Month: May 2021

  • Tbilisidə Azərbaycan özünəməxsus şəkildə təbrik edildi – VİDEO

    Gürcüstanın paytaxtı Tbilisidə 28 May Azərbaycanın Respublika Günü qeyd edilib.

    Tbilisinin mərkəzində “Azadlıq” meydanında yerləşən meriya binasının üzərində Azərbaycan bayrağının rəngləri əsk olunub.

  • Almaniyada 12 yaşından böyük uşaqlara da vaksin vurulacaq

    Almaniyada 12 yaşından böyük uşaqlar da peyvənd ediləcək.

    “TRT Haber” məlumat verir ki, bu barədə baş nazir Angela Merkel açıqlayıb.

    O qeyd edib ki, ölkədə uşaqların vaksinasiyası iyunun 7-dən başlayacaq.

    Merkel “Biontech-Pfizer” və “Moderna” şirkətlərinin son dərəcə etibarlı olmasına da diqqət çəkib.

  • В России на имама подали в суд за публикацию об Агдамской мечети, превращенной армянами в хлев – ВИДЕО

    Имама мечети российского города Челябинска Рината Яминева обвиняют в разжигании национальной и религиозной вражды после того, как он разместил во ВКонтакте фотографию старинной агдамской мечети в Карабахе, которую при армянской оккупации превратили в хлев со свиньями.

    Религиозный деятель сопроводил ее комментарием, где говорилось о разрушении и осквернении мечетей в период оккупации региона Арменией.

    Яминев рассказал ИА IslamNews, что местные надзорные органы посчитали этот комментарий призывом к религиозной и национальной вражде, и обратились в суд.

    Сейчас дипведомство Азербайджана пытается добиться присутствия своего представителя на судебном заседании, где будет рассматриваться это дело.

  • Çelyabinsk məscidinin imamı Ağdamdakı erməni vəhşiliyini ifşa etdiyi üçün məhkəməyə verildi

    Rusiyanın Çelyabinsk məscidinin imamı Rinat Yaminyev Ağdamda ermənilər tərəfindən tövləyə çevrilən məscidin görüntülərini paylaşdığı üçün məhkəməyə verilib.

    Bu barədə TRT məlumat yayıb.

    Yaminyev milli və dini zəmində nifrətin alovlandırılmasında ittiham olunur.

    Onun sosial şəbəkə hesabında etdiyi paylaşımda həmçinin erməni işğalı illərində məscidlərin dağıdılmasından da bəhs olunub.

    Qeyd olunur ki, hazırda Azərbaycan səfirliyi işin baxılacağı məhkəmədə öz nümayəndəsinin iştirakına nail olmağa çalışır.

  • Ödəmə terminalını balta ilə yarıb külli miqdarda vəsait oğurladılar – VİDEO

    Moskvanın Ximki rayonunda aptekə balta ilə hücum edən şəxslər ödəmə terminalını yararaq 600 min rubl(13 min manat) vəsait oğurlayıblar.

    Bu barədə “Mvdmedia” məlumat yayıb.

    Hadisə anbaan aptekin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

    Oğurluq hadisəsi ilə bağlı cinayət işi açılıb. Hadisəni törədən şəxslərdən birinin şəxsiyyəti müəyyənləşdirilərək saxlanıb.

    Digər cinayətkarın axtarışı aparılır.

  • “Avroviziya-2021” onlayn davam edəcək

    “Avroviziya-2021”-in rəsmi “YouTube” kanalında musiqi şousunun davamı ilə bağlı anons yerləşdirilib.

    Qeyd edilir ki, “Avroviziya” onlayn davam edəcək.

    Təşkilatçılar koronavirus səbəbiylə məhdudiyyətlər olduğu təqdirdə iştirakçıların yarışma üçün əvvəlcədən hazırlanan çıxışlarının videolarını göstərəcəklərini vəd ediblər. Yarımfinalçılarla videoçarxlar 28 mayda Bakı vaxtı ilə saat 23:00-da, finalçılarla isə 29 mayda eyni vaxtda nümayiş olunacaq.

    “Hər bir iştirakçı ölkənin canlı ifanın ehtiyat qeydləri üzərində işinə hörmət əlaməti olaraq (iştirakçıların Rotterdama getməməsi halında) iki xüsusi şou yaratdıq”, – deyə məlumat verilir.

    Xatırladaq ki, yarışmanın finalı mayın 22-də baş tutub. İtaliya təmsilçisi birinci yerə çıxıb.

  • İsveç çoxarvadlılıqla bağlı qanunu sərtləşdirdi

    İsveç parlamenti çoxarvadlılığa qadağa ilə bağlı qanunda dəyişiklik edib.

    “Aftenbladet” nəşri xəbər verir ki, iyunun 1-də, qanunun qüvvəyə minəcəyi gün İsveçdə digər dövlətlərdə bağlanmaq da daxil olmaqla çoxarvadlı nikahlar qanuni sayılmayacaq.

    Bu zamana qədər İsveçdə çoxarvadlı nikahlar qadağan olunsa da, müvafiq qadağa krallığın xaricində nikah bağlayan miqrant ailələrinə aid deyildi. Amma yeni qanun istisna təşkil edir.

    Xüsusilə, boşanma halında əmlak bölgüsü zamanı çoxarvadlı nikahdan olan qadınların hüquqları nəzərə alınacaq.

  • Yemək yeyərkən xərçəngi müəyyən etməyin yolu açıqlanıb

    Disfaqiya – udqunmağa nəyinsə mane olduğu hissi qida borusu xərçənginin xəbərçisi ola bilər.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə rusiyalı tanınmış həkim və aparıcı Aleksandr Myasnikov yemək yeyərkən diqqət olunmalı simptom barədə danışarkən xəbərarlıq edib.

    Onun sözlərinə görə, bu vəziyyətdə simptom sürətlə irəliləyir və zaman keçdikcə xəstə mayeni belə udmaqda çətinlik çəkə bilər.

    Myasnikov narahatlıq yaranan kimi həkimə müraciət etməyi tövsiyə edib.

    Bununla belə, həkim bütün disfaqiya hadisəsinin xərçəngə dəlalət etmədiyini, bu narahatlığın psixosomatik pozğunluğun simtomu da ola biləcəyini deyib.

  • 26 yoluxmaya görə milyonlarla insan sərt karantinə yollanacaq

    Avstraliyanın Viktoriya ştatının hökuməti bütün əhalini – təxminən 7 milyon insanı, yüksək dərəcədə yoluxucu koronavirus ştammının yayılması ilə əlaqədar ən azı bir həftə müddətinə sərt karantinə göndərəcək.

    Bu barədə “Reuters” xəbər yayıb.

    “Biz virusun əvvəllər gördüyümüz bütün variantlarından daha sürətli yayılan xüsusi yoluxucu növü ilə qarşılaşmışıq”, – deyə ştatın baş naziri Ceyms Merlino bəyan edib.

    Onun sözlərinə görə, virusun birindən digərinə ötürülməsi üçün sözügedən ştammın adi SARS-CoV-2-dən bir neçə dəfə az vaxta ehtiyacı var.

    İndiyə qədər hələ ki, 26 yoluxma qeydə alınıb. Bununla belə risk altında olanların, yəni xəstəliyə tutula biləcəklərinin sayının təxminən 10 min nəfər olduğu təxmin edilir.

    Karantin qaydalarına görə, ştat sakinləri yalnız dövlət tərəfindən təsdiqlənmiş vacib işlərə göndərildikdə, xəstələrə qulluq edildikdə, vaksinasiyaya yollandıqda, yemək və digər ləvazimatlar almaq üçün çıxdıqda, yaxud idmanla məşğul olduqda (2 saatdan çox olmayaraq və yalnız bir nəfərin müşayiəti ilə) evlərindən çıxa biləcəklər.

    Eyni zamanda, alış-veriş və idmana evin maksimum 5 kilometr radiusunda icazə verilir.

  • ABŞ-da koronavirusun müalicəsində yeni dərman təcili istifadəyə verilir

    ABŞ Qida və Dərman İdarəsi (FDA) Britaniya şirkəti “GlaxoSmithKline” və ABŞ şirkəti “Vir Biotechnology” tərəfindən hazırlanmış COVID-19-a anticismləri olan dərmanın təcili istifadəsinə icazə verib.

    “İnterfax” xəbər verir ki, “Sotrovimab” xəstəliyin yüksək şiddətə keçmə riski olan böyüklər, 12 yaş və ondan böyük xəstələrdə yüngül və orta dərəcədə COVID-19-un müalicəsi üçün təsdiq edilib.

    Bu dərman COVID-19 xəstəxanasına yatan və ya oksigen terapiyası tələb edən xəstələr üçün nəzərdə tutulmayıb.

    Şirkətlər müalicənin uyğun ABŞ xəstələri üçün önümüzdəki həftələrdə təqdim ediləcəyini deyiblər.

    Həmçinin bildiriblər ki, 2021-in ikinci yarısında dərmanların tam təsdiqlənməsi üçün müraciət etməyi planlaşdırırlar.