Month: June 2021

  • У берегов Ирана затонул военный корабль

    Пожар произошел на вспомогательном судне военно-морских сил Ирана в водах у южной части страны, огонь потушить не удалось, и корабль затонул, передает агентство Mehr со ссылкой на заявления ВМС, пишет РИА Новости.

    По данным агентства, судно Khark несколько дней назад отправилось в международные воды. Во вторник на этом судне, которое использовалось для содействия ВМС и обучения новобранцев, произошел пожар. Огонь вспыхнул в одной из систем судна.

    После начала возгорания курсанты покинули корабль и перебрались в близлежащий порт Джаск на юге Ирана. Тогда пожар на судне начали тушить специалисты из различных ведомств, но их усилия не увенчались успехом. Вскоре судно затонуло, в результате инцидента никто не погиб.

  • Fars körfəzində İrana məxsus hərbi gəmi yandı

    İran hərbi dəniz qüvvələrinə məxsus gəmi Fars körfəzində təlim tapşırığını icra edərkən yanıb.

    Bu barədə FARS agentliyi məlumat yayıb.

    Gəmi heyətinin uğurla təxliyə edildiyi bildirilir.

  • Bakıya İsveçrə və Britaniyadan gələcək azarkeşlərdən nələr tələb olunacaq?

    İsveçrə və Böyük Britaniyadan (Uels) AVRO-2020 üçün Azərbaycana gələcək futbol azarkeşləri vizanı Bakının Heydər Əliyev Hava Limanından ala biləcək.

    Bunun üçün hava limanında onlayn e-viza platforması yaradılıb.

    Həmçinin Bakıya gəlməzdən əvvəl onlayn şəkildə üç iş günü ərzində standart viza almaq mümkündür. Lakin zərurət olarsa, təcili vizaları 3-5 saat ərzində almaq olur.

    Xarici azarkeşlər hava limanında oyunun biletini və 48 saatdan çox olmayan müddəti əhatə edən COVID testinin nəticəsini təqdim etməlidir. Bundan sonra onlar karantinə alınmayacaq və ölkədə sərbəst şəkildə gəzə biləcəklər.

    Qeyd edək ki, pandemiya səbəbindən AVRO-2020 vaxtı fan-zonalar quraşdırılmayacaq.

  • В Гейчае задержан подросток, подозреваемый в краже у родственника украшений на 40 000 манатов

    В Гейчайское районное отделение полиции обратился местный житель с заявлением о том, что из его квартиры похищены золотые украшения на 40 тыс. манатов, сообщает шекинская региональная группа пресс-службы МВД Азербайджана.

    По подозрению в совершении преступления был задержан подросток, являющийся близким родственником потерпевшего.

    В ходе расследования выяснилось, что он продал похищенное в магазины, занимающиеся скупкой золотых украшений, а полученные деньги потратил на развлечения.

    Часть реализованных им изделий была изъята из этих магазинов в качестве вещественных доказательств.

    По данному факту проводится расследование.

  • Göyçayda yeniyetmə qohumunun evindən 40 min manatlıq oğurluq etdi

    Göyçay şəhər sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mənzildən 40 min manat dəyərində qızıl-zinət əşyaları oğurlandığını bildirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəticədə cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin yaxın qohumu olan bir yeniyetmə saxlanılıb.

    Araşdırma zamanı məlum olub ki, həmin şəxs oğurluq yolu ilə ələ keçirdiklərini rayon ərazisində qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olan ayrı-ayrı mağazalara satıb, əldə etdiyi pulu isə müxtəlif əyləncələrə xərcləyib. Onun satdığı qızılların bir qismi həmin mağazalardan maddi sübut kimi götürülüb və istintaqa təqdim edilib.

    Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Установлена личность запертой в конюшне пожилой азербайджанки – ОБНОВЛЕНО + ВИДЕО

    В результате расследования, проведенного сотрудниками отдела полиции Гедабейского района по факту удержания в конюшне связанной пожилой женщины, была установлена ее личность. Ею оказалась жительница села Ивановка Гедабейского района Сакина Гасанова (1934 г.р.), зарегистрированная в Дашкесанском районе.

    Старший инспектор гянджинской региональной группы пресс-службы МВД старший лейтенант полиции Эшгин Гасымов в ответ на запрос Oxu.Az сообщил, что правоохранители после поступления соответствующей информации незамедлительно прибыли на место происшествия.

    “На момент их прибытия женщины не было в конюшне. В настоящее время проводится расследование для установления личности лица или лиц, с которыми эта женщина связана. В ближайшее время инциденту будет дана правовая оценка”, – сказал он.

    * * * * *

    В селе Ивановка Гедабейского района пожилая женщина подверглась насилию и издевательствам.

    Соответствующее видео распространила председатель общественного объединения “Дети Азербайджана” Кямаля Агазаде.

    На кадрах видно, что у пожилого человека связаны руки, а на шее веревка. Находится она в помещении, похожем на коровник.

    Сообщается, что эти действия совершил человек по имени Газанфар.

    Редакция Oxu.Az обратилась по этому вопросу в МВД.

    Главный инспектор гянджинской региональной группы пресс-службы ведомства, старший лейтенант полиции Эшгин Гасымов заявил, что по данному факту проводится расследование.

    “О его результатах будет сообщено в ближайшее время”, – сказал он.

  • Azərbaycanda boğazına ip keçirilərək tövlədə saxlanılan qadının kimliyi bilindi – YENİLƏNİB + VİDEO

    Sosial şəbəkələrdə, ahıl qadının tövlədə bağlanaraq saxlanılması ilə bağlı yayılan görüntülərlə bağlı dərhal Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıb. Həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayon, İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olması müəyyən edilib.

    DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, dərhal hadisə yerinə yollanan polis əməkdaşları onu həmin kənd ərazisində aşkar edib.

    “Aşkar edilən zaman qadın videoda göstərildiyi kimi tövlədə olmayıb. Hazırda həmin görüntülər əsasında həmin qadını bağlayan şəxs və ya şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır və tezliklə məsələyə hüquqi qiymət veriləcək”, – deyə E.Qasımov qeyd edib

    * * * * *

    Gədəbəydə ahıl qadın şiddətə və işgəncəyə məruz qalır.

    Oxu.Az xəbər verir ki, bu görüntüləri “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə yayıb.

    Görüntülərdə qeyd edilir ki, 85 yaşlı Səkinə adlı qadın Gədəbəy rayonunun İvanovka kəndində tövlədə boğazı və əlləri bağlı vəziyyətdə saxlanılır.

    Bildirilir ki, Qadın Qəzənfər adlı şəxs tərəfindən şiddətə və işgəncəyə məruz qalır.

    Məsələ ilə bağlı Daxili işlər Nazirliyi ilə əlaqə saxladıq.

    DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, video ilə bağlı müvafiq araşdırma aparılır:

    “Nəticəsi barədə tezliklə məlumat veriləcək”.

  • Правнук Ахмеда Джавада прокомментировал ситуацию с отчим домом поэта

    Джавад Ахундзаде – правнук автора Государственного гимна Азербайджана, поэта, воспевшего независимость страны, Ахмеда Джавада, внес ясность в ситуацию с пришедшим в упадок домом прадеда.

    Поэт родился в селе Сейфали Шамкирского района.

    “Недавно соцсети распространили фото, сопроводив его информацией о том, что дом, в котором вырос мой прадед, находится в запустении. Он действительно родом из этого села, однако доподлинно неизвестно, является ли изображенное на снимке сооружение местом, в котором жил поэт?

    Потому что во время репрессий 1930-х годов у А.Джавада отняли жилище и передали почтовому работнику. О его дальнейшей судьбе мы ничего не знаем”, – сказал правнук поэта.

    Он отметил, что в конце 1980-х сын поэта, Йылмаз Ахундзаде, хотел выкупить отчий дом в Шамкире и создать в нем музей, однако его владельцы не согласились.

    Д.Ахундзаде выразил желание, чтобы здание на улице Истиглалият в Баку, в котором жил его прадед, функционировало как музей.

  • Əhməd Cavadın nəticəsindən şairin ata yurdunun yararsız olması ilə bağlı AÇIQLAMA

    Azərbaycan Dövlət Himninin müəllifi, istiqlal şairi Əhməd Cavadın ata yurdunun yararsız vəziyyətdə olması ilə bağlı məsələyə nəticəsi Cavad Axundzadə aydınlıq gətirib.

    C.Axundzadə Oxu.Az-a açıqlamasında bildirilib ki, şair Şəmkir rayonu Seyfəli kəndində böyüyüb:

    “Bir neçə gündür ki, Əhməd Cavadın sosial şəbəkələrdə fotosu yayılan yararsız evdə böyüdüyünə dair məlumatlar paylaşılır. Ulu babamın həmin kəndə yaşadığı doğrudur, amma foto yayılan evdə böyüməsi dəqiq deyil.

    Çünki 1930-cu illərdə repressiya zamanı ev Əhməd Cavaddan alınıb və poçt işçisinə verilib. Həmin mülkiyyətçilər orada yaşayıblar. Evi söküblər və ya təmir ediblər, biz bunu bilmirik”.

    O bildirib ki, Əhməd Cavad təhsilini Gəncədə alıb:

    “Daha sonra Türkiyədə, Batumidə olub. Sonrada Azərbaycana qayıdıb və Azərbaycan Dövlət Himnini yazıb”.

    Nəticəsi əlavə edib ki, 1980-ci illərin axırında şairin oğlu Yılmaz Axundzadə Şəmkirdəki evi almaq və ev muzeyi yaratmaq istəsə də, mülkiyyətçilər bununla razılaşmayıb:

    “O ev bizim özümüzdə olsaydı, biz onu bu vəziyyətdə saxlamazdıq. Evin bu vəziyyətdə olması digər mülkiyyətçidən asılıdır”.

    C.Axundzadə Bakıda Əhməd Cavadın ev muzeyinin olmasının arzusundadır:

    “Ulu babamın Bakı şəhərində İstiqlaliyyət küçəsində yaşadığı ev muzey kimi fəaliyyət göstərərsə, daha yaxşı olar”.

    Qeyd edək ki, bir neçə gündür ki, istiqlal şairi Əhməd Cavadın Şəmkir rayonu Seyfəli kəndindəki ata yurdunun yararsız halda olması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

  • Кадры из “морга” с телами армянских военнослужащих, погибших в 44-дневной войне – ВИДЕО

    Кадры из “морга”, где хранятся тела погибших в 44-дневной войне армянских военнослужащих, вызвали широкий общественный резонанс в Армении.

    Об этом пишут СМИ этой страны.

    На видеозаписи, сделанной в одной из больниц города Абовяна, можно увидеть, что тела солдат завернуты в полиэтиленовые пакеты и свалены в помещении, которое переоборудовано под “морг”.

    Напомним, ранее на акции протеста в Ереване граждане обвинили власти в хранении тел большинства погибших военнослужащих в холодильниках, чтобы скрыть тяжелое поражение в войне и не вызвать волнение среди народа.