Month: July 2021

  • Sirkdə gözlənilməz hadisə: Maral təlimçiyə hücum çəkdi – VİDEO

    Rusiyada sirk tamaşası zamanı gözlənilməz hadisə baş verib. Belə ki, maral təlimçiyə hücum çəkib.

    Bu barədə “Lenta dna” “Telegram” kanalı xəbər yayıb.

    Xoşbəxtlikdən sirkin əməkdaşları heyvanı vaxtında qadından uzaqlaşdıra biliblər. Ancaq hər ehtimala qarşı maralın iştirakı proqramdan çıxarılıb.

  • Avstraliyada yoluxma artdı: Yeddi şəhərdə “lokdaun” elan edildi

    Avstraliyada koronavirusa yoluxmada artım səbəbindən yeddi şəhərdə “lokdaun” elan edilib.

    BBC-nin xəbərinə görə, məhdudiyyətlər təxminən 25,7 milyon əhalisi olan ölkədə yaşayan 12 milyondan çox vətəndaşı əhatə edir.

    Ölkədə “Delta” variantının yayılması narahatlıq doğurur.

    Son 24 saatda Avstralyada 17-si xaricdən gələnlərdə olmaqla 48 yoluxma aşkarlanıb. Bu zamana qədər virusdan 30 611 yoluxma, 910 ölüm qeydə alınıb.

  • Slovakiyada avtomobillə bir şəhərdən digərinə uçuş həyata keçirildi – VİDEO

    Slovakiyada “KleinVision” şirkətinin istehsal etdiyi uçan avtomobil sınaqdan keçirilib.

    İHA xəbər verir ki, professor Stefan Klein tərəfindən dizayn edilən “AirCar” ilk şəhərlərarası uçuşunu uğurla başa vurub.

    “AirCar” Nitra şəhərində beynəlxalq hava limanından paytaxt Bratislavada beynəlxalq hava limanına 35 dəqiqəlik uçuş həyata keçirib.

  • Şotlandiyada “ruhlar kəndi” satışa çıxarılıb

    Şotlandiyanın Laurens kəndi satışa çıxarılıb.

    Bu barədə CNBS məlumat yayıb.

    Məlumata görə, tərk edilmiş kənd 125 min funt-sterlinqə (təxminən 293 min manata) qiymətləndirilib.

    Ruhların yaşadığı ərazi kimi məşhurlaşan Laurens ölkənin mərkəzi dağlıq ərazisində, Lox-Teq gölü sahilində yerləşir. Onun sonuncu sakini kəndi 1926-cı ildə tərk edib. Satışa çıxarılan ərazinin sahəsi 12 min kvadratmetrdən çoxdur.

  • Fransa normal həyata qayıdır

    Fransada bu gündən qapalı məkanlarda konsert və festivallar istisna olmaqla bütün qadağalar qaldırılır.

    İHA xəbər verir ki, fransalılar normal həyatlarına qayıdırlar.

    Ölkədə mağazalar, idman salonları, hovuzları, restoranlar, kinoteatrlar, teatrlar, şadlıq evləri və muzeylər kimi ictimaiyyətə açıq müəssisələrdə adam sayına qoyulan məhdudiyyət ləğv edilir.

    Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə son 24 saatda koronavirusa 2 314 yoluxma, 45 ölüm qeydə alınıb.

  • Gənc sərbəst güləşçimiz Avropa çempionatında daha bir qızıl medal qazanıb

    Daha bir gənc sərbəst güləşçimiz Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

    Güləş Federasiyasından verilən məlumata görə, milli komandamızın üzvü Cəbrayıl Hacıyev (74 kq) ilk mərhələdə Moldova güləşçisinə qalib gəlib. Təmsilçimiz daha sonra Rusiya təmsilçisini “tuşe” ilə məyus edib. C.Hacıyev macar rəqibindən də güclü olub və yarımfinala yüksəlib. Finalın bir addımlığında gürcü pəhləvanla mübarizə dramatik alınıb. Görüş boyunca gah bu, gah da digər güləşçi hesabda önə çıxıb. Əzmkarlıq nümayiş etdirən C.Haclyev son saniyələrdəki uğurlu fəndi həlledici olub və yığma üzvünü finala daşıyıb.

    C.Hacıyev iyunun 30-da keçirilən həlledici görüşdə tam üstünlüklə türk həmkarına qalib gələrək komandamıza 3-cü qızıl medalı qazandırıb.

    Qeyd edək ki, sərbəst güləşçilərimizdən Kənan Heybətov (61 kq) və Turan Bayramov (70 kq) da Avropa çempionatında qızıl medal qazanıblar.

  • Türkiyədə COVID peyvəndinin 3-cü dozası vurulacaq

    Türkiyədə koronavirus üzrə operativ qərargahın növbəti iclası keçirilib.

    İclasdan sonra ölkənin səhiyyə naziri Fəxrəddin Qoca mətbuata açıqlamalarla çıxış edib.

    “TRT Haber”in məlumatına görə, nazir sabahdan etibarən Türkiyədə peyvəndin 3-cü dozasının vurulmasına başlanılacağını bəyan edib.

    Onun sözlərinə görə, iki doza vaksin almış yaşı 50-dən yuxarı olan şəxslər və tibb işçiləri 3-cü doza üçün qəbula yazıla bilərlər.

    F.Qoca qeyd edib ki, 3-cü doza peyvəndin seçimi sərbəstdir və əvvəlki iki doza vaksinin hansı marka olmasının heç bir fərqi yoxdur.

  • Bakıda 17 yaşlı qız naməlum şəraitdə bıçaqlanıb

    Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Mərdənov qardaşları küçəsində baş verib.

    2004-cü il təvəllüdlü Xəlilova Pərvin Zamin qızı naməlum şəraitdə bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.

    Faktı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları araşdırır.

  • Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Pirşağı qəsəbəsində minik avtomobilinin sürücüsü İsgəndərov German Tərlan oğlu qəfil idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı maneəyə çırpılıb. Hadisə zamanı sürücü xəsarət alıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı G.İskəndərova sol ayağın sınığı və müxtəlif dərəcəli xəsarətlər diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • МИД Азербайджана и Словении провели политические консультации

    Между министерствами иностранных дел Азербайджана и Словении состоялся очередной раунд политических консультаций.

    Как сообщили в МИД нашей страны, в рамках мероприятия азербайджанскую делегацию возглавлял замминистра Фариз Рзаев, словенскую – гендиректор Управления по внешним делам и политике безопасности Жернеж Мюллер.

    Стороны обменялись мнениями по повестке двустороннего политического и торгово-экономического сотрудничества, а также развитию связей в миграционной сфере.

    Во время встречи словенской делегации была представлена информация о постконфликтной ситуации в регионе, очистке заминированных территорий и работах по восстановлению и реконструкции на землях, освобожденных от оккупации.

    Стороны также подчеркнули важность продолжения политического диалога.