Month: September 2021

  • В Азербайджане за минувшие сутки от COVID-19 скончались 40 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 3 305 новых случаев инфицирования коронавирусом, 3 423 человека вылечились и были выписаны домой.

    Об этом 4 сентября сообщает Оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще 40 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 439 562 человека, 5 800 – скончались, 380 710 – вылечились, 53 052 – продолжают лечение.

    В республике проведено 4 535 906 тестов на COVID-19 (за последние 24 часа – 18 172).

  • Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı üç mindən çox olub: 40 nəfər ölüb – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3305 yeni yoluxma faktı qeydə alınıb, 3423 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 439 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 380 710 nəfər müalicə olunaraq sağalıb, 5800 nəfər vəfat edib, aktiv xəstə sayı 53 052 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 172, ötən müddət ərzində isə ümumilikdə 4 535 906 test aparılıb.

  • Подменили ли ребенка нашей соотечественницы в роддоме в Грузии? – ВИДЕО

    Жительница села Вахтангиси Гардабанского района Грузии, где компактно проживают азербайджанцы, Садига Мамедова утверждает, что ее ребенка подменили на третий день после родов.

    1 сентября она перенесла кесарево сечение в Центральном родильном доме в Рустави. С.Мамедовой сообщили, что у нее родился мальчик. Однако через три дня после операции мать обнаружила, что ее ребенок – девочка и сообщила об этом своей семье.

    Членам семьи С.Мамедовой сотрудники медучреждения также сообщили, что у нее родился мальчик. Отец С.Мамедовой Вугар Мусаев уже обратился в МВД Грузии по данному вопросу.

    Директор больницы Александр Баранков сказал Baku TV, что решением суда будет проведен анализ для установления родства ребенка с этой семьей.

    Подробнее – в сюжете:

  • Gürcüstanda soydaşımızın körpəsi dəyişdirilib? – VİDEO

    Gürcüstanlı soydaşımız doğumdan sonra körpəsinin dəyişdirildiyini iddia edir.

    Belə ki, soydaşlarımızın kompakt yaşadıqları Qardabani rayonunun Vaxtanqisi kənd sakini Sədiqə Məmmədova sentyabrın 1-də Mərkəzi Rustavi Doğum xəstəxanasında qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirib.

    Doğumdan sonra tibb işçiləri ailə üzvlərinə körpənin oğlan olduğunu bildirsələr də, əməliyyatdan üç gün sonra vəziyyəti yaxşılaşan ana körpəsinin qız olduğunu görüb və bununla bağlı ailəsini məlumatlandırıb.

    Ailə üzvləri öncədən aparılan yoxlanışlarda da körpənin oğlan olacağını bildiklərini və doğumdan sonra xəstəxana əməkdaşlarından onlara bu uşağın oğlan olması barədə məlumat verdiklərini bildiriblər.

    Sədiqə Məmmədovanın atası Vüqar Musayev isə hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinə məlumat verdiyini deyib.

    Xəstəxananın baş direktoru Aleksandre Baravkov isə Baku TV-yə müsahibəsində məhkəmə qərarı ilə uşağın bu ailənin olub-olmadığını təsdiqləmək üçün analiz götürüləcəyini bildirib.

    Ətraflı süjeti təqdim edirik:

  • AQTA ötən gün 700 monitorinq keçirib

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 403 ictimai iaşə obyektində 700 monitorinq keçirib.

    AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

    Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

    1. Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkda yerləşən, fiziki şəxs Əliyev Elton Pehruz oğluna məxsus restoran;

    2. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Arif İbrahim oğluna məxsus “Dükan” kafe;

    3. Bakı şəhəri, Sabunçu rayonu, Mehmandarov 139 ünvanında yerləşən, fiziki şəxs İsayev Azər Sabir oğluna məxsus “Barış” restoran;

    4. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən, fiziki şəxs Məmmədov İsmayıl Cəbrayıl oğluna məxsus “La Terrace” restoran;

    5. Bakı şəhəri, Nəsimi rayonu, Qış parkında yerləşən, fiziki şəxs Baqişov Zaur Mirbəşir oğluna məxsus restoran;

    6. Bakı şəhəri, Nərimanov rayonu, Nemətulla 45a ünvanında yerləşən, fiziki şəxs Bayramlı Salman Kamal oğluna məxsus kafe;

    7. Bakı şəhəri, Nizami rayonu, Rüstəmov 36 ünvanında yerləşən, fiziki şəxs Behbudov Bəxtiyar Qəzənfər oğluna məxsus kafe;

    8. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəs., Babək 110h ünvanında yerləşən, fiziki şəxs Mirzəyeva Reqina İdrisovnaya məxsus restoran;

    9. Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə 559 ünvanında yerləşən, fiziki şəxs Həsənov Tərlan Akif oğluna məxsus kafe;

    10. Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində yerləşən, fiziki şəxs Abdullayev Kamil Aydın oğluna məxsus restoran;

    11. Bakı şəhəri, Nəsimi rayonu, Nizami 83 ünvanında yerləşən, fiziki şəxs Samed Batuhan Çobana məxsus kafe;

    12. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Kişiyev Rəhman Soltanağa oğluna məxsus “Park fırın” kafe.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

  • Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi vəfat edib

    Azərbaycanın Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib.

    Mədəniyyət Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini N.Sadıxova 57 yaşında vəfat edib.

    Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayının 21-də Bakı şəhərində anadan olub. 1986-2001-ci illərdə Mədəniyyət Nazirliyinin Respublika Elmi-Metodiki Mərkəzində redaktor, böyük elmi işçi işləyib. 2001-ci ildən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzində kiçik elmi işçi, böyük elmi işçi, baş mühafiz, elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.

    2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi ” fəxri adı ilə təltif edilib.

  • Мировые цены на сахар-сырец выросли до четырехлетнего максимума

    Цены на сахар-сырец выросли до максимумов за 4 года из-за заморозков в основных районах выращивания сахарного тростника в Бразилии.

    Как передает Median.Az со ссылкой на The Wall Street Journal, фьючерсы на сахар-сырец в Нью-Йорке подорожали за последний месяц на 10%, до 20 центов за фунт. Цены не поднимались до сколь высоких уровней с начала 2017 года, в 2021 году они выросли на 60%.

    Аномально холодная погода в ряде регионов Бразилии в июне и июле этого года привела к замедлению роста сахарного тростника, а также ухудшению его качества. Также из-за заморозков пострадали урожаи кофе в стране.

    По оценкам трейдеров, производство сахара-сырца в центрально-южном регионе Бразилии в этом году составит 29-33 млн тонн по сравнению с 38,5 млн тонн.

    Глобальное производство сахара в этом году будет ниже, чем объем потребления, почти на 4 млн тонн, свидетельствует августовский прогноз Международной организации по сахару (ISO). Запасы сахара упадут с текущего уровня в 98,3 млн тонн до 95,3 млн тонн к сентябрю следующего года, прогнозирует ISO.

    Эксперты, однако, не ожидают дефицита сахара, отмечая, что рост цен, вероятно, приведет к увеличению его поставок из Индии.

    “Миру действительно необходим индийский сахар”, – говорит аналитик Commerzbank Микаэла Хельбинг-Куль. По оценкам Commerzbank, экспорт сахара Индией в этом году составит порядка 6 млн тонн.

  • Dünya üzrə şəkər xammalının qiyməti son 4 ilin maksimum səviyyəsinə çatıb

    Braziliyanın şəkər qamışı becərilən rayonlarında havanın şaxtalı keçməsi səbəbindən dünya üzrə şəkər xammalının qiyməti son 4 ilin maksimum səviyyəsinə çatıb.

    “Report” “The Wall Street Journal”a istinadən xəbər verir ki, Nyu-Yorkda şəkər xammalının fyuçersləri son ay ərzində 10 % bahalaşaraq 1 funtu 20 sent həddinə çatıb.

    İyun və iyul aylarında Braziliyanın bir sıra regionlarında müşahidə olunan anomal soyuq hava şəraiti şəkər qamışının daha ləng böyüməsinə və keyfiyyətinin pisləşməsinə səbəb olub.

    Bu il qlobal şəkər istehsalı azalsa da, ekspertlər bu baxımdan defisitin olmayacağı qənaətindədirlər. Belə ki, onların fikrincə, qiymət artımı Hindistandan şəkər tədarükünün artırılmasına səbəb olacaq.

  • Kabil aeroportundan uçuşlar bərpa edildi

    Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” silahlıları tərəfindən müvəqqəti olaraq bağlanan Kabil hava limanı yenidən fəaliyyətə başlayıb.

    Qətərin ölkədəki səfirinin sözlərinə görə, paytaxt hava limanından iki daxili uçuş olub ki, bunlar da Məzari-Şərif və Qəndəhar şəhərlərinə baş tutub.

  • ABŞ Əfqanıstanda terrorçulara görə hərbi dəniz qüvvəsini səfərbər edəcək

    ABŞ ordusu gələcəkdə Əfqanıstanda İŞİD terror qruplaşmasına hava zərbələri endirmək üçün böyük ehtimalla Hərbi Dəniz Qüvvələrinin təyyarələrindən istifadə edəcək.

    Vaşinqton rəhbərliyi Əfqanıstanda İŞİD yaraqlılarına təyyarə və PUA istifadə edərək hava zərbələri endirməyə hazır olduğunu bildirib. “Bununla birlikdə, bu təyyarənin qeyd olunan məsafədən hədəflər haqqında kəşfiyyat məlumatlarını necə toplaması və ya bu cür tapşırıqları müntəzəm olaraq yerinə yetirməsi ilə bağlı hələ ətraflı bir plan hazırlanmayıb”, – deyə qeyd olunur.

    Bu missiyaların çoxunun ABŞ Hərbi Dəniz Qüvvələrinə veriləcəyi vurğulanır.