Month: June 2021

  • Bakıda mənzildən çılpaq qadın meyiti tapıldı: Qətlə yetirildiyi məlum oldu – TƏFƏRRÜAT

    Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən mənzildə meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.

    Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 29, mənzil 12-də qeydə alınıb.

    Ordubad rayon sakini 1990-ci il təvəllüdlü Turanə İldırım qızı Cəfərovanın bədəninin müxtəlif nahiyələrində qançır izləri və elektrik naqili ilə boğularaq qətlə yetirilmiş çılpaq meyiti kirayədə qaldığı mənzildə aşkarlanıb.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

    //oxu.az

  • Vətən müharibəsi iştirakçılarının övladlarına güzəşt gözlənilir

    Vətən müharibəsi iştirakçılarının uşaqlarının dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə qəbul edilməsi təklif olunur.

    Bununla bağlı “Məktəbəqədər təhsil haqqında” qanunun 8-ci maddəsinə dəyişiklik təklif edilir.

    Bununla da dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə qəbul edilən uşaqların əhatə dairəsi genişləndirilir.

    Layihə parlamentin növbədənkənar iclaslarında müzakirəyə çıxarılacaq.

    Qeyd edək ki, həmin qanunun 8.9-cu maddəsinə görə, dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və bununla əlaqədar əlilliyi olan şəxslərin, tək işləyən valideynlərin, I və II dərəcə əlilliyi olan şəxslərin, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.

    //oxu.az

  • В Израиле сняли карантинные ограничения

    В Израиле из-за стабильно низкого уровня заболеваемости коронавирусом отменены все карантинные ограничения, кроме обязательного ношения масок в помещениях, сообщает радио “Кан”, пишет gazeta.ru.

    “Не продлены все остававшиеся ограничения после истечения их срока действия 1 июня 2021 года. Необходимость в “зеленом пропуске” устранена, ограничения “фиолетового стандарта” отменены. Предписание об обязательном ношении масок в закрытых помещениях пока остается в силе”, – заявил в эфире представитель минздрава Израиля.

    “Зеленый пропуск” – это документ о вакцинации, который ранее был необходим при посещении ряда общественных мероприятий и заведений, а “фиолетовый стандарт” регулировал работу общественных учреждений и заведений.

    Несмотря на отмену большинства внутренних ограничений, в Израиле продолжат действовать запреты на выезд своих граждан в страны с максимальным риском заражения COVID-19.

  • İsrail karantin məhdudiyyətlərini ləğv etdi

    İsraildə koronavirusa yoluxmanın davamlı olaraq aşağı olması səbəbindən qapalı yerlərdə məcburi maskalar taxmaqdan başqa bütün karantin məhdudiyyətləri qaldırılıb.

    Bu barədə gazeta.ru xəbər verib.

    “Qalan bütün məhdudiyyətlər 1 iyun 2021-ci il tarixində bitdikdən sonra uzadılmadı. “Yaşıl keçid” zərurəti və “bənövşəyi standart” məhdudiyyətləri aradan qaldırılıb. Qapalı müəssisələrdə məcburi maska taxma əmri, başqa cür qərar verilənə qədər qüvvədə qalacaq”, – deyə İsrail Səhiyyə Nazirliyindən bildirilib.

    Qeyd edək ki, “yaşıl keçid” – əvvəllər bir sıra sosial tədbirlərə və təşkilatlara qatılarkən tələb olunan peyvənd sənədi idi, “bənövşəyi standart” isə dövlət qurumları və müəssisələrin fəaliyyətini tənzimləyirdi.

    O da vurğulanıb ki, daxili məhdudiyyətlərin əksəriyyətinin götürülməsinə baxmayaraq, İsrail vətəndaşlarının COVID-19 riski yüksək olan ölkələrə getməsi barədə qadağa qüvvədədir.