Month: September 2021

  • Скончался азербайджанский профессор

    Скончался заведующий кафедрой Азербайджанского государственного педагогического университета, член Государственной комиссии по языку, профессор Булудхан Халилов.

    Об этом распространилась информация в социальных сетях.

    Он родился 25 июля 1966 года. С 2001 года являлся членом Союза писателей Азербайджана.

  • İlham Əliyev: “Olmayan işğalı görən, əlbəttə, ya kordur, ya da nankordur”

    “İndi Ermənistanda və bəzi əcnəbi siyasətçilər bizi Ermənistan torpaqlarını işğal etməkdə günahlandırırlar. Birincisi, bu, yalandır. İkinci isə, Ermənistan bizim torpaqlarımızı işğal etdiyi zaman niyə səsinizi yüksəltmirdiniz? Nəyə görə göz yumurdunuz?”

    Bu sözləri dövlət başçısı İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsi zamanı deyib.

    “30 il ərzində təkcə işğal deyil, eyni zamanda bütün tarixi və dini abidələrimiz yerlə-yeksan edildi. Bütün binalar dağıdıldı. Bunu görmürdünüz? Minsk Qrupunun həmsədrləri dəfələrlə orada oldular. Ağdamda, Kəlbəcərdə, Füzulidə, Cəbrayılda oldular. Görmürdülər? 30 illik işğal dövründə sadəcə iki dəfə araşdırma missiyası göndərildi və hesabat hazırlandı. Hesabatda ermənilərin törətdiyi bütün cinayətlər göstərildi. Sonuncu missiya demək olar ki, 10 il bundan əvvəl keçirildi. Minsk Qrupu həmsədrlərinə yenidən missiya göndərilməsi üçün dəfələrlə müraciət etdik. Orada qanunsuz məskunlaşdırma həyata keçirilirdi. Suriya, Livan və başqa ölkələrdən ermənilər gətirilərək orada məskunlaşdırılırdı. Bu, müharibə cinayətidir. Bütün beynəlxalq konvensiyalara əsasən bu, müharibə cinayətidir. Bunu etmədilər. Bu işğalı görməyən, indi isə olmayan işğalı görən, əlbəttə, ya kordur, ya da nankordur. Ya da sadəcə riyakardır. Bu daha doğru ifadə ola bilər.

    Biz öz ata yurdumuza qayıtdıq. 30 ildir orada yox idik. Əgər Ermənistan sərhədin oradan keçdiyini deyirsə, nəyə görə orada heç kim yox idi? Əgər ora sərhəddirsə, gəl sərhədi qoru! Biz gəldik o dağlara yerləşdik və bizim xəritələrimizə əsasən öz torpağımıza yerləşmişik. Əgər Ermənistan fərqli düşünürsə, gəlsin, otursun, müzakirə edək. Bir il, beş il, 30 il çəkər, kim bilər. Yenə eyni mövzuya qayıdıram, sərhədləri barədə Ermənistan bu gün həqiqəti anlamalıdır. Qısa zamanda şərtlərimizi qəbul edib, bu məsələni həll etməlidir ki, hər kəs öz sərhədinin harada olduğunu bilsin”, – deyə dövlət başçısı bildirib.

  • “Qaya” ansamblının yaradıcısı vəfat edib – FOTO

    “Qaya” estrada-simfonik orkestrinin bədii rəhbəri, Xalq artisti Teymur Mirzəyev vəfat edib.

    Mədəniyyət Nazirliyindən Oxu.Az-a bildirilib ki, T.Mirzəyev ötən gün 85 yaşında İsraildə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

    Müğənni uzun müddətdir İsraildə yaşayırdı.

    Xatırladaq ki, Teymur Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. O, 1961-ci ildə “Qaya” Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olub.


  • Президент: Зангезурский коридор является необходимым условием для начала нормализации отношений с Арменией

    В январе этого года в Москве прошла трехсторонняя встреча, на которой обсуждались вопросы, связанные с послевоенным периодом, ведь с момента окончания войны к тому времени прошло всего два месяца. После нее подобной встречи на уровне президентов не было. Однако была сформирована рабочая группа на уровне вице-премьеров.

    Об этом Президент Азербайджана Ильхам Алиев заявил в интервью турецкому агентству “Анадолу”, комментируя возможность проведения встречи с премьер-министром Армении Николом Пашиняном в ближайшем будущем.

    Глава государства отметил, что в этой группе велась работа по открытию Зангезурского коридора, но в начале июня Армения прекратила свое участие в ней в связи с выборами.

    “Выборы прошли там в июне, и в середине августа эта группа провела очередную встречу. Она соберется вновь в следующем месяце. Считаю, что эта группа – важный формат, поскольку хоть и нет результата, но существует контакт, который является необходимым инструментом в данной ситуации, и многие вопросы могут быть решены с помощью таких контактов. Мы начали в Азербайджане масштабные работы по созданию Зангезурского коридора. В Зангилане строятся железная дорога и шоссе, возводятся аэропорты. Думаю, что мы закончим работы на своей территории в течение двух лет, потому что их объем велик. Протяженность железной и автомобильной дорог на территории Армении составляет 40 км. Это может занять 1-1,5 года. Мы этого ждем”, – сказал Президент.

    Ильхам Алиев также ответил на вопрос корреспондента “Анадолу”, является ли Зангезурский коридор условием для начала нормализации отношений с Арменией.

    “Конечно, это требование. Потому что об этом говорится в заявлении от 10 ноября. Армения взяла на себя это обязательство. Если она не выполнит его, то о какой нормализации может идти речь? Во-вторых, я вновь возвращаюсь к ранее высказанному мнению. Армения должна очень правильно проанализировать послевоенный период. Сейчас ситуация совсем иная. Текущая ситуация четко показывает баланс сил. И в период оккупации мы знали, какие возможности есть у нашей армии и какие – у армянской. Мы знали, что уже давно изменили баланс в нашу пользу. Теперь это видит весь мир. Поэтому в нынешней ситуации я считаю, что Армении следует приложить больше усилий для нормализации отношений с Азербайджаном. Потому что это важно для нее. Мы можем жить и без этого. Как жили и раньше. Как живем сейчас и будем жить лучше, потому что вернули те огромные территории. Мы вернулись на свои земли. Их же положение [положение армянской стороны] ухудшилось. Поэтому постоянно находится в состоянии конфликта, планировать отношения с соседями на основе ложной истории – очень неверный шаг”, – подчеркнул глава государства.

  • İlham Əliyev Zəngəzur dəhlizi barədə: “Ermənistan ərazisindəki işlər 1 və ya 1,5 ilə həyata keçirilə bilər”

    “Bu ilin əvvəlində yanvar ayında Moskvada üçtərəfli görüş keçirildi. Bu görüş zamanı daha çox müharibədən sonrakı dövrlə bağlı mövzular müzakirə edildi. Çünki müharibənin başa çatmasından cəmi iki ay keçmişdi. Daha sonra prezidentlər səviyyəsində üçtərəfli görüş olmadı. Ancaq baş nazir müavinləri səviyyəsində bir işgüzar heyət yaradıldı”.

    Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsi zamanı Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla yaxın gələcəkdə üçtərəfli görüşün keçirilməsi ehtimalı barədə danışarkən deyib.

    “Bu qrupda ilk olaraq Zəngəzur dəhlizinin açılması mövzusunda işlər həyata keçirildi, lakin iyunun əvvəlində Ermənistan seçkilər səbəbilə bu qrupdakı iştirakını başa vurdu. İyunda orada seçki keçirildi və avqustun ortalarında bu qrup yenidən bir araya gəldi. Gələn ay yenidən bir araya gələcəklər. Bu qrupun vacib bir format olduğunu düşünürəm, çünki hələ bir nəticə olmasa da, təmas mövcuddur. Təmas indiki halda lazımlı bir vasitədir və bu təmaslarda bir çox mövzu həll edilə bilər.

    Biz Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması istiqamətində genişmiqyaslı işlərə başladıq. Zəngilana dəmiryolu və avtomobil yolu çəkilir, hava limanları inşa edilir. Bizim öz torpaqlarımızdakı işləri iki il ərzində bitirəcəyimizi düşünürəm, çünki buradakı işlərin həcmi çox böyükdür. Ermənistan ərazisindəki dəmiryolu və avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bu 1 və ya 1,5 ildə həyata keçirilə bilər. Biz bunu gözləyirik”, – deyə dövlət başçısı bildirib.

    Dövlət başçısı həmçinin aparıcının “Zəngəzur dəhlizi Ermənistanla münasibətlərin normallaşdırmağa başlamasına bir şərtdir?” sualını bu cür cavab verib:

    “Əlbəttə bir şərtdir, çünki 10 noyabr bəyanatında bu göstərilib. Ermənistan bu öhdəliyi üzərinə götürüb. Əgər bu öhdəliyi icra etməsə, o zaman hansı normallaşmadan söhbət gedə bilər? İkincisi, yenə əvvəlki fikirlərimə qayıdıram. Ermənistan müharibədən sonrakı dövrü düzgün təhlil etməlidir. Artıq vəziyyət tamamilə fərqlidir. İndiki vəziyyət qüvvələr balansını açıq şəkildə ortaya qoyur. İşğal dövründə də biz həm özümüzün, həm də Ermənistan ordusunun hansı imkanlara sahib olduğunu bilirdik. Biz tarazlığı çox əvvəldən öz lehimizə dəyişdirdiyimizi bilirdik. İndi bunu bütün dünya görür. Ona görə də indiki məqamda Ermənistanın Azərbaycanla münasibətlərini normallaşdırmaq üçün daha çox səy göstərməli olduğunu düşünürəm. Çünki bu onlar üçün önəmlidir. Biz bunsuz da yaşaya bilərik. Necə ki, yaşadıq. İndi də yaşayırıq və daha yaxşı yaşayacağıq, çünki bu əraziyə yenidən sahib olduq. Öz torpaqlarımıza qayıtdıq. Onların vəziyyəti daha pisləşdi. Bu səbəbdən daim münaqişədə olmaq, qonşularla münasibətləri saxta tarixə əsaslanaraq planlaşdırmaq çox yanlış bir addımdır”.

  • İlham Əliyev İran TIR-larının Qarabağa qanunsuz səfərləri barədə: “Saxtakarlığa əl atdılar”

    Prezident İlham Əliyev İran yük maşınlarının qanunsuz olaraq Qarabağa yük daşımasından danışıb.

    İlham Əliyev “Anadolu”ya müsahibəsində deyib ki, İran TIR-larının qanunsuz şəkildə Qarabağa getməsi ilk belə hal deyil.

    “Bu, işğal vaxtı da baş verdi. Bu TIR-lar ardıcıl şəkildə ora gedirdi. Bizim məlumatlarımız var idi, amma indiki kimi dəqiq bilgi əlbəttə ki, yox idi”, – deyə İlham Əliyev əlavə edib.

    İlham Əliyev daha sonra bildirib: “Biz bunu göz önünə gətirərək müxtəlif kanallarla İrana narazılığımızı ifadə edirdik. Lakin bu proses davam edirdi. Müharibə bitdikdən sonra artıq Laçın dəhlizi gözümüzün önündədir. Bizim hərbi mövqelərimizdən Xankəndiyə gedən yola olan məsafə 5-6 metrdir.

    Biz Laçın dəhlizi boyunca Şuşa ətrafında və digər bölgələrdə kifayət qədər texniki izləmə imkanlarına malikik. Orada kameralar var. Peykdən istifadə edirik. Pilotsuz uçuş aparatlarını istifadə edirik. Biz gördük ki, TIR-lar müharibədən sonra ora getməyə davam edir. Mən Prezident Administrasiyasının vəzifəli şəxslərinə təlimat verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə gətirmək istəmirdik. Dedik ki, dostca görüşsünlər və buna son verilməsinin vacibliyini söyləsinlər. Çünki, bu, bizə qarşı, ərazi bütövlüyümüzə qarşı hörmətsizlik idi, buna son verilməlidir. Bu görüş səhv etmirəmsə, iyul ayında oldu.

    Bundan sonra təbii ki, biz məsələni izləməyə davam etdik, hər ayın əvvəlində bizə məlumat gəlirdi ki, İran TIR-larına ermənicə yazılar yapışdırmağa çalışırlar. Yəni, belə saxtakarlığa əl atdılar, bizi aldatmağa çalışdılar. Bunu elə səriştəsizliklə etdilər ki, avtomobilin üzərində yazılar farsca, aşağı hissədə isə ermənicə idi”.

    Prezident qeyd edib ki, İran fəaliyyətini pərdələmək üçün bu üsullara əl atıb.

    “Bu vəziyyətdə, bir ay keçdikdən sonra biz rəsmi şəkildə İrana diplomatik nota verdik. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı. Ona şikayətlər bildirildi və bu vəziyyətə son qoyulması üçün xahiş edildi. Ümid edirdik ki, buna son veriləcək. Lakin 11 avqust-11 sentyabr arasında təxminən 60 İran TIR-ı qeyri-qanuni şəkildə Qarabağa doğru hərəkət etdi. Biz də bunun qarşısını almaq üçün praktiki addımlar atdıq. Birinci dəfə xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfədə isə postlar qurduq (Gorus-Qafan yolundakı postlardan söhbət gedir). Beləcə biz Azərbaycan ərazisindən keçən yolu yoxlamağa başladıq və sonra İran TIR-larının Qarabağa getməsi sıfıra endi. Bu vəziyyətə gətirmək lazım idimi?”

  • İsrailin Azərbaycandakı səfirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

    İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik, həmçinin diplomatik nümayəndəliyin digər əməkdaşları Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirərək Vətən müharibəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Bu barədə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

    “Regiona sülh arzulayırıq və həlak olanların ailələrinə başsağlığı veririk”, – deyə paylaşımda bildirilib.

  • Prezident: “Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib” – VİDEO

    “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı”.

    Bu fikirləri Prezident İlham Əliyev bu gün Anım Günü ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyib.

    “Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.
    Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”, – dövlət başçısı bildirib.

  • “Caliber”: “Bizim müharibəmiz – hər şey necə başladı?” – VİDEO

    Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinin silahlı təxribatından və Azərbaycan torpaqlarının azad edilməsi uğrunda genişmiqyaslı müharibənin başlamasından bir il sonra, “Caliber” hərbi-analitik layihəsinin müəllifləri qarşıdurmanın keçmiş təmas xəttinin ən çətin hissələrindən birində tanış olduqları ilk saatlarını xatırlayır…

    Ətraflı “Caliber”in süjetində:

  • Президент Ильхам Алиев дает интервью известному турецкому агентству – ПРЯМОЙ ЭФИР

    Президент Азербайджана Ильхам Алиев отвечает на вопросы турецкого информационного агентства “Анадолу”.

    Интервью транслируется в прямом эфире на канале Haber Global.