Month: September 2021

  • Koronavirusdan sağalanlarda ən çox rast gəlinən simptomlar

    COVID-19-dan sağalandan bir müddət sonra baş ağrısı, halsızlıq, yaddaşın pozulması kimi simptomlar bəzən insanları narahat etməyə başlayır.

    Bunu yüksək kateqoriyalı rusiyalı həkim Aleksey Vodovozov bildirib.

    Onun sözlərinə görə, xeyli sayda xəstə, hətta koronavirusu çox asanlıqla keçirənlər belə, bu simptomlarla üzləşirlər.

    Həkimlər bunları postkovid sindromunun təzahürü kimi qiymətləndirirlər. Bu sindromunun nə qədər davam edə biləcəyi araşdırılır.

    “Əsasən çox uzun olmur, təxminən dörd həftə davam edir. Ancaq sağalanların əhəmiyyətli bir hissəsində, ən azı üçdə birində bütün simptomlar on iki həftə və ya daha uzun müddət davam edir”, – deyə həkim vurğulayıb.

    Postkovid sindromu əlavə arzuolunmaz nəticələrə səbəb ola bilər:

    “Birincisi, bir insanın unuda biləcəyi mövcud xroniki xəstəliklərin kəskinləşməsidir. İkincisi, əvvəllər olmayan bəzi patologiyalar sıfırdan başlaya və postkovid simptomlarından ayrı görünə bilər”.

    Həkimin sözlərinə görə, sağalan şəxs peyvənd olunarsa, vəziyyəti daha sürətlə yaxşılaşar.

  • Prokuror yarım milyon manatlıq dələduzluqda ittiham olunan sabiq hakimin həbs olunmasını – Tələb Edib

    Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Bakı Apelyasiya Məhkəməsinin, Suraxanı rayon Məhkəməsinin hakimi olmuş Lətif Ədil oğlu Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Lətif Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində səçilmiş polis nəzarətinə verilmə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsini istəyib.

    Zərərçəkmişlər dəymiş zərərin ödənilmədiyini bildiriblər və L.Nəbiyevə ağır cəza verilməsini tələb ediblər.

    Proses oktyabrın 6-da davam etdiriləcək.

    Qeyd edək ki, L.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə; Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə) maddələri ilə ittiham edilir.

    2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə, L.Nəbiyevin intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra o, Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən uzaqlaşdırılıb.

    Açılan cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri olan Azad İbrahimova 247 min 500 dollar (təqribən 420 750 manat), Rüstəm Abdullayevə isə 59 min 700 dollar (101 490 manat) zərər dəydiyi müəyyən edilib. (Apa)

  • Altı dəqiqə ərzində həm BNA, həm polis – Cərimə Yazdı (FOTO)

    Bakı şəhər sakininə avtomobilin dayanma qaydalarını pozduğuna görə altı dəqiqə ərzində həm Bakı Nəqliyyat Agentliyi (BNA), həm də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi cərimə yazıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vətəndaş Səidə Hüseynova bildirib ki, sentyabrın 22-də, saat 14:53-də avtomobili Süleyman Rəhimov:191 ünvanında park edib: “İlk olaraq həmin dəqiqədə BNA, sonra da yol polisi saat 14:59-da protokol tərtib edib. Yol polisi cəriməni yazanda BNA tərəfindən eyni cərimə protokolu artıq təxminən 5 dəqiqə əvvəl yazılmışdı. Mən avtomobili heç yerə sürməmişdim. Qanuna görə avtomobili heç yerə sürmürsənsə, o zaman bir protokol tətbiq olunmalıdır”.
    Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, bu hal qanunsuzdur: “Protokollara diqqətlə baxıldığı zaman görünür ki, ilk cəriməni BNA yazıb. İkinci cərimə polis tərəfindən yazıldığı üçün məsləhətdir ki, vətəndaş DYP-yə müraciət etsin və cəriməsi silinsin”.

    Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, vətəndaşa yazılan protokol ləğv olunacaq: “Bu məsələ ilə rastlaşan hər bir vətəndaş bilməlidir ki, bununla bağlı sivil yol var. Birbaşa protokolun icrasını həyata keçirən struktura DYP-yə yönlənmiş Asan Pay xətti var. Bu hal baş verdikdə, müraciət edildiyi zaman dərhal protokol ləğv olunur”.

  • “Hər dəfə pulu bankdan çıxaranda mənə də 5 manat verirdilər” – Dövlət Qurumundakı 2,5 Milyonluq Yeyinti

    Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin keçmiş müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.

    Çingiz Abışov ifadəsində bildirib ki, 6-7 şirkət açaraq şirkətlərin hesabına gələn pulları bankdan çıxararaq Rövşən adlı şəxsə verib. O, bunun qarşılığında ayda 300 manat pul alıb. Şahid bu işdən ümumilikdə 7-8 min manat pul qazandığını bildirib.

    Şahid Tural Niftəliyev isə adına açılan şirkətin hesabından bir neçə dəfəyə ümumilikdə 19 min manat çıxarıb Rövşənə verib: “Hər dəfə pulu bankdan çıxarıb ona verəndə, mənə də 5 manat verirdilər”.

    Şahid Günel İsayeva Səlim Əlizadəni tanıdığını və ondan şirkət açmaqla bağlı təklif aldığını deyib: “Dedilər ki, şirkət yarat, işləyək, sənə də pul verərik. Mənim onsuz da şirkətim var idi. Həmin şirkətin adına pullar göndərirdilər və mən pulu nağdlaşdırıb Səlim müəllimə verirdim. Hər belə əməliyyatdan mənə 150-200 manat qalırdı”.

    G.İsayevanın istintaqa verdiyi ifadəsinə görə, onun şirkətinə ümumilikdə 135 min manatlıq köçürmə olub.

    Şahid Svetlana Gülməmmədova bildirib ki, Səlim Əlizadənin təklifi ilə öz adına firma açıb və firmanın bank hesabına gələn pulları nağdlaşdıraraq S.Əlizadəyə verib. O, ümumilikdə 75 min manat nağdlaşdırıb və bu işə görə məbləğin 1 faizi ona çatıb.

    Sonuncu şahid Məhyəddin Hüseynov usta işlədiyi ev yiyəsi tərəfindən şirkət açmaqla bağlı təklif aldığını deyib. O, şirkət açsa da, heç bir əməliyyatda iştirak etmədiyini bildirib.

    İttiham aktından məlum olub ki, M.Hüseynov şirkəti açdıqdan sonra etibarnamə ilə onun şirkətinin hesabına köçürülən pullar çıxarılıb. Proses oktyabrın 6-da davam etdiriləcək.

    Qeyd edək ki, ittihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olub çoxsaylı şirkətlər vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə ümumilikdə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. F. Mollazadə dəymiş ziyanın 2,3 milyon manatını ödəyib.

  • 24 milyon manat vergi borcu var – Azərbaycandan Çıxışına Qadağa Qoyulub

    Azərbaycanda böyük layihələr həyata keçirən türkiyəli iş adamı Abdurrahman Şentürk Azərbaycan dövlətinə 24 milyon manat vergi borcu olmasına görə məhkəməyə verilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edib.

    Bakı Kommersiya Məhkəməsinə təqdim edilən ərizədə qeyd edilib ki, Abdurrahman Şentürkün dövlət büdcəsinə olan ümumilikdə 23 milyon 997 min 720 manat məbləğində vergi borcu yaranıb. Nazirlik bu borcun ödənilməsini təmin etmək üçün A.Şentürkün ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edib.

    Bakı Kommersiya Məhkəməsi nazirliyin iddiasını təmin edərək 24 milyon vergi borcu olan Abdurrahman Şentürkün Azərbaycanda çıxmasına “Stop” qoyub.

    Qeyd edək ki, Abdurrahman Şəntürk 1987-ci ildə Türkiyədə “Bayburt İnşaat” adı ilə yaradılan, hazırda “Bayburt Grup” adlanan tikinti şirkətinin rəhbəridir. “Kor” ləqəbli iş adamı son illərdə Türkiyədə qazandığı dövlət tenderləri ilə diqqət çəkir.

    A.Şəntürkün şirkətləri uzun illər Azərbaycanda dövlət tərəfindən aparılan layihələrin icraçısı olub. 2017-ci ildə “Bayburt Grup” Türkiyə Səfirliyinə sənəd təqdim edərək Azərbaycanda 1 milyard dollar dəyərində layihə icra edəcəklərini bildirib.

    Gəncə-Qazax yolunun 40 km-lik hissəsinin yeniden qurulması üçün “Bayburt Grup”a daxil olan “Özgün Yapı” şirkətinə 120 milyon dollar ödənilib. “Bayburt Grup”un Azərbaycanla daha bir bağlılığı isə holdinqə daxil olan “Agrobay Seracılık” şirkəti ilədir. Şirkətin saytında Azərbaycana 15 milyon dollarlıq investisiya qoyulduğuna dair xəbər yer alıb. “Azərşəkər” şirkəti ilə ortaq həyata keçirilən layihə 1000 hektar ərazidə suvarma sistemləri, kənd təsərrüfatı və heyvandarlıqla bağlı işlər görüləcəyi qeyd olunub.

    Türkiyə mediasının araşdırmasına görə, “Bayburt Grup” rəsmi sənədlərdə Azərbaycanda Dübəndi Havalimanı tikdiyini göstərib.

    2017-ci ildə yayımlanan xəbərlərə görə, Şəntürk Türkiyədə də məhkəməyə verilib. Rəsmi sənədlərdə saxtakarlıq və tender qanunsuzluqlarına görə o şübhəli şəxs kimi dindirilib. İttiham aktında Azərbaycanla bağlı məqamlar da olub. Belə ki, Şəntürk tenderdə qalib olmaq üçün 2013-cü ildə Azərbaycanda metro xətti çəkdiyinə dair saxta sənəd təqdim edib.

  • Dünyanın ən uzunömürlü insanlarından biri 127 yaşında vəfat etdi

    Dünyanın ən uzunömürlü insanlarından biri olan 127 yaşlı Eritreya sakini Natabay Tinsiev vəfat edib.

    1894-cü il təvəllüdlü kişinin yaxınları onun adını “Ginnesin Rekordlar Kitabı”na salmaq üçün rekordlar kitabının ofisinə müraciət ediblər.

    Qeyd olunur ki, Natabay Tinsiev ömrü boyu heyvandarlıqla məşğul olub.

    Yaxınları həmçinin vurğulayıblar ki, Natabay Tinsievin əslində 137 yaşı var. Lakin keçmişdə onun doğulduğu yerdə ruhani olmadığı üçün Natabay Tinsievin doğum haqqında şəhadətnamə vərəqi 10 il sonra onun valideynlərinə təqdim olunub.

  • Meksikada jurnalist hoteldə qətlə yetirilib

    Meksikada “PM Noticias” xəbər agentliyinin sahibi, jurnalist Manuel Reyes hoteldə yemək yeyərkən güllələnib.

    Qeyd olunur ki, M. Reyes jurnalist olmaqdan əlavə, aktiv siyasi fəaliyyətlə də məşğul olub, son bələdiyyə seçkilərində iştirak edib.

    “Jurnalist başından aldığı güllə yaraları nəticəsində həlak olub” – Kuernavaka şəhər prokurorluğunun rəsmi “Facebook” səhifəsində qeyd olunub.

    Ona silahlı hücum edənlərin dəqiq sayı hələ məlum deyil.

    Yerli KİV-lər xəbər verir ki, motosikletdə olan iki nəfər silahlı şəxs jurnalistin nahar etdiyi yerə gəlib. Onlar jurnalistə atəş açaraq dərhal oradan uzaqlaşıblar.

  • Ronaldudan növbəti rekord

    Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu daha bir rekorda imza ataraq Avropa futbolunun tarixinə düşüb.

    Belə ki, 36 yaşlı hücumçu “Mançester Yunayted”in heyətində “Vilyarreal” a qarşı meydana çıxmaqla Çempionlar Liqasının tarixində ən çox oyun keçirən futbolçuya çevrilib.

    Beləliklə, ÇL-da 178-ci oyununa çıxan forvard “Real” (Madrid) və “Portu”nun keçmiş qapıçısı İker Kasilyasın nəticəsini geridə qoyub.

    Məlumat üçün qeyd edək ki, K.Ronaldu Çempionlar Liqasında bir oktyabr 2003-cü ildə debüt edib.

    O zaman 18 yaşlı Ronaldu “Stutqart”a qarşı matçda meydana daxil olaraq bir məhsuldar ötürmə ilə yadda qalmağı bacarmışdı.

  • Убийство в отделении полиции в Баку – ВИДЕО

    Сегодня около 09:00 сотрудник патрульно-постовой службы Управления полиции Низаминского района Исмайыл Мамедов, находясь на работе, получил информацию о том, что его супруга Ханым из-за семейного конфликта обратилась в 24-е отделение полиции с жалобой на мужа.

    Он отправился туда и выстрелил в жену из табельного оружия. От полученного ранения женщина скончалась на месте.

    Подробности – в сюжете Baku TV.

  • Bakıda polis şöbəsində qətl: Hadisə yerindən görüntülər – VİDEO

    Bu gün səhər saat 09:00 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirib.

    Ətraflı hadisə yerindən Baku TV-nin videosunu təqdim edirik: