Month: September 2021

  • Təhsillə bağlı son qərarlar açıqlanır – CANLI YAYIM

    Yeni tədris ilinin hansı formada təşkil olunması ilə bağlı təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçirilir.

    Konfransda təhsil naziri ilə yanaşı, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu və təhsil nazirinin müşaviri Rüstəm Ağayev iştirak edir.

    Brifinqdə yeni tədris iliylə bağlı qərarlar açıqlanır.

  • Vətəndaşların DİQQƏTİNƏ: Sahil metrosunun yaxınlığından keçərkən ehtiyatlı olun – VİDEO

    Sahil metrosunun yaxınlığında yerləşən binanın eyvanının kənarına qoyulan böyük ölçülü şüşə təhlükə saçır.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Görüntülərdən aydın şəkildə məlum olur ki, eyvanın altından keçən vətəndaşlar təhlükə ilə üz-üzə gəlir.

    Həmin görüntüləri təqdim edirik:

  • Азербайджан и Турция продолжают совместные учебные тренировки групп подводной атаки и обороны – ВИДЕО

    Продолжаются совместные учения с участием групп подводного нападения и обороны ВС Азербайджана и Турции.

    Об этом сообщает пресс-служба Минобороны АР.

    На очередном этапе учений силы специального назначения ВМС Азербайджана совместно с военнослужащими братской страны выполнили задачи по планированию операций, обезвреживанию террористическо-диверсионной группы “неприятеля” и уничтожению его временной базы.

    На учениях, проводимых с привлечением катеров, были успешно выполнены задачи по уничтожению целей вероятного противника.

  • Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimlərindən görüntülər – VİDEO

    Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqləri davam edir.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin növbəti mərhələsində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları qardaş ölkənin hərbi qulluqçuları ilə birlikdə əməliyyatların planlaşdırılması, şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetiriblər.

    Katerlərin də cəlb olunması ilə keçirilən təlim-məşqlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

  • Как объекты общепита выполняют требования по ковид-паспортам?

    С 1 сентября в Азербайджане воспользоваться услугами объектов общественного питания, крупных торговых центров и отелей можно только при наличии ковид-паспорта (сертификата об иммунитете или вакцинации от коронавируса).

    По словам начальника отдела по связям со СМИ и общественностью пресс-службы МВД Эльшада Гаджиева, с начала сентября по республике были выявлены нарушения в 19 объектах общепита (рестораны, кафе, чайные дома), в связи с чем в отношении 18 человек были применены меры административного взыскания, по одному факту проводится расследование.

    “Итоги мониторинга показывают, что установленные правила и требования предприятия общепита, крупные торговые центр и отели в целом соблюдают”, – сказал Э.Гаджиев.

  • COVID-19 pasportuna görə neçə nəfər cəzalandırılıb? – AÇIQLAMA

    Sentyabrın 1-dən Azərbaycanda ictimai iaşə müəssisələrində, iri ticarət mərkəzlərində və mehmanxanaların qapalı məkanlarında göstərilən xidmətlərdən istifadə COVID-19 pasportu, immunitet sertifikatı əsasında təşkil olunur.

    Mövcud vəziyyət, aparılan monitorinqlər bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sentyabr ayının 1-dən bu günə qədər aşkarlanan hüquq pozuntuları sırasında respublika üzrə 19 ictimai iaşə obyektində (restoran, kafe, çay evi) 18 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib. Onların sırasında inzibati həbs və cinayət işi yoxdur, yalnız 1 fakt üzrə araşdırma aparılır.

    “Aparılan təhlillər və monitorinq nəticələri göstərir ki, müəyyən olunan qayda və tələblərə ictimai iaşə müəssisələrində, iri ticarət mərkəzlərində və mehmanxanalarda ciddi əməl olunur. Bu qaydalara əməl edən, işinə və fəaliyyətinə məsuliyyətlə yanaşan fiziki, hüquqi və vəzifəli şəxslərə minnətdarlıq edirik”, – deyə E. Hacıyev qeyd edib.

  • Житель Самуха задержан по подозрению в нанесении соседу ножевых ранений

    Установлена личность подозреваемого в нанесении ножевых ранений жителю села Колайыр Самухского района Рагифу Балакишиеву (2000 г.р.).

    Как сообщили Oxu.Az в правоохранительных органах, им оказался сосед пострадавшего Парвиз Халилов (1994 г.р.).

    Он задержан в качестве подозреваемого.

    Вчера Р.Балакишиев был госпитализирован в больницу с ножевыми ранениями. Врачи оценивают его состояние как удовлетворительное.

    По данному факту проводится расследование.

  • Samuxda qonşusunu bıçaqlayan şəxs saxlanıldı

    Samux rayonunda qonşusunu bıçaqlayan şəxsin kimliyi bilinib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından bildirilib.

    Belə ki, 2000-ci il təvəllüdlü, Kolayır kənd sakini Raqif Balakişiyevi qonşusu, 1994-ci il təvəllüdlü Pərviz Xəlilov bıçaqlayıb.

    P.Xəlilov saxlanılıb.

    Qeyd edək ki, ötən gün R. Balakişiyev bıçaqlanıb və xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане пройдут дополнительные выпускные экзамены для учащихся 9-х и 11-х классов

    9 сентября Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана проведет выпускные экзамены для учащихся 9-х и 11-х классов, не принявших по уважительной причине участие в аттестации, в том числе сдающих экзамены в порядке экстерната.

    Об этом сообщили в ГЭЦ.

    Кроме того, в указанную дату состоится экзамен по азербайджанскому (государственному) языку для абитуриентов, которые ранее не смогли принять участие в нем.

    Тестирование будет организовано в Баку, Нахчыване, Гяндже, Шеки, Барде, Гейчае, Ширване, Лянкяране и Хачмазе.

    Экзамен начнется в 10:00. За 15 минут до его начала регистрация прекращается. Прибывшие после 9:45 участники до экзамена не допускаются.

  • Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün NÖVBƏTİ ŞANS

    Dövlət İmtahan Mərkəzi keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirəcək.

    Bu barədə DİM məlumat yayıb.

    Bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.

    İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunacaq.

    İmtahanların idarə olunması üçün 22 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 166 nəzarətçi-müəllim, 20 buraxılış rejimi (mühafizə) əməkdaşı, 10 bina nümayəndəsi ayrılıb.

    İmtahanlar bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

    İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

    Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə sentyabrın 2-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

    Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

    İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

    Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

    – İmtahana buraxılış vərəqəsi;

    – Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

    – Şəxsiyyəti təsdiq edən sənədin əsli:

    a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

    b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

    – Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

    İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 1057, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 382 şagirdin iştirakı nəzərdə tutulur. 107 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verir.