Month: September 2021

  • Ermənistanın keçmiş müdafiə naziri həbs olunub

    Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbs olunub.

    Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    Məhkəmə keçmiş nazirin iki ay həbsi barədə qərar çıxarıb.

    Tonoyanın vəkili onun təqsirsiz olduğunu qeyd edib. Qərarla bağlı apellyasiya şikayəti veriləcək.

    Məlumata görə, David Tonoyan və David Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb.

    Ötən gün mətbuatda Tonoyanın mənzilində axtarış aparıldığı, bundan sonra keçmiş nazirin həbs oluna biləcəyi barədə məlumatlar yayılmışdı. Paralel olaraq keçmiş aviasiya rəisi Avetik Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın mənzillərində axtarışlar aparılıb.

    Ölkə prezidenti Armen Sarkisyanın sərəncamı ilə David Tonoyan 2020-ci ilin noyabr 20-də Ermənistanın müdafiə naziri vəzifəsindən azad edilib.

  • Пентагон провел новые переговоры с военными КНР

    Заместитель помощника главы Пентагона по делам Китая Майкл Чейз провел новые переговоры с военными КНР, с китайской стороны в них участвовал заместитель начальника Канцелярии по международному военному сотрудничеству Центрального военного совета КНР (ЦВС) Хуан Сюэпин.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом говорится в распространенном в среду заявлении американского военного ведомства.

    Отмечается, что консультации проводились по защищенному каналу видеосвязи в течение двух дней – 28 и 29 сентября. “В ходе переговоров две стороны провели честные, глубокие и открытие дискуссии по целому ряду вопросов, касающихся отношений в военной сфере между США и КНР. Обе стороны подтвердили наличие консенсуса относительно того, чтобы сохранять открытыми каналы коммуникации”, – подчеркнули в Пентагоне.

    “Эта встреча является важным компонентом текущих усилий администрации Байдена и Харрис, направленных на то, чтобы ответственным образом регулировать соперничество между США и КНР за счет поддержания открытых каналов коммуникации с КНР”, – отмечается также в заявлении.

  • Pentaqon Çin ordusu ilə yeni danışıqlar aparıb

    Pentaqon rəhbərinin Çin məsələləri üzrə köməkçisinin müavini Maykl Çeyz Çin Xalq Respublikasının hərbçiləri ilə yeni danışıqlar aparıb.

    Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

    Danışıqalarda Çin tərəfindən Mərkəzi Hərbi Komissiyasının Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəis müavini Huan Syuepin iştirak edib.

    Məsləhətləşmələrin iki gün – 28 və 29 sentyabr tarixlərində etibarlı video rabitə kanalı vasitəsi ilə aparıldığı qeyd olunub. Danışıqlar zamanı iki ölkə arasında hərbi münasibətlərlə bağlı bir sıra məsələlər üzrə dürüst, dərin və açıq müzakirələr aparılıb.

    ABŞ prezdenti Baydenin vəzifəyə başladığı vaxtdan bəri Pentaqonla Çin ordusu arasında ilk oxşar danışıqlar avqustun sonunda baş tutub.

  • Пентагон изучает возможность использования баз России в Азии

    Соединенные Штаты ведут переговоры об использовании военных объектов в соседних с Афганистаном странах, в том числе российских баз в регионе, для размещения там своих сил для нанесения при необходимости дистанционных контртеррористических ударов по афганской территории.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом, как утверждает в среду газета Politico, американским сенаторам рассказали на закрытых слушаниях глава Пентагона Ллойд Остин, председатель Комитета начальников штабов Вооруженных сил США генерал Марк Милли и глава Центрального командования (СЕНТКОМ) ВС США генерал Кеннет Маккензи.

    По данным издания, которое ссылается на присутствовавших на закрытых слушаниях законодателей, представители Пентагона сообщили, что обсуждения ведутся с властями Таджикистана, Узбекистана, Кыргызстана и других стран.

    Газета напомнила, что на открытой части слушаний в комитете по делам вооруженных сил Сената Конгресса США Остин признал, что США обращались к России с просьбой пояснений относительно возможности использования американской стороной российских военных баз в Средней Азии для борьбы с терроризмом. По данным Politico, на последовавшей за этим закрытой части слушаний представители Пентагона добавили, что эта возможность серьезно рассматривается, а Маккензи привел конкретные детали относительно того, какие типы воздушных средств могут быть задействованы и о каких именно объектах, с которых могут наноситься удары, идет речь.

  • ABŞ Asiyadakı Rusiya hərbi bazalarından istifadəni araşdırır

    ABŞ Əfqanıstanın qonşu ölkələrindəki hərbi obyektlərin, o cümlədən bölgədəki Rusiya bazalarının istifadəsinə dair danışıqlar aparır.

    “Politico” nəşrində yer alan məqaləyə əsasən bu barədə qapalı dinləmələr zamanı ABŞ senatorlarına Pentaqon rəhbəri Lloyd Ostin, ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli və Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının rəhbəri, general Kennet Makkenzi danışıb.

    Belə ki, Pentaqon nümayəndələri Tacikistan, Özbəkistan, Qırğızıstan və digər ölkələrin hakimiyyəti ilə müzakirələr aparır.

    Hətta Ostin açıq dinləmələr zamanı Amerika Birləşmiş Ştatlarının terrorizmlə mübarizə üçün Orta Asiyadakı Rusiya hərbi bazalarından istifadə etməsinin mümkünlüyü ilə əlaqədar rəsmi Moskvaya müraciət edildiyini etriaf edib.

    Daha əvvəl, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən oxşar açıq dinləmədə Milli, Moskva ilə Vaşinqton arasında Əfqanıstanla bağlı əməkdaşlığın mümkün olub-olmadığı barədə açıq danışmaqdan imtina edib. Eyni zamanda bu mövzunu amerikalı qanunvericilərlə müzakirə etməyə hazır olduğunu söyləyib.

  • На севере Германии из-за торнадо пострадали шесть человек

    Не менее шести человек пострадали в результате торнадо, обрушившегося на причал в городе Киль, столице федеральной земли Шлезвиг-Гольштейн на севере Германии.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщает телерадиокомпания NDR.

    По ее данным, в этот момент несколько человек находились в местном яхт-клубе, порывами ветра их снесло в воду. Всех удалось спасти, при этом три человека получили легкие травмы, еще трое тяжело пострадали, сообщает NDR со ссылкой на пожарные службы. Помимо этого сообщается, что торнадо частично накрыл крышу одного из домов в городе.

  • Almaniyada tornado nəticəsində altı nəfər xəsarət alıb

    Almaniyanın Kiel şəhərində baş verən tornado nəticəsində azı 6 nəfər xəsarər alıb.

    “Report” xəbər verir ki, bu barədə NDR telekanalı məlumat yayıb.

    Məlumatda deyilir ki, xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır.

    Tornadonu müşayiət edən leysan yağışlar və ildırım dəmiryolu və avtobus nəqliyyatının işini pozub.

  • Число погибших при столкновениях в тюрьме Эквадора превысило 100

    Более 100 человек погибли и 52 пострадали в результате столкновений в эквадорской тюрьме, находящейся в городе Гуаякиль на западе страны.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщила в среду в Twitter национальная служба по вопросам, касающихся заключенных.

    “Служба сообщает, что к настоящему моменту была подтверждена гибель более 100 человек и ранение 52 человек во время инцидентов, произошедших 28 сентября в тюрьме Гуайяс”, – говорится в сообщении.

    В связи с ситуацией в тюрьме президент Эквадора Гильермо Лассо объявил чрезвычайное положение в пенитенциарной системе страны на 60 дней.

    По данным властей, причиной перестрелки в тюрьме стал конфликт между представителями разных банд. Ситуация в учреждении была взята под контроль.

  • Ekvadorda həbsxanada atışma zamanı 100-dən çox şəxs ölüb

    Ekvadorda Quayas əyalətinin həbsxanasında cinayətkar qruplaşmaların üzvləri arasında baş verən atışmada ölənlərin sayı 100 nəfəri ötüb.

    Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

    Qeyd olunub ki, 28 sentyabrda baş verən insident zamanı 52 nəfər xəsarət alıb.

    Həbsxanadakı vəziyyətlə əlaqədar olaraq Ekvador prezidenti Gilyermo Lasso ölkənin həbsxana sistemində 60 günlük fövqəladə vəziyyət rejimi tətbiq edib.

  • Umayra Tağıyeva: “Mövsümün ilk qarı sentyabrın 26-da yağıb”

    “Bu ilin sentyabr ayı əsasən bol yağışlı hava ilə seçilib. Mövsümün ilk qarı sentyabrın 26-da gecə saatlarında ölkənin dağlıq ərazilərini nazik ağ örpəyə bürüyüb. Belə ki, Şahdağda qarın hündürlüyü 1 sm olub”.

    Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, sentyabr ayı ərzində düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında aylıq normanın 360, Qazax-Gəncə bölgəsində 158, Balakən Şəki zonasında 209, Lənkəran-Astara bölgəsində isə 179 faizini təşkil edib: “Ay ərzində 6 dəfə dolu hadisəsi müşahidə edilib. Çoxillik meteoroloji müşahidələrə əsasən ay ərzində Bakıda ən çox düşən yağıntı 2016-cı ildə 139.1 mm qeydə alınıb, bu da iqlim normasının 809 faizini təşkil edib. Havanın temperaturu isə əsasən komfort göstəricilər ətrafında dəyişib. Bununla yanaşı, ayın əvvəli ilə sonu müqayisə edildikdə böyük temperatur fərqinin olduğu görünür. Belə ki, Bakıda bu ay üçün maksimal temperatur sentyabrın 2-də 36.1 dərəcə, ən aşağı temperatur isə sentyabrın 26-da 13.7 dərəcə isti olub. Ayın 24-dən sonra temperatur iqlim normasından 3 dərəcə aşağı enib”.

    Xidmət rəsmisi bildirib ki, ay ərzində Bakıda və Abşeron yarımadasında 61 mm miqdarında yağış yağıb, bu da aylıq normadan 3,5 dəfə çox olub: “Yalnız ötən iki sutka ərzində Bakıda 46 mm (normanın 276 faizi) yağıntının qeydə alındığını nəzərə alsaq, sürüşmələrə meyilli ərazilərə təsirlərin müəyyən edilməsi vacib olardı. Ümumilikdə, iqlim dəyişmələri fonunda artan təhlükəli hava-iqlim prosesləri, xüsusilə kommunal xidmət sahələrinin bu kimi hallara hazırıqlı olmasını tələb edir”.

    U.Tağıyeva növbəti ayda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağını bildirib: “Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir. Ayın əvvəlində şimal, şimal-şərq küləyi əsəcək, hava arabir tutqun və yağışlı olacaq. Bakıda və Abşeron yarımadasında gecələr havanın temperaturunun 11-16, gündüzlər 17-22, bəzi günlərdə 25 dərəcə isti olacağı gözlənilir. Şərqi Zəngəzur və Qarabağ bölgəsində gecələr havanın temperaturu 1-6, gündüzlər 9-14 dərəcə isti, dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq. Mərkəzi-Aran zonasında isə gecələr havanın temperaturunun 11-16, gündüzlər 17-22, bəzi günlər 25 dərəcə isti olacağı gözlənilir”.