Month: August 2021

  • Goranboyda avtomobil 36 yaşlı kişini vuraraq öldürüb

    Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report”un məlumatına görə, hadisə Goran qəsəbəsində qeydə alınıb.

    Avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1985-ci il təvəllüdlü Samir Füzuli oğlu Əsgərovu avtomobil vuraraq öldürüb.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  • В Балакене около 100 гостей без COVID-паспортов не допустили на свадьбу

    В ходе контрольных мероприятий, проведенных сотрудниками Балакенского РОП, было выявлено нарушение правил карантина во время проведения свадебных церемоний, организованных в частных домах в селах Талалар и Тюлю.

    Как сообщили в шекинской региональной группе пресс-службы МВД, на торжествах число гостей превышало установленный лимит.

    В отношении организаторов свадеб Вугара Шахвердиева и Рамазана Алиева были составлены протоколы, они оштрафованы на 400 манатов.

    Кроме того, у около 100 гостей, пришедших на церемонию по случаю бракосочетания, организованную в доме торжеств Balaken, не было COVID-паспортов.

    Им разъяснили необходимость соблюдения установленных правил и не допустили на мероприятие.

  • COVID pasportu olmayan 100-ə yaxın toy iştirakçısı geri qaytarılıb – VİDEO

    Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Talalar və Tülü kəndləri ərazisində yerləşən fərdi yaşayış evlərində təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvanlara baxış keçirilən zaman mərasimlərdə iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu aşkarlanıb.

    Aşkarlanmış qayda pozuntuları ilə bağlı toy sahibləri Vüqar Şahverdiyev və Ramazan Əliyev barəsində protokol tərtib olunaraq hər biri 400 manat məbləğində cərimələnib.

    Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir nəticəsində isə şəhər ərazisində yerləşən “Balakən” şadlıq sarayında təşkil edilən toy məclisinə gələn qonaqlardan 100-ə yaxınının COVID pasportu olmadığı aşkarlanıb. Həmin qonaqlara mövcud qaydalara riayət etmələri izah olunub və onlar geri qaytarılıb.

  • Сегодня армянам, обвиняемым в пытках азербайджанцев, будет вынесен приговор

    Сегодня в суде Ясамальского района Баку продолжится процесс по уголовному делу Людвика Мкртчяна и Алеши Хосровяна, обвиняемых в пытках азербайджанских пленных во время первой Карабахской войны и совершении других преступлений, передает Report.

    На заседании, которое пройдет под председательством судьи Бакинского военного суда Эльбея Аллахвердиева, адвокаты выступят с защитной речью, а подсудимые – с последним словом.

    Также ожидается, что Л.Мкртчяну и А.Хосровяну будет вынесен приговор.

    На предыдущем заседании выступил прокурор с обвинительной речью, в которой он потребовал приговорить каждого из обвиняемых к 20 годам лишения свободы.

    Напомним, следствием установлено, что гражданин Армении Людвик Мкртычович Мкртчян (1969 г.р.) совместно с вооруженными группировками из РА и сепаратистами Карабаха пытал гражданина Азербайджана, захваченного в заложники 12 июля 1991 года и незаконно удерживавшегося около 17 суток в лесу Баллыджа недалеко от Ходжалы.

    Кроме того, он истязал во время допроса сотрудниками спецслужб Армении мирного азербайджанского жителя, взятого в заложники армянскими бандформированиями 13 сентября 1999 года в селе Тапгарагоюнлу Геранбойского района, доставленного в Ереван и незаконно удерживавшегося в одной из воинских частей, и выполнял при этом функции переводчика.

    Мкртчян участвовал в избиении и пытках 11 граждан Азербайджана, взятых в плен в различное время и незаконно удерживавшихся на территории Ходжавендского и Агдеринского районов, в Шушинской тюрьме и городе Ереване, а также застрелил из автомата военнослужащего одной из воинских частей Министерства обороны АР.

    Армянин был задержан 20 октября 2020 года военнослужащими ВС Азербайджана на территории села Меликджанлы Физулинского района.

    В ходе следствия также был выявлен сообщник Мкртчяна – гражданин Армении Алеша Арамаисович Хосровян (1967 г.р.).

    Последний причастен к пыткам находившихся в плену пяти азербайджанцев, жестокому и бесчеловечному обращению с ними. В частности, Хосровян зверски издевался над военнослужащим воинской части Минобороны АР, который был захвачен в плен в апреле 1994 года, и во время незаконного удержания последнего под стражей в селе Мысмина (Агбулаг) Ходжавендского района принудил его к тяжелым работам по строительству дома так называемого “министра обороны” сепаратистов Самвела Бабаяна, нанес пленному различные травмы.

    Также Хосровян систематически избивал и держал впроголодь солдат одной из воинских частей Минобороны АР, плененных армянами в 1993-1994 годах и содержавшихся под стражей в Шушинской тюрьме.

    Он был задержан ВС Азербайджана 3 октября 2020 года при осуществлении разведывательных действий на территории АР.

    Л.Мкртчяну и А.Хосровяну предъявлены обвинения по статьям 113 (пытки), 115.2 (нарушение законов и обычаев ведения войны), 279.1 (создание не предусмотренных законодательством вооруженных формирований или групп), 318.2 (незаконное пересечение государственной границы АР) Уголовного кодекса АР. Решением суда они были заключены под стражу.

    20 мая обвинительный акт по делу был утвержден и направлен в Бакинский военный суд для рассмотрения.

  • Bu gün azərbaycanlı əsirlərə işgəncə verən erməni cinayətkarlara hökm oxunacaq

    Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəməsi davam etdiriləcək.

    “Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı, L.Mkrtiçyanla A.Xosrovyanın son söz deməsi və məhkəmənin hökmü elan etməsi gözlənilir.

    Xatırladaq ki, ötən məhkəmə prosesində prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərin hər birinin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərin cəzasının 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin müəyyənləşdirilməsini tələb edib.

    Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistandan gəlmiş millətçi ermənilərdən ibarət yaradılan silahlı qrupların fəaliyyətində iştirak edib, onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılmış Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək, Yerevan şəhərinə gətirilib və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

    İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

    Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

    Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr verən Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

    İstintaqla Alyoşa Xosrovyanın beş nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

    Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının “müdafiə naziri” Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

    Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

    Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 3 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

    Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələrinin üzvləri, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

    Belə ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113-cü (işgəncə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Gömrük Komitəsi şirkətlərdən külli miqdarda pul tələb edir? – İş adamlarından şikayət https://median.az/index.php?newsid=145758

    Estoniya alimləri COVID-19-a qarşı burun spreyi hazırlayıblar.

    Bu barədə “Korrespondent” məlumat yayıb.

    Spreyin orqanizmi virusun bütün məlum ştamlarından qoruduğu bildirilib.

    “BioBlock” adlı spreyin laborator sınaqları onun “alfa”, “beta”, “qamma” və “delta” ştamlarına qarşı da təsirli olduğunu sübut edib.

    Tibb vasitəsinin professor Mart Ustavın rəhbərliyi ilə “Icosagen” araşdırma qrupu tərəfindən hazırlandığı, “Chemi-Pharm” şirkəti tərəfindən istehsal olunaraq, satışa çıxarıldığı qeyd edilib.

  • Gömrük Komitəsi şirkətlərdən külli miqdarda pul tələb edir? – İş adamlarından şikayət

    “İş adamları Gömrük Komitəsinin əlindən zara gəlib, amma bu qurum düzəlmir ki, düzəlmir. Artıq ölkədə hamı dilə gəlib, hamı danışır, hamı şikayət edir, amma Gömrük Komitəsinin veclərinə də deyil”.

    Bunu iqtisadçı, REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Şirkətlər Gömrük Komitəsindən ciddi şikayətləri edir:

    “Dünən iki iş adamı xanımla görüşdüm, çox enerjilidirlər, çox ideyaları var, ölkədə istehsal qurmağı düşünürlər, bizneslərini böyütmək istəyirlər, möhtəşəm insanlardır, amma ki, Gömrük Komitəsindən ciddi şikayətləri var.

    Fotodakı xanımlardan biri “Ambiancemed” şirkətinin rəhbəri Elnarə Əliyevadır, xaricdə təhsil alıb, yaxşı mütəxəssisdir. İyunun 2-si Avropadan ölkəyə Bioloji Qida Əlavəsi məhsulları gətirib. Şirkətin malını 35 gün TİR-lə birlikdə maşının içərisində saxlayıblar, buna görə 9000 avro əlavə olaraq ödəməli olub. Niyə saxlayıblar?! Çünki sənədlərə görə rüsum 20000AZN-ə yaxın olduğu halda, əlavə olaraq 40000 pul istənib, sonra 30000 AZN-ə düşüblər (bazardı da elə bil), indi isə bir az daha endirim ediblər, amma xanım iş adamı prinsipial olaraq artıq ödəmək istəmir, qanun nə deyir, onu tələb edir. İş adamı məhsulu TİR-də qanunsuz saxladıqları üçün Gömrük Komitəsini məhkəməyə verib, məhkəmə ədalətli qərar verib (buna sevindim, açığı), məhsulu məhkəmə qərarı ilə öz depolarına boşaldıblar ki, TİR-ə daha əlavə ödəniş verməsinlər. Məhsul plomb altında saxlanılır, amma hələ də Gömrük Komitəsi məhsulun sənədlərini qəbul edib qanuni ödənişlə rəsmiləşdirmək istəmir.

    Belə yanaşma ilə ölkədə necə biznes mühiti olacaq?! Hansı xarici investordan söhbət gedə bilər?! Bu Komitə bu qədərmi önəmli, dəyərlidir ki, dövlət orqanları problemləri görməzdən gəlirlər?! Nə isə…”

    //sfera.az

  • Olimpiadadan uzaqlaşdırılan belaruslu atlet ölkəsinə qayıtmaqdan imtina edib

    Belarusun yüngül atletika üzrə milli komandasının üzvü Kristina Timanovskaya ölkəsinə qayıtmaqdan imtina edib.

    TASS xəbər verir ki, o, Avstriya hökumətindən sığınacaq istəmək qərarına gəlib.

    İdmançının 100 və 200 metrə qaçıs yarışlarında iştirakı planlaşdırılıb. Lakin onun iki komanda yoldaşının dopinq testlərinin çatışmazlığı səbəbindən 4×400 estafet yarışından kənarlaşdırılmasından sonra yığmanın məşqçilər korpusu Timanovskayanın məhz bu distansiyada iştirakı barədə qərar verib.

    Atlet qərara sərt şəkildə etiraz edərək, onu sosial şəbəkələrdə tənqid edib. Məşqçilər idmançının mənəvi-psixoloji durumunu nəzərə alaraq, onu yarışlardan uzaqlaşdırıb və evə qayıtmasını tövsiyə ediblər. Lakin Timanovskaya Belarusa qayıtmaqdan imtina edərək, Tokio hava limanında qaçqınların işi üzrə vəkillə görüşərək, müvəqqəti olaraq Yaponiyada qalmağa üstünlük verib.

  • Çin və Hindistan orduları arasında “qaynar xətt” yaradılıb

    Tibet rayonu ərazisində Çin və Hindistan Silahlı Qüvvələri arasında “qaynar xətt” yaradılıb.

    “RİA Novosti” xəbər verir ki, bu, ölkələr arasında sərhədyanı münasibətlərin möhkəmləndirilməsi məqsədi daşıyır.

    Çin ordusunun yaradılmasının ildönümünə təsadüf edən tədbirdə hər iki ölkədən səhra komandirləri iştirak edib.

    Qeyd edək ki, Çin və Hindistan arasında uzun illlərdir ki, sərhədyanı ərazi mübahisələri mövcuddur.

  • Britaniyada peyvənd olunan gənclərə pulsuz pizza və taksi xidməti təklif olunur

    Britaniyada koronavirusa qarşı vaksin vurdurmağı qərara almış gənclərə müəyyən güzəştlər ediləcək.

    TASS xəbər verir ki, onlar vaksinasiya məntəqəsinədək ödənişsiz taksidən istifadə edərək gələ biləcək, peyvənd olunduqdan sonra isə pulsuz pizza alacaq və ya evə qida sifarişi üçün endirim əldə edəcəklər.

    Krallığın Səhiyyə və Sosial İşlər Nazirliyi tərəfindən aparılan kampaniya gənclər arasında vaksinasiyanın stimullaşdırılması məqsədi daşıyır.

    Qeyd olunur ki, Britaniyada yaşı 18-25 arasında olan 2.5 milyon nəfər hələ də peyvənd vurdurmayıb.