Month: September 2021

  • Bakıda gənc oğlanı avtomobil vurub

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1996-cı il təvəllüdlü Nemətov Cavid Vaqif oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Rəsul Çunayevin toyundan FOTOlar

    Yunan-Roma güləşi üzrə Rio Olimpiadasının mükafatçısı, dünya çempionu Rəsul Çunayevin bu gün toyudur.

    Çunayevin toyu Bakıdakı restoranların birində keçirilir.

    İdmançının toyunda Əməkdar artist Ədalət Şükürov, aparıcılar Zaur Kamal, Zümrüd Bədəlova, prodüser Anar Mədətov və digər tanınmış şəxslər iştirak edirlər.

    Qeyd edək ki, Rəsul Çunayevin doğulduğu Balakən rayonunda da toyu olacaq.

  • Konfrans Liqası: “Omoniya” – “Qarabağ” matçı başlayıb – YENİLƏNİR

    Kiprdə “Omoniya” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının qrup oyunu start götürüb.

    22:57

    Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda bu gün keçiriləcək “Omoniya” (Kipr) – “Qarabağ” matçı üçün heyətlər açıqlanıb.

    Komandalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

    “Omoniya”: 40. Fabiano, 15. Tomaş Huboçan, 22. Adam Lanq, 2. Paris Psaltis, 17. Yan Leçyaks, 19. Fouad Baçirou, 16. Xordi Qomes (k), 21. Marinos Tzioni, 20. Panagiotis Zaxariu, 13. Fotis Papulis, 80. Andronikos Kakulli

    Ehtiyat oyunçular: 23. Fransis Uzoho, 74. Kaçper Çorazka, 4. Abdullahi Şehu, 5. Kiko, 6. Ektor Yuste, 8. İyayi Atiemven, 11. Erik Butyak, 18. Mixal Duris, 30. Nikolaos Panagiotu, 44. Marko Skepoviç, 75. Loyzos Loyzu, 76. Çaralampos Çaralampus

    “Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 10. Abdullah Zubir, 25. İbrahima Vadji

    Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev

  • İsrail səfiri Qubaya səfər edib – FOTO

    Bu gün səfir Litzenberger, İsrail səfiri George Deek ilə birlikdə Qubada yerləşən, dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbəyə səfər edib.

    Bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.

    Bildirilib ki, “Dağ Yəhudiləri” muzeyinin direktoru İqor Şaulovun keçirdiyi tur zamanı səfir Litzenberger dağ yəhudilərinin mədəni əhəmiyyəti və tarixi ilə tanış olub və bölgənin, o cümlədən mədəni irsin qorunması və turizmin daha da inkişaf etdirilməsi üçün ABŞ-nın İsrail və Azərbaycanla əməkdaşlıq imkanlarını müzakirə edib.

  • ABŞ-da məktəbdə silahlı insident olub

    ABŞ-ın Tennessi ştatının Memfis şəhərində ibtidai məktəbdə atışma baş verib. Nəticədə bir uşaq ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

    Məlumata görə, hadisə təxminən saat 09:15-də (Bakı vaxtı ilə saat 17:15) baş verib. Polis insident zamanı bir azyaşlının yaralanması haqqında məlumatı təsdiqləyib. Hadisənin təfərrüatları hələlik açıqlanmır.

    Hadisədən sonra şagirdlər məktəbdən təxliyə edilib, hazırda araşdırma aparır.

    Atəş açmaqda şübhəli bilinən şəxsin axtarışları aparılır.

  • Экс-глава ИВ Евлахского района приговорен к 7 годам лишения свободы

    В Шекинском суде по тяжким преступлениям состоялось заседание по делу бывшего главы Исполнительной власти Евлахского района Годжи Самедова.

    Как передает Report, решением суда он приговорен к 7 годам и 3 месяцам лишения свободы.

    Напомним, что он был задержан в 2019 году сотрудниками Службы государственной безопасности.

  • Yevlaxın sabiq icra başçısı 7 il 3 ay müddətinə həbs olunub

    Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun məhkəməsi keçirilib.

    “Report” xəbər verir ki, sabiq icra başçısı Şəki Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

    Məhkəmə bir müddət öncə ev dustaqlığına buraxılan Q.Səmədovun bu iltizamını ləğv edib. Onun barəsində 7 il 3 ay müddətinə həbs qərarı verilib. Q.Səmədov yenidən həbsxanaya qaytarılıb.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

    Dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əməkhaqqı ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əməkhaqqı almadan, adlarına açılmış əməkhaqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

    2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib.

    Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əməkhaqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib.

    Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

    Qoca Səmədova vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə əməlləri üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

  • Səyyad Əlizadə vəfat edib

    Tanınmış müğənni Səyyad Əlizadə vəfat edib.

    Median.Az “Report”a istinadən bildirir ki, bu barədə onun qohumu Razim Qarayev məlumat verib.

    Allah rəhmət eləsin!

  • Fransada vaxtı keçmiş vaksin qalmaqalı

    Fransanın Loire bölgəsində 100-ü uşaq olmaqla, 260 nəfərə son istifadə tarixi keçmiş “Pfizer” vaksini vurulub.

    Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu bölgədə yaşayan 260 nəfərə vaxtı keçmiş vaksin vurulub. Bunlardan 100-ü məktəb yaşlı uşaqlardır.

    Fransa Milli Dərman Təhlükəsizliyi Agentliyi vaksin vurulan yüzlərlə şəxsin səhhəti üçün hər hansı bir risk olmadığını açıqlayıb:

    “Bu dozaların koronavirusa qarşı təsiri olacağına təminat verilə bilməz. Nəticədə, bu universitet tələbələrinə yeni dozalar üçün yeni tarixlər təqdim olunacaq”.

  • Azərbaycanlı qadın İstanbulda bir çanta saxta pulla tutuldu

    Ankara başda olmaqla 20 əyalətdə təşkil edilən saxta pul əməliyyatı zamanı saxlanılan 96 nəfərdən qruplaşma lideri Ensari Varlık başda olmaqla 14 nəfər həbs edilib.

    Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, saxlanılanlardan 63-ü sərbəst buraxılıb, 33 şübhəli isə ədliyyəyə sövq edilib. Onlardan 19-u məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.

    Əməliyyatın bəzi detalları məlum olub. Belə ki, polis tərəfindən izlənilməmək üçün telefon danışıqları zamanı şifrəli sözlərdən istifadə edən və dollara “Benjamin” deyən qruplaşma üzvləri indiyədək bazara 5 milyon lirə saxta əskinas çıxarıb. Ensari Varlık isə ona müştəri kimi mesaj yollayan polisə saxta xarici valyutanın pul sayma maşınından necə keçməsinə dair video atıb və bununla da özünə inam yaratmağa çalışıb. O, saxta dolları özünü müştəri kmii təqdim edən polisə satarkən “Bundan tapa bilməzsən. Mal bizimdir deyə demirəm. Bu, tapa bilməyəcəyin məhsuldur. Əlbəttə hazırda aktiv cihazlardan keçməz. Gəlib baxarsan, aldığın qədər sayıb götürərsən” deyib.


    Əməliyyat zamanı qruplaşma üzvlərindən olan azərbaycanlı Elmira A. saxta xarici valyutanı xaricdə dövriyyəyə buraxmaq üçün pullla dolu çanta ilə getdiyi Sabiha Gökmen Hava Limanında saxlanılıb. Saxta pul satışını xaricdə Elmira ilə birlikdə Özbəkistan vətəndaşları Fərrux J. və Mokhaloryım G.nin də həyata keçirdiyi məlum olub.

    Bundan başqa, qruplaşmanın “rəhbər” heyətində yer alan Camal Durdubaş əməliyyatdan 4 gün əvvəl buraxdıqları saxta pulla aldığı saxta içkidən zəhərlənib və xəstəxanada dünyasını dəyişib.