlə vəkillərdən məsləhət alıb, bu əsnada tanış olub, bir-birinə nömrə verib və nəticədə yenidən dava ediblər:

    “Ər-arvad boşanmışdı. Hər ikisi də saxta profillə qrupda gecə-gündüz hüquqi suallar yazıb məsləhət alırdılar. Amma bir-birini tanımırdılar. Yenidən saxta profillə bir-biri ilə tanış olurlar və hər ikisi adını yanlış deyir. Xanım keçmiş ərinin narkoman olduğunu, oğlan isə keçmiş arvadının əxlaqsız olduğunu qeyd edir. Münasibətlər irəliləyir və istiləşir. Hər ikisi mələk kimi davranır. Nəticədə bir-birinə nömrə verdikdə bəlli olur ki, bunlar elə söydükləri keçmiş ər-arvad özləri imiş. Söhbət böyüyür və bir-birinin nəsli haqqında yenidən tanışlıq ərəfəsində işlətdikəri pis sözlərə görə real həyatda dava düşür”.

    “Hər ikisi mənə şikayət edib, digərinin qrupdan çıxarılmasını xahiş etmişdi. Hər iki tərəf iddia edirdi ki, qarşı tərəf qrupa layiq deyil”, – deyə vəkil bildirib.

  • Britaniya səfiri: Azərbaycan kəlağayıları möhtəşəmdir

    Böyük Britaniyanın respublikamızdakı səfiri Ceyms Layl Şarp Azərbaycan Sənaye Korporasiyasına daxil olan “Azəripək” MMC-ni ziyarət edib.

    “Report” xəbər verir ki, bu barədə səfir özünün tvitter hesabında yazıb.

    “Bu gün “Azəripək” zavoduna baş çəkdim. İpək istehsalı prosesi həyəcanverici idi və kəlağayılar möhtəşəm idi”, – deyə səfir əlavə edib.

  • В Газахе автомобиль сбил ребенка

    В Газахе пешеход сбит в результате ДТП.

    Как передает Median.Az со ссылкой на АПА, происшествие зафиксировано в селе Чайлы. Автомобиль сбил переходившего дорогу ребенка.

    На место происшествия привлечены бригада скорой медицинской помощи и сотрудники ДПС.

  • Azərbaycanda şok: Molla öldürdüyü qadının yasına gəlib görün nə etdi +VİDEO

    Bir neçə gün öncə Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Zəkifə Fərziyeva yaşadığı evdə ölü halda tapılıb.

    Median.Az “Xəzərxəbər”ə istinadən xəbər verir ki, mərhumun meyiti boğazı kəsilmiş vəziyyətdə aşkarlanıb.Qatil bıçağı ilə qadının şah damarını kəsib.

    Cinayəti həmin kənddə yaşayan və mərhum Zəkifə Fərziyevanın qonşusu, kənddə mollalıq edən Murad Əsgərovun törətdiyi məlum olub.

    Molla qonşuluqda yaşayan Zəkifə Fərziyevanın evdə tək olduğunu bilərək gizli şəkildə mənzilə soxulub və qadına qarşı zor tətbiq etmək istəyib.

    Yas mərasimində iştirak edən, mərhumu qətlə yetirənə qarşı durmadan lənətlər yağdıran mollanın əməlinin üstü çox çəkməyib ki, açılıb.

    Hətta qatil qadını öldürdükdən sonra izi itirmək üçün bir necə versiyaya əl atıb.

    Amma qatilin əməlləri bununla da yekunlaşmayıb. İzi öz üzərindən atmaq üçün mərhumun böyük oğlunun evdə olmamasından istifadə edərək bütün izləri onun üstünə yönəltməyə çalışıb. Mərhumun oğlunun paltarını qana bulaşdırıb, hətta bu azmış kimi evi dağıdaraq dava görüntüsü yaradıb.

    Murad Əsgərov saxlanılaraq istintaqa cəlb edilib.Dindirilmə zamanı o törətdiyi cinayəti etiraf edib.

    Qeyd edək ki, qətlə yetirilən qadın ailəli olub və 3 övladı var. Mərhumun həyat yoldaşı Rusiyada yaşayır və övladlarından yalnız böyük oğlu anası ilə birlikdə qalır.

    Faktla bağlı Lerik rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

  • Nura Surinin valideynləri görün hansı məşhurlar imiş-Ağlınıza belə gəlməzdi

    “Zaurla Günaydın” proqramına qonaq olan müğənni Nura Suri barəsində bəzi maraqlı məqamlar üzə çıxıb.

    Müğənni proqrama atası, polkovnik-leytenant Xanlar bəy və anası Firəngiz xanımla birlikdə qatılıb.

    Məlum olub ki, Xanlar bəy Azərbaycan Hərbi Aviasiyasının yaradıcılarından biridir. O, Qarabağ müharibəsi döyüşlərinin iştirakçısıdır. Müharibə zamanı 300-dən çox uçuş həyata keçirib. 1999-cu ildən 2005-ci ilə qədər AZAL Helikopter Aviasiyasının baş direktoru vəzifəsində çalışıb.

    Fövqəladə Hallar Nazirliyinin aviasiyasının yaradılmasında böyük rolu var. Hazırda ehtiyatda olan zabitdir. İgidliyə görə medallarla təltif olunub.

    Müğənninin anası Firəngiz Səttarova isə Azərbaycanda ilk bort-atıcı qadındır. Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlildir.
    Qeyd edək ki, hərbi yazıçı Tatarinka cütlük barədə kitab yazıb. //oxu.az

  • Названа страна – коронавирусная «лаборатория»

    Власти Бразилии никак не могут взять под контроль ситуацию с распространением коронавируса, поэтому страна превратилась в «идеальную лабораторию» по выведению новых штаммов инфекции, заявил профессор медицинского факультета Университета Сан-Паулу Доминго Альвес.

    «У нас сложился «идеальный шторм», поскольку наряду с высоким уровнем инфицирования не существует санитарного контроля», – сказал бразильский ученый, передают Вести.ру.

    Комментируя информацию о том, что неделю назад Институт Бутантан (биомедицинский исследовательский центр в городе Сан-Паулу) обнаружил в Бразилии три новых штамма вируса SARS-CoV-2, в том числе южноафриканский и амазонский варианты, Альвес отметил, что список новых штаммов является «лишь вершиной айсберга» – их должно быть намного больше.

    Ученый обратил внимание на особую опасность амазонского штамма, который был впервые обнаружен в городе Манаус. «Вариант из Манауса распространился по всей стране, потому что никто ничего не контролирует», – констатировал специалист, добавив, что выявление новых штаммов носит спорадический характер, и это может привести к «самому худшему развитию событий».

    Кроме того, по словам профессора, новые штаммы могут появляться во время вакцинации населения.

  • Lənkəranda gənc qadın özünü 3-cü mərtəbədən atıb

    Lənkəranda intihar hadisəsi baş verib.

    “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Zövlə kəndində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Rəsilə İlqar qızı Əsədova yaşadığı evin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. Müxtəlif dərəcəli xəsarətlər alan R.Əsədova təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. R.Əsədova ailəlidir, iki övladı var. Onun psixoloji problemlərinin olduğu söylənilir.

    Faktla bağlı araşdırma aparılır.