Month: May 2021

  • СМИ: Президент “Барселоны” хочет видеть главным тренером команды Гвардиолу

    Президент испанского футбольного клуба “Барселона” Жоан Лапорта намерен вернуть на пост главного тренера команды Хосепа Гвардиолу, который сейчас возглавляет английский “Манчестер Сити”. Об этом сообщает ТАСС со ссылкой на издание As.

    Ранее телеканал ESPN сообщал, что руководство “Барселоны” хочет уволить главного тренера Рональда Кумана.

    По информации As, президент испанского клуба намерен встретиться с Гвардиолой после финала Лиги чемпионов, в котором “Манчестер Сити” встретится с “Челси”. Игра состоится 29 мая и начнется в 23:00 по бакинскому времени.

    Гвардиола возглавлял “Барселону” с 2008 по 2012 год, вместе с клубом он трижды побеждал в чемпионате и Суперкубке Испании, по два раза выиграл Лигу чемпионов, Кубок Испании, клубный чемпионат мира и Суперкубок УЕФА. “Манчестер Сити” специалист возглавляет с 2016 года.

  • “Barselona” prezidenti ilə Qvardiola arasında görüş keçiriləcək

    “Barselona” futbol klubunun prezidenti Xuan Laporta “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı Kataloniya klubuna geri qaytarmağa çalışır.

    Bu barədə AS agentliyi məlumat yayıb.

    Mənbə iddia edir ki, Çempionlar Liqasının final matçından dərhal sonra X.Laporta ilə 50 yaşlı ispaniyalı futbol mütəxəssisi arasında təkbətək görüş keçiriləcək.

    Xatırladaq ki, İspaniyanın və dünyanın bir sıra nüfuzlu futbol nəşrləri “Barselona” rəhbərliyinin hazırkı baş məşqçi Ronald Kumanı vəzifədən kənarlaşdıracağını yazıb.

  • “Instagram”dan yeni maraqlı funksiya: Gizlətmək mümkün olacaq – FOTO

    “Instagram” “bəyənmə” sayını gizlətmə imkanı yaradıb.

    Bu barədə “hi-tech” xəbər yayıb

    Məlumata görə, bu addım paylaşımlarının çox da diqqət çəkmədiyini düşünən insanlar üçün edilib.

    “Instagram” əvvəlcə bütün istifadəçilər üçün “bəyənmə” sayını gizlətməyi düşünürdü (ancaq paylaşım sahibləri bunu görə bilərdi).

    Lakin sonradan şirkət nümayəndələri fikrini dəyişdi: Bu funksiyadan yararlanma imkanı istifadəçilərin öhdəsinə qoyuldu.

    Artıq bütün dünyadan olan istifadəçilər bəyənmə və baxış sayının gizlətməyin mümkün olduğu barədə xəbərdarlıqlar almağa başlayıblar.

  • COVID-ə qarşı immunitet ömürlük ola bilər

    ABŞ-ın Sent-Luis şəhərindəki Vaşinqton Universiteti Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, koronavirusun yüngül formalarına yoluxmuş xəstələr sağaldıqdan sonra onların orqanizmində anticismlər yaradan immun hüceyrələri uzun illər ərzində qalmaqda davam edir və bu hal ömürlük ola bilər.

    Müvafiq araşdırma tədris müəssisəsinin saytında dərc olunub.

    Alimlər 95 nəfərin qan və ilik nümanələri üzərində araşdırma aparıblar. Onların hamısının koronavirusu yüngül formada keçirdikləri bildirib. Növbəti mərhələdə elm adamlarının ağır COVID xəstələrinin bioloji nümanələri üzərində öz iddialarını sübut etməyə çalışacaqları qeyd olunub.

    Xatırladaq ki, son zamanlar COVID-ə qarşı immunitetin qısamüddətli olması barədə fikirlər səslənir. ABŞ alimlərinin sözügedən araşdırması bu müddəanı təkzib edir.

  • Minskdə keçiriləcək çempionat təxirə salındı

    Avropa Velosiped İdmanı İttifaqı (UEC) Minskdə keçiriləcək “Avropa Velosiped Çempionatı-2021”ı təxirə salmaq qərarına gəlib.

    Bu barədə Gazeta.ru məlumat yayıb.

    Bundan əvvəl Almaniya və Niderland komandaları Belarus paytaxtına getməkdən imtina etmişdilər. Həmin ölkələrin milli idman federasiyalarının bu qərarı verməsinə səbəb “Ryanair” təyyarəsinin Minskə təcili enişi ilə bağlı hadisədən sonra Avropa İttifaqı ölkələri ilə Belarus arasında hava nəqliyyatının məhdudlaşdırılması olub.

    “Beynəlxalq müzakirəyə çevrilən vəziyyəti Belarus Velosiped İdmanı Federasiyası (BFVS) ilə birlikdə izlədik və bu gün idarə heyəti iclasında Minskdəki tədbiri təxirə salmaq qərarına gəldik”, – deyə qurumun mətbuat xidmətindən bildirilib.

    Qeyd edək ki, velosiped idmanı üzrə dünya çempionatı Minskdə 23-27 iyun tarixlərində keçirilməli idi.

  • UEFA Çempionlar Liqasının formatı dəyişdirilə bilər

    UEFA 2024-cü ildən etibarən Çempionlar Liqasının formatını dəyişə bilər.

    Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

    Nəşrin məlumatına görə, hazırda ciddi şəkildə müzakirə edilən mümkün dəyişikliklərə əsasən, turnirin yarımfinalı çərçivəsində iki yox, bir oyun keçiriləcək, cavab görüşləri ləğv olunacaq. Yarımfinal və final matçları bir həftə ərzində eyni şəhərdə baş tutacaq.

    Həmçinin, oyunlar konsertlər, əfsanəvi futbolçuların çıxışları kimi əlavə tədbirlərlə müşayət olunacaq.

    Qeyd edək ki, 2019/20-ci illər mövsümünün həlledici qarşılaşmaları məhz qeyd olunan formatda Lissabonda təşkil olunub.

  • Башар Асад победил на выборах президента в Сирии

    Башар Асад одержал победу на выборах президента в Сирии, набрав 95,1%. Об этом сообщает РИА Новости со ссылкой на спикера сирийского парламента Хаммуда Саббага.

    “За кандидата Башара Асада – 13 540 860 голосов… он победил, получив абсолютное большинство голосов”, – уточнил Саббаг.

    По его словам, общее число проголосовавших в президентских выборах в Сирии и на участках в других странах составило более 18 млн человек.

    Асад, который находится на посту главы государства с 2000 года, избран на еще один семилетний срок. На предыдущих выборах в 2014 году он набрал более 88% голосов.

  • Bəşər Əsəd prezident seçkilərində qalib gəldi

    Suriyada mayın 26-da keçirilmiş prezident seçkilərinin nəticələri açıqlanıb.

    TASS xəbər verir ki, nəticələri Suriya parlamentinin sədri Hammud Sabaq elan edib. Belə ki, hazırkı prezident Bəşər Əsəd seçicilərin 95,1%-nin səsini toplayaraq qalib olub.

    Sabaqın sözlərinə görə, səsvermədə 14 milyon Suriya vətəndaşı iştirak edib.

  • Stiven Siqal Rusiya siyasi partiyasına üzv olacaq

    Tanınmış Hollivud aktyoru, eyni zamanda Rusiya XİN-in ABŞ-la humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi Stiven Siqal “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasına qoşulmağa hazırlaşır.

    TASS partiyanın mətbuat xidmətinə istinadən məlumat verir ki, ulduz aktyor şənbə günü rəsmən siyasi birliyin üzvü olacaq. Siqal partiyada ekoloji məsələlərlə, xüsusən də havanın çirklənməsi problemlərilə məşğul olacaq.

    Məlumata əsasən, aktyor hələ 2016-cı ildə Rusiya vətəndaşlığı alıb. O, əvvəllər “Həqiqət naminə” partiyasının üzvü olub. İndi isə həmin partiya “Ədalətli Rusiya” ilə birləşdikdən sonra Siqal yeni yaranan siyasi birliyə qoşulacaq.

  • İlham Əliyev Ağdamda Qiyaslı məscidində olub

    Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.