Month: May 2021

  • Сотрудник ОАО «Азерсу» покончил с собой на рабочем месте

    В селе Ени Новрузлу Саатлинского района произошло самоубийство, сообщает Report.

    В помещении, принадлежащем региональному управлению водоканала №4, сотрудник указанного учреждения 62-летний Рзахан Алышов покончил с собой.

    По данному факту в прокуратуре Саатлинского района проводится расследование.

    Отметим, что регионал

  • Вниманию водителей: В связи с «Формулой-1» будет сужена некоторая часть столичных дорог

    Подготовка к Гран-при Азербайджана «Формулы-1», который пройдет 4-6 июня в Баку, идет полным ходом.

    Операционной компании Baku City Circuit (BCC) доводится до сведения общественности, что с 27 мая в связи с подготовительными работами проезжая часть дороги в местах пересечения улиц Узеира Гаджибейли с проспектом Азадлыг, а также проспекта Азадлыг с улицей Зарифы Алиевой с левой стороны будет сужена до двух полос.

    Водителей просят не парковать свои машины в местах проведения подготовительных работ.

  • Mədəniyyət Nazirliyi Zöhrə Abdullayevanın vəfatı ilə əlaqədar nekroloq yayıb

    Mədəniyyət Nazirliyi Əməkdar artist Zöhrə Abdullayevanın vəfatı ilə əlaqədar nekroloq yayıb.

    Nekroloqda deyilir:

    “Əməkdar artist Zöhrə Abdullayeva vəfat edib.

    Azərbaycan Respublikasının Əməkdar artisti, sevilən müğənni Zöhrə Abdulla qızı Abdullayeva 28 may 2021-ci il tarixində vəfat edib.

    Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub.

    Müğənni musiqi sənətində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

    Tanınmış müğənninin əziz xatirəsi onun sevənlərin qəlbində əbədi yaşayacaq.

    Allah rəhmət eləsin”.

  • “Yuventus”un yeni baş məşqçisi açıqlandı

    İtaliyanın “Yuventus” komandasının yeni baş məşqçisi müəyyənləşib.

    Turin təmsilçisi Massimiliano Alleqriyə tapşırılıb. 2 ildən sonra sabiq komandasına qayıdan italiyalı mütəxəssis bu vəzifədə Andrea Pirlonu əvəzləyib.

    Müqavilə müddəti açıqlanmasa da, yerli mətbuat Alleqrinin “qoca sinyora” ilə 2025-ci ilin yayınadək sözləşmə imzaladığını yazıb.

    Qeyd edək ki, Massimiliano Alleqri daha əvvəl 2014 -2019-cu illərdə “Yuventus”a başçılıq edib. Mütəxəssis bu komanda ilə 5 dəfə İtaliya A Seriyasının, 4 dəfə ölkə kubokunun, 2 dəfə isə Superkubokun qalibi olub.

  • Azərbaycandan Türkiyəyə təbii qaz nəqli 16% artıb

    Bu ilin mart ayında Azərbaycandan Türkiyəyə 1 mlrd 072 mln kubmetr təbii qaz ixrac edilib.

    Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

    Məlumata görə, bu, 2020-ci ilin eyni ayı ilə müqayisədə 16 % çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yerdə qərarlaşıb.

    Mart ayında Türkiyəyə qaz ixracına görə birinci yerdə Rusiya qərarlaşıb. Bu ölkədən Türkiyəyə 2 mlrd 584 mln kubmetr təbii qaz ixrac edilib. Bu, 2020-ci ilin mart ayı ilə müqayisədə 6,6 dəfə çoxdur.

    Mart ayında İrandan Türkiyəyə 850 mln kubmetr təbii qaz ixrac edib ki, bu da 2020-ci ilin mart ayı ilə müqayisədə 52,4 % çoxdur.

    Hesabat dövründə Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın miqdarı 5 mlrd 827 mln kubmetrə çatıb. Bu, 2020-ci ilin mart ayı ilə müqayisədə 47,8 % artıma bərabərdir.

    Bu miqdarın 4 mlrd 506 mln kubmetri boru kəmərləri ilə nəql edilib ki, bu da daha əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,4 dəfə çoxdur.

  • Millimizin futbolçusu “Keşlə”dən ayrıldı

    Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli “Keşlə” klubundan ayrılıb.

    Bu barədə yarımmüdafiəçi özünün feysbuk səhifəsində yazıb.

    O, hər şeyə görə sabiq komandasına təşəkkür edib.

    Qeyd edək ki, Vüsal İsgəndərli 2019-cu ilin yanvarından paytaxt təmsilçisində çıxış edirdi.

  • Azərbaycan qazını hidrogenə çevirəcək layihənin dəyəri açıqlanıb

    Yunanıstanın bir sıra iri enerji şirkətlərinin iştirak etdiyi konsorsium genişmiqyaslı “White Dragon” (“Ağ Əjdaha”) hidrogen layihəsinə yatıracaqları vəsaitin həcmini açıqlayıb.

    “Report” bu barədə Yunanıstan mətbuatında yazılan məlumata istinadən xəbər verir.

    Bildirilir ki, “Motor Oil Hellas SA”, “Terna Energy SA”, həmçinin Xəzər dənizin Azərbaycan sektorunda hasil edilən təbii qazı boru xətti ilə Avropa ölkələrinə nəql edilməsi üçün yaradılan “Trans Adriatic Pipeline AG” konsorsiumu “Ağ Əjdaha” layihəsində iştirak edirlər.

    Belə ki, ekoloji təmiz hidrogenin əldə edilməsi üçün quraşdırılacaq qurğu “Ağ Əjdaha” layihəsi 8 milyard avroya başa gələcək.

    Xatırladaq ki, layihə Avropa və Yunanistan səlahiyyətliləri tərəfindən təsdiqlənərsə, 2022-ci ildə araşdırma planlamasından 2029-cu ilə qədər son layihələndirmə mərhələlərinə keçəcək.

    Qeyd edək ki, Yunanıstan 2030-cu ilə qədər kömürlə işləyən enerji istehsalının bir hissəsini qaz stansiyaları ilə əvəz etmək niyyətindədir. Bu səbəbdən də ölkə də qaz anbarları tutumu yaratmaq istəyir. Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün nəzərdə tutulan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) işə salınması və Bolqarıstanla potensial qaz bağlantısı ilə ölkənin regional qaz təchizatı mərkəzinə çevrilməsi də planlaşdırılır.

    “White Dragon” layihəsi yaşıl hidrogen texnologiyasına əsaslanıb. Bu isə o deməkdir ki, yanacaq bərpa olunan mənbələrdən alınan elektrik enerjisindən istifadə edərək sudan əldə edilir. Eyni zamanda bu hidrogenin qaz boru kəmərlərinə qoşulması nəzərdə tutulur. Layihə mərkəzi istilik, Trans-Adriatik Boru Kəməri ilə ixrac və avtobus, həmçinin yük maşınlarına yanacaq doldurulması üçün nəzərdə tutulub.

    Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

    31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

    TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

    Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

    TAP-ın səhmdarları SOCAR (20 %), BP (20 %), “Snam” (20 %), “Fluxys” (19 %), “Enagás” (16 %) və “Axpo” (5 %) şirkətləridir.

  • Azərbaycanda sənaye parkları malların satışını da həyata keçirəcək

    Azərbaycanda sənaye parkları müasir texnologiyaların tətbiqi ilə yüksək rəqabət qabiliyyətli məhsulların istehsalı və xidmətlərin göstərilməsi ilə yanaşı Azərbaycan Prezidentinin müəyyən etdiyi hallarda malların satışını da həyata keçirəcək.

    “Report” xəbər verir ki, bu barədə “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında bildirilib.

    Dəyişikliyə əsasən, sənaye parkları haqqında Nümunəvi Əsasnamənin 1.2-ci bəndinə – sənaye parklarında “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilməyən, müasir texnologiyaların tətbiqi yolu ilə yüksək rəqabət qabiliyyətli məhsulların istehsalı və xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti həyata keçirilir. Həmçinin 1.3.1 yarımbəndinə sənaye parkı – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi; dəyişiklik edilərək “xidmətlərin göstərilməsi” sözlərindən sonra “, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda malların satışı” sözləri əlavə edilib.

    Xatırladaq ki, hazırda Azərbaycanda 5 sənaye parkı var. Bunlar Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Mingəçevir Sənaye Parkı və Pirallahı Sənaye Parkıdır. Prezidentin fərmanı ilə bu gün Ağdam rayonunda da sənaye parkı yaradılıb.

  • Maks Ferstappen: “Bakıda daha rəqabətli yarışın şahidi olacağıq”

    “İndi çox çalışmalıyıq. Çünki müntəzəm yollarda “Mercedes” məğlub edə biləcəyimiz rəqibdir. Bu, komandamız üçün əlavə stimul olmalıdır”.

    Bu fikirləri Avstriyanın “Red Bull” komandasının pilotu Maks Ferstappen “Formula 1” üzrə Azərbaycan Qran-prisi barədə danışarkən deyib.

    Niderlandlı pilot bildirib ki, izləyiciləri Bakıda daha rəqabətli yarış gözləyir: “Burada sürətli olmağın özünəinamlə heç bir əlaqəsi yoxdur. Bu, tamamilə fərqli küçə trasıdır. Onu Monako Qran-prisi ilə müqayisə etmək olmaz. Bakıda daha rəqabətli yarışın şahidi olacağıq”.

    Qeyd edək ki, Azərbaycan Qran-porisi 4 – 6 iyunda keçiriləcək.

  • Masallıda 5 nəfər zəhərlənib

    Masallıda 5 nəfər zəhərlənib.

    “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə ötən axşam rayonun Şərəfə kəndində baş verib.

    Zəhərlənən şəxslərin üçü bir ailədən, ikisi yaxın qohumlar olub.

    Gecə saatlarında vəziyyətləri ağırlaşdığından onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yüksək hərarət, ürəkbulanma ilə daxil olan xəstələrə ilkin olaraq qida zəhərlənməsi diaqnozu qoyulub.

    Demələrinə görə, onlar təzə yetişdirilən pomidordan istifadə ediblər. İlkin zəruri tibbi yardımlardan sonra onlar infeksion xəstəliklər şöbəsinə yerləşdiriliblər. Müvafiq analizlər götürülüb, vəziyyətləri stabildir.