Month: September 2021

  • Azərbaycanda vurulan vaksinlərin ümumi sayı yeddi milyonu ötüb

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 98494 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60167, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38327 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 7009933, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4239851, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 2770082 təşkil edir.

  • В Азербайджане за минувшие сутки от COVID-19 скончались 45 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 3 759 новых случаев инфицирования коронавирусом, 3 473 человека вылечились и были выписаны домой.

    Об этом 2 сентября сообщает Оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще 45 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 432 495 человек, 5 722 – скончались, 373 475 – вылечились, 53 298 – продолжают лечение.

    В республике проведено 4 498 717 тестов на COVID-19 (за последние 24 часа – 17 678).

  • Azərbaycanda son sutkada 3759 nəfər COVID-19-a yoluxub, 45 nəfər ölüb – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 759 yeni yoluxma faktı qeydə alınıb, 3 473 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 432 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 373 475 nəfər müalicə olunaraq sağalıb, 5 722 nəfər vəfat edib, aktiv xəstə sayı 53298 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 678, ötən müddət ərzində isə ümumilikdə 4 498 717 test aparılıb.

  • COVID-19 pasportunun olması tələbi hotel və restoranların işinə necə təsir edib?

    Sentyabrın 1-dən hotel və restoranlara giriş üçün vətəndaşlardan COVID-19 pasportu tələb olunur. Oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslər COVID-19 pasportunu təqdim etməklə bu obyektlərə daxil ola biləcəklər.

    Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi “Report”a açıqlamasında bildirib ki, sözügedən tələblə bağlı polis tərəfindən bir sıra obyektlərdə yoxlamalar aparılıb:

    “Bəzi obyektlərdən belə məlumatlar alırıq ki, orada Daxili İşlər Nazirliyinin əməkdaşları yoxlamalar aparıb. Bəzi hallarda bir müddət obyektdə qalaraq orda nə baş verdiyinə nəzarət ediblər. Polis işçisinin obyektdə olması müştərinin müəyyən qədər həyəcan keçirməsinə gətirib çıxara bilər. Düşünürəm ki, bu yoxlamalar bizneslərə ziyan gətirməməlidir və məhdudiyyətlər barədə detallı açıqlamalar verəndən sonra yoxlamalara başlamaq lazımdır.

    Ola bilər ki, bəzi hallarda hansısa obyektdə müəyyən qayda pozuntusu aşkarlansın. Bu zaman bəzi amilləri nəzərə alaraq həmin müəssisəyə güzəştə getmək olar. Həmin obyektə birinci dəfə cərimə tətbiq etməmək, yalnız xəbərdarlıq etmək və ya əlavə maarifləndirmə tədbirləri aparmaq mümkündür. Çünki bilirik ki, bu dəqiqə turizm sənayesinin vəziyyəti o qədər də yaxşı deyil”.

    Assosiasiya rəhbəri qapalı məkanlarda xidmət göstərilməsinə dair qəbul edilən yeni qərarlarda sual doğuran məqamlara toxunub:

    “Qapalı yerlərdə xidmətin göstərilməsinə dair yeni qadağalar var. Belə başa düşülür ki, açıq ərazilərdə, məsələn hotel və restoranların, ticarət mərkəzlərinin terraslarında COVID pasportu tələb olunmadan xidmət göstərmək imkanı var. Amma insanlar əlini yumağa getmək və ya sanitar qovşağa üz tutmaq istəyən zaman nə etsin? Onların ora daxil olmaq icazəsi yoxdur. Digər tərəfdən, mobil tətbiq normal çalışmır. “QR” kodlar düzgün oxunmur. Həmçinin bu tətbiq “İOS” proqramında işləmir. Yalnız “Android” proqramında işləyir. Buna görə də müəssisələrin bəziləri məcburdur ki, yeni əlavə smartfon cihaz alsınlar. Bu da əlavə xərcdir. Bunları düşünmək lazım idi.

    Sentyabrın 1-i saat 00:00-dan tələb olunur ki, hotellərdə heç bir müştəri qalmasın. Bunun nəyə istinadən və hansı qanunla edildiyi məlum deyil. Nazirlər Kabinetinin iqtisadi sektorlara aid qərarları həmin sektorların nümayəndələrinin iştirakı ilə hazırlanmalıdır. Biz başa düşürük ki, bütün qərarlar insan sağlamlığını qorumağa yönəlib, amma biznesin də maraqlarını qorumaq lazımdır. Turizm sahəsindəki bir sıra biznes subyektləri sərt karantin dövrünü haradasa ayaq üstə qala bildilər. İndi onlara yardımçı olmaq lazımdır ki, bizneslərini inkişaf etdirsinlər”.

    S.Dübəndi bildirib ki, restoranlara gələn xarici vətəndaşların da COVID pasportunun yoxlanılması məsələsi sual altında qalır:

    “Onların bəziləri öz ölkələrində vaksin olunublar və bu barədə məlumatlar həmin ölkədəki hansısa sistemdədir. O sistemdəki məlumatların bizim sistemə inteqrasiyası yoxdur. Bəs onda necə olacaq? Bir çox restoranların xarici müştəriləri var. Onların bir qismi Azərbaycanda bir müddətdir ki, yaşayan xaricilərdir. Hansı ki, burda müxtəlif müəssisələrdə çalışırlar. Bundan əlavə ölkəyə az da olsa, turist gəlişi var. O turistlərin yoxlanışı necə olacaq və bunun məsuliyyətini kim daşıyacaq?”

  • Путин издал странный звук, выражая недовольство развитием Дальнего Востока – ВИДЕО

    Президент России Владимир Путин в ходе совещания с членами правительства раскритиковал существующее развитие Дальнего Востока. Он отметил, что чиновники сильно затянули с улучшением пропускных возможностей железных дорог. Были допущены просчеты, и в итоге надежды не оправдались.

    “Конъюнктура сложилась иначе. Инфраструктуру для этого не подготовили!” – подчеркнул В.Путин, после чего издал звук, нечто среднее между цоканьем и “шмоканьем”.

    Президент добавил, что из-за сложившейся ситуации Россия не может в полной мере использовать свои возможности на угольном рынке.

    Он сказал, что Дальний Восток необходимо развивать, чтобы “ощутимый результат” был уже “завтра”. В.Путин отметил, что россиянам в регионе нужны благоустроенные города и поселки, качественное здравоохранение и образование и современные услуги связи. Если опираться на нормативы, то получить такого опережающего развития не получится, уверен президент РФ.

  • Putin iclasda çıxardığı qəribə səslə gündəm oldu – VİDEO

    Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə hökumət üzvləri arasında keçirilən görüşdə maraqlı hadisə yaşanıb.

    Rusiya lideri iclasda Uzaq Şərqin mövcud inkişaf səviyyəsini tənqid edib. Yerli məmurları tənqid edən V.Putin çıxışın sonunda qəribə səs çıxarması ilə gündəmə gəlib.

    Sözügedən video sosial şəbəkələrdə yayılıb və gülüşə səbəb olub.

  • В Саатлы арендатора и посетителей кафе наказали за нарушение карантинного режима

    Сотрудники Саатлинского РОП выявили в селе Потубейли кафе, принимавшее посетителей в ночные часы в нарушение действующего в стране карантинного режима.

    Об этом сообщили в ширванской региональной группе пресс-службы МВД Азербайджана.

    В отношении арендатора объекта З.Мамедова и пяти клиентов заведения были применены административные меры.

  • Gecə saatlarında fəaliyyət göstərən kafe sahibi və müştəriləri CƏZALANDIRILDI

    Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, kafe rayonun Potubəyli kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərib.

    Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin icarədarı Z.Məmmədov və orada olan beş müştəri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

  • Стало известно о состоянии матери и ребенка, пострадавших в результате взрыва в квартире в Баку – ОБНОВЛЕНО

    Женщина и ее ребенок, пострадавшие в результате взрыва в квартире дома в Низаминском районе Баку, поступили в больницу с ожогами 60% поверхности тела.

    Об этом Oxu.Az сообщили в Городской клинической больнице № 5 (Наримановский медицинский центр).

    “Самира Мамедзаде и ее ребенок были госпитализированы с ожогами 2-й степени. В настоящее время принимаются все необходимые меры”, – добавили в медучреждении.

    * * * * *

    В квартире дома, расположенного на улице Э.Сулейманова в Низаминском районе Баку, прогремел взрыв.

    В результате инцидента два человека получили травмы. Пострадавшие были госпитализированы в Городскую клиническую больницу № 5 (Наримановский медицинский центр).

    По данному факту проводится расследование.

  • Bakıda mənzildə baş vermiş partlayışda xəsarət alan ana və övladının vəziyyəti AÇIQLANDI – YENİLƏNİB

    “Bakı şəhərinin Nizamı rayonunda baş verən partlayış zamanı ana və övladının bədəninin 60 faizi yanıb”.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq şəhər 5 saylı Kliniki Xəstəxanasından (Nərimanov Tibb Mərkəzi) bildirilib.

    “Partlama nəticəsində ana – Məmmədzadə Samirə Həsən qızı və övladı 2-ci dərəcəli yanıq diaqnozu (60 %) ilə xəstəxanaya yerləşdirilib. Mümkün bütün tədbirlər həyata keçirilir”.

    * * * * *

    Bakı şəhərinin Nizamı rayonunda partlayış baş verib.

    Hadisə rayonun Elşən Süleymanov küçəsində yerləşən çoxmərtəbəli binada baş verib.

    Belə ki, yaşayış binasında baş verən partlayış nəticəsində evdə olan iki nəfər xəsarət alıb. Xəsarət alanlardan biri qadın, digəri isə azyaşlı imiş.

    Qeyd edək ki, qadın hamilədir.

    Onlar dərhal şəhər 5 saylı Kliniki Xəstəxanasına yerləşdirilib.