Month: September 2021

  • Nazirdən sərəncama götürülən rəisin yerinə TƏYİNAT

    Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

    Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Musayev Rəşad Eldar oğlu tutduğu vəzifədən azad edilib.

    Nazirin digər əmri ilə R.Musayev Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi təyin edilib.

    Qeyd edək ki bir müddət əvvəl həmin bölmənin rəisi, polis mayoru Rəşad Abdullayev vəzifəsindən azad edilərək sərəncama götürülüb.

    //oxu.az

  • Еще три тяжелораненых ветерана Отечественной войны отправлены на лечение в Турцию

    Еще три тяжелораненых ветерана отправлены на лечение в Турцию по линии Фонда YAŞAT, сообщили в структуре.

    В их числе Агиль Сулейманлы, Чингиз Алиев и Турал Салимзаде.

    Фонд будет держать под контролем их лечение вплоть до его завершения. На основании заключения медиков структура обеспечивает регулярную отправку тяжелораненых участников войны на лечение за рубеж.

    Отметим, на сегодняшний день фонд направил в Турцию 126 ветеранов. Лечение 73 из них уже успешно завершено, они вернулись на родину. YAŞAT также обеспечил их лекарственными средствами для продолжения лечения на ближайшие несколько месяцев.

    Напомним, что для обращения в Фонд YAŞAT и ознакомления с его деятельностью функционирует сайт yashat.gov.az и call-центр 8110.

    Ознакомиться с его отчетностью можно по ссылке: https://yashat.gov.az/report/tableau

  • Ağır yaralanan üç qazimiz müalicə üçün Türkiyəyə göndərildi

    Ağır yaralanan daha üç qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

    Fonddan verilən məlumata görə, müalicəyə gedən qazilərimiz Süleymanlı Aqil Akif oğlu, Əliyev Çingiz Yaquf oğlu və Səlimzadə Tural Vasif oğludur.

    “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

    “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

    Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 126 qazimiz müalicə üçün Türkiyəyə göndərilib.

    Onlardan 73-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

    “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün portal istifadəyə verilib.

    Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

  • Появились подробности убийства женщины в Гяндже: инцидент произошел из-за сбивания шерсти – ОБНОВЛЕНО

    Стали известны некоторые подробности произошедшего вчера убийства в Гяндже.

    Источник в правоохранительных органах сообщил Oxu.Az, что разногласия между двумя соседками возникли из-за сбивания шерсти.

    Жительница Гянджи Суджаят Мамедова (1963 г.р.) разложила шерсть перед домом и начала сбивать ее, но М.Ахмедова (1980 г.р.) попросила этого не делать. В результате между женщинами возник конфликт.

    М.Ахмедова нанесла удар колюще-режущим предметом в сердце С.Мамедовой.

    После совершения преступления она бежала в Газахский район, но была задержана.

    Сообщается, что у М.Ахмедовой были психологические проблемы.

    По данному факту возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК АР.

    * * * * *

    31 августа, около 17:00, в Гянджинскую городскую прокуратуру поступила информация об убийстве местной жительницы Суджаят Мамедовой (1963 г.р.).

    Как сообщили в надзорном органе, в ходе проведенного расследования возникли обоснованные подозрения в том, что ее умышленно убила соседка Махаббат Ахмедова (1980 г.р.), нанеся ножевые ранения во время ссоры, возникшей между женщинами на почве личных отношений.

    По данному факту возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК АР.

    М.Ахмедова задержана в качестве подозреваемой.

    По данному факту ведется расследование.

  • Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub – YENİLƏNİB

    Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub.

    Hüquq-mühafizə orqanlarından Oxu.Az-a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub.

    Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. Bu zaman 1980-ci il təvəllüdlü Məhəbbət Əhmədova ondan binanın qarşısında yun çırpmamasını istəyib. Nəticədə tərəflər arasında münaqişə yaranıb, bir-birinin ünvanına nalayiq ifadələr işlədiblər.

    Bu zaman M.Əhmədova kəsici-deşici alətlə S.Məmmədovanın ürək nahiyəsinə zərbə endirib.

    O, hadisəni törətdikdən sonra Qazax rayonuna qaçsa da, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

    M.Əhmədovanın psixoloji problemləri olduğu bildirilir.

    Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Hazırda istintaq davam edir.

    * * * *
    Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin qonşusu 1980-ci il təvəllüdlü Məhəbbət Əhmədovanın yaşadıqları binanın qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Sücayət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Məhəbbət Əhmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda istintaq davam edir.

  • Пожар на шамкирском рынке: повреждены семь киосков и магазин

    В Шамкирском районе на рынке произошел пожар.

    Как сообщили в МЧС, на территории торговых рядов сгорели семь киосков из деревянных конструкций площадью 5 кв. м каждый и оборудование, находившееся внутри мясного магазина, каркас которого состоял из металлоконструкций, общей площадью 10 кв. м. Другие объекты были защищены от огня.

    Возгорание ликвидировано.

  • Şəmkir bazarında yanğın: 7 köşk və bir mağaza yararsız hala düşdü

    Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda bazarın ərazisində hər birinin sahəsi 5 kvadratmetr olan taxta konstruksiyalardan ibarət yeddi ədəd köşk və ümumi sahəsi 10 kvadratmetr olan dəmir konstruksiyadan ibarət ət mağazasının içərisində əşyalar yanıb. Yaxınlıqdakı digər köşklər yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Türkiyəli voleybolçuların Avropa çempionatındakı qələbə seriyası davam edir

    Türkiyənin qadın voleybolçularının Avropa çempionatındakı qalibiyyət seriyası davam edir.

    “Sultanlar” bu dəfə 1/4 final mərhələsində Polşanı 3:0 hesabıyla məğlub edərək yarımfinala yüksəliblər.

    Xatırladaq ki, bundan əvvəl Türkiyə millisi D qrupu çərçivəsində keçirdiyi bütün oyunlarda qələbə qazanıb. Xanımlar Niderland, Rumıniya, Ukrayna, İsveç və Finlandiya seçmələrinə qalib gəliblər. 1/8 finalda isə “sultanlar” Çexiya yığmasından üstün olublar.

    Qeyd edək ki, qadınlar arasında voleybol üzrə builki Avropa Çempionatı Serbiya, Rumıniya, Xorvatiya və Bolqarıstanın birgə ev sahibliyi ilə təşkil olunub.

  • İsraildə rekord yoluxma qeydə alındı

    İsraildə koronavirus pandemiyasının başlanmasından bəri ən yüksək sutkalıq yoluxma sayı qeydə alınıb.

    Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, son 24 saatda 10 947 nəfərin COVID testi pozitiv çıxıb.

    Həmçinin, sutka ərzində 24 nəfər ölümcül virusun qurbanı olub. Bununla da, 9.3 milyon əhalisi olan İsraildə koronavirusdan ölənlərin toplam sayı 6943 nəfərə çatıb.

    Qeyd edək ki, sabahdan ölkədə növbəti təhsil ili başlanması nəzərdə tutulub.

  • Hindistanda onlarla uşağın ölümünə səbəb olan hansı xəstəlikdir?

    Hindistanın Uttar Pradeş ştatının səlahiyyətliləri bu yaxınlarda bir çox insanın ölümünə səbəb olan naməlum virus infeksiyasının səbəbinin denge qızdırması ola biləcəyini bildiriblər.

    Mütəxəssislər aydınlaşdırıblar ki, bu xəstəliyin daşıyıcıları ağcaqanadlardır.

    “Simptomlara görə bu, denge qızdırmasıdır. İndi bu xəstəliyin artmasının səbəblərini və bütün ölümləri araşdırırıq”, – deyə ştatın səhiyyə problemlərinə nəzarət edən Amit Mohan Prasad qeyd edib.

    Xatırladaq ki, daha əvvəl Uttar Pradeş ştatında naməlum xəstəlikdən 12-si uşaq olmaqla 70 nəfərin öldüyü bildirilmişdi. Daha sonra əyalətin səhiyyə naziri bu məlumatı təkzib edib, 32 uşağın və 7 yetkinin hərarətdən öldüyünü açıqlayıb.

    Xəstələrin əksəriyyətində yüksək hərarət, qanda trombositlərin səviyyəsində azalma və susuzluq var. Bunlarla yanaşı, xəstələrdə denge qızdırmasına bənzər simptomlar – şiddətli baş ağrısı, əzələ ağrısı, ürək bulanması, yüksək hərarət və limfa düyünlərinin şişməsi də müşahidə edilib.

    //Mk.ru