Month: July 2021

  • Ələt Azad İqtisadi Zonası investorları qəbul etməyə nə vaxt hazır olacaq? – İlham Əliyev AÇIQLADI

    “Bu gün qoyulan təməl artıq işlərin başlanmasına təkan verir. Artıq birinci görüləcək işlər planlaşdırıldı, 850 hektarın 60 hektarı artıq layihələndirildi, detallı, müfəssəl layihələndirmə işləri aparılmışdır. Bu gündən etibarən tikinti işləri başlanacaq, infrastruktur layihələri, biznes mərkəzi, gömrük-keçid məntəqəsi və lazım olan digər sahələrdə işlər görüləcək. Hesab edirəm ki, bir ildən sonra – gələn ilin iyul ayından başlayaraq, biz investorları qəbul etməyə hazır olacağıq”.

    Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib:

    “O vaxta qədər Azad İqtisadi Zonanın rəhbərliyi həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər keçirəcək. Təqdimatlar keçirilməlidir, potensial investorlarla birbaşa təmaslar qurulmalıdır. Eyni zamanda, Azad İqtisadi Zonanın nümayəndələri müxtəlif ölkələrə ezam olunacaq, həmçinin xaricdən potensial investorlar dəvət ediləcək”.

    “Beləliklə, bir ildən sonra – gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax, burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir. Ona görə, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaq”, – deyə dövlət başçısı qeyd edib.

  • Ильхам Алиев: Прекрасный инвестиционный климат является одним из основных условий для привлечения инвесторов

    Сегодня свободные экономические зоны функционируют в различных странах мира. Как я уже отметил, в ряде стран это обусловлено природными условиями, географическим расположением. В странах, не имеющих выхода к открытым морям, практика создания свободных экономических зон не столь успешна. Мы изучили, проанализировали удачный и неудачный опыт. Считаем, что сегодня в Азербайджане имеются все первоначальные условия для привлечения инвесторов именно в эту зону. Полагаю, что, в первую очередь, это место имеет благоприятное географическое положение – находится на побережье, рядом с морским портом, достаточно обширная территория. На первоначальном этапе для развития уже готова площадь в 60 гектаров. В целом же, выделен земельный участок в 850 гектаров. Уже определены также сопредельные с ним земельные участки, с тем, чтобы там не проводилось никакого строительства, это необходимо для дальнейшего развития.

    Об этом заявил Президент Ильхам Алиев в интервью Азербайджанскому телевидению.

    По его словам, в Азербайджане прекрасный инвестиционный климат.

    “С одной стороны, мы продемонстрировали это при реализации нефтегазовых проектов, а с другой, – в результате реформ, проводимых в других сферах, создан прекрасный инвестиционный климат. Неслучайно, в отчете Doing Business Всемирного банка Азербайджан удостоен 28-го места среди 190 стран. Это – огромное достижение в мировом масштабе. Мы определи по этим параметрам многие развитые страны. То есть, прекрасный инвестиционный климат, конечно, является одним из основных условий для привлечения инвесторов.

    Другой важный вопрос, – почему мы считаем, что инвесторы приедут, – заключается в современной инфраструктуре. В последние годы мы последовательно создавали эту инфраструктуру. Сегодня вновь, ссылаясь на влиятельные международные структуры, можем сказать, что добились больших успехов и в этой области. Нам известно, что потенциальные инвесторы, в первую очередь, смотрят отчет Doing Business Всемирного банка, а также рейтинговую таблицу Давосского всемирного экономического форума. Там и тут наше преимущество налицо. Посмотрите, каких мест удостоен Азербайджан по уровню инфраструктурных проектов. В области энергоснабжения Азербайджан занимает в отчете Давосского форума второе место в мировом масштабе. Представьте себе, второе место в мировом масштабе. По эффективности железнодорожных услуг – на 11-м месте. По эффективности воздушного транспорта – на 12-м месте. По качеству автомобильных дорог делит 24-27-е места. Каспийское пароходство находится на 25-м месте по услугам судоходства. Все это – достигнутые нами большие успехи. Сегодня они обеспечивают динамичное развитие нашей страны, так как основные инфраструктурные проекты либо уже завершились, либо завершаются. Это очень важные условия для инвесторов – инвестиционный климат, инфраструктурные проекты.

    Кроме того, в последние годы в Азербайджане создан мощный кадровый потенциал. Этой сфере уделяется особое внимание. По линии государства мы обучили в ведущих вузах мира тысячи представителей молодежи. Значительная часть их вернулась в Азербайджан и работает в различных местах. Азербайджанцы, работающие в нефтяных консорциумах, уже служат развитию нашего интеллектуального потенциала. Есть кадровый потенциал, это тоже будет привлекать инвесторов.

    В Азербайджане обеспечивается безопасность. Азербайджан, возможно, является одной из самых безопасных стран мира. Этот фактор тоже очень важен для инвесторов.

    Межкультурный диалог, вопросы религиозной толерантности в Азербайджане уже приводятся, как пример в мировом масштабе. Мы хотим, чтобы все страны мира приезжали сюда и вкладывали инвестиции. Этот фактор тоже очень важен.

    С другой стороны, господствующая в нашей стране стабильность является одним из основных условий для каждого инвестора. В страны, где нет стабильности, никто не вкладывает инвестиции. Это – аксиома. Если вы обратите внимание на опыт привлекательных с точки зрения инвестирования стран, то увидите это. Одним из основных, а может, и главным условием нынешнего и предстоящего инвестирования в Азербайджан, является общественно-политическая стабильность, единство между народом и властью.

    Еще один важный фактор заключается в том, что слово у нас никогда не расходится с делом. То есть, мы делаем все, что сказали. Мы держим данное слово, и жизнь неоднократно подтверждала это. Для инвесторов созданы весьма привлекательные условия. Достаточно взглянуть на нефтегазовые проекты, чтобы увидеть, что в контрактах, подписанных с 1994 года по настоящее время, не поменялась ни одна запятая. Тогда как во многих местах по истечении определенного времени страны пытаются изменить условия в более приемлемом для себя направлении. Мы не делали этого, так как в противном случае упустим инвесторов. То есть, все эти факторы и, конечно, Победа, одержанная во Второй Карабахской войне, урегулирование нагорно-карабахского конфликта создали уже новую ситуацию. Считаю, что долгосрочная стабильность, мир уже являются ясными как божий день и для инвесторов. Уверен, что наличие всех этих факторов и вера в наше будущее привлекут иностранных инвесторов в эту зону”, – сказал глава государства.

  • İlham Əliyev: “Ölkələr şərtləri özlərinə daha uyğun tərzdə dəyişdirməyə cəhd göstərirlər”

    “Bu gün dünyanın müxtəlif ölkələrində azad iqtisadi zonalar var. Qeyd etdiyim kimi, bəzi ölkələrdə bunu təbii şərait, coğrafi yerləşmə şərtləndirir. Açıq dənizlərə çıxışı olmayan ölkələrdə azad iqtisadi zonaların yaradılması təcrübəsi o qədər də uğurlu deyil. Biz uğurlu və uğursuz təcrübəni öyrənmişik, təhlil aparmışıq. Hesab edirik bu gün Azərbaycanda bütün ilkin şərtlər var ki, investorları məhz bu zonaya cəlb edək. Hesab edirəm ki, ilk növbədə, bu yerin coğrafi vəziyyəti əlverişlidir- dənizin kənarında, dəniz limanının böyründə yerləşir, kifayət qədər böyük ərazidir. İlkin mərhələdə artıq 60 hektarlıq yer inkişaf üçün hazırdır. Amma, ümumiyyətlə, 850 hektar torpaq sahəsi ayrılıb. Bu torpaq sahəsinə bitişik olan torpaq sahələri də artıq müəyyən edilib ki, orada hər hansı bir tikinti aparılmasın, bu, gələcək inkişaf üçün lazımdır”.

    Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri Azərbaycan Televiziyasına müsahibəsində deyib.

    O bildirib ki, Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır:

    “Biz bunu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirmişik, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılmışdır. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Biz bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlamışıq. Yəni, gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir.

    Digər vacib məsələ, – nə üçün biz hesab edirik ki, investorlar gələcək, – müasir infrastrukturun mövcudluğudur. Biz bu infrastrukturu son illər ərzində ardıcıl şəkildə yaratmışıq. Bu gün yenə də beynəlxalq mötəbər qurumlara istinadla deyə bilərik ki, bu sahədə də böyük uğurlar əldə etdik. Bilirik ki, potensial investorlar, ilk növbədə, Dünya Bankının “Doing Business” hesabatına baxırlar, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə bizim üstünlüyümüz göz qabağındadır. İnfrastruktur layihələrinin səviyyəsinə görə, baxın, Azərbaycan hansı yerlərə layiq görülüb. Elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci yerdədir. Təsəvvür edin, dünya miqyasında ikinci yerdə. Dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə. Hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Bütün bunlar bizim əldə etdiyimiz böyük uğurlardır. Bu uğurlar bu gün ölkəmizin dinamik inkişafını təmin edir. Çünki əsas infrastruktur layihələri artıq ya başa çatıb, ya da başa çatmaq üzrədir. İnvestorlar üçün bunlar çox önəmli şərtlərdir – investisiya iqlimi, infrastruktur layihələri.

    Həmçinin son illər ərzində Azərbaycanda çox güclü kadr potensialı yaradılıb. Bu sahəyə xüsusi diqqət göstərilir. Biz dövlət xətti ilə minlərlə gənci dünyanın aparıcı ali məktəblərində oxutmuşuq. Onların böyük hissəsi Azərbaycana qayıdıb və müxtəlif yerlərdə çalışır. Neft konsorsiumlarında çalışan azərbaycanlılar artıq bizim intellektual potensialımızın inkişafına xidmət göstərirlər. Kadr potensialı var, bu da investorları cəlb edəcək”.

    Dövlət başçısı qeyd edib ki, Azərbaycanda təhlükəsizlik təmin edilir, Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir, investorlar üçün bu amil də çox önəmlidir:

    “Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Biz istəyirik ki, bütün dünya ölkələri buraya gəlsinlər və investisiya qoysunlar. Bu amil də çox önəmlidir.

    Digər tərəfdən, ölkəmizdə mövcud olan sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu, aksiomdur. Sərmayə qoyuluşu baxımından cəlbedici ölkələrin təcrübəsinə baxsanız, bunu görərsiniz. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir.

    Digər vacib amil ondan ibarətdir ki, bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik. Sözümüzü tutan insanlarıq və həyat bunu dəfələrlə göstərib. İnvestorlar üçün çox cəlbedici şərait yaradılıb. Təkcə neft-qaz layihələrinə baxmaq kifayətdir görək ki, 1994-cü ildən bu günə qədər imzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib. Ancaq bir çox yerlərdə müəyyən mərhələ keçəndən sonra ölkələr şərtləri özlərinə daha uyğun tərzdə dəyişdirməyə cəhd göstərirlər. Biz bunu etməmişik. Çünki bunu etsək, investorları qaçırdacağıq. Yəni, bütün bu amillər və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Hesab edirəm ki, uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu və bizim gələcəyimizə olan inam, əminəm ki, xarici sərmayədarları bu zonaya cəlb edəcək”.

  • ЦБА принял важное решение в связи с кредитами – ОФИЦИАЛЬНО

    В условиях постепенного восстановления активности на фоне смягчения ограничительного режима в различных сферах экономики решением правления Центрального банка Азербайджана (ЦБА) срок рекомендаций кредитным организациям не начислять штрафные проценты, неустойки и другие штрафы, не ухудшать кредитную историю заемщиков в связи с задержками по кредитным обязательствам в рамках поддержки интересов пострадавших во время пандемии физических лиц и субъектов предпринимательства продлен до 1 октября 2021 года.

    Об этом сообщили в ЦБА.

    В то же время до вышеуказанной даты сохраняются в силе ограничения на выплаты дивидендов в целях дальнейшего укрепления капитальных позиций кредитных и страховых организаций, обеспечения направления их свободных финансовых средств в капитал.

    Также было принято решение о продлении до 1 января 2022 года срока внедрения регулятивной льготы в связи с контрациклическим буфером капитала.

  • Mərkəzi Bankdan kreditlərlə bağlı vacib QƏRAR – RƏSMİ

    Maliyyə sektorunun cari vəziyyəti, sektorun maliyyə dayanıqlığı üzrə aparılmış qiymətləndirmə nəticələri, habelə beynəlxalq maliyyə təşkilatlarının tövsiyələri nəzərə alınmaqla Mərkəzi Bank requlyativ dəstək rejimini davamlı olaraq dəqiqləşdirir və siyasət qərarları qəbul edir.

    Azərbaycan Mərkəzi Bankından verilən məlumatda bildirilir ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə məhdud rejimin yumşaldılması fonunda aktivliyin tədricən bərpa edilməsi şəraitində Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi davam etdirilərək cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair kredit təşkilatlarına verilmiş tövsiyələrin müddəti 1 oktyabr 2021-ci il tarixinədək uzadılıb.

    Eyni zamanda, kredit və sığorta təşkilatlarının kapital mövqeyinin daha da möhkəmləndirilməsi, onların sərbəst maliyyə vəsaitlərinin kapitala yönəldilməsinin təmin edilməsi məqsədilə dividend ödənişlərinə tətbiq edilmiş məhdudiyyətlər həmin tarixədək qüvvədə saxlanılıb.

    Bank sektorunun kapitala aid yeni requlyativ tələblərə tədricən adaptasiyasının növbəti mərhələsində 1 iyul 2021-ci il tarixindən başlayaraq bazar və əməliyyat riskləri bankların məcmu və birinci dərəcəli kapitalının adekvatlığı əmsallarında nəzərə alınacaq, habelə həmin tarixdən məcmu kapital adekvatlığı əmsalı üzrə minimum hədd Mərkəzi Bankın aidiyyəti normativ qaydaları ilə müəyyən edilmiş səviyyədə bərpa ediləcək.

    Bu tələblərin tətbiqi bankların kapitalında əməliyyat və bazar risklərinin qarşılanması üçün əlavə buferin yaradılmasına xidmət edəcək. Eyni zamanda, kontr-tsiklik kapital buferi ilə əlaqədar requlyativ güzəştin tətbiqi müddətinin 1 yanvar 2022-ci il tarixinədək uzadılması qərara alınıb.

  • Глава государства рассказал о причинах создания свободной экономической зоны именно в Аляте

    Президент Ильхам Алиев рассказал в интервью Азербайджанскому телевидению о причинах создания свободной экономической зоны именно в бакинском поселке Алят.

    По его словам, на территории поселка Алят имеются обширные свободные земельные площади, абсолютное большинство которых непригодно для сельского хозяйства.

    “С другой стороны, поселок Алят находится недалеко от Баку. Это тоже одно из важных условий. Уже имеются все первоначальные условия для реализации инфраструктурных проектов. В Сангачале функционирует электростанция мощностью 300 мегаватт, относительно низкими будут и расходы на инфраструктурные проекты. Здесь расположен Международный морской порт. Это тоже один из важных факторов для работы экономической зоны. Считаю, что перспектива развития Алята также может быть очень успешной. Если эта зона будет формироваться так, как мы запланировали, в чем я уверен, то динамика развития данного региона окажет большое позитивное влияние также на наше общее развитие. Эти факторы и сыграли основную роль в выборе места. Кроме того, отсюда проходят и наши международные коридоры. Через территорию Алята проходят коридоры Восток-Запад и Север-Юг. Поэтому это место очень благоприятно с точки зрения логистики, транспорта. Именно поэтому для этих целей выбран Алят”, – сказал глава государства.

  • Azad İqtisadi Zona niyə məhz Ələtdə yaradılır? – Dövlət başçısı AÇIQLADI

    Azərbaycan Prezidenti İlham Əliyev Azad İqtisadi Zonanın Ələtdə yaradılmasının səbəblərindən danışıb.

    Dövlət başçısı bununla bağlı Azərbaycan Televiziyasına müsahibəsində fikirlərini bölüşüb.

    O bildirib ki, Ələt qəsəbəsinin ərazisində böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır:

    “Digər tərəfdən, Ələt qəsəbəsi Bakı şəhərinə yaxındır. Bu da vacib şərtlərdən biridir. İnfrastruktur layihələrinin icrası üçün artıq bütün ilkin şərtlər vardır. Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası mövcuddur və infrastruktur layihələrinə qoyulan xərclər də nisbətən az olacaq. Burada Beynəlxalq Dəniz Limanı yerləşir. Bu da iqtisadi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir. Hesab edirəm ki, Ələtin inkişaf perspektivi də çox uğurlu ola bilər. Əgər bu zona istədiyimiz kimi formalaşsa, – mən buna əminəm, – bu bölgənin inkişaf dinamikası ümumi inkişafımıza da böyük müsbət təsir göstərəcək. Bax, bu amillər bu yerin seçilməsində əsas rol oynamışdır. Eyni zamanda, buradan bizim beynəlxalq dəhlizlərimiz də keçir. Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələtin ərazisindən keçir. Ona görə logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir. Məhz buna görə Ələt bu məqsədlər üçün seçilmişdir”.

  • Президент Ильхам Алиев заложил фундамент Алятской свободной экономической зоны – ВИДЕО

    Президент Азербайджана Ильхам Алиев 1 июля принял участие в церемонии закладки фундамента Алятской свободной экономической зоны (АСЭЗ).

    Как сообщает АЗЕРТАДЖ, председатель правления полномочной структуры АСЭЗ Валех Алескеров проинформировал главу государства о проделанной работе.

    Было отмечено, что общая площадь Алятской свободной экономической зоны составит 850 га. На 60 га общей площади экономической зоны проектирование уже завершилось, и начались строительные работы, предприняты необходимые меры для создания всей инфраструктуры.

    Подчеркнуто, что основная цель создания зоны заключается в обеспечении производства экспортной направленности с высокой добавленной стоимостью в соответствии с передовым опытом управления. Одна из основных целей заключается в привлечении инвесторов, оказывающих услуги с использованием инновационных технологий, внесении вклада в динамичное и устойчивое развитие экономики страны в результате обеспечения сотрудничества данных компаний с азербайджанскими компаниями, а также создании десятков тысяч новых рабочих мест.

    Отметим, что под руководством Президента Ильхама Алиева в Азербайджане реализованы очень важные проекты, направленные на обеспечение развития ненефтяного сектора, диверсификацию различных отраслей экономики, повышение экспортного потенциала нашей страны, привлечение иностранных инвестиций, дальнейшее улучшение бизнес- и инвестиционной среды. Несмотря на большие экономические и финансовые сложности, созданные пандемией во всем мире, в Азербайджане эти процессы успешно продолжаются. Наглядным примером тому служит создание Алятской свободной экономической зоны. Реализация данного проекта не только принесет Азербайджану крупные экономические дивиденды, но и еще более упрочит позиции нашей страны в регионе, повысит стратегическое значение республики, играющей важную роль в транзитно-транспортных коридорах Восток-Запад и Север-Юг. Создание этой экономической зоны позволит повысить государственные доходы и средства, поступающие в бюджет, привлечь новые инвестиции.

    Глава государства заложил фундамент Алятской свободной экономической зоны.

    Затем Президент Ильхам Алиев дал интервью Азербайджанскому телевидению.

    Корреспондент: Здравствуйте, рады видеть Вас. Господин Президент, как возникла идея создания Алятской свободной экономической зоны, фундамент которой сегодня был заложен?

    Президент Ильхам Алиев: В основе идеи создания этой зоны лежит наша политика. В частности, импульс к созданию данной зоны придала работа, проводимая в последние годы в связи с развитием ненефтяного сектора. Мы увидели, что инвестиции, вкладываемые в ненефтяной сектор, больше являются государственными инвестициями или же инвестициями местных компаний. Зарубежные компании предпочитают больше инвестировать в нефтегазовый сектор. Поэтому уверен, что создание этой зоны послужит развитию ненефтяного сектора Азербайджана, ненефтяного сектора нашей экономики. Кроме того, созданная здесь инфраструктура будет привлекательной для инвесторов, в нашу страну станут поступать новые технологии, откроются новые рабочие места, будет высокой заработная плата работающих здесь граждан Азербайджана, будет производиться конкурентоспособная продукция, расширятся экспортные возможности нашего ненефтяного сектора, так как если взглянуть на структуру нашего валового внутреннего продукта, то увидим, что нефтяной сектор уже не преобладает. Но если взглянуть на экспорт, то увидим, что абсолютное большинство нашего экспорта обеспечивается нефтегазовой продукцией. Поэтому и здесь проведение реформ и привлечение иностранных инвесторов, в частности, в промышленный сектор, являются одним из основных факторов. Конечно, эта идея обсуждалась давно. Но для реализации данного проекта необходимо было правильно выбрать время, мы должны были подготовиться к этому, считаю, что сегодня мы готовы.

    -Господин Президент, какие шаги были предприняты в связи с созданием АСЭЗ?

    – В первую очередь, мы должны были провести организационную работу и создать такие условия, чтобы суметь привлечь инвесторов. Понятно, что Азербайджан является одной из стран, не имеющих выхода к открытым морям, создание свободных экономических зон в таких странах значительно сложнее, так как в странах, имеющих благоприятное географическое положение, эти зоны добились огромного успеха, прежде всего, в силу географического расположения. Поэтому, что касается нас, нам необходимо было, учитывая это географическое положение, работать еще более эффективно и предложить инвесторам более привлекательные условия. В первую очередь, надо было проделать работу в законодательной сфере, и в 2017 году я подписал соответствующее Распоряжение об ускорении создания Алятской свободной экономической зоны, в 2018 году был принят закон. Это очень прогрессивный закон, обеспечивающий как государственные интересы, так и интересы инвесторов. Это очень важно, так как если бы в законодательстве оставались какие-то неопределенные моменты для инвесторов, то, конечно, привлечь их сюда было бы невозможно. В особенности, если учесть, что охвативший в последние годы весь мир экономический и финансовый кризис сократил и объем инвестиций. Конечно, негативное влияние на мировую экономику оказала и пандемия. Предпринять этот шаг в такой исторический момент, конечно, требует большой смелости и опирается на нашу веру. Поэтому считаю, что работа, проделанная в области законодательства, полностью отвечает интересам как инвесторов, так и Азербайджанского государства. Вслед за этим в 2018 году уже началась практическая работа. Выделена эта территория площадью 850 гектаров, началась разработка концепции Алятской свободной экономической зоны, создана рабочая группа, и работы уже перешли в практическую плоскость.

    Естественно, пандемия вмешалась в нашу работу и несколько перенесла наши планы. Но сегодня пандемия стихает как в нашей стране, так и во многих странах. Считаю, что проведение сегодня этой церемонии закладки фундамента уже свидетельствует о том, что мы полностью готовы к этому. Далее уже начинаются практические работы, уверен, что и они завершатся своевременно.

    – Господин Президент, почему Свободная экономическая зона создается именно в Аляте?

    – В первую очередь, на территории поселка Алят имеются обширные свободные земельные площади, абсолютное большинство которых непригодно для сельского хозяйства. С другой стороны, поселок Алят находится недалеко от Баку. Это тоже одно из важных условий. Уже имеются все первоначальные условия для реализации инфраструктурных проектов. В Сангачале функционирует электростанция мощностью 300 мегаватт, относительно низкими будут и расходы на инфраструктурные проекты. Здесь расположен Международный морской порт. Это тоже один из важных факторов для работы экономической зоны. Считаю, что перспектива развития Алята также может быть очень успешной. Если эта зона будет формироваться так, как мы запланировали, в чем я уверен, то динамика развития данного региона окажет большое позитивное влияние также на наше общее развитие. Эти факторы и сыграли основную роль в выборе места. Кроме того, отсюда проходят и наши международные коридоры. Через территорию Алята проходят коридоры Восток-Запад и Север-Юг. Поэтому это место очень благоприятно с точки зрения логистики, транспорта. Именно поэтому для этих целей выбран Алят.

    – Господин Президент, как по-Вашему, что будет привлекать инвесторов в эту Свободную экономическую зону, и почему они будут вкладывать инвестиции именно сюда?

    – Мы тоже задавали себе этот вопрос, поэтому работа, проводимая в связи с созданием данной зоны, должна была отвечать именно на него, так как сегодня свободные экономические зоны функционируют в различных странах мира. Как я уже отметил, в ряде стран это обусловлено природными условиями, географическим расположением. В странах, не имеющих выхода к открытым морям, практика создания свободных экономических зон не столь успешна. Мы изучили, проанализировали удачный и неудачный опыт. Считаем, что сегодня в Азербайджане имеются все первоначальные условия для привлечения инвесторов именно в эту зону. Полагаю, что, в первую очередь, это место имеет благоприятное географическое положение – находится на побережье, рядом с морским портом, достаточно обширная территория. На первоначальном этапе для развития уже готова площадь в 60 гектаров. В целом же, выделен земельный участок в 850 гектаров. Уже определены также сопредельные с ним земельные участки, с тем, чтобы там не проводилось никакого строительства, это необходимо для дальнейшего развития.

    В Азербайджане прекрасный инвестиционный климат. С одной стороны, мы продемонстрировали это при реализации нефтегазовых проектов, а с другой, – в результате реформ, проводимых в других сферах, создан прекрасный инвестиционный климат. Неслучайно, в отчете Doing Business Всемирного банка Азербайджан удостоен 28-го места среди 190 стран. Это – огромное достижение в мировом масштабе. Мы определи по этим параметрам многие развитые страны. То есть, прекрасный инвестиционный климат, конечно, является одним из основных условий для привлечения инвесторов.

    Другой важный вопрос, – почему мы считаем, что инвесторы приедут, – заключается в современной инфраструктуре. В последние годы мы последовательно создавали эту инфраструктуру. Сегодня вновь, ссылаясь на влиятельные международные структуры, можем сказать, что добились больших успехов и в этой области. Нам известно, что потенциальные инвесторы, в первую очередь, смотрят отчет Doing Business Всемирного банка, а также рейтинговую таблицу Давосского всемирного экономического форума. Там и тут наше преимущество налицо. Посмотрите, каких мест удостоен Азербайджан по уровню инфраструктурных проектов. В области энергоснабжения Азербайджан занимает в отчете Давосского форума второе место в мировом масштабе. Представьте себе, второе место в мировом масштабе. По эффективности железнодорожных услуг – на 11-м месте. По эффективности воздушного транспорта – на 12-м месте. По качеству автомобильных дорог делит 24-27 места. Каспийское пароходство находится на 25-м месте по услугам судоходства. Все это – достигнутые нами большие успехи. Сегодня они обеспечивают динамичное развитие нашей страны, так как основные инфраструктурные проекты либо уже завершились, либо завершаются. Это очень важные условия для инвесторов – инвестиционный климат, инфраструктурные проекты.

    Кроме того, в последние годы в Азербайджане создан мощный кадровый потенциал. Этой сфере уделяется особое внимание. По линии государства мы обучили в ведущих вузах мира тысячи представителей молодежи. Значительная часть их вернулась в Азербайджан и работает в различных местах. Азербайджанцы, работающие в нефтяных консорциумах, уже служат развитию нашего интеллектуального потенциала. Есть кадровый потенциал, это тоже будет привлекать инвесторов.

    В Азербайджане обеспечивается безопасность. Азербайджан, возможно, является одной из самых безопасных стран мира. Этот фактор тоже очень важен для инвесторов.

    Межкультурный диалог, вопросы религиозной толерантности в Азербайджане уже приводятся, как пример в мировом масштабе. Мы хотим, чтобы все страны мира приезжали сюда и вкладывали инвестиции. Этот фактор тоже очень важен.

    С другой стороны, господствующая в нашей стране стабильность является одним из основных условий для каждого инвестора. В страны, где нет стабильности, никто не вкладывает инвестиции. Это – аксиома. Если вы обратите внимание на опыт привлекательных с точки зрения инвестирования стран, то увидите это. Одним из основных, а может, и главным условием нынешнего и предстоящего инвестирования в Азербайджан, является общественно-политическая стабильность, единство между народом и властью.

    Еще один важный фактор заключается в том, что слово у нас никогда не расходится с делом. То есть, мы делаем все, что сказали. Мы держим данное слово, и жизнь неоднократно подтверждала это. Для инвесторов созданы весьма привлекательные условия. Достаточно взглянуть на нефтегазовые проекты, чтобы увидеть, что в контрактах, подписанных с 1994 года по настоящее время, не поменялась ни одна запятая. Тогда как во многих местах по истечении определенного времени страны пытаются изменить условия в более приемлемом для себя направлении. Мы не делали этого, так как в противном случае упустим инвесторов. То есть, все эти факторы и, конечно, Победа, одержанная во Второй Карабахской войне, урегулирование нагорно-карабахского конфликта создали уже новую ситуацию. Считаю, что долгосрочная стабильность, мир уже являются ясными как божий день и для инвесторов. Уверен, что наличие всех этих факторов и вера в наше будущее привлекут иностранных инвесторов в эту зону.

    – Господин Президент, последний вопрос – когда АСЭЗ будет готова принять инвесторов?

    – Заложенный сегодня фундамент уже придает импульс началу работ. Спланированы первые предстоящие работы, спроектированы 60 из 850 га, проведено детальное, обстоятельное планирование. С сегодняшнего дня начнутся строительные работы, будут проделаны работы в области инфраструктурных проектов, бизнес-центра, таможенно-пропускного пункта и в других необходимых сферах. Считаю, что через год – с июля следующего года мы будем готовы принять инвесторов.

    До этого времени руководство Свободной экономической зоны проведет различные мероприятия как в стране, так и за рубежом. Надо провести презентации, наладить прямые контакты с потенциальными инвесторами. Одновременно представители Свободной экономической зоны будут командированы в различные страны, кроме того, будут приглашены потенциальные инвесторы из-за рубежа. Вместе с тем, даю сейчас указание всем нашим посольствам в зарубежных странах посредством своих контактов информировать потенциальных инвесторов о создании данной зоны. У нас есть межправительственные комиссии со многими странами. Поручаю руководителям данных комиссий в ходе проведения заседаний комиссий непременно обеспечить присутствие представителей Свободной экономической зоны и обязательно включить эту тему в повестку дня. Еще раз хочу сказать, что такие комиссии у нас есть во многих странах. Однако, анализируя работу этих комиссий, вижу, что иностранные компании больше стараются работать в Азербайджане в качестве подрядчиков. То есть, больше хотят зарабатывать в Азербайджане, в этом и заключается суть. Мы не возражаем, так как сегодня мы привлекаем иностранных подрядчиков, контракторов даже на освобожденные земли. Но мы хотим, чтобы иностранные инвесторы вкладывали средства в Азербайджан, так как государственные инвестиции уже сыграли свою роль. Мы реализовали все основные инфраструктурные проекты. Естественно, на освобожденных землях в настоящее время начинается большая работа по строительству и созиданию. Это приведет к большому экономическому оживлению. Но нам следует понять, что без прямых иностранных инвестиций наша страна не сможет развиваться так, как нам этого хотелось бы. Поэтому задача межправительственных комиссий с другими странами заключается в первую очередь в поставке средств из-за рубежа в Азербайджан. Считаю, что именно эта зона может быть привлекательной для потенциальных инвесторов.

    Таким образом, через год – в июле следующего года зона будет готова принять инвесторов. Уверен, что мы увидим, как приведенная здесь картина найдет отражение в жизни, так как на сегодняшний день все наши инициативы, все планы нашли отражение в жизни. Не было инициативы, не превратившейся в реальность. Самые сложные, транснациональные, реализованные нами в крайне сложной геополитической ситуации проекты успешно завершились. Нет необходимости перечислять их, каждому понятно, о чем идет речь. Поэтому уверен, что создание данной зоны станет очередным шагом к успеху.

    – Господин Президент, большое спасибо за подробные ответы на наши вопросы. Благодарим Вас.

    – Спасибо.

  • İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlini qoydu

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib.

    AZƏRTAC xəbər verir ki, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

    Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.

    Diqqətə çatdırılıb ki, zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.

    Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.

    Dövlətimizin başçısı Ələt Azad İqtisadi Zonasının təməlini qoyub.

    Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

    Müxbir: Salam cənab Prezident, xoş gördük Sizi. Cənab Prezident, bu gün təməli qoyulan Ələt Azad İqtisadi Zonasının yaradılması ideyası necə yaranıb?

    Prezident İlham Əliyev: Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək. Çünki bizim ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görərik ki, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir. Ona görə bax, burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi. Əlbəttə ki, bu ideya çoxdan müzakirə olunurdu. Ancaq bu layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli idi, biz buna hazır olmalı idik və hesab edirəm ki, bu gün biz buna hazırıq.

    Müxbir: Cənab Prezident, Ələt Azad İqtisadi Zonasının yaradılması ilə bağlı hansı addımlar atılıb?

    Prezident İlham Əliyev: İlk növbədə, biz təşkilati işləri görməli və elə bir şərait yaratmalı idik ki, investorları cəlb edə bilək. Aydın məsələdir ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdəndir və belə ölkələrdə azad iqtisadi zonaları yaratmaq daha çətindir. Çünki əlverişli coğrafi vəziyyəti olan ölkələrdə bu zonalar çox böyük uğur qazanıb və ilk növbədə, coğrafi yerləşməyə görə. Ona görə bizə gəldikdə, bu coğrafi vəziyyəti nəzərə alaraq daha da səmərəli işləməli idik və investorlar üçün daha da cəlbedici şərtlər təqdim etməli idik. İlk növbədə, qanunvericilik sahəsində işlər görülməli idi və mən 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq Sərəncam imzaladım, 2018-ci ildə qanun qəbul edildi. Bu, həm dövlət maraqlarımızı, həm investorların maraqlarını tam təmin edən çox mütərəqqi qanundur. Bu, çox önəmlidir. Çünki əgər qanunvericilikdə investorlar üçün hansısa qeyri-müəyyən məqamlar olsaydı, əlbəttə ki, onları buraya cəlb etmək mümkün olmazdı. Xüsusilə nəzərə alsaq ki, son illərdə dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı investisiyaların həcmini də azaldıb. Əlbəttə ki, pandemiya da dünya iqtisadiyyatına mənfi təsir göstərib. Belə bir tarixi məqamda bu addımı atmaq, əlbəttə ki, həm böyük cəsarət tələb edir, həm də bizim inamımıza əsaslanır. Ona görə hesab edirəm ki, qanunvericilik sahəsində görülən işlər həm investorların, həm də Azərbaycan dövlətinin maraqlarını tam təmin edir. Ondan sonra 2018-ci ildə artıq praktiki işlərə başlanılmışdır. Bu 850 hektarlıq ərazi ayrılmış, Ələt Azad İqtisadi Zonasının konsepsiyasının işlənməsinə start verilmiş, işçi qrup yaradılmış və artıq işlər praktik müstəviyə keçmişdir.

    Təbii ki, pandemiya işimizə müdaxilə etdi və bizim planlarımızı bir qədər təxirə saldı. Ancaq indi pandemiya həm ölkəmizdə, həm də bir çox ölkələrdə səngiyir. Hesab edirəm, bu gün bu təməlqoyma mərasiminin keçirilməsi artıq onu göstərir ki, biz buna tam hazırıq. Bundan sonra isə artıq praktiki işlərin başlanmasına start verilir və əminəm ki, bu işlər də vaxtında başa çatacaq.

    Müxbir: Cənab Prezident, Azad İqtisadi Zona niyə məhz Ələtdə yaradılır?

    Prezident İlham Əliyev: İlk növbədə, Ələt qəsəbəsinin ərazisində böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır. Digər tərəfdən, Ələt qəsəbəsi Bakı şəhərinə yaxındır. Bu da vacib şərtlərdən biridir. İnfrastruktur layihələrinin icrası üçün artıq bütün ilkin şərtlər vardır. Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası mövcuddur və infrastruktur layihələrinə qoyulan xərclər də nisbətən az olacaq. Burada Beynəlxalq Dəniz Limanı yerləşir. Bu da iqtisadi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir. Hesab edirəm ki, Ələtin inkişaf perspektivi də çox uğurlu ola bilər. Əgər bu zona istədiyimiz kimi formalaşsa, – mən buna əminəm, – bu bölgənin inkişaf dinamikası ümumi inkişafımıza da böyük müsbət təsir göstərəcək. Bax, bu amillər bu yerin seçilməsində əsas rol oynamışdır. Eyni zamanda, buradan bizim beynəlxalq dəhlizlərimiz də keçir. Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələtin ərazisindən keçir. Ona görə logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir. Məhz buna görə Ələt bu məqsədlər üçün seçilmişdir.

    Müxbir: Cənab Prezident, fikrinizcə, investorları bu Azad İqtisadi Zonaya nə cəlb edəcək və onlar nəyə görə məhz buraya sərmayə qoyacaqlar?

    Prezident İlham Əliyev: Biz də bu sualı özümüzə verirdik və ona görə bu zonanın yaradılması ilə bağlı görülən işlər məhz bu suala cavab verməli idi. Çünki bu gün dünyanın müxtəlif ölkələrində azad iqtisadi zonalar var. Qeyd etdiyim kimi, bəzi ölkələrdə bunu təbii şərait, coğrafi yerləşmə şərtləndirir. Açıq dənizlərə çıxışı olmayan ölkələrdə azad iqtisadi zonaların yaradılması təcrübəsi o qədər də uğurlu deyil. Biz uğurlu və uğursuz təcrübəni öyrənmişik, təhlil aparmışıq. Hesab edirik bu gün Azərbaycanda bütün ilkin şərtlər var ki, investorları məhz bu zonaya cəlb edək. Hesab edirəm ki, ilk növbədə, bu yerin coğrafi vəziyyəti əlverişlidir- dənizin kənarında, dəniz limanının böyründə yerləşir, kifayət qədər böyük ərazidir. İlkin mərhələdə artıq 60 hektarlıq yer inkişaf üçün hazırdır. Amma, ümumiyyətlə, 850 hektar torpaq sahəsi ayrılıb. Bu torpaq sahəsinə bitişik olan torpaq sahələri də artıq müəyyən edilib ki, orada hər hansı bir tikinti aparılmasın, bu, gələcək inkişaf üçün lazımdır.

    Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Biz bunu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirmişik, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılmışdır. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Biz bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlamışıq. Yəni, gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir.

    Digər vacib məsələ, – nə üçün biz hesab edirik ki, investorlar gələcək, – müasir infrastrukturun mövcudluğudur. Biz bu infrastrukturu son illər ərzində ardıcıl şəkildə yaratmışıq. Bu gün yenə də beynəlxalq mötəbər qurumlara istinadla deyə bilərik ki, bu sahədə də böyük uğurlar əldə etdik. Bilirik ki, potensial investorlar, ilk növbədə, Dünya Bankının “Doing Business” hesabatına baxırlar, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə bizim üstünlüyümüz göz qabağındadır. İnfrastruktur layihələrinin səviyyəsinə görə, baxın, Azərbaycan hansı yerlərə layiq görülüb. Elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci yerdədir. Təsəvvür edin, dünya miqyasında ikinci yerdə. Dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə. Hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Bütün bunlar bizim əldə etdiyimiz böyük uğurlardır. Bu uğurlar bu gün ölkəmizin dinamik inkişafını təmin edir. Çünki əsas infrastruktur layihələri artıq ya başa çatıb, ya da başa çatmaq üzrədir. İnvestorlar üçün bunlar çox önəmli şərtlərdir – investisiya iqlimi, infrastruktur layihələri.

    Həmçinin son illər ərzində Azərbaycanda çox güclü kadr potensialı yaradılıb. Bu sahəyə xüsusi diqqət göstərilir. Biz dövlət xətti ilə minlərlə gənci dünyanın aparıcı ali məktəblərində oxutmuşuq. Onların böyük hissəsi Azərbaycana qayıdıb və müxtəlif yerlərdə çalışır. Neft konsorsiumlarında çalışan azərbaycanlılar artıq bizim intellektual potensialımızın inkişafına xidmət göstərirlər. Kadr potensialı var, bu da investorları cəlb edəcək.

    Azərbaycanda təhlükəsizlik təmin edilir. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. İnvestorlar üçün bu amil də çox önəmlidir.

    Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Biz istəyirik ki, bütün dünya ölkələri buraya gəlsinlər və investisiya qoysunlar. Bu amil də çox önəmlidir.

    Digər tərəfdən, ölkəmizdə mövcud olan sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu, aksiomdur. Sərmayə qoyuluşu baxımından cəlbedici ölkələrin təcrübəsinə baxsanız, bunu görərsiniz. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir.

    Digər vacib amil ondan ibarətdir ki, bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik. Sözümüzü tutan insanlarıq və həyat bunu dəfələrlə göstərib. İnvestorlar üçün çox cəlbedici şərait yaradılıb. Təkcə neft-qaz layihələrinə baxmaq kifayətdir görək ki, 1994-cü ildən bu günə qədər imzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib. Ancaq bir çox yerlərdə müəyyən mərhələ keçəndən sonra ölkələr şərtləri özlərinə daha uyğun tərzdə dəyişdirməyə cəhd göstərirlər. Biz bunu etməmişik. Çünki bunu etsək, investorları qaçırdacağıq. Yəni, bütün bu amillər və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Hesab edirəm ki, uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu və bizim gələcəyimizə olan inam, əminəm ki, xarici sərmayədarları bu zonaya cəlb edəcək.

    Müxbir: Cənab Prezident, sonuncu sualım, Ələt Azad İqtisadi Zonası investorları qəbul etməyə nə vaxt hazır olacaq?

    Prezident İlham Əliyev: Bu gün qoyulan təməl artıq işlərin başlanmasına təkan verir. Artıq birinci görüləcək işlər planlaşdırıldı, 850 hektarın 60 hektarı artıq layihələndirildi, detallı, müfəssəl layihələndirmə işləri aparılmışdır. Bu gündən etibarən tikinti işləri başlanacaq, infrastruktur layihələri, biznes mərkəzi, gömrük-keçid məntəqəsi və lazım olan digər sahələrdə işlər görüləcək. Hesab edirəm ki, bir ildən sonra – gələn ilin iyul ayından başlayaraq, biz investorları qəbul etməyə hazır olacağıq.

    O vaxta qədər Azad İqtisadi Zonanın rəhbərliyi həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər keçirəcək. Təqdimatlar keçirilməlidir, potensial investorlarla birbaşa təmaslar qurulmalıdır. Eyni zamanda, Azad İqtisadi Zonanın nümayəndələri müxtəlif ölkələrə ezam olunacaq, həmçinin xaricdən potensial investorlar dəvət ediləcək. Bununla bərabər, mən indi bizim bütün xarici ölkələrdəki səfirliklərə göstəriş verirəm ki, öz təmasları əsnasında bu zonanın yaradılması ilə bağlı potensial investorlara məlumat versinlər. Bizim bir çox ölkələrlə hökumətlərarası komissiyalarımız var. Bu komissiyaların rəhbərlərinə də tapşırıram ki, komissiyaların iclaslarının keçirilməsi zamanı Azad İqtisadi Zonanın nümayəndələri mütləq təmsil olunsunlar və bu mövzu mütləq gündəliyə salınsın. Bir daha demək istəyirəm, çünki bizim bir çox ölkələrlə belə komissiyalarımız var. Amma bu komissiyaların işini təhlil edərkən görürəm ki, xarici şirkətlər Azərbaycanda daha çox podratçı kimi fəaliyyətə cəhd göstərirlər. Yəni, Azərbaycanda daha çox pul qazanmaq istəyirlər, bunun mənası budur. Biz etiraz etmirik. Çünki indi biz hətta azad edilmiş torpaqlara xarici podratçıları, kontraktorları cəlb edirik. Ancaq biz istəyirik ki, xarici investorlar Azərbaycana sərmayə qoysunlar. Çünki dövlət sərmayəsi artıq öz rolunu oynayıb. Biz bütün əsas infrastruktur layihələrini icra etmişik. Təbii ki, azad edilmiş torpaqlarda indi böyük tikinti-quruculuq işlərinə start verilir. Bu da böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Ancaq biz başa düşməliyik ki, birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Ona görə, başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də, ilk növbədə, xaricdən vəsaiti Azərbaycana gətirməkdir. Hesab edirəm ki, məhz bu zona potensial investorlar üçün cəlbedici ola bilər.

    Beləliklə, bir ildən sonra – gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax, burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir. Ona görə, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaqdır.

    Müxbir: Cənab Prezident, suallarımızı ətraflı cavablandırdığınız üçün çox sağ olun. Minnətdarıq Sizə.

    Prezident İlham Əliyev: Sağ olun.

  • Задержан житель Гянджи, сорвавший золотую цепочку с женщины

    26 июня жительница города Гянджи обратилась в Кяпазское РУП и заявила, что знакомый ей мужчина сорвал с ее шеи золотую цепочку.

    Об этом сообщили в гянджинской региональной группе пресс-службы МВД.

    Сотрудники полиции в результате проведенных оперативно-разыскных мероприятий задержали подозреваемого в совершении кражи 48-летнего Рашада Садыгова, проживающего в этом же городе.

    По данному факту в Главном управлении полиции Гянджи возбуждено уголовное дело, расследование продолжается.