Month: September 2021

  • Azərbaycanda məktəb direktoru vəfat etdi – FOTO

    Masallıda məktəb direktoru vəfat edib.

    Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

    Belə ki, rayonun Təzə Alvadı kənd 2 saylı tam orta məktəbin direktoru, Hüseynov Saleh Məmmədrəsul oğlu dünyasını dəyişib.

  • В Баку автомобиль сбил пешехода

    В Хатаинском районе Баку произошло ДТП, сообщает Report.

    Автомобиль сбил переходившего дорогу Хакима Абдуллаева (1985 г.р.).

    Пострадавший был госпитализирован.

    По данному факту ведется расследование.

  • Bakıda avtomobil yolu keçən piyadanı vurub

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

    Avtomobil yolu keçən 1985-ci il Abdullayev Hakim Hamlet oğlunu vurub.

    Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • ““Xankəndiyə girməliydik, hakimiyyət xəyanət etdi” deyənlər…”

    “Dünyanın müxtəlif ölkələrində iqtidar-müxalifət münasibətlərini incələyərkən məlum olur ki, iqtidarı əvəz edən müxalifət həmişə problemləri sadalamaqla qalmır, həm də alternativləri göstərir, insanları buna inandırır – bu zaman dəyişikliklər labüd olur”.

    “Yeni Sabah” xəbər verir ki, bu sözləri REAL üzvü, ekspert Natiq Cəfərqli qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda müxaliflik anlayışını İlham Əliyevin adını çəkmək qədər bəsitləşdiriblər, guya, müxalifət olmaq hər çıxışında, yazında Əliyevin adının neçə dəfə çəkilməsi ilə ölçülürmüş və ya çıxışlarda daha kəskin danışmaqla olurmuş:

    “Bu kökündən ziyanlı, mənasız yanaşmadır. Əslində hansısa rayonda icra başçısını tənqid etmək ölkə miqyasında Əliyevi tənqid etməkdən daha təhlükəlidir – icra başçısı həmən hərəkətə keçib rayonda yaşayan tənqidçinin başına min oyun aça bilir.

    Mənim anlayışmda müxalifətçilik tək problemləri dilə gətirmək deyil, həm də və daha çox çözüm yolları göstərmək, ortaya alternativ həll yolları qoymaqdır.

    Məsələn, bəzi “siyasətçilər” var, deyirlər ki, Əliyev 10 noyabrda ordunu saxlamamalı, Xankəndiyə girməli idi, Rusiya ilə üçtərəfli sazişi imzalamamalı, “sülhməramlıları” ölkəyə buraxmamalı idi. Bunu demək asandır, çünki xalq qarşısında, tarix qarşısında məsuliyyətin yoxdur, amma bunu deyən adam nəticələrini də analiz etməli, özünü prezident, iqtidar kimi aparmağı, düşünməyi, davranmağı bacarmalıdır. Populistlər isə sadəcə birinci məsələni deyir, arxasında durmağı bacarıb-bacarmamağı haqqında heç nə söyləmirlər, çünki onların böyük əksəriyyətinin iqtidar olmağa nə bacarığı, nə də şansları var – sadəcə boş-boş danışırlar”.

    N.Cəfərli bildirib ki, rus sülhməramlılarının ölkəyə daxil olması dövlətimiz üçün böyük problemdir, bu məsələni xalq və dövlət olaraq yaxın illərdə həll etməyi bacarmalıyıq:

    “Amma bu suala cavab axtaraq: Xankəndi və ətrafında 2 minə yaxın “sülhməramlıların” olması daha böyük problemdir, yoxsa 44 günlük Vətən savaşından öncə torpaqlarımızın Ermənistan tərəfindən 26 il işğalda saxlanılması daha böyük dərd, problem idi?! Xankəndi və ətrafında müvəqqəti yerləşən Rusiya “sülhməramlılarını” tərəzinin bir gözünə qoyaq, digər gözünə isə Hadrutu, Şuşanı, Kəlbəcəri, Zəngilanı, Qubadlını, Laçını, Füzulini, Ağdamı, Cəbrayılı, əsgərimizin qolu gücünə azad edilmiş yüzlərlə kənd-qəsəbələrimizi, 127 km İran, 400 km-ə yaxın Ermənistan sərhəd xəttini qoyaq: hansı daha agır gələr?! Yaxşı, “10 noyabrda Xankəndiyə girməliydik, hakimiyyət xəyanət etdi” deyənlər həmin situasiyada nə edərdilər?!

    Məgər anlamırlarmı ki, zatən rus girəcəkdi, imzasız, sənədsiz Azərbaycan ərazisinə daxil olacaqdı, “ermənilər genosidə uğrayır” deyib dünyanın da susqunluğunu arxalarına alıb, Bakıya qədər belə gələ bilərdilər – bunu nəzərə almırlarmı?! Sual vermirlərmi ki, Naxçıvanda rus vertolyotu nədən qəsdən vurduruldu?! Ona görə ki, imza atmasaydıq, bu, savaş bəhanəsi olacaqdı! Xırdalana qədər uçan raketlər nə üçün idi?! Bunu bilmirlərmi?! Boğazdan yuxarı “Türkiyə yanımızdadır, Rusiya girməzdi” deyənlərin ağlına şübhə ilə yanaşmaq haqqımız deyilmi?! Bəyəm anlamırlarmı ki, NATO üzvü olan Türkiyə heç vaxt açıq savaşda Rusiya ilə üzbəüz gəlməz, gələ bilməz?! Və ya “Avropa, ABŞ, Qərb qoymazdı Rusiya Azərbaycana qoşun yeritsin” deyənlər səmimidirlərmi?! Bəyəm Rusiya “Ermənilər genosidə uğrayırlar, biz onları xilas etmək üçün giririk” desəydi, AB, ABŞ buna etirazmı edəcəkdi?! Qarşısınımı kəsəcəkdilər?! Tam tərsinə, oralardan da “genosid nağılları” yüksələcəkdi. Bunu deyən insanlar 2008-də Tiflisin 26 km-nə qədər gələn Rusiya tanklarını nə tez unutdular?! Bunu söyləyənlər Krımın, Donbasın taleyini görmürlərmi?! Tutalım, Qərb qarşı çıxacaqdı, nə edəcəkdi?! Yenə sanksiyalar qoyacaqdı Rusiyaya qarşı?! Bunun bəyəm effektsiz olduğunu görmürlərmi?! Hətta Qərb siyasətçilərinin, analitiklərinin bir çoxu sanksiya siyasətinin iflasa uğradığını etiraf edirlər, bizim bəzi populistlər isə bunu görməzdən gələcək qədər primitivdilər.

    İlham Əliyevin, indiki iqtidarın daxili siyasəti, sosial-iqtisadi siyasəti bərbaddır – vizion yox, addımların ardıcıllığı və effekti yox, sosial prorlemlər günbəgün artır. Xarici siyasətdə də AB ilə müqavilənin, Türkiyə ilə Hərbi-Tədris mərkəzlərinin yaradılmasının gecikdirilməsi səhvdir – bu məsələlərdə Əliyev iqtidarını sərt tənqid etmişik, edirik, edəcəyik də! Amma həm də alternativləri göstərməklə bu yolu getməyə çalışırıq.

    Sırf Qarabağ mövzusunda, sırf Rusiya “sülhməramlılarının” ölkəyə, heç olmasa, sənədlə, müqavilə ilə, bəlli “deadline” ilə gəlməsinə razılığın olması çox pislə pis arasında seçim kimi idi. Və başqa yol yox idi, görünmürdü, “başqa yol var” deyənlər varsa, çıxıb səmimi şəkildə bunu ictimayyətlə bölüşsünlər, daha boğazdan yuxarı danışıb siyasətin keyfiyyətini aşağı salmasınlar.

    Bu gün Füzuli Hava Limanına uçan təyyarə ilə bağlı 1 il öncə, 2020-nin sentyabında xəyal belə qura bilməzdik – bu gün reallığa çevrildi. Bu xəyalın gerçəkliyə çevrilməsinə görə Şəhidlərimizə, Qazilərimizə burcluyuq. Onlar qarşısında daha bir borcumuz odur ki, 2025-ci ilə qədər ölkə ərazisində Rusiya “sülhməramlıları” qalmasın – bunun üçün hər kəs əlini daşın altına qoymağa hazır olmalıdır, bu bizim həyati, ən vacib hədəfimizə çevrilməlidir. Bu hədəfə çatmaq üçün ən böyük məsuliyyət isə iqtidarın üzərinə düşür – “islahat oyunlarını” boş verib səmimi şəkildə qəliz və effektiv yeni idarəetmə sisteminə keçməklə bağlı qərar verməlidir – başqa yol yoxdur…”

  • В Хырдалане 44-летнему мужчине нанесли пять ножевых ранений

    В городе Хырдалане произошла поножовщина, передает Report.

    Абдулла Оруджев (1977 г.р.), получивший в ходе конфликта пять ножевых ранений, был госпитализирован.

    По данному факту проводится расследование.

  • Abşeronda 44 yaşlı kişiyə 5 bıçaq zərbəsi vurulub

    Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

    Mübahisə zəminində bıçaqlanan 1977-ci il təvəllüdlü Orucov Abdulla Cümşüd oğlu təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Müayinə zamanı ona bədənin müxtəlif nahiyələrində beş ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Birinci MDB Oyunlarında Azərbaycan komandası üçüncü pillədə qərarlaşıb

    Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında 3-cü günün yarışları başa çatıb.

    Azərbaycan təmsilçiləri bu gün 3 növdə mübarizə aparıblar. Belə ki, kəmər güləşində təsnifat və medal görüşləri keçirilib. Bu növdə kişilərdən Nahid Vəliyev (57 kq) və Məhərrəm Eyvazov (68 kq), qadınlardan isə Sənubər Nəbiyeva (66 kq) və Aytəkin Paşazadə (76 kq) çıxış edib. Onlardan yalnız S.Nəbiyeva cəmi bir görüşdə qalib gələrək bürünc medala layiq görülüb. Bu, həm də Azərbaycanın gün ərzində qazandığı yeganə medal olub. Qalan pəhləvanların hamısı bütün qarşılaşmalardan məğlub ayrılıblar.

    Tayboks növündə Musa Nuruzadə (57 kq) və Məhər Əsədzadə (63,5 kq) təsnifat görüşünə çıxıb. M.Nuruzadə döyüşündən məğlub ayrılsa da, M.Əsədzadə erməni rəqibini vaxtından əvvəl nokautla udub.

    Basketbolun 3X3 növündə B qrupunda yer alan Azərbaycan millisi isə iki görüş keçirib. İlk qarşılaşmasında Qırğızıstana 16:10 hesabı ilə qalib gələn yığma, növbəti matçında Belarusa uduzub – 12:20. Samit Nuruzadənin baş məşqçi olduğu kollektivdən ən çox xalı Əndər Poladxanlı yığıb. O, Qırğızıstanla görüşdə 9, Belarusla oyunda 4 xal toplayıb.

    Sentyabrın 6-da keçiriləcək yarımfinal görüşündə Azərbaycanın rəqibi Rusiya olacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Digər yarımfinal qarşılaşmasında isə Belarus komandası Özbəkistanı sınağa çəkəcək.

    Bu nəticələrdən sonra Azərbaycan Oyunlarda 6 qızıl, 4 gümüş və 12 bürünc medal qazanaraq ümumi hesabda 9 iştirakçı ölkə arasında 3-cü pillədə qərarlaşıb. İkinci yerə 33 medalla (13 qızıl, 12 gümüş, 8 bürünc) Özbəkistan yüksəlib. Birinci pilləni isə 60 medalla (34 qızıl, 14 gümüş, 12 bürünc) Rusiya tutub.

  • “Qalatasaray”ın qadın futbolu komandası yaradıldı

    Türkiyənin “Qalatasaray” klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib.

    O, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib.

    Onun sözlərinə görə, qadının yaşıl meydanlarda yer alması futbolu daha estetik və daha gözəl bir idman növünə çevirəcək.

    Artıq komandaya baş məşqçi də təyin olunub. Bu, vaxtilə milli komandada çalışmış Nurcan Çəlikdir.

    Qeyd edək ki, iki dəfə xərçəngə qalib gəlmiş futbol mütəxəssisi Türkiyə futbolunda güclü qadın rəmzinə çevrilib.

    //“Haber Global”

  • Amsterdamda antikovid nümayiş keçirilib

    Niderlandın paytaxtında minlərlə şəxs koronavirus qaydalarına etiraz edib.

    Nümayişçilər şəhərin mərkəzilə 7 kilometrlik yürüş ediblər.

    Dam meydanında sona çatan tədbir insidentsiz başa çatıb.

    Yürüşün təşəbbüskarı indiyədək bir neçə antikovid aksiyaya imza atmış Mişel Reykinqa olub.

    Etirazçılar məhdudlaşdırıcı tədbirlərlə yanaşı, vaksinasiya əleyhinə də şüarlar səsləndiriblər.

  • Sinqapurda ilk robokop xidmətə başlayıb

    Sinqapurda “Xavyer” adlı polis robotu xidmətə başlayıb.

    O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub.

    Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək.

    “Xavyer” təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq.

    O, ictimai yerlərdə siqaret çəkmək, qeyri-qanuni ticarət, piyada yollarında skuter sürmək kimi qayda pozuntularını qeydə alacaq. Robot müvafiq görüntüləri real vaxt rejmində birbaşa polis bölmələrinə ötürəcək.