Month: September 2021

  • Mehriban Əliyeva Paralimpiya Oyunlarındakı uğurlarımızla bağlı paylaşım edib – FOTO

    Bu gün Paralimpiya Oyunlarında Azərbaycan 12-ci qızıl medalını qazanıb.

    Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” profilində paylaşım edib.

    Paylaşımda deyilir:

    “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın qızıl medallarının sayı 12-yə çatdı! Paralimpiyaçımız Raman Salehi 3-cü medalını qazanması münasibətilə təbrik edirəm!

    Azərbaycanı Paralimpiadada layiqincə təmsil edən milli yığmamıza səmimi-qəlbdən təşəkkür edir, bütün idmançılarımıza yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”

  • FHN: “İsmayıllıda dağlıq ərazidə 5 ha sahədə quru ot və kol-kos yanır” – YENİLƏNİB

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonu, Keyvəndi kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

    İlkin məlumata əsasən, dağlıq ərazidə 5 ha sahədə quru ot və kol-kos yanır.

    Əlavə məlumat veriləcək.

    ***

    İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bu gün axşam saatlarında İsmayıllı rayon Keyvəndi bələdiyyəsinə məxsus örüş sahəsində baş verən yanğın sonradan meşəyə keçib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov bildirib ki, hazırda bütün qüvvələrimiz və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar.

  • Лукашенко назвал убожеством футбол в Беларуси

    Президент Беларуси Александр Лукашенко во время открытия детско-юношеского футбольного центра клуба “Динамо-Минск” раскритиковал нынешнее положение дел в футболе в стране.

    “Смотреть на то убожество, которое сегодня демонстрирует футбол, недопустимо. Я руководителю федерации задал вопрос: зачем выпустили вообще молодежную команду на футбольное поле вчера? Они не собрались играть. Запомните: это вам урок”, – сказал он.

    Напомним, 2 сентября сборная Беларуси на выезде встречалась с национальной командой Чехии. Матч прошел на поле стадиона “Местски – Витковице Арена” в Остраве. Встреча завершилась победой хозяев со счетом 1:0.

    Сборная Беларуси проведет сентябрьские матчи отборочного турнира чемпионата мира 2022 года в России. Национальная команда сыграет со сборными Уэльса (5 сентября) и Бельгии (8 сентября) на стадионе “Центральный” в Казани.

    Источник: БелТА

  • Lukaşenko futbol üzrə Belarus millisini tənqid etdi

    Belarus Prezidenti Aleksandr Lukaşenko “Dinamo-Minsk” klubunun uşaq-gənclər futbol mərkəzinin açılışı zamanı ölkə futbolunun mövcud vəziyyətini tənqid edib.

    “Futbolçuların bu gün nümayiş etdirdiyi bu miskin vəziyyətə baxmaq yolverilməzdir. Mən federasiya rəhbərinə sual verdim. Ümumiyyətlə, niyə dünən gənclər komandasını futbol meydanına buraxmışdılar? Onların futbol oynamaq niyyətləri yox idi. Yadınızda saxlayın: bu sizin üçün yaxşı dərs olsun”, – deyə Lukaşenko vurğulayıb.

    Xatırladaq ki, ötən gün Belarus millisi Çexiya yığmasının qonağı olub. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

    Mənbə: “BelTA”

  • Roman Saley: “Tokiodakı nəticələrimdən məmnunam”

    “Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Artıq üçüncü qızıl medalımı əldə etdim”.

    Bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında üçüncü qızıl medalı qazanan Azərbaycan para-üzgüçüsü Roman Saley deyib.

    100 metr məsafəyə batterflay üsulu ilə üzmədə bütün rəqiblərini qabaqlayan idmançı Tokio paralimpiadasındakı nəticələrimdən məmnun olduğunu bildirib: “Hər şeyə görə çox sağ olun”.

    Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 12-ci, Saleyin isə 3-cü qızıl medalı olub. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə birinci yeri tutub.

  • Prokurorluq atanın oğlunu və özünü öldürməsi ilə bağlı məlumat yaydı

    Prokurorluq Lənkəran rayonunda atanın oğlunun boğazını kəsib, sonra intihar etməsi ilə bağlı məlumat yayıb.

    Rayon prokurorluğundan daxil olan məlumatda deyilir:

    “Sentyabrın 3-ü saat 13 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Şaiq Məmmədov qeyd edilən ərazidə bıçaqla oğlu Vahid Məmmədlinin boyun nahiyəsinə xəsarət yetirib onu qəsdən öldürdükdən sonra həmin bıçaqla öz boyun nahiyəsinə xəsarət yetirərək özünü öldürüb.

    Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

    Hazırda istintaq davam edir”.

  • İsmayıllıda meşədə yanğın başlayıb

    İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bu gün axşam saatlarında İsmayıllı rayon Keyvəndi bələdiyyəsinə məxsus örüş sahəsində baş verən yanğın sonradan meşəyə keçib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov bildirib ki, hazırda bütün qüvvələrimiz və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar.

  • В Сальяне задержали подозреваемого в краже

    Сотрудники Сальянского РОП задержали жителя села Хуршуд Афсуна Мириева по подозрению в совершении кражи из дома 80 манатов.

    Об этом сообщили в ширванской региональной группе пресс-службы МВД.

    Кроме того, было установлено, что ранее А.Мириев похитил 1 300 манатов из магазина, расположенного в том же селе.

    На допросе задержанный признался в содеянном.

    По данному факту ведется расследование.

  • Salyanda evdən və mağazadan oğurluq edən şəxs saxlanılıb

    Salyanda oğurluq edən şəxs saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqust ayının 31-də rayonun Xurşud kəndi ərazisində yerləşən evlərin birindən 80 manat pul oğurlamaqda şübhəli bilinən həmin kənd sakini Əfsun Miriyev saxlanılıb.

    Ə.Miriyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun avqust ayının 24-də yaşadığı kənd ərazisində yerləşən bir mağazadan 1300 manat pul oğurlaması da müəyyən edilib.

    Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib.

    Faktla bağlı Salyan RPŞ-də araşdırmalar davam etdirilir.

  • Caliber: “Rusiya MN sülhməramlılara ermənilərin tərksilah edilməsi əmrini niyə vermir?” – VİDEO

    Nə qədər ki, Rusiyanın Azərbaycanın Qarabağ regionunda hərbi mövcudluğu (hətta müvəqqəti olsa da) davam edir, Azərbaycan cəmiyyətinin Rusiyaya, Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və onun sülhməramlı kontingentinə ünvanlanan sualları artır.

    Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında yayımlanan yeni təhlilində qeyd olunub.

    Təhlildə layihə müəllifləri Rusiya Müdafiə Nazirliyi tərəfindən sülhməramlılara hələ də Qarabağdakı erməni birləşmələrinin tərksilah edilməsi barədə əmrin verilməməsinə xüsusilə diqqət çəkilib.

    “Caliber” həmçinin maraqlı bir faktı ortaya çıxarıb:

    “Rusiya MN-də hesab edirlər ki, Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ regionunda deyil, “Dağlıq Qarabağ Respublikasında” dislokasiya olunub. Düşünürsünüz ki, mübaliğə edirəm? Əsla. Caliber.Az redaksiyasının sərəncamına satınalmalar üzrə vahid informasiya sisteminin saytından bir sənəd keçib. Bu sənədə əsasən, cari ilin avqustun 13-də Rusiya Müdafiə Nazirliyi “Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikası ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-mənzil fonduna kompleks qulluğun təşkili və aparılması xidmətlərinin göstərilməsi”nə ərizə təqdim edib”.

    Ətraflı videoda: