Month: September 2021

  • Dənizdə batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub

    Bu gün “Mərdəkan”, “Lökbatan” və “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

    Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

    Xilasetmə əməliyyatı Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılıb.

  • Pedaqoji Universitetdə paralimpiya çempionu olan bacılarla görüş keçirilib – FOTO

    Sentyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin Ümumi coğrafiya kafedrasının dosenti Zülfiyyə Kərimova və onun bu yaxınlarda “Tokio 2020 XVI Yay Paralimpiya Oyunları”nda bütün rəqiblərinə qalib gələrək paralimpiya çempionu olan iki qızı – para-cüdoçularımız Dürsədəf Kərimova və Xanım Hüseynova ilə görüş keçirib.

    Bu barədə Azərbaycan Pedaqoji Universitetin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, təcrübəli müəllim və paralimpiya çempionu bacılara gül dəstələri və dəyərli hədiyyələr təqdim edən rektor böyük uğur münasibətilə onları təbrik edərək dosent Zülfiyyə Kərimovaya övladlarının ölkəmizin bayrağını beynəlxalq arenada dalğalandırmasının özünün 100 illiyini qeyd edən Pedaqoji Universitet ailəsində də olduqca böyük fərəh hissi ilə qarşılandığını deyib və istedadlı övladlar tərbiyə etdiyinə, o cümlədən məhsuldar elmi-pedaqoji fəaliyyətinə görə ona universitet rəhbərliyi adından xüsusi təbrik məktubunu təqdim edib.

    Göstərilən diqqətə görə minnətdarlığını bildirən dos. Z.Kərimova deyib: “Mən Pedaqoji Universitetdə gələcəyin müəllimlərinə Azərbaycan coğrafiyasının incəliklərini öyrədirəm, ona görə də ölkəmizin adının və bayrağının ucalması mənim üçün ən önəmli məqamdır. Övladlarımın qalib gəlməsi və Azərbaycan bayrağını dalğalandırmasını böyük həyəcan və qürurla seyr elədim və ağladım. Hər iki övladımın bu qələbəsini Vətən şəhidlərimizin əziz xatirəsinə ithaf edirəm”

    Söhbət əsnasında çempionlarımız Dürsədəf Kərimova və Xanım Hüseynova bacıları bildiriblər ki, onlar yarışlara yola düşərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onları Qarabağda savaşan Xüsusi Təyinatlı Qüvvələrin əsgərləri yola salıb və onlara Azərbaycan bayrağını təhvil veriblər. Bu isə onlar üçün böyük ruh yüksəkliyi və bir növ məsuliyyət yaradıb ki, bu müqəddəs bayrağı mütləq Tokioda da yüksəltsinlər. Və paralimpiya oyunlarına qatılan 5 qadın para-cüdoçumuzdan Xanım və Dürsədəf bacıları da daxil olmaqla 4-ü qızıl medal qazanıb.

    Çıxış edənlərdən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev öz səmimi təbriklərini çatdırıb, onların uğurlarının bütün tələbə-gənclərimiz üçün örnək olduğunu vurğulayıblar.
    ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru, dosent Könül Pirverdiyeva öz növbəsində bildirib ki, Zülfiyyə xanım vaxtilə onun özünün də müəllimi olub və o, həm peşəkar müəllim, həm də vətəndaş məsuliyyətli əsl valideyndir. Dürsədəf və Xanım bacılarının uğurları da bunun göstəricisidir.

    Dos. Z.Kərimova xoş diləklərə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, ADPU-da yeni işə cəlb olunan istedadlı məzunlardan Elvin Vahidov da məhz Zülfiyyə xanımın tələbəsidir.
    Görüşün sonunda, xatirə şəkli çəkilib.

  • Kabil aeroportu Türkiyə və Qətərin dəstəyilə fəaliyyətini davam etdirəcək

    Türkiyə və Qətər Kabil hava limanının fəlaiyyətinin bərpası üçün Əfqanıstana maddi yardım göstərib.

    “Taliban” hərəkatının sözçüsü Şirməhəmməd Abbas Stanekzay yardım nəticəsində aeroportun iki gün ərzində öz fəlaiyyətini bərpa edəcəyini bildirib.

    Hər iki ölkənin Əfqanıstana 30 milyon dollar yardım etdiyi qeyd edilib.

    Mənbə: “TOLO News”

  • ABŞ-dakı “McDonalds”ların birində yeniyetmələr işləyəcək

    ABŞ-ın Oreqon ştatındakı “McDonalds” restoranlarından biri 14-15 yaşlı yeniyetmələrin işə qəbulu ilə bağlı elan verib.

    Elan ştat qanunlarına uyğun olsa da, yerli əhali tərəfindən sosial şəbəkələrdə sərt tənqidlə qarşılanıb. Şirkət azyaşlıların əməyinin istismar edilməsində günahlandırılıb.

    Restoranın sahibi Hizer Kennedi bildirib ki, pandemiyadan sonra işçi çatışmazlığı ilə üzləşdiyindən yeniyetmələri işə cəlb etməyı qərara alıb. O, 40 illik restoran fəaliyyəti təcrübəsində ilk dəfə işçi qıtlığı ilə qarşılaşdığını qeyd edib.

    Mənbə: “Business Insider”

  • Türkiyədə sərhədi keçmək istəyən 113 əfqan miqrant saxlanılıb

    Türkiyənin Van şəhərinin Çaldıran rayonunda sərhədi piyada keçmək istəyən 113 qanunsuz əfqan miqrant saxlanılıb.

    Bu barədə Van valiliyi məlumat yayıb.

    Avropa liderləri son günlər miqrasiyanın yenidən baş qaldıracağı ilə bağlı narahatlıqlarını bildirib. İran dəfələrlə sərhəd keçidlərini bağlayıb və qaçqın düşərgələrinin ölkə daxilində olmasının vacibliyini vurğulayıb. Türkiyə İranla sərhəddə divar inşa etsə də, bir çox əfqan qanunsuz yolla ölkəyə daxil olmağı bacarıb. Bu miqrantlar ölkənin şərqindəki Van şəhərində saxlanılır.

  • Bakı və Sumqayıtda köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov və Səbail rayonlarında 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıblar.

    Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hər iki vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər;

    Digər bir məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

  • “Taliblər” Pəncşirə cənubdan daxil olmağa cəhd edirlər

    Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatı onların nəzarəti altında olmayan Pəncşir əyalətinə cənubdan daxil olmağa cəhd göstərir.

    “Report” xəbər verir ki, bu barədə TASS-a milli müqavimət hərəkatındakı mənbə bildirib.

    “Taliblər” Pəncşirə qərb sərhədlərindən daxil olmağa müvəffəq olmadıqda regiona cənub hissədən, Gülbahar rayonundan daxil olmağa cəhd göstərirlər”, – mənbə agentliyə deyib. Onun sözlərinə görə, “taliblər” ağır silahlardan və hərbi texnikadan istifadə ediblər.

  • Gəncədə güclü külək fəsadlar törədib

    Gəncədə güclü külək əsir, bəzi yerlərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, axşam saatlarından güclü külək əsməyə başlayıb. Şəhərin bəzi yerlərində elektrik enerjisinin verilməsi dayandırılıb. Bəzi fərdi evlərin dam örtüyü qismən dağılıb, pəncərələri sınıb.

    Güclü külək şəhərdə havanın tozlanmasına da səbəb olub. Bu səbəbdən nəqliyyatın hərəkətində də qismən çətinlik yaranıb.

    Qeyd edək ki, hazırda Gəncə və ətraf rayonlarda küləkli hava şəraiti davam edir.

  • Dünyada mobil internet trafiki rekord həddə çatıb

    2021-ci ilin ilk rübündə mobil cihazlarda istifadə olunan qlobal trafik 66 eksabayta (1 eksabayt milyard giqabayta bərabərdir – red.) çatıb. Bu isə bir il əvvəllə müqayisədə 68% çoxdur.

    Bu barədə “Report” “Stock Apps və Hootsuite”in məlumatlarına istinadən xəbər verir.

    Getdikcə daha çox insan internetdə “gəzişmək” üçün smartfonlara üstünlük verməyə başlayıb. Belə ki, 2021-ci ilin iyul ayına olan məlumata görə, internetə bütün mobil qoşulmaların 79%-i və ya 6,4 milyardı smartfonların payına düşüb. Müqayisə üçün qeyd edək ki, routerlərin, planşetlərin, portativ fərdi kompüterlərin payı cəmi 3,8% və ya 310 milyon qurğudur.

    Smartfonlar arasında isə internetə qoşulmaq üzrə ən çox “Android” əməliyyat sisteminə əsaslanan cihazlar (73%) fəaldır. iOS-da bu göstərici 26,3% təşkil edir.

    Bu ilin iyul ayında internet bağlantısı olan mobil telefonlarından istifadə edən insanların sayı 5,3 milyarda çatıb (dünya əhalisinin 67%-i).

    Bu baxımdan əhalisinin 86%-nin telefonu və ya smartfonu olan Avropa liderdir. Ondan sonra Latın Amerikası (69%), Yaxın Şərq və Şimali Afrika (65%), Asiya-Sakit okean region (58%) və Tropik Afrika (46%) ölkələri gəlir.

    GSMA-nın (dünya üzrə mobil əlaqə operatorlarının maraqlarını təmsil edən ticarət təşkilatı – red.) proqnozlarına görə, mobil telefon və smartfon istifadə edən insanların sayı baxımından Asiya-Sakit okean region ölkələrində daha çox artım olacaq. 2025-ci ilə qədər onların xüsusi çəkisinin indiki 58%-dən 68%-ə qədər artacağı (Çin istisna olmaqla) gözlənilir.

    Keçən il 117 milyon insan mobil telefonlardan istifadə etməyə başlayıb, lakin daha geniş yanaşsaq, 2020-ci ilin iyulundan 2021-ci ilin iyuluna qədər 670 milyon insan internet bağlantısı olan cihazlardan istifadə etməyə başlayıb. “Ağıllı qurğular”ın ümumi istifadəçilərinin sayı 10,4 milyard nəfərə çatıb

  • Ombudsman Aparatına yeni mətbuat katibi təyin olunub

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına yeni mətbuat katibi təyin edilib.

    Bildirilib ki, Emil Şahzadə Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə təyin olunub.

    O, uzun illər televiziya və radio jurnalistikası sahəsində fəaliyyət göstərib.