Month: September 2021

  • Avropada mavi yanacağın qiymətində tarixi rekord qeydə alındı

    Avropa bazarlarında təbii qazın qiymətindəki artım davam edir.

    London əmtəə birjasındakı (ICE) bugünkü ticarət sessiyasında oktyabrda tədarük olunacaq mavi yanacağın 1 000 kubmetrinin dəyəri 650 dolları ötüb.

    Tarixi rekord 658.7 dollar səviyyəsində qeydə alınıb.

    Bahalaşmaya səbəb Avropada qaz ehtiyatlarının azalması, həmçinin “Şimal axını 2” layihəsilə bağlı yayılan xəbərlər səbəb olub.

  • Mədəniyyət nazirinin müavini bəlli oldu – Prezidentdən SƏRƏNCAM

    Azərbaycanın mədəniyyət nazirinə birinci müavin təyin olunub.

    Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, Elnur Əli oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini təyin edilib.

    Elnur Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançestr Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini almışdır.

    E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışmışdır. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında işləyib.

    Son təyinata qədər Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.

    2020-ci il avqustun 12-dən mədəniyyət nazirinin müşaviri vəzifəsində işləyib.

  • İslam fundamentalizmi Qərb üçün başlıca təhükə elan edildi

    Britaniyanın keçmiş Baş naziri Toni Bler islam fundamentalizmini ölkəsi və bütövlükdə Qərb üçün başlıca təhlükə mənbəyi hesab edir.

    Bu barədə o, təhlükəsizlik və müdafiə məsələlərinin araşdırılması üzrə Birləşmiş Krallıq İnstitutunda (RUSI) çıxışı zamanı bildiirb. Keçmiş hökumət başçısı Qərb ölkələrini funsamentalist ideologiya ilə mübarizədə vahid yanaşma formalaşdırmağa çağırıb.

    Blerin sözlərinə görə, son nəticədə inqilabi kommunizm kimi, islam fundamentalizmi də sərt və yumşaq gücdən istifadə etməklə məğlub ediləcək.

  • Qəddafinin qalıqları qəbiləsinə təhvil veriləcək

    Liviyanın keçmiş lideri Müammar Qəddafinin qalıqları yenidən basdırılması üçün qəbiləsinə təhvil veriləcək.

    Bu barədə ailə üzvləri və qəbilə ağsaqqalları arasında razılıq əldə olunub.

    Qeyd edək ki, Qəddafi 2011-ci ilin oktyabrın 20-də doğma şəhəri Sirt uğrunda gedən döyüşlər nəticəsində üsyançıların əlinə keçib və qətlə yetirilib.

    Onun qəbri uzun illlər gizli saxlanılıb.

  • Rəsmi qəzet bu qurumları “yıxıb-sürüdü”: “Pandemiyadan sui-istifadə etdilər”

    Rəsmi  dövlət qəzetin “Azərbaycan”da bu gün dərc olunan “Tibdə biganəlik və məsuliyyətsizlik ölümlə nəticələnə bilir” başlıqlı məqalədə TƏBİB və Səhiyyə Nazirliyi sərt tənqid olunub.

    “Yeni Sabah” xəbər verir ki, geniş araşdırma materialında bu dövlət qurumlarının pandemiya sınağından çıxa bilmədiyi və xəstələrə bərbad xidmət göstərdiyi qeyd edilir: “Pandemiyadan “faydalanma” halları yalnız dərman təminatı ilə bağlı deyil. Problem həm də virusa yoluxan şəxslərin ixtisaslaşdırılmış xəstəxanalara stasionar müalicə üçün yerləşdirilməsi ilə bağlıdır. 

    Ötən ilin dekabrında koronavirusdan dünyasını dəyişən həmkarımız – “Azeri Defence” hərbi-texnoloji jurnalının təsisçisi və baş redaktoru Rəşad Süleymanovun da ölümünə gətirib çıxaran əsas səbəb onun xəstəxanada yer tapa bilməməsi olub. Bunu R.Süleymanovun həyat yoldaşı Zümrüd Süleymanova acıqlayıb: “Rəşadın səhhəti hər gün ağırlaşırdı. İki dəfə Rəşadı “Semaşko”ya (Kliniki Tibbi Mərkəzə) apardılar. Amma yer olmadığı üçün evə qaytardılar. O, daha sonra evdə vəfat etdi””.

    Məqalədə qeyd edilir ki, “Yeni klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasovun qurumun digər vəzifəli şəxsləri ilə əlbir olaraq hər bir koronavirus xəstəsinin yerləşdirilməsi əvəzində onların yaxınlarından 3000-3500 manat rüşvət tələb etməsi vəzifəli şəxslərin hazırkı şəraitdən faydalanmasını təsdiq edən faktlardan yalnız biridir.

    Fövqəladə Hallar Nazirliyinin Bakının Zığ qəsəbəsində yerləşən Modul Tipli Xəstəxanasının baş həkimi İmran Ağayev və digər vəzifəli şəxslərin də koronavirus xəstələrinin həmin tibb müəssisəsində yerləşdirilməsi, eləcə də müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi təminatla təchiz edilmələri əvəzində müxtəlif məbləğlərdə rüşvət alması da öz təsdiqini tapan faktlardandır.

    “Xəstələrin tibb müəssisələrinə stasionar müalicə üçün rüşvətlə yerləşdirilməsi ilə bağlı iddiaları qəbul etməyən TƏBİB isə sorğumuza verdiyi cavabında bildirir ki, virusa yoluxmuş şəxslərin stasionar müalicəsi dövlət xəstəxanalarında heç bir ödəniş olmadan həyata keçirilir. Vətəndaşdan rüşvət alınması ilə bağlı fakta əsaslanan şikayət daxil olduqda bu hal onlar tərəfindən araşdırılır. Eyni zamanda hüquq mühafizə orqanları tərəfindən qanunla müəyyən olunmuş cəzalar tətbiq edilir.

    Təki TƏBİB söyləyən kimi olaydı. Amma gördüklərimiz, eşitdiklərimiz, bəzən isə yaşadıqlarımız tam əksini deyir axı…”

     Yazıda qeyd edilir ki, pandemiya başlayandan müşahidə edilən vəziyyət, insanların şikayətlərinin məzmunu onu deməyə əsas verir ki, məsul qurumlar üzərlərinə düşən işin öhdəsindən  lazımınca gələ bilmirlər. Xəstələrin böyük əksəriyyəti TƏBİB və Səhiyyə Nazirliyinin onlara laqeyd münasibətindən razı deyillər.

    “Bu münasibətinsə səbəbi demək olar ki, eynidir – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 24 saat işlədiyi deyilən 1542 nömrəli “Çağrı mərkəzi”nin saatlarla zənglərə cavab verməməsi, bir çox sahə həkimlərinin xəstələrlə maraqlanmaması, götürülən yaxmanın cavabının gecikdirilməsi, eyni şəxsin verdiyi analiz nəticələrinin fərqli olması, dərmanların verilməməsi və s.”.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mövzu haaqda qəzetə açıqlamasında deyib ki, bəzi məmurlar pandemiyadan sui-istifadə etdilər. Vahid Əhmədov qeyd edir ki, pandemiya şəraitində insanların ən çox üz tutduğu dərman bazarında da vəziyyət çox acınacaqlıdır. Deputat koronavirusun müalicəsi üçün lazım olan dərmanların qiymətlərinin yüksəkliyi, ümumən dərman bazarı ilə bağlı onlara çox sayda şikayətlərin edildiyini söyləyir.

    Bəzi dərmanların qiymətinin təsəvvür edilməyəcək qədər baha olduğunu açıqlayan V.Əhmədov əlavə edir ki, Türkiyə ilə Azərbaycandakı dərmanların qiymətləri arasında 4-5 dəfə fərq var. Vergi, gömrük xərcləri nəzərə alındıqdan sonra da dərmanların qiymətləri arasında bu qədər fərqin olması real deyil.

    “Ölkəmizdə dərmanlarla bağlı acınacaqlı vəziyyət var, bu sahədə faktiki olaraq monopoliyadır. Koronavirusdan öz mənfəətləri üçün kifayət qədər istifadə edən insanlar, məmurlar oldu”.

    Yazı bu cümlələrlə bitir: “Əfsuslar olsun ki, əlaqədar qurumlar və onların rəhbərləri hazırkı mərhələnin həssas bir dövr olduğunu, hər bir səhvin, diqqətsizliyin, laqeydliyin insan həyatı üçün böyük problemlər yarada biləcəyini yetərincə başa düşmürlər. Əks halda nə ölkədə yuxarıda sadalanan problemlər, nə də bu problemlərə görə haqlı vətəndaş narazılığı olardı.

    Bu narazılıqların aradan qaldırılmasının yeganə yolu isə səhiyyə sistemindəki hər bir məmurun öhdəsinə düşən işin mahiyyətini dərk etməsi və yaranan problemləri həll etməsidir. Prezident İlham Əliyevin dövlət məmurlarından əsas tələblərinə əməl olunsa, əlbəttə ki, ortaya da bu qədər problem çıxmaz və qeyd etdiyimiz kimi, bu acı mənzərə yaranmaz”.

  • В Грузии от коронавируса выздоровела 111-летняя пациентка

    В Грузии от коронавирусной инфекции вылечилась 111-летняя пациентка, сегодня она покинет Республиканскую больницу, сообщили журналистам в пресс-службе клиники.

    Пожилая женщина была госпитализирована 12 дней назад. По словам врачей, она следовала всем рекомендациям медиков и прошла полный курс лечения.

    В клинике находится и ее 80-летний сын. Его состояние стабильное.

    Источник: Sputnik Грузия

  • Gürcüstanda 111 yaşlı qadın koronavirusa qalib gəldi

    Gürcüstanda koronavirus infeksiyasından sağalan 111 yaşlı xəstə sentyabrın 6-da Respublika Xəstəxanasını tərk edəcək.

    Yaşlı qadın 12 gün əvvəl xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, o bütün tövsiyələri yerinə yetirib və tam müalicə kursu keçib.

    Onun 80 yaşlı oğlu da klinikadadır. Həmin şəxsin vəziyyəti stabildir və özünü daha yaxşı hiss edir.

  • Deputat başçıya zəng etdi: Etibar Yusifov dərhal cəzalandırılsın!

    Oğuz rayonunda şəhidlərimizə və dövlət atributumuza qarşı edilən hörmətsizlikdən xəbərdaram. Az əvvəl icra başçısı Eyvaz Qurbanovla danışdım və bu hörmətsizliyi edən şəxsin şəhid ailələrindən üzr istəməsini və ciddi şəkildə cəzalandırılmasını tələb etdim.

    Bu sözləri Axar.az-a açıqlamasında Oğuz rayonunun deputatı Aqiyə Naxçıvanlı sözügedən rayonun icra başçısının müavini Etibar Yusifovun şəhidlərimizin məzarı üzərindən əklil və bayraqlarımızın zibilliyə atılması ilə bağlı “əmr”indən danışarkən deyb. Deputat bildirib ki, məsələ diqqətindədir:

    “Mənə orada təmir işlərinin getdiyini, əklil və bayraqların buna görə götürüldüyünü demişdilər. Amma təbii ki, bunlar bəhanədir və istənilən halda şəhid ailəsinə qarşı bu cür hörmətsizlik qəbuledilməzdir.

    Bir az əvvəl icra başçısı Eyvaz Qurbanovla danışdım. Etibar Yusifov adlı bu şəxsin şəhid ailələrindən üzr istəməsini və onun çox ciddi şəkildə cəzalandırılmasını tələb etdim.

    Şəhidlər bizim üçün müqəddəsdir, onlara toxunmaq, onlarla bu cür “zarafat”lar eləmək olmaz. Təmir məsələsi doğrudursa, valideynlər dərhal çağırılmalı, onlara bu addımı atacaqları ilə bağlı məlumat verilməli idi. Bu diqqətsizliyə, hörmətsizliyə yol verilməməli idi.

    Bu insanlar hələ özlərinə gəlməyib, yaraları hələ çox təzədi. Bu ağrıların üzərindən bir də bu cür hörmətsizlik etmək yolverilməzdir.

    Hazırda bir neçə təşkilat və şəxsən mən özüm bu məsələ ilə məşğulam. Etibar Yusifov kimdir, bilmirəm. İstənilən halda kimdir, kim olur-olsun, öz töhmətini, cəzasını mütləq almalıdır!”

    Qeyd edək ki, Oğuz rayonunda şəhidimiz Məhəbbət Paşayevin atası Vaqif Paşayev rayonun Şəhidlər Xiyabanında şəhid məzarları üzərindən təzə əklillərin və bayrağımızın zibilliyə tullanmasını əks etdirən video paylaşıb.

  • Başçı müavini bayrağımızı zibilliyə atdırdı – Video

    Oğuz rayon İcra Hakimiyyəti tərəfindən 2-ci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımıza qarşı inanılmaz addım atılıb.

    Bu barədə Axar.az-a şəhidlərimizin qohumları məlumat verib.

    Bildirilib ki, avqustun 29-u Oğuz rayon Şəhidlər Xiyabanında şəhidlərimizin məzarı üzərinə qoyulan əklil və bayraqlar sökülərək, yaxınlıqdakı zibilliyə atılıb.

    Sakinlər bildirib ki, əklillərin məzardan götürülməsi əmrini icra başçısının müavini Etibar Yusifov verib.

    Şəhid valideynləri İcra Hakimiyyətindən bunun səbəbini öyrənməyə çalışanda Etibar Yusifov ”əcəb etmişik” deyib.

    Oğuz Rayon İcra Hakimiyyətindən saytımıza verilən məlumata görə, icra başçısı bu məsələ ilə bağlı məlumatlandırılıb:

    “Araşdırma aparılır. Tezliklə məsələ öz həllini tapacaq”.

    Şəhid məzarı üzərindən əklilləri, dövlət bayrağımızı götüzdürərək yaxınlıqdakı zibillik əraziyə tullanması göstərişini verən Etibar Yusifov isə zənglərimizə cavab vermədi.

    Qeyd: Video şəhid Məhəbbət Paşayevin atası Vaqif Paşayev tərəfindən qeydə alınıb.

  • Талибы предписали обязательное ношение никаба для студенток частных университетов

    Захватившее власть в Афганистане радикальное движение “Талибан” обязало студенток частных университетов носить никаб – полностью закрывающий лицо головной убор с прорезью для глаз.

    В документе, опубликованном талибами, содержатся и другие указания относительно организации работы учебных заведений. Так, новый приказ содержит требование разделять классы по полу, а если это невозможно, отделять мужчин от женщин занавесом и использовать отдельные входы и выходы.

    Также преподавать девушкам должны только женщины или “пожилые мужчины” с хорошей репутацией.

    “Университеты обязаны набирать женщин-преподавателей для студенток в зависимости от их возможностей”, – говорится в документе.

    Кроме того, афганских студенток обяжут покидать занятия раньше на пять минут и ожидать, пока учебное заведение покинут соученики-мужчины.

    Несмотря на ограничения, пожелавший остаться неназванным университетский профессор назвал сам факт того, что афганским девочкам и девушкам позволено продолжать учиться, “большим позитивным шагом”.