Month: July 2021

  • Avropa çempionatında Azərbaycanın üç qadın boksçusu mübarizə aparacaq

    İyulun 3-də Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək.

    Doqquz gün davam edəcək çempionatda Azərbaycan həm oğlanların, həm də qızların yarışında mübarizə aparacaq.

    Oğlanlardan ibarət komandamız birincilikdə 11 boksçu ilə təmsil olunacaq. Baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Vüqar Məmmədovun rəhbərliyi altında Tofiq Quliyev (-46 kq), Kənan Babayev (-48 kq), Ənəs Ağayev (-50 kq), Mahir Süleymanov (-52 kq), Məhəmmədəli Qasımzadə (-54 kq), Nadir Məlikov (-57 kq), Fuad Babayev (-60 kq), Fərhad Şeydayev (-63 kq), Ziya Həsənov (-66 kq), Lətif Həsənov (-70 kq) və Eldar Əsədli (+80 kq) qüvvəsini sınayacaq.

    Qızların yarışında isə yığmamız baş məşqçi Elbrus Rzayevin deyil, böyük məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında gücünü yoxlayacaq. Çempionatda ölkəmizin idman şərəfini Lilya Platova (-54 kq), Emili Rzayeva (-63 kq) və Ayna Rüstəmova (-66 kq) qoruyacaq.

    Boksçularımız artıq Tbilisiyə yollanıblar. Yarışda 30 ölkədən 339 boksçunun (224 oğlan, 115 qız) iştirakı gözlənilir.

    Qeyd edək ki, Avropa birinciliyinin püşkü sabah atılacaq. Final görüşləri isə ayın 11-də baş tutacaq.

  • Объявленный в международный розыск гражданин Азербайджана экстрадирован из Грузии

    Объявленный в международный розыск Эльшад Салимов экстрадирован из Грузии в Азербайджан, сообщили в пресс-службе Генпрокуратуры АР.

    Ранее надзорное ведомство в рамках международных конвенций и двустороннего сотрудничества с Генпрокуратурой Грузии направило запрос об экстрадиции лица, совершившего преступление на территории АР.

    Э.Салимов был обвинен в совершении мошенничества, а также присвоении чужого имущества и объявлен в международный розыск. Уголовное дело находится в производстве управления полиции Сабаильского района Баку.

    После установления местонахождения преступника в Грузии был удовлетворен запрос о его экстрадиции в Азербайджан. В сопровождении специального конвоя Пенитенциарной службы Министерства юстиции обвиняемый был доставлен в АР.

  • Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edildi

    Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikasına ekstradisiya edilməsi barədə sorğu edilib.

    Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Səlimov Elşad Tofiq oğlunun – ayrı-ayrı şəxslərin etibarından sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Elşad Səlimov barəsində beynəlxalq axtarış elan edilib.

    Axtarışda olan şəxsin Gürcüstan Respublikası ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğuna sorğusu təmin edilməklə Elşad Səlimov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

  • Обсуждено восстановление автобусного сообщения между Баку и Стамбулом

    Согласно условиям “Соглашения об автомобильных перевозках между Азербайджаном и Турцией”, в Стамбуле состоялось очередное заседание азербайджано-турецкой комиссии.

    Об этом сообщили в Министерстве транспорта, связи и высоких технологий.

    Согласно информации, на заседании была обсуждена текущая ситуация в сфере автомобильных перевозок между двумя странами, состоялся обмен мнениями о проблемах, с которыми сталкиваются автоперевозчики во время грузовых и пассажирских перевозок, о способах их решения.

    Также был затронут вопрос создания благоприятных условий для автоперевозчиков Нахчыванской АР в направлении Грузии и другие страны через территорию Турции, возможности транзита турецких перевозчиков через территорию Автономной Республики и оптимизация расходов при осуществлении транзита через Азербайджан посредством Каспийского моря в Среднюю Азию.

    Стороны согласовали направления совместной деятельности в проектах на различных платформах, связанных с оптимизацией грузоперевозок в направлении Восток-Запад.

    На заседании также состоялся обмен мнениями о возможности возобновления пассажироперевозок по маршруту “Баку-Стамбул-Баку” в связи со смягчением карантинных правил.

    В заключение был подписан соответствующий протокол по перспективам и другим актуальным вопросам.

  • Bakı və İstanbul arasında avtobusla sərnişindaşımanın bərpası müzakirə edilib

    “Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş”in şərtlərinə əsasən, İstanbulda Azərbaycan–Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

    Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

    Məlumata görə, iclasda iki ölkə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə edilib, “İcazə” blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər, onların həlli yolları haqqında fikir mübadiləsi aparılıb.

    Naxçıvan MR-in avtodaşıyıcılarının Türkiyə ərazisi ilə Gürcüstana və digər ölkələrə səfəri zamanı əlverişli şəraitin yaradılması, türk daşıyıcılarının muxtar respublika ərazisindən tranzit hərəkət imkanları və Azərbaycan üzərindən Xəzər dənizi vasitəsilə tranzit keçməklə Orta Asiyaya daşımaları həyata keçirərkən xərclərinin optimallaşdırılması müzakirə edilib.

    Pandemiya zamanı bəzi ölkələrin sərhəd-keçid məntəqələrində yaranan məhdudiyyətlər, Türkiyə daşıyıcılarının Azərbaycan ərazisindən tranzit keçidinə ehtiyacının artması və ticari-iqtisadi əlaqələrin genişlənməsi nəzərə alınaraq, beynəlxalq daşımalar üçün istifadə olunan “İcazə” blanklarının kvota sayı mövcud ehtiyaca uyğunlaşdırılıb.

    Tərəflər arasında Şərq-Qərb istiqamətindəki yükdaşımaların asanlaşdırılması ilə bağlı müxtəlif platformalardakı layihələrdə birgə fəaliyyət istiqamətləri razılaşdırılıb və bu sahədə ölkəmizin daşıyıcılarının rolunun artırılması üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

    İclasda “Bakı–İstanbul–Bakı” marşrutu üzrə sərnişin daşınmasının “COVID-19” pandemiyası ilə əlaqədar dayandırılması və karantin şərtlərinin yumşaldılması ilə əlaqədar bərpa edilməsinin mümkünlüyü barədə də fikir mübadiləsi aparılıb.

    Yekunda perspektivlər və digər aktual məsələlərə dair müvafiq Protokol imzalanıb.

  • Армянский террорист: В 44-дневной войне погибли более 9 000 наших бойцов

    В Армении до сих пор не могут назвать точные цифры потерь в ходе последней войны в Карабахе.

    Командир армянского террористического отряда “Арамо” Арам Торгомян в интервью “Голосу Армении” сообщил, что в действительности в 44-дневной войне армянская армия потеряла только убитыми в два раза больше военнослужащих, нежели озвучивают власти.

    “После войны на разных участках Зангезура стояли рефрижераторы компании “Спайка”, до отказа заполненные трупами армянских солдат. У нас не 3 000, как заверяет Пашинян, а свыше 9 000 погибших”, – сказал А.Торгомян.

  • Erməni terrorçu: “44 günlük müharibədə 9000-dən çox itkimiz var”

    Ermənistanda hələ də II Qarabağ müharibəsindəki itkilərin sayı dəqiqliklə açıqlanmayıb.

    Ermənistan mətbuatına müsahibəsində “Aramo” terrorçu dəstəsinin komandiri Aram Torqomyan bildirib ki, erməni tərəfi 44 günlük müharibə dövründə sadəcə ölülərin sayı baxımından hökumətin açıqladığı rəqəmlərdən iki dəfə çox itki verib.

    “Müharibə dayananda Zəngəzurun müxtəlif yerlərində tam şəkildə erməni hərbçilərin cəsədləri ilə dolmuş “Spayk” şirkətinə məxsus soyuducular dayanırdı. Bizim Paşinyanın bildirdiyi kimi üç yox, doqquz mindən çox itkimiz var”, – deyə A.Torqomyan bildirib.

  • В WhatsApp появится новая функция

    Разработчики мессенджера WhatsApp для смартфонов на Android запустили новую функцию, позволяющую отправлять мультимедийные файлы, которые получатель сможет просмотреть всего один раз, после чего изображение исчезнет. Об этом сообщает lenta.ru со ссылкой на WABetaInfo.

    Возможность появилась в бета-версии приложения на Android. Пользователи мессенджера смогут отправлять сообщения в режиме “Посмотреть один раз”, в котором они будут исчезать сразу же после первого просмотра. Специалисты уточнили, что для пользователей гаджетов на iOS функция будет доступна позже.

    Новая опция позволит отправителю увидеть, что его собеседник посмотрел сообщение – об этом придет специальное уведомление. Тем не менее у функции есть и недостаток: получатель может сделать скриншот изображения или видео, причем отправитель не узнает об этом.

  • “WhatsApp”da yeni funksiya istifadəyə verilir: Fayllar avtomatik silinəcək

    “Android”lər üçün “WhatsApp”da yeni funksiya istifadəyə veriləcək.

    “WABetaInfo” portalı məlumat verir ki, tezliklə yalnız bir dəfə baxa bilmə funksiyası olan faylları göndərmək mümkün olacaq.

    Belə ki, istifadəçilər artıq “Bir dəfə bax” işarəsi ilə mesaj göndərə biləcəklər.

    Alıcı şəkil və ya videonu qəbul edib bağladıqdan sonra həmin fayl yazışmadan silinəcək.

    Eyni zamanda, həmsöhbətin göndərdiyi birdəfəlik baxış üçün nəzərdə tutulan foto və ya videonun ekran görüntüsünü çəkmək də mümkün olacaq.

    Bu funksiya ilk olaraq messencerin “Android” platformasında işə salınıb və daha sonra “iPhone” istifadəçiləri üçün təqdim ediləcək.

  • Millimizin futbolçusu Polşa klubu ilə Kipr çempionuna qarşı

    Millimizin futbolçusu Anton Krivotsyuk Polşanın “Visva” (Pvotsk) klubu ilə yoxlama oyunlarında iştirak edəcək.

    Bunun üçün 28 futbolçu 10 günlük təlim-məşq toplanışı üçün Polşanın Varka şəhərinə aparılıb. Onlar arasında müdafiəçi Anton da var.

    “Visva” iyulun 3-də Kipr çempionu “Omonia” ilə qarşılaşacaq. Daha sonra Krivotsyukun yeni komandası iyulun 7-də Polşanın “Vidzev” (Vuç) və iyulun 10-da “Skra” klubları ilə gücünü sınayacaq.

    17 iyulda Yunanıstanın “Aris” komandası son yoxlama matçının rəqibi olacaq. Bundan sonra “neftçilər” iyulun 24-də Polşa çempionatının ilk turunda Mahir Emrelinin “Leqiya” ilə qarşılaşacaq.

    //oxu.az