Month: September 2021

  • “Taliban”: Kabil hava limanı beynəlxalq uçuşlara hazırdır

    Əfqanıstan paytaxtındakı Həmid Karzay hava limanının texniki çatışmazlıqları aradan qaldırılıb.

    Bu barədə “Taliban” hökumətinin XİN təmsilçisi Əbdül Bahar Bəlxi bildirib.

    O, bütün hava nəqliyyatı şirkətləri ilə əməkdaşlığa açıq olduqlarını bəyan edib.

    Həmçinin, hava limanının artıq beynəlxalq uçuşlar üçün hazır olduğunu açıqlayıb.

  • Rusiyalılar zibil yeşiklərindəki vaxtı ötmüş məhsullar üçün “mübarizə” aparır – VİDEO

    Rusiyada supermarket önündəki zibil yeşikləri əsl mübarizə meydanına çevrilib.

    İnsident Novosibirskdə baş verib.

    Görüntülər sosial şəbəkələrdə yayılıb.

    Burada bir qrup, başlıca olaraq yaşlı şəxslərin supermarketin önündəki zibil yeşiklərinə atılan vaxtı ötmüş məhsulları əldə etmək uğrundakı canfəşanlığı əks olunub.

    Onlardan biri rahatlıq üçün özü ilə taburet də gətirib.

  • Türkiyəli professor: “Turkovac” “Sinovac”a bərabər bir peyvənddir”

    Türkiyənin Hacəttəpə Tibb Universitetinin professoru Murad Akova koronavirusa qarşı yerli “Turkovac” peyvəndinin sınaqlarında iştirak edib.

    O, bugünədək vaksinin heç bir yan təsirinin görülmədiyini bildirib.

    Həkim Türkiyə peyvəndinin əksər xüsusiyyətlərinə görə Çinin “Sinovac” vaksiniylə eyni olduğunu bəyan edib.

    Alim, həmçinin bütün COVID vaksinlərinin təsirinin bir neçə aydan sonra azaldığını və hələ ki, vurisdan 100% qoruyan peyvəndin olmadığını vurğulayıb.

    //“Haber Global”

  • Nantdakı “Qarabağ” məktəbində Anım Günündən bəhs edilib

    Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbində 27 sentyabr – Anım Gününə həsr olunmuş dərs keçirilib.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərsdə şagirdlər ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan qəhrəman şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükütla yad ediblər.

    Masalarının üzərinə güllərin düzüldüyü və şamların yandırıldığı, qəhrəman şəhidlərin fotolarını köynəklərində daşıyan şagirdlərə bir il bundan öncə Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən əldə olunmuş parlaq Qələbə, həmin tarixi günə aparan 27 sentyabrda baş verənlər barədə ətraflı məlumat verilib.

    Qeyd edilib ki, xalqımız və dünyadakı azərbaycanlılar Vətənimizə böyük xidmət göstərən qəhrəmanlarımızın fədakarlığını heç bir zaman unutmayacaqlar.

  • Rusiyada rekord sayda COVID ölümləri qeydə alınıb

    Rusiyada son yeddi gün ərzində 5682 nəfər koronavirusun qurbanı olub.

    Bu, pandemiyanın başlanğıcından bəri ən yüksək həftəlik göstəricidir.

    Ölkədə yoluxma hallarının sayı da artıq ikinci həftə ardıcıl olaraq artır. 20-26 sentyabrda 145 985 nəfər COVID-ə tutulub ki, bu da ötən həftə ilə müqayisədə 8.5% çoxdur.

    Qeyd edək ki, son 24 saatda ölkədə 22 498 nəfərin koronavirus testi müsbət çıxıb.

    //TASS

  • Kanada mediasında dünya azərbaycanlılarının 27 sentyabrı Anım Günü kimi qeyd etmələrindən bəhs edilib – FOTO

    Kanadanın https://www.thej.ca yəhudi xəbər portalında 27 sentyabr – Anım Gününə həsr olunmuş “Azərbaycanda II Qarabağ müharibəsinin ildönümü ilə əlaqədar anım günü qeyd olunur” sərlövhəli məqalə yerləşdirilib.

    Siyasi şərhçi Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilib ki, 27 sentyabr tarixini – II Qarabağ müharibəsinin başladığı günü dünya azərbaycanlıları Anım Günü kimi qeyd edirlər. “Möhtəşəm qələbəyə görə minnətdarlıq əlaməti olaraq Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının 27 sentyabr tarixini Anım Günü kimi qeyd etmələrini, Azərbaycan hərbçilərinin xalqın azadlığı uğrunda canlarını fəda etmələrinin heç vaxt unudulmamasını təsbit edən sərəncam verdi”, – deyə müəllif əlavə edib.

    Müharibə dönəmində və sonra Ermənistan hökumətinin və erməni diasporunun I və II Qarabağ müharibəsi həqiqətlərini təhrif etmək, sülh razılaşmasına zidd davranışa cəhdlərini xatırladan siyasi şərhçi hesab edir ki, Azərbaycan xalqı milli yaddaşın heç vaxt silinməməsi naminə resurslarını həqiqətin qorunmasına və maariflənməyə sərf etməlidir. “Buna görə də bütün dünyada azərbaycanlılar 27 sentyabr tarixini Anım Günü kimi qeyd edirlər”, – deyə müəllif nəzərə çatdırıb.

    Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

    https://www.thej.ca/2021/09/23/azerbaijan-commemorates-memorial-day-marking-anniversary-of-second-karabakh-war/

  • İngiltərədə ərzaq qıtlığına çarə: Minlərlə şəxsə viza veriləcək

    Britaniyada Milad yaxınlaşdıqca ölkədəki tədarük böhranı daha qabarıq şəkildə özünü göstərəcək.

    Bunun qarşısını almaq məqsədilə xarici ölkələrdən 5000 yük avtomobili sürücüsü və 5500 toyuqçuluq sektoru əməkdaşına müvəqqəti viza veriləcək.

    Müvafiq məlumatı ölkənin Nəqliyyat Nazirliyi yayıb.

    Vizaların ilin sonunadək qüvvədə olacağı bildirilib.

    Qeyd edək ki, Britaniyada Breksit sonrası bir sıra peşə sahiblərinin, o cümlədən də yük avtomobil sürücülərinin çatışmazlığı yaşanır.

  • Экзитполы Германии фиксируют рекордный провал партии власти

    В Германии появляются предварительные первые итоги выборов нового, 20-го по счету бундестага. Многолетнее противостояние консерваторов от правящей партии ХДС/ХСС и социал-демократов, судя по данным экзитполов, разрешается не в пользу политического объединения Ангелы Меркель, которая уходит с поста канцлера.

    Как сообщается на сайте исследовательского института Mannheimer Forschungsgruppe Wahlen, данные экзитполов свидетельствуют о рекордно низкой поддержке партии ХДС/ХСС, которая набрала 24% голосов. При этом социал-демократы из СДПГ пока лидируют с 26%.

    Правящую партию возглавляет Армин Лашет, которого консерваторы выдвинули и на должность канцлера. У него два оппонента – Олаф Шольц от СДПГ и Анналена Бербок от “Союз-90″ (Зеленые”). Последние пока что идут на третьем месте – 14,5 %. Четвертое место занимают представители “Свободной демократической партии”, у них – 12%. Также в парламент проходят правая “Альтернатива для Германии” с 10% и “Левые” с 5%.

    По данным СМИ, Лашет и Меркель уже вышли к публике после объявления предварительных результатов. Как сообщает пресса, Меркель ушла с трибуны не сказав ни слова.

    Впервые с 1994 года действующий канцлер не будет бороться за переизбрание. Ангела Меркель, представляющая блок ХДС-ХСС, ранее сообщила об уходе из политики при любых результатах выборов. Она останется исполняющей обязанности канцлера до формирования нового кабинета министров. Чаще всего это происходит через 4-6 недель после выборов, однако в 2017 году процесс затянулся на 5,5 месяцев.

    Источник: profile.ru

  • Almaniyadakı parlament seçkilərində “Exit-poll” nəticələri: Merkelin partiyası uduzdu

    Almaniyada keçirilən parlament seçkilərində “exit poll”ların nəticələri açıqlanıb.

    ZDF telekanalının sifarişi ilə keçirilən sorğuda Sosial-Demokratların 26% səs qazandığı, Xristian-Sosialist və Xristian-Demokratlar İttifaqları blokunun isə 24% səs əldə etdiyi bildirilib.

    ARD telekanalının sorğusu isə rəqiblərin hər ikisinin 25% səsə malik olduqlarını göstərib.

    Artıq Sosial Demokratların seçki qərargahından partiyanın yeni hökuməti formalaşdırmaq üçün mandat əldə etdiyi barədə xəbər yayılıb.

    Ümumilikdə, bu iki siyasi təşkilatla yanaşı, “Yaşıllar”, “Azad demokratik partiya” və “Almaniya üçün alternativ” partiyalarının sayca 20-ci parlamentdə təmsil oluanacağı qeyd edilib.

  • В Азербайджане отмечается День памяти шехидов

    Сегодня в Азербайджане отмечается День памяти в знак глубокого почтения к нашим солдатам и офицерам, всем шехидам, героически сражавшимся в ходе Отечественной войны и отдавшим свои жизни за восстановление территориальной целостности страны.

    В связи с этим планируется проведение ряда мероприятий.

    В этот день в местах религиозного поклонения – мечетях, церквях, синагогах – будут поминать шехидов, читать молитвы за упокой их душ.

    В 12:00 на всей территории страны будет объявлена минута молчания.

    Вечером на ряде зданий, оснащенных специальной системой подсветки, в том числе Центре Гейдара Алиева и Flame Towers, будет спроецировано изображение флага Азербайджана. Общественное объединение “Региональное развитие” при Фонде Гейдара Алиева проведет памятные мероприятия.

    По случаю Дня памяти центральные и местные структуры исполнительной власти также организуют ряд акций по всей стране. Мероприятия будут проведены и за пределами Азербайджана.