Month: May 2021

  • Şabranda həyətində çətənə bitkiləri yetişdirən şəxs saxlanıldı

    Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şahnəzərli kənd sakini Eyvaz Qafarov saxlanılıb.

    Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 19 ədəd çətənə bitkisi aşkarlanıb.

    Faktla bağlı Şabran Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

  • Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

    Azərbaycan banklarının xarici öhdəlikləri bu il mayın 1-nə 1 milyard 079,5 milyon manat təşkil edib.

    Bu, aprelin 1-i ilə müqayisədə 1,4% azdır.

    Bu, 2021-ci ilin yanvarın 1-nə nisbətən 11,6%, ötən ilin mayın 1-i ilə müqayisədə isə 33,6% azdır.

  • Azərbaycanda geniş pul kütləsinin həcmi illik 13%-dən çox artıb

    Bu il mayın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 29 milyard 753,9 milyon manat təşkil edib.

    Bu, aprelin 1-i ilə müqayisədə 1,6%, ilin əvvəli ilə müqayisədə 1,9%, ötən il mayın 1-nə nisbətən isə 13,2% çoxdur.

    Aprelin sonuna manatla geniş pul kütləsinin həcmi 20 milyard 889,3 milyon manat təşkil edib. Bu isə aylıq müqayisədə 2,8%, ilin əvvəli ilə müqayisədə 2,9%, ötən ilin aprelin sonuna nisbətən isə 26,7% çoxdur.

  • Bakıda avtomobil təmiri sexi yanıb

    Bakıda avtomobil təmiri sexində yanğın hadisəsi olub.

    Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, paytaxtın Xətai rayonunda ümumi sahəsi 90 m² olan bir dam altında tikilən avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisindəki əşyalar 30 m² sahədə yanıb.

    FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alan var

    Ağcabədidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayonun F.Əlizadə küçəsi 104 ünvanında qeydə alınıb.

    Belə ki, iki avtomobilin toqquşması nəticəsində Telman İmanov xəsarət alıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə rayon xəstəxanasına, daha sonra isə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Ona sol əlin üç və dördüncü daraq sümüklərinin sınığı diaqnozu qoyulub.

  • Paytaxtda 33 yaşlı qadını avtomobil vurdu

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

    Belə ki, Qış parkı yaxınlığında 1988-ci il təvəllüdlü Ağayeva Gülü Heydər qızı yolu keçərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ bazu və bilək nahiyəsinin əziyi diaqnozu qoyulub.

  • Yasamalda avtomobil ahıl qadını vuraraq xəsarət yetirdi

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Yasamal rayonunda qeydə alınıb.

    Belə ki, 1960-cı il təvəllüdlü Əsədova Qərənfil Oruc qızı yol gedərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.

  • İlham Əliyev: “Erməni xalqı dövlət qura bilmir, ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir”

    “Bu gün əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə varsa, dərhal yerindəcə düşməni məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Növbəti dəfə rəzil oldular, növbəti dəfə biabır oldular”.

    Bunu Prezident İlham Əliyev Ağdam şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

    “İndi görün, bütün dünya bunlara gülür. Baş nazir bir versiyanı deyir, baş qərargah rəisinin müavini başqa versiya deyir, özü də bir gündə. Bu versiyalar da yalandır. Yəni, 30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər”, – deyə Prezident qeyd edib.

    İlham Əliyev deyib ki, 30 il ərzində bunların unikal şansı var idi – əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi:

    “İndi görün, necə, hansı rüsvayçı durumdadırlar. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar – indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma, əslində, onların hamısı günahkardır. Çünki onlar böyük səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir”.

    “Biz isə öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik. Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz. İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. 44 günlük müharibə və müharibədən sonrakı dövr, – altı ay artıq keçibdir, – bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir. Biz də bir çox məsələləri xüsusilə beynəlxalq müstəvidə özümüz üçün yəqin etdik və bu, bizə gələcəkdə düzgün qərar qəbul etməyimizə kömək göstərəcəkdir”, – deyə İlham Əliyev vurğulayıb.

  • Минобороны России: В Карабахе соблюдается режим прекращения огня

    Режим прекращения огня в Карабахе соблюдается, провокационных действий в отношении российских миротворцев не зафиксировано.

    Как сообщает ТАСС, об этом заявил представитель российского миротворческого контингента полковник Дмитрий Перепелкин.

    “За прошедший период нарушений режима прекращения огня не зафиксировано, провокационных действий в отношении российских военнослужащих не отмечено”, – сказал он.

    По информации Перепелкина, было очищено более 2,1 тыс. га территорий и обезврежено свыше 25,6 тыс. взрывоопасных предметов.

  • Rusiya Müdafiə Nazirliyi: “Qarabağda atəşkəs rejiminə riayət olunur”

    Rusiya sülhməramlıları Qarabağda atəşkəsin pozulması və Rusiya hərbçilərinə qarşı hər hansı bir təxribat halını qeydə almayıblar.

    TASS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bölgədəki sülhməramlı kontingentin nümayəndəsi polkovnik Dmitri Perepelkin bildirib.

    O qeyd edib ki, rusiyalı minaaxtaran və mühəndis qrupları tərəfindən ərazinin minalardan təmizlənməsi işi davam etdirilir.

    “Bugünədək 1844 bina, 657 km yol, 2121 hektar ərazi yoxlanıb. 25 613 partlayıcı maddə aşkar edilərək məhv olunub”, – deyə polkovnik əlavə edib.