
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibə verib.
“Haber Global” telekanalı həmin müsahibənin görüntülərini yayımlayır.
Müsahibəni təqdim edirik:

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibə verib.
“Haber Global” telekanalı həmin müsahibənin görüntülərini yayımlayır.
Müsahibəni təqdim edirik:
27 sentyabr – Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyəti II Fəxri xiyabana yürüş edib.
Yürüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti iştirak ediblər.
Tədbirdə Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestri Azərbaycanın Dövlət Himnini səsləndirib, saat 12:00-da yaylım atəşi açılıb.
Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.
Eyni zamanda, avtomobillər siqnal, gəmilər və yerüstü qatarlar isə fit veriblər.
Həmçinin Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger İkinci Qarabağ müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad edib.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfiriyin Twitter səhifəsində məlumat yayılıb.
“Ötən il və illər ərzində Qarabağ münaqişəsində ölən və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk”, – diplomatik nümayəndəlikdən bildirilib.
27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozmaqla Azərbaycan ərazilərinə növbəti hərbi təcavüzü və mülki yaşayış məntəqələrini ataşə tutması nəticəsində çoxsaylı insan təlafatına səbəb olan müharibənin başlanmasının ildönümü ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva bəyanat yayıb.
Bəyanatda deyilir:
“27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması, yeni ərazilər işğal etmək məqsədilə Azərbaycan ordusunun mövqelərini, habelə mülki əhalinin sıx məskunlaşdığı Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində çoxsaylı günahsız mülki insanlar qətlə yetirildi.
44 gün davam edən müharibə dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Naftalan, Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtər rayonları və şəhər mərkəzləri intensiv şəkildə qadağan olunmuş silahlardan atəşə tutuldu.
Cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərlər də uzaq mənzilli raketlərin, ağır artileriya silahlarının atəşinə məruz qaldı. Paytaxt Bakı şəhəri də Ermənistanın raket hücumlarının hədəfi idi.
Müharibə cinayətlərini davam etdirən Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi ki, nəticədə 11-i uşaq olmaqla 100-dən çox dinc sakin qətlə yetirildi, 450 nəfərdən çox soydaşımız yaralandı.
Ağır artileriya atəşi nəticəsində Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası dağıdıldı və ya bu hərbi təcavüzdən ciddi ziyan çəkdi.
Beynəlxalq humanitar hüquq normaları, Cenevrə konvensiyaları hərbi əməliyyatların gedişində kombatantların və mülki şəxslərin, hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini əsas prinsip kimi tələb etdiyi halda, Ermənistan silahlı qüvvələrinin mülki əhalinin sıx məskunlaşdığı şəhər və rayonları, region üçün stateji əhəmiyyətli Mingəçevir su anbarını, elektrik stansiyası, boru kəmərini və digər obyektləri ağır artileriya qurğularından və raketlərdən istifadə etməklə mütəmadi olaraq atəşə məruz qoyması, müharibə cinayətini törətmiş Ermənistanın beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini bir daha sübut etdi.
Ermənistan tərəfindən qadağan olunmuş kimyəvi silahlardan istifadə edilməklə, qəsdən törədilmiş kütləvi yanğınlar, ekoloji terror aktları nəticəsində Azərbaycanın Qarabağ bölgəsində ətraf mühit, o cümlədən təmiz su mənbələri fiziki və kimyəvi çirklənməyə məruz qalıb, müxtəlif nadir bitki və heyvan növləri məhv olub, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarmış, ekosid cinayəti törədilib.
Beləliklə də təkcə ölkəmizin deyil, bütövlükdə regionun təbiətinə, flora və faunasına ciddi ziyan vurulub.
Azərbaycan ərazisinin 20 faizini 30 ilədək müddətdə işğal altında saxlayan, bir milyondan artıq mülki əhalini öz yurdlarından və evlərindən didərgin salaraq onların bütün fundamental hüquqlarını kobud şəkildə pozan Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən işğal dövründə kənd və şəhərlər dağıdılmaqla yanaşı, mədəni irs nümunələri məhv edilmişdir.
İşğal dövründə ərazilərimizə yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular isə 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanatın imzalandığı gündən bəri 140-dan çox insanın həlak olmasına və yaralanmasına səbəb olub.
Ermənistanın hərbi təcavüzü nəticəsində vaxtilə işğal olunmuş bu ərazilərə basdırılan minaların xəritələrinin tam açıqlanmasından imtina edilməsi, hətta Ermənistan ordusunun həmin ərazilərdən çıxarkən xüsusilə mülki ərazilərə işarələnməmiş minaları basdırması, son günlərə qədər təxribat diversiya qrupları vasitəsilə yeni minaların basdırılmasına cəhd etməsi onların daha çox insan tələfatına yol açmaqda və regionda yeni münaqişə ocaqlarının yaradılmasında maraqlı olduğunu göstərir.
Bununla da Ermənistan, beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və beynəlxalq ictimaiyyətə açıq hörmətsizliyi davam etdirir.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində insanların həyatı, sağlamlığı və təhlükəsizliyinə təhdid olan minalı ərazilərlə bağlı narahatlığımı bir daha ifadə edirəm.
Beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərin vicdanla icrasının və qarşılıqlı anlaşmanın əhəmiyyətini vurğulayaraq, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistan hərbi-siyasi rəhbərliyinin təcavüzkar və işğalçı siyasəti nəticəsində törədilmiş insan hüquqları pozuntularının, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozmaqla regionda törətdiyi müharibə cinayətləri ilə bağlı faktların beynəlxalq təşkilatlar tərəfindən araşdırılmasına, Ermənistanı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət bəsləməyə, mülki əhalinin həyat və sağlamlığı üçün təhlükə yaradan, fundamental insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş təxribatçı əməllərdən çəkinməyə, Beynəlxalq və regional təşkilatları, xarici ölkələrin Ombudsmanlarını və milli insan hüquqları təsisatlarını Ermənistanın regionda törətdiyi insan hüquqları pozuntularına münasibət bildirməyə, sülh naminə birgə səylər göstərməyə və qlobal həmrəyliyə çağırıram”.
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
Əfqanıstanda hakimiyyəti ələ alan radikal “Taliban” hərəkatı əfqan kişilərinə saqqallarını qırxmağı və bərbərxanalara getməyi qadağan edib. “Taliban” bu qərarı İslam “normaları”nın tələbləri ilə izah edib.
Bu barədə yerli “Ettelaat” qəzeti Helmand əyalətinin məlumat və mədəniyyət şöbəsinin müdiri Hafiz Rəşid Helmandiyə istinadən məlumat yayıb.
Hafiz Rəşidin sözlərinə görə, ötən həftənin sonunda bölgədə qüvvəyə minən məhdudiyyətlər bütün Əfqanıstana şamil olunur. Helmandın özündə, əvvəllər olduğu kimi, cənub-şərqdəki Qəndəhar əyalətində də musiqi qadağa qoyulub.

Согласно официальным предварительным результатам, опубликованным Федеральной избирательной комиссией, Социал-демократическая партия Германии (СДПГ) победила на выборах в Бундестаг, набрав 25,7% голосов.
Блок ХДС/ХСС действующего канцлера Ангелы Меркель получил 24,1% голосов, в комментариях СМИ отмечается, что это самый низкий в истории уровень ее поддержки. “Зеленые” получили 14,8% голосов, “Свободная демократическая партия Германии” (СвДП) – 11,5%, а “Альтернатива для Германии” – 10,3%. “Левые” набрали 4,9% голосов, не преодолев пятипроцентный барьер.
По результатам экзит-полов немецкие телеканалы давали различные прогнозы. Согласно опросу телеканала ZDF на выборах побеждали социал-демократы, тогда как канал ARD отмечал равенство голосов у СДПГ и ХДС/ХСС.
Парламентские выборы прошли в Германии в воскресенье. Ангела Меркель не выставляла свою кандидатуру на этих выборах и покинет должность канцлера после 16 лет у власти.
Источник: “Интерфакс”

“Almaniya Sosial-Demokrat Partiyası” (SPD) 25,7 % səs toplayaraq Bundestaqa seçkilərdə qalib gəlib.
Bu barədə Almaniya Federal Seçki Komissiyasının açıqladığı ilkin rəsmi nəticələrdə bildirilir.
Hazırkı kansler Angela Merkelin CDU/CSU bloku 24,1 % səs toplayıb, KİV məlumatlarına görə bu, tarixdəki ən aşağı dəstək səviyyəsidir.
“Yaşıllar” 14,8 %, “Azad demokratik partiya” 11,5 %, “Almaniya üçün alternativ” 10,3 % səs toplayıb. “Solçular” isə 5 %-lik baryeri keçə bilməyiblər.
“Exit poll” nəticələrinə görə Almaniya telekanalları fərqli proqnozlar veriblər. ZDF telekanalının keçirdiyi sorğuya görə, Sosial-demokratlar seçkilərdə qalib gəlib, ARD kanalı isə SPD ilə CDU/CSU arasında səs bərabərliyini qeyd edib.
Almaniyada parlament seçkiləri bazar günü keçirilib. Angela Merkel bu seçkiyə qatılmayıb və 16 il hakimiyyətdə olduqdan sonra kansler postunu tərk edəcək.
//Gazeta.ru

Как минимум три исключительно осведомленных высокопоставленных источника (не азербайджанских!) рассказали мне, что 27 сентября 2020 года именно вооруженные силы Армении первыми нанесли массированный удар с использованием артиллерии и РСЗО по территории Азербайджана – пресловутая “доктрина Тонояна” в действии.
Об этом в своем Telegram-канале написал главный редактор российского журнала “Национальная оборона”, военный эксперт Игорь Коротченко.
По его мнению, замысел данной провокации был разработан и утвержден министром обороны Армении Давидом Тонояном в августе 2020 года.
“В Ереване думали, что инициированные армянской стороной взаимные “перестрелки” продлятся дней пять-шесть – на этом все и завершится, а Армения в очередной раз продемонстрирует “молодецкую удаль и мощь”. Так действуют гопники, когда пытаются взять на понт.
Армения хотела держать Азербайджан “в тонусе” – в ответ в Баку было принято решение наказать провокатора по полной – началась контрнаступательная операция “Железный кулак” с самыми решительными целями. Уже на пятый день Минобороны Армении утратило централизованное управление войсками. Через 44 дня армянская армия была разгромлена, Ереван капитулировал”, – написал И.Коротченко.

“Azı üç məlumatlı və yüksək rütbəli mənbədən (azərbaycanlı deyil!) mənə bildirilib ki, 2020-ci il sentyabrın 27-si məhz Ermənistan Silahlı Qüvvələri bədnam “Tonoyan doktrinası”nı işə salaraq artilleriya, reaktiv yaylım atəşi sistemlərindən istifadə etdi və Azərbaycan ərazisinə genişmiqyaslı zərbə endirdi”.
Bu barədə Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko özünün “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, bu təxribatın planı Ermənistanın müdafiə naziri David Tonoyan tərəfindən 2020-ci ilin avqustunda hazırlanıb və təsdiqlənib.
“İrəvanda, Ermənistan tərəfinin başladığı qarşılıqlı “atışmaların” beş-altı gün davam edəcəyi, bununla da sona çatacağı, Ermənistanın isə bir daha “cəsarətli şücaət və güc” nümayiş etdirəcəyi düşünülürdü. “Qopnik”lər (quldurlar – red.) qorxutmaq istəyəndə belə edirlər.
Ermənistan Azərbaycanı “tonusda” saxlamaq istəyirdi. Bakı buna cavab olaraq təxribatçının tam cəzalandırılması barədə qərar qəbul etdi – “Dəmir yumruq” əks-hücum əməliyyatı ən qətiyyətli hədəflərlə başladı. Artıq beşinci gün Ermənistan Müdafiə Nazirliyi qoşunların mərkəzləşdirilmiş idarəetməsini itirdi. 44 gündən sonra Ermənistan ordusu darmadağın edildi, İrəvan kapitulyasiya etdi”, – deyə İ.Korotçenko sözlərini yekunlaşdırıb.