Month: August 2021

  • Dünya azrə aylıq COVID statistikası: Yoluxma artsa da, ölüm azalıb

    İyul ayında dünya üzrə koronavirusa yeni yoluxma halları ötən aydakı 11.2 milyondan 15.4 milyona yüksəlib.

    Bu barədə TASS məlumat verib.

    Yayın əvvəllərində pandemiyanın mərkəzinin Latın Amerikası olduğu halda, hazırda virus Avropada daha sürətlə yayılır.

    Ölüm halları isə əksinə 382 mindən 265 minədək azalıb.

  • “Pfizer” və “Moderna” vaksinləri bahalaşıb

    Koronavirusa qarşı “Pfizer” və “Moderna” peyvəndlərinin istehsalçıları vaksinin bir dozasının qiymətini artırıblar.

    Bu barədə “Financial Times” məlumat yayıb.

    Bildirilib ki, qiymət artımı yalnız Avropa İttifaqı ölkələrinə şamil olunub.

    Belə ki, nəşrin redaksiyası Aİ ilə vaksin istehsalçıları arasındakı yeni müqavilələrin nüsxəsini əldə edib. Sənədlərdə “Pfizer”in qiyməti 15,5 deyil, 19.5 avro, “Moderna”nın dəyəri isə 22.6, deyil, 25.5 dollar kimi qeyd olunub.

    Aİ məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

  • Aralıq dənizində batan qayıqdan 400 nəfər xilas edilib

    Aralıq dənizində qanunsuz miqrantları daşıyan qayıqdan 400 nəfərədək insan xilas edilib.

    Bu barədə Fransanın “SOS Mediterranee” qeyri-hökumət təşkilatı özünün “Twitter” səhifəsində məlumat verib.

    Məlumata əsasən, gecə saatlarında yola düşən taxta qayıq həddən artıq yüklənmə səbəbindən çatlayıb.

    Xilasetmə əməliyyatı “Sea-Watch International” və “RESQSHIP” təşkilatları ilə birgə həyata keçirilib.

  • Qəddafinin oğlu siyasətə qayıdır

    Liviyanın keçmiş rəhbəri Muammar Qəddafinin ikinci oğlu Seyfülislam Qəddafi “The New York Times” nəşrinə müsahibə verib.

    Qəzetdən verilən məlumata görə, müsahibə iki il yarımlıq danışıqlardan sonra Liviyanın Zintan kəndi yaxınlığında baş tutub.

    Oğul Qəddafi liviyalı siyasətçilərin ölkəyə fəlakətdən başqa bir şey gətirmədiklərini bəyan edib.

    “Pul yox, təhlükəsizlik yox. Yanacaqdoldurma məntəqəsinə gedin, orada da yanacaq yox. Neft-qaz ixrac edirik, İtaliyanın yarısını enerjiylə təmin edirik, amma özümüz qaranlıqdayıq. Bu fiaksodur”, – deyə o bildirib.

    Qəddafi bu ilin dekabr ayında keçirilməsi planlaşdırılan prezident seçkilərində iştirakını da istisna etməyib.

    “10 ildir liviya xalqından uzağam. Yavaş-yavaş geri dönmək lazımdır”, – deyə vurğulayıb.

    Qeyd edək ki, Seyfülislam Qəddafi “London School of Economics”in məzunudur.

  • Qubada yük və minik avtomobilləri toqquşub, ölənlər və yaralananlar var

    Qubada ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd yolunda qeydə alınıb.

    “VAZ-2106” minik avtomobili ilə “Qazel” markalı yük avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb, daha üç nəfər xəsarət alıb.

    Hadisə yerinə polis, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və həkim briqadası cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda bir əməliyyatla üç narkotacir ələ keçdi

    Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlcə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı Bakı şəhər sakinləri Cavid Abbasov, Telman Rəsullu və Taleh Hüseynov tutulublar. Həmin şəxslərin üzərlərinə və evlərinə baxış zamanı hazır bükümlər şəklində satış üçün qablaşdırılan heroin və metamfetamin, elektron tərəzilər və satışı qadağan edilən psixotrop tərkibli metadon həbləri aşkar edilib. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.

    Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Cavid Abbasov, Telman Rəsullu və Taleh Hüseynov tutularaq istintaqa cəlb olunub.