Month: September 2021

  • Prezidentdən dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınması ilə bağlı FƏRMAN

    Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması mexanizminin təkmilləşdirilməsi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilib.

    Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Fərmana əsasən, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseslərini elektronlaşdırmaq və təkmilləşdirmək, bu sahədə həyata keçirilən işlərin səmərəliliyini və şəffaflığını artırmaq məqsədilə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemi olan “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı yaradılır.

    Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması, aşağıdakı tələblər nəzərə alınmaqla, yaradılan elektron portal vasitəsilə həyata keçiriləcək:

    – satınalma şərtlərinə cavab verən və tələbata uyğun istehsal həcminə malik olan, elektron portalda qeydiyyatdan keçən istehsalçıların və ya satıcıların satınalan təşkilat tərəfindən seçilməsi;

    – satınalan təşkilatla istehsalçılar və ya satıcılar arasında müqavilələrin elektron portal vasitəsilə bağlanılmasının təmin edilməsi;

    – istehsalçıların və satıcıların satınalma şərtlərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə tədarük və təchizat agentinin monitorinqlər aparması və onların nəticələrinin elektron portalda yerləşdirilməsi;

    – satınalma və müqavilə şərtlərinə əməl etməyən istehsalçıların və satıcıların dövlət sifarişi ilə satınalmalarda iştirakının məhdudlaşdırılması;

    – satınalma şərtlərinə uyğun olan təkliflərə satınalan təşkilat tərəfindən baxılarkən mikro, kiçik və orta sahibkarlıq subyektləri olan yerli istehsalçılara üstünlük verilməsi.

  • Дети не хотят ходить в школу, состояние которой оставляет желать лучшего – ВИДЕО

    Здание средней школы села Кечили Шамкирского района находится в удручающем состоянии.

    Как признаются местные жители, они не хотят отправлять туда своих детей, которые также не горят желанием учиться в ней из-за ее ветхого состояния.

    Село расположено в предгорной зоне, поэтому зимой ситуация еще более осложняется. Для отопления классных комнат приходится использовать дрова.

    Кечили входит в пятерку крупнейших населенных пунктов Шамкирского района. В школе, которая была построена в 70-х годах прошлого века, сегодня обучается около 600 детей. Еще в советское время сюда приходили учиться из других сел. На табличке у входа в здание школы осталось старое название села – Планкенд, хотя оно было переименовано еще в 1994 году. Это свидетельствует о том, что ни один сотрудник соответствующих госструктур ни разу за 27 лет не приезжал сюда.

    В Министерстве образования сообщили, что ремонтно-строительные работы в средней школе села Кечили будут предусмотрены в инвестиционной программе на последующие годы.

    Подробнее – в видеосюжете Baku TV.

  • Məktəb bərbad halda olduğu üçün uşaqlar dərsə getmək istəmir – VİDEO

    Şəmkir rayonunun Keçili kəndinin orta məktəbinin binası yararsız haldadır.

    İllərdir bu problemdən əziyyət çəkən kənd sakinləri Baku TV-yə bildiriblər ki, nə valideynlər uşaqlarını məktəbə göndərmək istəyir, nə də uşaqlar məktəbə getmək fikrindədir.

    Kənd dağətəyi ərazidə yerləşdiyindən qış aylarında vəziyyət daha da çətinləşir. Məktəbdə istilik sisteminin olmamasına görə odundan istifadə olunur.

    Keçili kəndi Şəmkir rayonun ən böyük beş yaşayış massivindən biridir. 1970-ci illərdə inşa edilən məktəbdə bu gün təxminən 600-dən artıq şagird təhsil alır. Hələ sovetlər dönəmində bir neçə kəndin şagirdləri də bu tədris müəssisəsində təhsil alıblar. Məktəbin üzərindəki Plankənd adı da elə sovetlər dönəmindən qalıb. Kəndin adı 1994-cü ildə dəyişdirilsə də, deyəsən, aidiyyəti şəxslər 27 il ərzində bu lövhə ilə rastlaşmayıblar.

    Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, Keçili kənd orta məktəbinin təmir-tikinti işlərinə növbəti illərin investisiya proqramında baxılacaq.

  • Rusiyada əsgərin polisləri döyməsi kameraya düşdü – VİDEO

    Rusiyada Cənubi Saxalindən müqavilə əsasında Altay Respublikasına gələn əsgərin hərbi polislərlə davası kameraya düşüb.

    Kadrlar avtomobildə olan bir vətəndaş tərəfindən qeydə alınıb.

    Görüntülərdə əsgər döyüş texnikasından istifadə edərək təhlükəsizlik qüvvələrinin əməkdaşlarına zərbələr endirir.

    Hadisəyə səbəb əsgərin “hərbi geyim qaydası”nı pozması səbəb olub.

    Faktla bağlı araşdırma başlanıb.

    Əsgərin qohumları deyib ki, polislər onu təhqir edib və hadisənin baş verməsinə özləri səbəb olub.

  • Полиция провела операцию, задержан наркоторговец-рецидивист

    Сотрудники отделения полиции поселка Гобу Абшеронского района по подозрению в незаконном обороте наркотических средств и психотропных веществ задержали Джамиля Мамедова, сообщает пресс-служба МВД.

    Оперативно-разыскные мероприятия правоохранители провели на основании многочисленных жалоб жителей поселка Пирекешкюль в отношении задержанного.

    В ходе обыска в квартире, где он проживал, были обнаружены героин, марихуана и метамфетамин общим весом около 50 г.

    Дж.Мамедов ранее был судим за незаконный оборот наркотиков.

    По данному факту проводится расследование.

  • Polis əməliyyat keçirdi: Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanıldı

    Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə rayonun Pirəkəşkül qəsəbəsi sakinlərindən daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan Cəmil Məmmədov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

    Onun Pirəkəşkül qəsəbəsində yerləşən mənzilinə baxış zamanı satmaq məqsədi ilə əldə etdiyi narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamanin aşkar edilib. Cəmil Məmmədovdan aşkar edilən narkotik vasitələrin ümumi çəkisi isə 50 qramdan artıq olub.

    Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün 1 dəfə məhkum edilib. O, ifadəsində Pirəkəşkül qəsəbəsi və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

    Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Şəmkirdə karantin qaydalarını pozan 50-dən çox şəxs cərimələndi

    Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində fəaliyyət göstərən mehmanxanalarda monitorinqlər apararaq karantin rejimi qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət ediblər.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, mehmanxana müştərilərinin müvafiq COVID-19 pasportlarını yoxlayan polis əməkdaşları obyekt sahibləri ilə izahedici-profilaktiki söhbətlər aparıb, koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələbləri izah ediblər.

    Daha sonra monitorinq rayondakı digər iaşə obyektlərində də davam etdirilib.

    Araşdırmalar zamanı ümumilikdə səkkiz obyektə 17 nəfərin müvafiq pasport olmadan qapalı məkanlara daxil olması faktı aşkar edilib. Polis əməkdaşları həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görüb.

    Bundan başqa market və digər ticarət obyektlərində, eləcə də əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki təbirlər keçirilib.

    Tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

    Obyektlərdə aparılan araşdırmalar zamanı 31 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb ediliblər.

  • Локализован пожар в гористой местности Габалинского района – ВИДЕО

    Пожар, начавшийся в гористой местности со сложным рельефом вблизи сел Солгуджа и Абрых Габалинского района, локализован.

    Как сообщили в МЧС, продолжается операция по полной ликвидации возгорания.

    Отметим, что в мероприятиях задействованы силы Государственной противопожарной службы МЧС и его Северо-западного регионального центра, Войска гражданской обороны, три вертолета Авиационного отряда, а также сотрудники Центра лесного хозяйства Министерства экологии и природных ресурсов АР.

  • Qəbələdə dağlıq ərazidəki yanğın məhdudlaşdırıldı – VİDEO

    Fövqəladə Hallar Nazirliyi tərəfindən Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb.

    Nazirlikdən verilən məlumata görə, hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir.

    Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin üç ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin cəlb olunub.

  • Rusiya Müdafiə Nazirliyi hesab edir ki, sülhməramlılar mifik “Dağlıq Qarabağ Respublikası”nda xidmət edir

    Nə qədər ki, Rusiyanın Azərbaycanın Qarabağ regionunda hərbi mövcudluğu (hətta müvəqqəti olsa da) davam edir, Azərbaycan cəmiyyətinin Rusiyaya, Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və onun sülhməramlı kontingentinə ünvanlanan sualları artır.

    Caliber.Az-da artıq Rusiya sülhməramlı kontingentinin fəaliyyətsizliyi ilə bağlı bir sıra materiallar dərc edilib.

    Biz, xüsusilə Rusiya tərəfinin diqqətini Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi yerlərə, Ermənistanın öz silahlı qüvvələrinin şəxsi heyətini Azərbaycan ərazisinə yerləşdirməklə üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozmasına və Azərbaycanın yaşayış məntəqələri yaxınlığında yeni erməni postları qurulmasına çəkmişik.

    Bundan əlavə, Rusiya hərbçilərinin öz müvəqqəti məsuliyyətləri zonasında qanunsuz erməni silahlı birləşmələrini tərksilah etmək üçün hələ heç bir tədbir görməməsi hiddətə səbəb olmaya bilməz.

    Yeri gəlmişkən, bu gün həmin qanunsuz silahlı birləşmələr sülhməramlıların gözü qarşısında Şuşa şəhəri istiqamətində növbəti təxribat törədiblər.

    Əgər “Balıq başdan iylənər” atalar sözünü unutsaq, o zaman yalnız Qarabağdakı Rusiya sülhməramlılarından şikayətlənmək olar. Bütün bunlara baxmayaraq, onlar hərbçidir və əmri yerinə yetirirlər. Kimin? İlk növbədə – Rusiya Müdafiə Nazirliyinin. Axı biz hər birimiz Rusiya Müdafiə Nazirliyinin Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ regionundakı fəaliyyəti ilə bağlı qəribə və hətta təxribat xarakterli informasiya bülletenlərini xatırlayırıq. Gah məlumatlarında “Dağlıq Qarabağın silahlı birləşmələri” göstərilir, gah da sülhməramlılar tərəfindən poliqonda “gəzişən minaatan” – müasir döyüş aparılmasının yeni taktikası işlənir və s. Yəni, obrazlı şəkildə desək, Qarabağdakı sülhməramlılar üçün külək şimaldan, Rusiya Federasiyası Müdafiə Nazirliyinin yerləşdiyi Moskvanın Znamenka küçəsindən əsir. Əgər Laçın dəhlizindən Qarabağa erməni hərbçiləri buraxmamaq barədə qəti əmr olsaydı, Rusiya hərbçilərinin yanından hətta siçan belə keçə bilməzdi. Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi barədə əmr daxil olar, həmin əmr sutka ərzində yerinə yetirilərdi. Ancaq artıq 10 aya yaxındır ki, Qarabağda sülhməramlılar öz öhdəliklərindən başqa hər şeylə məşğul olurlar. Çünki Rusiya Müdafiə Nazirliyindən onlara müvafiq əmr hələ də daxil olmayıb.

    Elə görünür ki, bu əmr heç daxil olmayacaq da, çünki Rusiya MN-də hesab edirlər ki, Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ regionunda deyil, “Dağlıq Qarabağ Respublikasında” dislokasiya olunub. Düşünürsünüz ki, mübaliğə edirəm? Əsla. Calibez.Az redaksiyasının sərəncamına satınalmalar üzrə vahid informasiya sisteminin saytından bir sənəd keçib. Bu sənədə əsasən, cari ilin avqustun 13-də Rusiya Müdafiə Nazirliyi “Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikası ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-mənzil fonduna kompleks qulluğun təşkili və aparılması xidmətlərinin göstərilməsi”nə ərizə təqdim edib. Sifarişin dəyəri – 151 414 088 rubldur. Tərəfimizdən müəyyən olunub ki, qapalı müsabiqənin keçirilməsi barədə bildiriş Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dövlət Satınalmaları Departamentinin sədr müavini Zaripov Oleq Vladimiroviç tərəfindən verilib.