Month: September 2021

  • Rauf Məmmədov Avropa çempionatında altıncı olub

    İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatı başa çatıb.

    Azərbaycan şahmatçısı Rauf Məmmədov 7,5 xalla 6-cı yeri tutub. Onunla eyni xalı toplayan Nicat Məmmədov əlavə götəricilərə görə 17-ci pillədə qərarlaşıb. Digər şahmatçılarımızdan Nicat Abbasov 6,5 xalla 42-ci, Aydın Süleymanlı 6 xalla 67-ci, Read Səmədov isə 5,5 xalla 91-ci olub.

    On bir turdan ibarət turnirin qalibi Rusiya təmsilçisi Anton Demçenko olub.

  • Bekhemin futbolçu oğlu ilk peşəkar müqaviləsini imzalayıb

    İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemin oğlu Romeo Bekhem karyerasında ilk peşəkar müqaviləsini imzalayıb.

    19 yaşlı oyunçu ABŞ çempionatının üçüncü divizionunda çıxış edən “Fort Loderdeyl” klubuyla razılaşıb.

    Adıçəkilən kollektivin Devid Bekhemə məxsus olan və əsas birincilikdə iştirak edən “İnter Mayami” klubunun ehtiyat komandası olduğu bildirilib.

  • Türkiyədə daha iki göl qurudu

    Türkiyədə isti hava şəraiti səbəbindən quruyan göllərin sayı artıb.

    Belə ki, ölkənin Konya və Afyonqarahisar bölgələri arasında yerləşən Ağşəhər gölünün suyu tamamilə buxarlanıb.

    Göldən geriyə yalnız çatlarla örtülü geniş torpaq səhəsi qalıb.

    Bir vaxtlar 5-6 metr dərinliyində olan gölün qurumasında nizamsız suvarmanın da rolu olduğu bildirilib.

    Bununla yanaşı, Adananın suvarma və enerji təchizatında mühüm əhəmiyyətə malik Seyhan bənd gölündə də sular qeybə çəkilib. Su hövzəsinin quruması nəticəsində sahildən yüz metrlərcə uzaqda olan Sevgi adasına aparan yol illər sonra yenidən ortaya çıxıb.

    Mənbə: TRT

  • От коронавируса скончалась врач Шекинской ЦРБ

    Врач-гинеколог Шекинской центральной районной больницы (ЦРБ) Расима Джаббарова скончалась от коронавирусной инфекции.

    В связи с положительным тестом на COVID-19 медик проходила лечение в больнице, однако, несмотря на все усилия, врачам не удалось спасти ее.

  • Azərbaycanda həkim koronavirusdan ölüb

    Şəkidə həkim koronavirusun qurbanı olub.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu 1957-ci il təvəllüdlü Rasimə Cabbarova dünən müalicə aldığı xəstəxanada koronavirusdan həyatını itirib.

    Məlumata görə, o, bir müddət əvvəl COVID-19 virusuna yoluxub.

    Qeyd edək ki, 64 yaşlı R. Cabbarova Şimal-qərb bölgəsində tanınmış ginekoloq olub.

  • Türkiyədə əkiz bəylər əkiz gəlinlərlə evləndi

    Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb.

    Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub.

    Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib.

    O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib.

    Məclis iştirakçıları hər iki cütlüyə xoşbəxtlik arzulayıblar.

  • İcra başçısı xarici sahibkarın ailəsinə təzyiq edir? – AÇIQLAMA

    Əcnəbi vətəndaş Yevlax Rayon İcra Hakimiyyətindən narazıdır.

    Edit Arxadyevna adlı İsrail vətəndaşı Oxu.Az-ın redaksiyasına müraciət edərək bildirib ki, 11 ailə üzvi ilə Yevlaxda yaşayırlar, gəlir yerləri olan karxananın işləməsinə maneə olunur:

    “Bizə uzun müddətdir Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tərəfindən təzyiqlər olur. Nəticədə 11 yəhudi ailəsi işsizdir. Mənim 70-dən yuxarı yaşım var və üç dəfə qəbuluna getmişəm, amma icra başçısı məni qəbul etmədi”.

    O iddia edib ki, Anar Tagıyev onun kürəkənini qəbula çağıraraq bərabər işləmək təklif edib:

    “Bizi qəbul etmədikdə isə ailəmizin tək gəlir yerini təzyiq edərək bağlatdırıb. Dəfələrlə bizdən rüşvət tələb edib”.

    Məsələ barədə Yevlax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

    İH-dən Oxu.Az-ın sorğusuna cavab oalraq bildirilib ki, adı çəkilən karxana faktiki olaraq müraciət edən Edit Arxadyevnanın kürəkəni Mirzəyev Cavanşir Məhəmmədəli oğluna məxsusdur:

    “Karxana C.Mirzəyev tərəfindən işlədilib, müqavilə müddəti 2021-ci ilin martin 3-də bitib. Ölkə ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının respublikanın ekoloji təhlükəsizliyinə və infrastruktur obyektlərinə mənfi təsirinin təhlili və təkliflərin verilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 2017-ci il tarixli 17/2322-31/12/10 nömrəli tapşırığına əsasən Fövqaladə Hallar Nazirliyinin çağırışı ilə yaradılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər adiyyəti qurumların mütəxəssislərindən ibarət komissiya tərəfindən yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə qeyd olunan karxanalarda və çay hövzələrində 12 iyun 2017-ci il tarixdən 31 iyul 2017-ci il tarixədək monitorinq keçirilmiş və müvafiq araşdırma işləri aparılıb.

    Araşdırma zamanı məlum olub ki, qum karxanasının sahibi normativ şərtlərə riyayət etməyərək, iki ədəd torpaq sovuran qurğunu Kür çayının məcrasında quraşdırıb, çayın yatağının sahil boyu genişlənməsi müşahidə olunub və ekoloji tarazlığın pozulması təsdiqlənib. Sahibkar tərəfindən eyni zamanda istismar norma və qaydalara əməl olunmadığından Kür çayında fauna və floraya ziyan vurulduğu müəyyən edilib”.

    “Qeyd olunanlarla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib, hazırda fakt əsasında Cinayət Məcəlləsinin 255.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmış, istintaq davam etdirilir. C.Mirzəyev müqavilə vaxtının başa çatmasına baxmayaraq fəaliyyətini davam etdirib.

    Eyni zamanda, C.Mirzəyev digər ərazidə Dövlət Meşə Fonduna məxsus ərazidə qeyri qanuni olaraq qum hasilatı ilə məşğul olub, Yevlax Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərini hədələyib şər-böhtan ataraq qanunsuz istifadə etdiyi əraziyə sənəd verilməsini tələb edib.

    Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyati qurumları tərəfindən C.Mirzəyevin gördüyü qanunsuz işlər araşdırılır.

    Məsələ ilə əlaqədar müxtəlif instansiyalara müraciət edən C.Mirzəyevin qayınanası Edit Arxadyevna, Quba rayonundan Azərbaijan Jewish Medianın direktoru və Sumqayıt Yahudilərinin dini icma təsisçisi kimi təqdim edən Nasimi Abilov Yevlax Şəhər İcra Hakimiyyətinə dəvət edilib, onlara aidiyyəti üzrə məsul şəxslər tərəfindən izah edilib ki, C.Mirzəyevin sənəd tələb etdiyi ərazi Dövlət Meşə Fonduna aiddir, Şəhər İcra Hakimiyyətinə aid deyil”, – deyə qurumdan qeyd edilib.

  • Ronaldo karantində qalacaq

    Portuqaliya millisinin üzvü və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo beş gün karantində qalacaq.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya mtbuat məlumat yayıb. “Qırmızı şeytanlar” millinin düşərgəsindən ayrılıb, Mançesterə gələn 36 yaşlı hücumçu üçün yerli hökumətə karantinin ləğv edilməsi ilə bağlı müraciət etsə də, müsbət cavab almayıb.

    Portuqaliyalı hücumçu koronavirus testi mənfi çıxdıqdan beş gün sonra komanda ilə məşqlərə başlaya biləcək.

    Qeyd edək ki, Ronaldo millinin heyətində İrlandiyaya qarşı görüşdə (2:1) sarı vərəqə alaraq cəzalı duruma düşdüyünə görə, sentyabrın 7-də Azərbaycan yığması ilə oyun üçün Bakıya gəlməyəcək.

  • İranda koronavirusa yoluxan 101 və 103 yaşlı bacılar sağaldı

    İranın Minab şəhərində koronavirusa yoluxan 101 və 103 yaşlı bacılar müalicə aldıqdan sonra sağalıblar.

    Hazırda onlar evə buraxılıb və özlərini yaxşı hiss edirlər.

  • Bakıda 35 yaşlı qadın yol qəzasında xəsarət alıb

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

    İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1986-cı il təvəllüdlü Məmmədova Vüsalə Tofiq qızı xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.