Month: September 2021

  • Qonşu ölkələrdə təhsil bu formada olacaq – Azərbaycanda isə bəlli deyil

    15 sentyabra – Bilik Gününə sayılı günlər qalır. Ancaq Azərbaycanda tədrisin distant yoxsa ənənəvi olacağı ilə bağlı müəmmalı vəziyyət davam edir.

    Qonşu ölkələr artıq tədrisin necə başlayacağı ilə bağlı qərarları verib:

    İran – Distant
    Gürcüstan – Distant
    Ermənistan – Distant
    Rusiya – Ənənəvi
    Türkiyə – Ənənəvi

    Nəzərə alsaq ki, sentyabrın 15-i dərslər başlayır, bu zaman dərslərin ənənəvi formada keçirilməsi ilə bağlı qərar verilsə, valideynlərin işi çətin olacaq.

    Çünki qısa vaxt ərzində şagirdlər üçün məktəb ləvazimatları, paltarlar alınmalıdır.

    Azərbaycan Təhsil Nazirliyi ötən həftə qeyd edib ki, yaxın günlərdə qərar açıqlanacaq. Ancaq 10 gün qalmasına baxmayaraq heç bir qərar verilməyib.

  • Dənizdə batan gənc polis həmin gün 4 nəfəri ölümdən xilas edibmiş – TƏFƏRRÜAT

    Bakıda çimərlikdə boğulmaqda olan şəxsi sudan çıxarmaq istəyərkən həyatını itirən gənc polis əməkdaşı həmin gün 4 nəfəri ölümdən xilas edə bilib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonundakı “Mayak” çimərliyində baş verib. Əlahiddə Çevik Polis Alayının əməkdaşı, 21 yaşlı İbrahim Əlosmanov dənizə əslində çimməyə deyil, təsadüfən gedibmiş.

    Məlumata görə, polis əməkdaşı sahildə olarkən dənizdə bir ailənin 5 üzvünün boğulmaq təhlükəsilə üzləşdiyini görüb. Özünü itirməyən İ.Əlosmanov dərhal dənizə girib və ilk cəhddə ailənin iki üzvünü xilas edib. Daha sonra o, daha iki nəfəri ölümdən qurtarıb sahilə çıxarıb. Həmin vaxt xilas etdiyi şəxslərdən biri qəflətən epilepsiya keçirib və həmin şəxsin dili qatlanıb. Polis əməkdaşı bu prosesdə də özünü itirməyib və həmin şəxsin həyatını təkrar xilas edə bilib.

    Məlumatda bildirilir ki, İ.Əlosmanov 4 nəfəri xilas edəndən sonra yorulub taqətdən düşsə də, xilas edilənlər daha bir nəfərin dənizdə batmaq təhlükəsində olduğunu deyib. Yorğun olmasına baxmayaraq, polis əməkdaşı yenidən dənizə girərək həmin şəxsi də xilas etmək istəyib. Amma İ.Əlosmanov yorğun və halsız olduğundan sonuncu şəxsi xilas edə bilməyib. Dənizdə gücdən düşən polis əməkdaşı boğulan şəxsi tutsa da onu dənizdən çıxarmağa gücü çatmayıb. O həmin şəxsi köməksiz vəziyyətdə buraxmaq istəmədiyindən özü də onunla birlikdə boğulub. Küləkli hava şəraiti nəticəsində yaranan dalğa hər ikisini dənizin dərin yerinə atıb və onlar xilas ola bilməyiblər.

  • Türkiyədə qatarla mikroavtobus toqquşdu – 6 nəfər öldü, 6-sı yaralandı

    Türkiyənin Tekirdağ şəhərində qatarla mikroavtobusun toqquşması nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib.

    Daha 6 nəfərin də yaralandığı bildirilib.

    * * * * *

    Türkiyənin Tekirdağ şəhərində qəza hadisəsi baş verib.

    Hadisə Ergene bölgəsində olub.

    Bildirilib ki, yük qatarı ilə mikroavtobusun toqquşması nəticəsində 4 nəfər həyatını itirib.

    Daha 7 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

    Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

  • Badamdarda ağaclıq ərazi yanır

    Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə kol-kos və quru ot yanır.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

    Əlavə məlumat veriləcək

  • Azərbaycanda rəis müavini və atası koronavirusdan vəfat etdi

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) əməkdaşı və atası koronavirusdan vəfat edib.

    SHXÇDX-nin Zərdab rayon bölməsinin rəis müavini mayor Vüsal Mirzəyev və atası Cərulla Mirzəyev COVID-19-un qurbanı olub.

    Ata və oğul ötən gün vəfat edib.

  • Uşaqları koronavirusdan qorumaq üçün nə etmək lazımdır?

    Hazırda yeni növ koronavirusun (COVID-19) yenidoğulmuşlara və uşaqlara keçmə riski valideynləri çox narahat edir. Ona görə də tibbi maska, sosial məsafə və gigiyena qaydalarına riayət etməyin çox böyük əhəmiyyəti var.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-pediatк Nigar Mirzəyeva pandemiya dövründə uşaqları koronavirusdan qorumaq üçün bir sıra məsləhətlər verib:

    “Koronavirusdan qorunmaq üçün ən təsirli vasitələrdən biri tibbi maskalardan düzgün istifadədir. Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF 12 yaş və bu yaşdan yuxarı uşaqların maska taxmasının vacibliyi, 6 və 11 yaş arası uşaqların olduqları yerə uyğun və daşıdıqları riskə görə maska taxması, 2-5 yaş arası uşaqlar taxa bilirsə, maska taxmanın əhəmiyyətli olduğu, 2 yaşdan aşağı uşaqlara isə maska taxmağın vacib olmadığı, onların insanların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq tutulmasının vacibliyi barədə məqalələr yayımlayır.

    Pandemiya dövründə uşaqların psixoloji vəziyyətləri nəzərə alınaraq onların xoşuna gələcək nağıl və cizgi filmi qəhrəmanlarının şəkilləri olan maskalardan istifadə edilməsinə üstünlük vermək olar. Onlar bu maskaları üzərindəki təsvirlərə görə taxa bilərlər.

    Uşaqlar hər zaman valideyni örnək hesab etdikləri üçün onların yanında maskadan şikayət etmək, maskanın narahatlığından danışmaq lazım deyil. Əksinə, maskanın nəinki özümüzü, hətta ətrafımızdakıları da qorumaq üçün ən təsirli vasitələrdən biri olduğunu izah etmək vacibdir”.

    Təhlükəli xəstəlikdən qorunmaq üçün maska taxmaqla yanaşı, ondan düzgün istifadə də mühüm məsələdir. Xüsusilə 5 yaşdan kiçik uşaqlar maskadan düzgün istifadə edə bilmədikləri, maskaya əlləri ilə tez-tez toxunduqları üçün yoluxma riski yüksək ola bilir. Ona görə də bu yaş qrupunda valideynlərin köməkliyi ilə maskanın düzgün çıxarılması vacibdir.

    “Maska mütləq uşaqların yaşına uyğun ölçüdə olmalı, ağız və burun boşluğunu tamamilə tutmalıdır. Maskanı çıxartdıqda qulağa taxılan uclarından çıxarmaq vacibdir və eyni maskadan təkrar istifadə etmək olmaz. İstifadə olunmuş maska yerə atılmamalı, qapalı zibil qutularına tullanmalıdır.

    Yaxşı olar ki, pandemiya dövründə uşaqlar yalnız öz oyuncaqları ilə oynasınlar, qapalı məkanlara aparılmasınlar.

    Diqqət etmək lazımdır ki, uşaqlar başqa yerlərdə oynayarkən oyuncaqları ağızlarına vurmasınlar. Kistik fibrozis, onkoloji xəstəliyi olan, immun sistemi zəif olanlar digər uşaqlarla müqayisədə daha riskli sayılır və buna görə də onlara daha çox fikir vermək zəruridir.

    Virusdan qorunmağın vacib vasitələrindən biri də əllərin təmizliyidir. 5 yaşdan yuxarı uşaqlara bunun əhəmiyyəti haqqında danışılmalı və tez-tez əllərin yuyulmasına diqqət edilməli, 5 yaşdan aşağı uşaqların isə valideynlərin iştirakı ilə mütləq əl təmizliyinə nəzarət edilməli, əllərin ağıza aparılmamasına xüsusi diqqət yetirilməlidir”, – deyə həkim-pediatr bildirib.

  • İntim videosu yayılan təşkilat sədri danışdı: Suyuma dərman qatmışdılar – VİDEO

    Bir neçə gün əvvəl sosial şəbəkələrdə intim görüntüləri yayılan “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin sədri Nəbi Qafarov məsələ ilə bağlı açıqlama verib.

    Təşkilat sədri Aztimes TV-yə müsahibəsində suyuna dərman qatıldığını və həmin anlarda özündə olmadığını bildirib.

    O eyni zamanda təşkilatının əlindən alınması üçün bu videonun yayıldığını iddia edib.

    Nəbi Qafarov məsələ ilə bağlı Prezidentə telegram göndərdiyini də deyib.

    Həmin açıqlamanı təqdim edirik:

  • Прогноз погоды в Азербайджане на 5 сентября

    5 сентября в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами пасмурная погода, северо-восточный ветер днем сменится юго-восточным.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Ночью на полуострове местами ожидаются дожди.

    Температура воздуха на Абшероне составит ночью 18-20, днем – 26-29, в столице ночью – 18-20, днем – 26-28 градусов тепла.

    Атмосферное давление – 761 мм ртутного столба, относительная влажность воздуха ночью – 60-70%, днем – 40-45%.

    Температура морской воды на пляжах в Сумгайыте и бакинских поселках Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба составит 24-25, Тюркан, Говсан, Сахиль, Ших – 25-26 градусов выше нуля.

    Согласно медико-метеорологическому прогнозу, 5 сентября на Абшеронском полуострове ожидаются слабые и умеренные колебания метеорологических факторов, что в основном благоприятно для метеочувствительных людей.

    Завтра в некоторых районах Азербайджана ожидаются грозы, дожди, местами – интенсивные, восточный ветер.

    Температура воздуха ночью составит 15-20, днем – 27-32, в горах ночью – 7-12, днем – 18-23 градуса тепла.

  • Sabahın hava proqnozu: Çimərliklərdə suyun temperaturu necə olacaq?

    Azərbaycanda sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20°, gündüz 26-29°, Bakıda gecə 18-20°, gündüz 26-28° isti olacaq.

    Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

    Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 15-20°, gündüz 27-32°, dağlarda gecə 7-12°, gündüz 18-23° isti olacaq.

  • При праздничной стрельбе в воздух в Афганистане погибли 17 человек

    По меньшей мере 17 человек погибли, 41 пострадал в Кабуле после стрельбы в воздух, которую открыли боевики “Талибана”, сообщил источник в больнице скорой помощи.

    Представитель талибов и очевидцы заявили, что боевики канонадой отмечают захват единственной неподконтрольной движению провинции Панджшер. Жителей Кабула заверили, что стрельба велась в воздух и связана с празднованием. Представители руководства движения призвали сторонников прекратить стрельбу.

    На фоне опасений жителей движение заявило, что у боевиков, которые будут стрелять в воздух в городах, станут изымать оружие, а виновников привлекут к ответственности.

    Накануне представитель движения Билал Карими заявил, что Панджшер удалось взять под контроль. Источник в штаб-квартире полиции в Кабуле утверждал, что все солдаты сопротивления в Панджшере захвачены, вице-президент Афганистана Амрулла Салех и лидер сил сопротивления Ахмад Масуд бежали. Однако позднее Салех опроверг заявление талибов о захвате провинции, отметив, что сопротивление продолжается, он не покидал страну, а остается в Панджшере.

    Источник: РИА Новости