Month: September 2021

  • Sumqayıt bulvarında kişi bıçaqlandı

    Sentyabrın 28-i saat 14 radələrində Sumqayıt şəhəri bulvar ərazisində 1988-ci il təvəllüdlü İlkin İbişova bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, şəhər sakini, 1978-ci il təvəllüdlü Rahib Yunusovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı İlkin İbişova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. Rahib Yunusov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Эрдоган объяснил, почему Турция купила российские С-400

    Турции бы не пришлось закупать у России системы ПВО С-400, если бы США продали ей комплексы Patriot, пишет газета New York Times со ссылкой на слова президента страны Реджепа Эрдогана из интервью, взятого на прошлой неделей по случаю ежегодной сессии Генассамблеи ООН.

    Сделка c Москвой остается одним из основных раздражителей в американо-турецких отношениях, став основанием для санкций и ограничения военно-технического сотрудничества между партнерами по НАТО.

    “Если бы американцы продали Турции систему противоракетной обороны Patriot, сказал господин Эрдоган, ей бы “не пришлось покупать С-400”, – отмечается в публикации.

    Президент также высказался о последствиях покупки российских ЗРК для отношений с США.

    “Я думаю это того стоило… Мы вправе укреплять нашу оборону, как нам заблагорассудится”, – подчеркнул Эрдоган.

    Тем не менее он высказался в “защиту” и “укрепление” отношений с американцами.
    В декабре 2018 года Госдепартамент США одобрил продажу Турции комплексов Patriot на сумму 3,5 млрд долларов. Анкара тогда просила сопроводить сделку офсетными обязательствами со стороны американцев, но власти Штатов оставили этот вопрос на усмотрение компаний-производителей. По данным СМИ, речь шла о передаче технологий.

    К этому времени Турция уже заключила контракт с Россией на полковой комплект С-400, который поставили летом-осенью 2019 года. Вашингтон требовал от Анкары отказаться от российских систем в пользу Patriot, отменив ей продажу новейших истребителей F-35, и введя санкции против руководителей оборонно-промышленного комплекса по закону CAATSA (“О противодействии противникам Америки посредством санкций”).

    В конце августа Эрдоган заявил, что не сомневается в покупке у России второго полка С-400.

    Источник: РИА Новости

  • Ərdoğan Türkiyənin niyə Rusiyadan S-400-lər aldığını izah etdi

    “ABŞ “Patriot” komplekslərini satsaydı, Türkiyə Rusiyadan S-400 hava müdafiə sistemlərini almazdı”.

    Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    Türkiyə lideri həmçinin Rusiyanın hava hücumundan müdafiə sistemlərinin alınmasının ABŞ-la münasibətlərinə təsirlərindən də danışıb.

    “Düşünürəm ki, buna dəyərdi… İstədiyimiz kimi müdafiəmizi gücləndirmək haqqımız var”, – deyə Ərdoğan vurğulayıb.

    Eyni zamanda o, rəsmi Vaşinqton ilə münasibətləri qorumağın və gücləndirməyin lehinə olduğunu açıqlayıb.

  • Мировые цены на нефть

    Мировые цены на нефть снижаются.

    Фьючерсы на нефть WTI снизились на 0,07%, составив 74,78 доллара за баррель, на нефть марки Brent – на 0,23% – до 78,46 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri ucuzlaşıb.

    WTI markalı neftin noyabr fyuçersləri 0,07 % ucuzlaşaraq, bir bareli 74,78 ABŞ dolları olub.

    “Brent” markalı neftin noyabr fyuçersləri 0,23 % ucuzlaşaraq, bir bareli 78,46 ABŞ dolları təşkil edib.

  • NASA ən uzaq planetə missiyaya hazırlaşır

    NASA Günəş sisteminin ən uzaq planeti olan Neptuna araşdırma vasitəsi göndərməyə hazırlaşır.

    Kosmik agentliyin yaydığı sənədə əsasən uçuş 2031-ci ilə planlaşdırılır.

    “Neptun Odyssey” missiyasının 3,4 milyard dollara başa gələcəyi və aparatın 2043-cü ilə qədər səkkizinci planetə çatacağı gözlənilir.

    Kosmik səyahət Amerikalı milyarder İlon Maskın “SpaceX” şirkətinə məxsus olan “Space Launch System” və ya “Falcon Heavy” raketi ilə planlaşdırılır.

    Günəş sisteminin ən uzaq planetini araşdırmaq üçün yeni missiyanın tarixin ən bahalı missiyası olacağı düşünülür.

  • Азербайджанскую тяжелоатлетку дисквалифицировали на 8 лет

    Азербайджанская тяжелоатлетка Боянка Костова дисквалифицирована на восемь лет.

    Об этом сообщили в Международной федерации тяжелой атлетики (IWF).

    Причиной наказания стал положительный результат допинг-теста, который сдала спортсменка.

    Период наказания начался с 10 мая 2021 года.

    В организме Костовой был обнаружен запрещенный анаболический стероид станозолол.

    Отметим, Б.Костова завоевала золотую медаль в весовой категории 59 кг на континентальном чемпионате в Москве в апреле этого года.

    Это был четвертый по счету ЧЕ в карьере 28-летней штангистки после 2012, 2015 и 2016 годов. Кроме того, она поднялась на верхнюю ступень пьедестала на чемпионате мира 2015 года.

    В 2016-2018 годах Костову также наказывали за употребление допинга. По этой же причине аннулировали ее результаты на летних Олимпийских играх 2012-го в Лондоне.

  • Azərbaycanlı idmançıya səkkiz illik cəza verildi

    Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostovanın cəzası bəlli olub.

    Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) məlumat yayıb.

    Bildirilib ki, dopinq-testi müsbət nəticə vermiş bolqarıstanlı legioner səkkiz il müddətinə yarışlardan diskvalifikasiya edilib.

    İdmançının cəza müddəti 2021-ci il mayın 10-dan hesablanır.

    Kostovanın orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb.

    Qeyd edək ki, Boyanka Kostova bu il aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş qitə çempionatında 59 kq çəki dərəcəsində qızıl medal qazanıb.

    Bu, 28 yaşlı ağırlıqqaldıranın 2012-ci, 2015-ci və 2016-cı illərdən sonra karyerasında dördüncü Avropa çempionluğu olub. O həm də 2015-ci il dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

    2016-2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.

  • Воевавший в Карабахе армянин: Мы не смогли бы победить – ВИДЕО

    44-дневная Отечественная за восстановление территориальной целостности Азербайджана завершилась 10 ноября 2020 года подписанием трехстороннего заявления между АР, Россией и Арменией.

    Владимир Варданян был одним из тех, кто принимал участие в войне в составе незаконного армянского вооруженного формирования.

    Он признался, что еще тогда армянские сепаратисты прекрасно понимали, что не смогут победить.

    “Они (азербайджанские военнослужащие – ред.) уже достигли города Шуша, а оттуда им было рукой подать до Ханкенди. Мы однозначно не смогли бы победить. Если кто-то думал, что мы могли выиграть эту войну, то он абсолютно оторван от реальности”, – сказал Варданян.

    Источник: BBC Azərbaycan 

  • Qarabağda döyüşmüş erməni separatçı: “Biz qalib gələ bilməzdik” – VİDEO

    44 gün davam etmiş müharibə noyabrın 10-da Ermənistan, Rusiya və Azərbaycan arasında imzalanmış üçtərəfli bəyanatla sona çatdı.

    İrəvanda yaşayan və döyüşlərdə iştirak edən V.Vardanyan müharibə ilə bağlı fikirlərini bölüşüb:

    “Hamı da çox yaxşı bilir ki, Şuşanı azad etmək o qədər də asan deyil. Bir halda ki, onlar artıq Şuşaya çatmışdı, Xankəndiyə çatmaq onlar üçün dəqiqələr demək idi. Biz birmənalı olaraq qalib gələ bilməzdik. Kimsə elə bilirsə ki, biz bu müharibədən qalib çıxa bilərdik, nağıl janrı həvəskarıdır”.

    Mənbə: BBC Azərbaycan