Month: May 2021

  • Dörd ay ərzində Ceyhan limanından nəlq edilən BTC neftinin həcmi açıqlanıb

    Bu ilin yanvar-aprel ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) şirkəti Ceyhan terminalından 67,225 milyon barel xam neft nəql edib.

    “Report” şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 92 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

    Ümumilikdə indiyə qədər limandan 3 mlrd 638 mln barel xam neft 4 751 tankerə yüklənib.

    Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.

  • Микаил Джаббаров: Нас глубоко опечалила весть о кончине Азада Рагимова

    “Нас всех глубоко опечалила весть о кончине министра молодежи и спорта Азада Рагимова”.

    Как сообщает Report, об этом в социальной сети написал министр экономики Азербайджана Микаил Джаббаров.

    “Азад муаллим был человеком, отличавшимся простотой, деловитостью, добродушием и жизнелюбием. Преданный Родине, любящий свое государство, привязанный к своему народу общественный деятель, заботливый ко всем, он был настоящим другом. Светлая память о нашем коллеге будет жить в наших сердцах. Желаю его семье и близким терпения, эта потеря глубоко опечалила каждого из нас. Да упокоит его душу Всевышний”, – говорится в сообщении.

  • Mikayıl Cabbarov: “Azad Rəhimovun vəfatı xəbəri hamımızı dərindən kədərləndirir”

    “Gənclər və idman naziri Azad Rəhimovun vəfatı xəbəri hamımızı dərindən kədərləndirir”.

    “Report”un məlumatına görə, bu fikirləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkələrdəki paylaşımında yazıb.

    “Azad müəllim sadəliyi, işgüzarlığı ilə seçilən, gülərüz, həyat eşqi ilə dolu insan idi. Vətəninə sadiq, dövlətini sevən, xalqına bağlı ictimai xadim, hamıya qayğı ilə yanaşan səmimi dost idi, Azad müəllim. Həmkarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Ailəsinə və yaxınlarına səbir diləyirəm, bu itki hər birimizi dərindən ağrıtdı. Allah rəhmət eləsin”, – paylaşımda qeyd olunub.

  • Обнародовано число вакцинированных от COVID-19 в Азербайджане

    В Азербайджане сегодня от COVID-19 вакцинированы 16 988 человек.

    Как сообщили Report в Оперативном штабе при Кабинете министров, за день число граждан, получивших первую дозу вакцины, составило 5 391, вторую дозу – 11 597 человек.

    Общее количество привитых в стране граждан составляет 1 505 206, первую дозу вакцины от коронавируса получили 971 523 человека, повторную дозу вакцины – 533 683 граждан.

  • Peyvənd olunanların sayı açıqlandı

    Azərbaycanda bu gün 16 988 nəfər vaksinasiya olunub.

    “Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 391, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 597 nəfər təşkil edib.

    Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 505 206, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 971 523, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 533 683 nəfər təşkil edir.

  • “Sputnik V” vaksininin ilk partiyası Azərbaycana bu gün gətirilir

    Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyasının ölkəyə gətiriləcəyi vaxt məlum olub.

    Vaksinlər Azərbaycana bu gün gətiriləcək.

    Qeyd edək ki, bu ilin martın 11-də Baş nazir Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. Daha sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

  • ABŞ Rusiya ilə konsulluq əməkdaşlığını dayandırıb

    ABŞ Rusiya ilə konsulluq əməkdaşlığını sərbəst olaraq kəsib.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

    Onun sözlərinə görə, Vaşinqton Moskvanı konsulluq sahəsində diplomatların sayını azaltmağa məcbur edib. Zaxarova deyib ki, Rusiya ABŞ vətəndaşlarına 7-10 günədək viza verilməsini davam etdirir.

  • Daha bir nişan yarımçıq dayandırıldı, 10 nəfər cərimələndi

    Lənkəranın Boladı kəndində nişan mərasiminin təşkil edilməsi müəyyən olunub.

    Bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

    Bildirilib ki, həmin ünvana gələn polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin qarşısı alınıb.

    Həmin məclisin iştirakçılarına bir daha karantin rejiminin qaydaları izah olunub.

    10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

  • Şuşada Türkiyə konsulluğu açılacaq

    Şuşada Türkiyə konsulluğunun açılması yönündə artıq konkret qərar verilib.

    Bu barədə “İTV Xəbər”ə Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

    Onun sözlərinə görə, bu istiqamətdə müsbət qərar qəbul edilib:

    “Bir xoş xəbər verim. Tezliklə Şuşada konsulluğumuz açılacaq”.

  • В Азербайджане за сутки выявлено 1 213 новых случаев инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлено 1 213 новых случаев инфицирования коронавирусом, 2 104 человека вылечились и были выписаны домой.

    Об этом 1 мая сообщает оперативный штаб при Кабинете министров.

    За прошедшие 24 часа от COVID-19 скончался еще 21 пациент.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 320 322 человека, 4 538 – скончались, 291 564 – вылечились, 24 220 – находятся в активной фазе лечения в больницах особого типа.

    В республике проведены 3 253 878 тестов на COVID-19 (за последние 24 часа – 12 6929).