Month: September 2021

  • İkinci Dünya müharibəsinin başlanmasından 82 il ötür

    Bu gün bəşər tarixinin ən böyük savaşı olan İkinci Dünya müharibəsinin başlanması ilə əlamətdardır.

    70 milyondan çox insanın ölümü ilə nəticələnən müharibə 1939-cu ilin sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə başlayıb.

    Savaşda o zaman mövcud olan 74 dövlətdən 62-si iştirak edib. Dünya əhalisinin 80%-i bu və ya digər şəkildə müharibəyə cəlb olunub.

    İkinci Dünya müharibəsi Avropa, Asiya və Afrikanı, eləcə də bütün okeanları əhatə edib və atom bombasının tətbiq edildiyi yeganə savaş olaraq tarixə düşüb. Məhz bundan sonra 1945-ci ilin sentyabrın 2-də dünya tarixinin ən qanlı müharibəsi başa çatıb və özündən sonra onilliklərlə sağalmayan yaralar buraxıb.

  • Peruda avtobus dərəyə aşdı: 29 nəfər öldü

    Peruda sərnişin avtobusu dərəyə aşıb.

    Qəza nəticəsində 29 nəfərin öldüyü bildirilib.

    Hadisəyə səbəb sürət həddinin aşılması olub. Digər bir ehtimala görə isə sürücü sükan arxasında yuxulayıb.

    Avtobusda 45 nəfərədək sərnişinin olduğu qeyd edilib.

  • Avstraliya tam olaraq günəş enerjisinə keçidə hazırlaşır

    Avstraliya evlərin damında günəş batareyalarının quraşdırılması üzrə dünya lideridir.

    Hesablamalara əsasən, 2026-cı ildə ölkədə əsas enerji mənbəyi məhz günəş olacaq. Beş il sonra Avstraliyanın enerji tələbatının 77%-i bu mənbənin hesabına ödəniləcək. Ötən ildə bu rəqəm 35% təşkil edib.

    Hazırda ölkə ərazisindəki evlərin 30%-i günəş enerjisindən istifadə edir.

  • Рауф Мамедов пробился в лидеры чемпионата Европы по шахматам

    В столице Исландии Рейкьявике состоялись игры шестого тура чемпионата Европы по шахматам среди мужчин.

    Азербайджанский гроссмейстер Рауф Мамедов завоевал очередную победу на континентальном первенстве. После того как он выиграл представителя Франции Максима Лагарда со счетом 5,5, вышел в лидеры турнира.

    Другие азербайджанские шахматисты – Ниджат Мамедов и Ниджат Аббасов сыграли в ничью с чехом Давидом Наварой и венгром Виктором Эрдосом соответственно.

    Следует отметить, что после шести туров у Н.Мамедова 4,5, а у Н.Аббасова – 3,5 очка.

    Чемпионат, проходящий по швейцарской системе, состоит из 11 туров.

  • Rauf Məmmədov Avropa çempionatında liderliyə yüksəlib

    İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının altıncı turunun oyunları keçirilib.

    Qitə birinciliyində Azərbaycan şahmatçısı Rauf Məmmədov növbəti qələbəsini qazanıb. Rəqibi fransalı Maksim Laqardı məğlub edən şahmatçımız xalların sayını 5,5-ə qaldıraraq liderliyə yüksəlib.

    Digər şahmatçılarımız – Nicat Məmmədov çexiyalı David Navara, Nicat Abbasov macarıstanlı Viktor Erdosla heç-heçə edib.

    Qeyd edək ki, 6 turdan sonra N.Məmmədov 4,5, N.Abasov isə 3,5 xala malikdirlər.

    İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

  • “Taliban” xarici ölkələri Əfqanıstandakı səfirliklərinin fəaliyyətini bərpa etməyə çağırdı

    “Taliban” nümayəndəsi Şahabuddin Delavar xarici ölkələri Əfqanıstandakı səfirliklərinin fəaliyyətini bərpa etməyə çağırıb.

    “Biz ölkələrin Kabildə öz nümayəndəliklərini saxlamaq qərarını alqışlayırıq və ölkəni tərk edənləri öz səfirliklərinin fəaliyyətini bərpa etməyə çağırırıq. Onlar üçün heç bir təhlükə yoxdur”, – deyə “Taliban” nümayəndəsi bildirib.

  • В Агстафе привлечен к ответственности инфицированный COVID-19, покинувший место жительства

    Житель села Кехне Гышлаг Агстафинского района покинул место жительства, будучи инфицированным коронавирусной инфекцией.

    Об этом говорится в информации Гянджинской региональной группы пресс-службы МВД.

    Отмечается, что Р.Аббасов грубо нарушил требования карантина, покинул место проживания, несмотря на то, что ему было предписано лечение на дому.

    Сотрудники полиции незамедлительно установили его местонахождение на территории района и вернули домой, соблюдая установленные медицинские процедуры.

  • Ağstafada yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

    Ağstafa rayonunun Köhnə Qışlaq kənd sakini COVİD-19 infeksiyası daşıyıcısı olduğu halda yaşayış yerini tək edib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, kənd sakini Ramin Abbasov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

    Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib. Fakla bağlı araşdırmalar davam etdirilir.

  • Açıq havada işləyən restoranlarda COVID-19 pasportu tələb ediləcək? – AÇIQLAMA

    “Bu gündən etibarən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrinə, iri ticarət mərkəzlərinə və mehmanxanalara yalnız COVID-19 pasportu olduğu halda buraxılacaq”.

    Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

    Onun sözlərinə görə, ictimai iaşə müəssisələrinin, iri ticarət mərkəzlərinin və mehmanxanaların xidmətlərindən vaksinin hər iki dozasını vurduran və COVID-19 pasportu ilə təmin olunan şəxslər istifadə edəcəklər:

    “Bu məsələ barədə ötən gün elektron hökumət portalının nümayəndələri də açıqlama verib. Həmin müəssisədə çalışan işçi heyətindən isə sentyabrın 1-dən etibarən COVID-19-a qarşı birinci doza, oktyabr ayının 1-dən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir”.

    E.Hacıyev qeyd edib ki, qərar açıq havada fəaliyyət göstərən kafe və restoranlara şamil edilmir:

    “Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, COVID-19 pasportu tələbi yalnız qapalı məkanlara aiddir”.

    Qeyd edək ki, gözəllik salonlarında, ictimai nəqliyyatda, bərbərxanalarda və marketlərdə COVID-19 pasportu tələb olunmur.

  • Сотрудниц поликлиники оштрафовали за отсутствие масок – ОБНОВЛЕНО + ВИДЕО

    Сотрудницы регистратуры городской поликлиники № 3 Сумгайыта привлечены к административной ответственности за отсутствие медицинских масок.

    За допущенные нарушения сотрудники Сумгайытского ГУП составили на сотрудниц медучреждения протоколы, в соответствии с которыми они были оштафованы.

    Кроме того, руководство поликлиники объявило им выговор.

    Данную информацию подтвердили в пресс-службе МВД.

    * * * *

    В сумгайытской поликлинике возник конфликт между пациентом и сотрудницей медучреждения.

    Соответствующее видео распространилось в социальных сетях.

    На кадрах видно, что люди, стоявшие в очереди, потребовали от сотрудницы надеть маску, что привело к спору между сторонами.

    //oxu.az