Month: May 2021

  • Депутат: Мы не видели, чтобы ООН и ОБСЕ выдвигали рабочие механизмы – ВИДЕО

    Мы не видели, чтобы ООН и ОБСЕ до сегодняшнего дня выдвигали рабочие механизмы. Нет уверенности в том, что международные организации сделают какую-то эффективную работу. Поэтому мы рассматриваем такие заявления как просто вызов.

    Об этом в эфире ARB 24 сказала депутат Севиль Микаилова.

    Она отметила, что данные организации должны предпринять другие шаги, если хотят восстановить утраченную репутацию.

    “Мы должны отметить, что сегодняшняя ситуация в Армении очень отличается от той, что была раньше. Сейчас больше надежды на то, что давление, оказываемое на эту страну с целью предоставления ею карт минных полей, даст положительный результат. А в целом научить Армению уважать международное право не сложно, было бы желание”, – добавила С.Микаилова.

  • Deputat: “BMT və ATƏT tərəfindən işlək mexanizmlərin ortaya qoyulmasını görməmişik” – VİDEO

    “Bu günədək həm BMT, həm də ATƏT tərəfindən işlək mexanizmlərin ortaya qoyulmasını görməmişik. Beynəlxalq təşkiların hansısa effektiv iş görəcəyi ilə bağlı inam yoxdur. Buna görə də biz bu cür bəyanatlara sadəcə çağırış və sonu olmayan addım kimi baxırıq”.

    Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Sevil Mikayılova deyib.

    O bildirib ki, BMT və ATƏT sındırılmış reputasiyasını bundan sonra hansısa formada bərpa etmək istəyirsə, fərqli addımlar atmalıdırlar:

    “Bugünkü Ermənistanın vəziyyətinin də əvvəlkindən çox fərqli olduğunu deməliyik. İndi minalanmış ərazilərin xəritəsinin verilməsi üçün təzyiqin müsbət nəticə verməsinə ümid daha artıqdır. Ümumilikdə isə Ermənistana beynəlxalq hüquqa hörmət etməyi öyrətmək çətin deyil. Sadəcə burada istək olmalıdır. İndiki halda təzyiqlərin olmasının vacib olduğunu düşünürəm”.

  • Гулбаат Рцхиладзе: Тбилиси не пойдет против Баку. Этого не будет – КОММЕНТАРИЙ

    В Армении всего лишь 0,7% населения считают, что Ереван должен углублять сотрудничество с соседней Грузией. Об этом свидетельствуют данные недавнего социологического исследования, проведенного армянским офисом Gallup. И тем удивительнее, что западный политолог Анна Оганян в своей статье на сайте Центра Карнеги призывает демократические силы Грузии и Армении объединиться, чтобы противостоять Турции, Ирану, Азербайджану и России, которые названы “авторитарными” странами.

    Грузинский политолог, руководитель “Института Евразии” Гулбаат Рцхиладзе в беседе с Caliber.Az отметил, что это старая тема, которую очень любят поднимать на Западе: “Это просто демагогия в духе новой-старой политики американских демократов, администрации президента Джо Байдена. А если уж говорить этими терминами, то разве в Грузии есть демократия? Про Армению я говорить не буду. Однако, никакой коалиции “псевдодемократов” против “авторитаризма” не будет”.

    “Грузинам и армянам от такого рода статей ни жарко, и ни холодно. Но происходит искусственное нагнетание обстановки. Определенное противостояние между Тбилиси и Москвой есть, я его не считаю полезным для Грузии. Но Тбилиси не пойдет против нашего соседа – Азербайджана, не пойдет против Турции”, – отметил наш собеседник.

    По словам Гулбаата Рцхиладзе, “Да, Грузия должна отстаивать свои интересы во всех вопросах. Речь может идти, например, о монастырском комплексе Давид Гареджи. В Азербайджане могут этого не замечать, но в Грузии эта тема широко обсуждается. Однако, это другой вопрос, который можно решить при наличии доброй воли обоих народов. Если же кто-то ждет, что Тбилиси пойдет против Баку, то этого не будет”.

  • Gürcü ekspert: “Tbilisi Bakıya qarşı çıxmayacaq”

    Ermənistanda əhalinin yalnız 0,7 faizi İrəvanın qonşu Gürcüstanla əməkdaşlığın dərinləşdirilməsini istəyir. Bunu “Gallup”ın Ermənistan ofisi tərəfindən aparılan son sosioloji sorğunun məlumatları sübut edir. Və maraqlıdır ki, Qərb politoloqu Anna Ohanyan, Karneqi Mərkəzinin saytındakı məqaləsində “avtoritar” ölkələr adlandırılan Türkiyə, İran, Azərbaycan və Rusiyaya qarşı çıxmaq üçün Gürcüstan və Ermənistanın demokratik qüvvələrini birləşməyə çağırır.

    Gürcüstanlı politoloq, Avrasiya İnstitutunun rəhbəri Gulbaat Rtsxiladze Caliber.Az-a verdiyi müsahibəsində bunun Qərbin tez-tez gündəmə gətirməyə sevdiyi köhnə mövzu olduğunu qeyd edib.

    “Bu, amerikalı demokratların, prezident Co Bayden administrasiyasının yeni-köhnə siyasəti ruhundakı demaqogiyadır. Və bu terminlərlə danışsaq, doğrudanmı Gürcüstanda demokratiya var? Mən Ermənistan haqqında danışmayacağam. Bununla belə, “avtoritarizmə” qarşı “yalançı demokratlar” koalisiyası olmayacaq”, – deyə o, bildirib.

    “Bu cür məqalələrin gürcülər və ermənilər üçün isti-soyuğu yoxdur. Ancaq vəziyyətin süni şəkildə gərginləşdirilməsinə gətirir. Tbilisi ilə Moskva arasında müəyyən bir qarşıdurma var, bunu Gürcüstan üçün faydalı hesab etmirəm. Ancaq Tbilisi qonşumuz Azərbaycana qarşı, Türkiyəyə qarşı addım atmayacaq”, – deyə politoloq əlavə edib.

    Gülbaat Rtsxiladzenin sözlərinə görə, Gürcüstan əlbəttə ki, bütün məsələlərdə öz maraqlarını müdafiə etməlidir.

    “Söhbət, məsələn, David Gareji monastır kompleksindən gedə bilər. Azərbaycanda bunun fərqində olmaya bilərlər, amma Gürcüstanda bu mövzu geniş müzakirə olunur. Ancaq bu, hər iki xalqın xoşməramlılığı ilə həll edilə bilən bir məsələdir. Kimsə Tbilisinin Bakıya qarşı gedəcəyini gözləsə də, bu olmayacaq”.

  • Sergey Markov: “Ağdamdakı barbarlıqdan heyrətləndik”

    “Bu əraziləri bir vaxtlar ələ keçirənlərin vəhşiliyinə və qeyri-insani münasibətinə heyrətləndik”.

    Bu barədə “Report”a Ağdama səfər edən Rusiya nümayəndə heyətinin üzvü, bu ölkənin politoloqu, Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Sergey Markov bildirib.

    O, Ağdamın tezliklə əvvəllər olduğu kimi mühüm irimiqyaslı tədbirlərin təşkil ediləcəyi abad şəhərə çevriləcəyinə ümidini ifadə edib.

  • TRT-nin yaranmasından 57 il ötür

    Türkiyə Radio Televiziya Qurumunun (Türkiyənin İctimai Televiziyası – TRT) yaradılmasının 57-ci ildönümüdür.

    “Report” xəbər verir ki, Türkiyədə ilk radio 1927-ci l mayın 6-da yayımlanmağa başlayıb.

    1980-ci ildə TRT-nin yenidən təşkil olunaraq radio verilişləri departamenti formalaşıb. 1980-2000-ci illərdə TRT kanalları ilk dəfə stereo yayıma keçib.

    2001-ci il yanvarın 31-dən TRT yenilənmiş loqotip və yayım sistemi ilə işləməyə başlayıb.

    Hazırda TRT 10 müxtəlif televiziya kanalı ilə 24 saat yayımlanır. Radio yayımı 15 radio kanalı vasitəsilə həyata keçirilir və 31 dildə bütün dünyaya yayılır.

    TRT Türkiyədə mövcud olan televiziya kanalları arasında ən çox xəbərlər və xəbər proqramları yayımlayan televiziyadır. TRT-də orta hesabla gündəlik 11 saat xəbər və xəbər proqramları yayımlanır. Bundan başqa kanal istehsal etdiyi teleseriallar, bədii və sənədli filmləri ilə dünyada bu sahədə ixtisaslaşmış ən məşhur televiziya kanalları arasında yer alır.

  • Qırğızın Tacikistanla münaqişədə ölən vətəndaşlarının sayı 34 nəfərə çatıb

    Qırğız Respublikasının Tacikistanla sərhədində silahlı münaqişə zamanı həlak olmuş sakinlərinin sayı 34-ə çatıb.

    Bu barədə ölkənin Səhiyyə və Sosial İnkişaf Nazirliyi şənbə günü bildirib.

    “Son məlumatlara görə, zərərçəkənlərin ümumi sayı 173 nəfər təşkil edir, onlardan 34-ü həlak olub”, – xəbərdə deyilir.

    Nazirliyin məlumatına görə, 173 zərərçəkmiş arasında 31 hərbi, 1 tibb işcisi və 131 mülki sakin var. “Daha 10 zərərçəkmiş üzrə məlumatlar dəqiqləşdirilir”, – Səhiyyə Nazirliyində əlavə ediblər.

    Toqquşmalar zamanı Qırğız Respulikasında onlarla bina dağıdılıb, onlar arasında məktəb, sərhəd zastavası və yanğınsöndürmə bölməsi var. Qarşıdurma zonasından 27 mindən çox insan təxliyə edilib.

    Daha əvvəl nazirlikdə 33 nəfərin həlak olması haqqında bildirilib.

  • Поисковый запрос в Google о Bayraktar TB2 чаще поступает от армянских пользователей

    Поисковый запрос о популярном турецком беспилотном летательном аппарате Bayraktar TB2 в Google чаще всего поступает от армянских пользователей.

    Как сообщает TRT Haber, интерес к БПЛА Bayraktar TB2, внесшему вклад в победу Азербайджана в Отечественной войне, растет во всем мире с каждым днем.

    Пользователи Google в Греции, Азербайджане и Турции также осуществляют многочисленные поисковые запросы, связанные с Bayraktar TB2.

  • “Google”da “Bayraktar TB2” barədə ən çox ermənilər axtarış aparıb

    Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarına (PUA) maraq son dövrlərdə daha da artıb. Bu xüsusən də “Bayraktar TB2”nin Azərbaycanın Qarabağ zəfərinə böyük töhfəsindən sonra müşahidə edilib.

    Bu barədə “TRT Haber” məlumat verib.

    Bildirilir ki, “Google”da Türkiyə istehsalı olan PUA barədə məlumatları son bir ildə ən çox Ermənistanda olan istifadəçilər axtarıb. Ən çox aktivlik isə Azərbaycanla Ermənistan arasında döyüşlərin şiddətləndiyi 4-10 oktyabr tarixlərində müşahidə edilib.

    Məlumatda o da vurğulanır ki, “Bayraktar TB-2”yə Yunanıstan və Azərbaycandan olan istifadəçilər də böyük maraq göstəriblər.

  • Yol polisi qaydaları pozan piyadaları cərimələdi – FOTO

    Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

    Reyd zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib.

    Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 10 nəfər barəsində müvafiq tədbir görülüb.//oxu.az