Month: September 2021

  • Bakıda küçədə yıxılan gəncin gözü kor oldu

    Bakıda bədbəxt hadisə baş verib.

    “Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

    Belə ki, 1996-cı il təvəllüdlü İsmayılov Elməddin İlham oğlu ehtiyatsızlıqdan yıxılaraq göz nahiyəsi yol kənarındakı səkiyə dəyib.

    Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Yaralı dərhal əməliyyata götürülüb. Əməliyyatdan sonra müəyyən olunub ki, E. İsmayılovun bir gözü görmə qabiliyyətini itirib.

    Hazırda xəstə həkim nəzarətindədir.

  • Территории, освобожденные 27 сентября 2020 года – СПИСОК

    Ровно год назад азербайджанская армия в ответ на очередную армянскую провокацию начала контрнаступательную операцию по освобождению отечественных земель от 30-летней оккупации.

    С первого дня наша армия освободила несколько населенных пунктов и стратегические высоты.

    Перечень городов, поселков и сел, освобожденных от армянской оккупации 27 сентября 2020 года:

    – села Гараханбейли, Гервенд, Кенд Горадиз, Юхары Абдуррахманлы Физулинского района;

    – села Беюк Марджанлы и Нюзгар Джебраильского района;

    – высоты на Агдеринском и Муровдагском направлениях.

  • Sentyabrın 27-də azad olunan ərazilər – SİYAHI

    Bir il əvvəl Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızın azad olunması üçün əks-hücum əməliyyatlarına başladı.

    Hücum əməliyyatlarının başlandığı ilk gündən Müzəffər Ordumuz bir neçə yaşayış məntəqəsini və strateji yüksəklikləri azad etdi.

    Sentyabrın 27-də azad olunan əraziləri təqdim edirik:

    – Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri;

    – Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri;

    – Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəkliklər.

  • Azərbaycanda professor vəfat etdi

    Azərbaycanda tanınmış professor vəfat edib.

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, Dövlət Dil Komissiyasının üzvü, professor Buludxan Xəlilov ötən gecə dünyasını dəyişib.

    O, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib.

    Qeyd edək ki, Xəlilov Buludxan Əziz oğlu 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olub. Publisist, dilşünas, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

    //oxu.az

  • МИД Азербайджана распространил заявление в связи с Днем памяти

    Министерство иностранных дел Азербайджана распространило заявление в связи с 27 сентября – Днем памяти.

    В заявлении говорится:

    “Год назад в этот день Вооруженные силы Азербайджанской Республики приступили к ответным мерам для предотвращения очередной военной провокации вооруженных сил Армении.

    Они были осуществлены в рамках права на самооборону и с полным соблюдением международного гуманитарного права в целях предотвращения очередной военной агрессии Республики Армения и обеспечения безопасности гражданского населения. Это положило начало 44-дневной Отечественной войне.

    Отечественная война положила конец политике агрессии Армении, которая длилась почти 30 лет, Азербайджан обеспечил свою территориальную целостность, были восстановлены фундаментальные права около одного миллиона азербайджанцев. Азербайджанская Республика самостоятельно обеспечила выполнение соответствующих резолюций Совета Безопасности ООН от 1993 года.

    Прекращение оккупации азербайджанских территорий выявило незаконную деятельность Армении на этих землях, длившуюся десятилетиями. К ней относятся: повсеместное минирование, целенаправленное уничтожение и присвоение исторического, культурного, религиозного наследия Азербайджана, разграбление природных ресурсов, разрушение инфраструктуры и другие нарушения международного права. Также были обнаружены доказательства многочисленных военных преступлений Армении. Для привлечения Армении к ответственности за нарушение международного гуманитарного права и прав человека Азербайджан обратился в Европейский суд по правам человека и Международный суд.

    Правительство Азербайджана, которое в настоящее время проводит работы по восстановлению и реконструкции на освобожденных территориях, принимает меры для обеспечения безопасного и достойного возвращения около миллиона азербайджанских вынужденных переселенцев в свои дома и реинтеграции этих земель, обеспечения устойчивого мира, безопасности и процветания в регионе в соответствии с трехсторонним заявлением от 10 ноября 2020 года.

    Победа, одержанная армией Азербайджана под руководством Президента, Верховного главнокомандующего Вооруженными силами Ильхама Алиева, открыла новый период в истории Азербайджана, изменила реалии в регионе и установила международную справедливость.

    Азербайджан готов к нормализации отношений с Арменией на основе строгого соблюдения принципов международного права, в частности, суверенитета, территориальной целостности и нерушимости международных границ. Призываем Армению уважать эти фундаментальные принципы и соблюдать свои международные обязательства во имя обеспечения мира, безопасности и процветания в регионе.

    27 сентября, которое в соответствии с распоряжением Президента Азербайджана отмечается в нашей стране как День памяти, с глубоким уважением чтим память всех наших шехидов, погибших за независимость, суверенитет и территориальную целостность Азербайджана”.

  • Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb

    Azərbaycanın Xarici İşlər Nazirliyi 27 sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə bağlı bəyanat yayıb.

    Bəyanatda deyilir:

    “Bir il bundan öncə bu gün, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistan Respublikasının silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını almaq üçün cavab tədbirlərinə başladı.

    Bu tədbirlər Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə həyata keçirildi. Bu, 44 günlük Vətən müharibəsinin başlanğıcını qoydu.

    Vətən müharibəsi Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoydu, Azərbaycan ərazi bütövlüyünü təmin etdi, bir milyona yaxın azərbaycanlının fundamental hüquqları bərpa edildi. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdi.

    Azərbaycanın ərazilərinin işğalına son qoyulması bu torpaqlarda Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən qeyri-qanuni fəaliyyəti geniş şəkildə üzə çıxardı. Buraya kütləvi şəkildə minaların basdırılması, Azərbaycanın tarixi, mədəni, dini irsinin məqsədli şəkildə məhv edilməsi, mənimsənilməsi, təbii ehtiyatların talan edilməsi, infrastrukturun darmadağın edilməsi və digər beynəlxalq hüquq pozuntuları daxildir. Həmçinin Ermənistanın çoxsaylı müharibə cinayətlərinə dair dəlillər aşkar edildi. Ermənistanı beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularına görə məsuliyyətə cəlb edilmək üçün Azərbaycan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə müraciətlər etdi.

    Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərini həyata keçirən, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atan Azərbaycan Hökuməti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində tədbirlər görür.

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ordusunun şücaəti nəticəsində əldə etdiyimiz Qələbə Azərbaycan Respublikası tarixinin yeni dövrünü açdı, bölgədəki reallıqları dəyişdi və beynəlxalq ədaləti bərqərar etdi.

    Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Biz Ermənistanı bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə bu fundamental prinsiplərə hörmət etməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq.

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə Anım Günü kimi qeyd edilən 27 sentyabr tarixində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik”.

  • Britaniya şahzadəsi yeni telekanal açıb

    Britaniya şahzadəsi Çarlz iqlim dəyişikliklərinə həsr edilmiş yeni telekanal açıb.

    RE:TV telekanalı “Amazon Prime” ilə əməkdaşlıq sazişi çərçivəsində fəaliyyətə başlayıb.

    Kral ailəsinin üzvü bəyan edib ki, o, insanların diqqətini mövcud iqlim problemlərinə yönəltmək üçün ömrünün xeyli hissəsini sərf edib.

    O, Britaniya sakinlərini qlobal miqyaslı məsələyə daha həssas yanaşmağa çağırıb.

  • Мехрибан Алиева поделилась публикацией в связи с Днем памяти – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева на своей официальной странице в Instagram опубликовала пост в связи с Днем памяти шехидов.

    “Дорогие сестры и братья!

    Сегодня мы чтим память шехидов Отечественной войны. Память героев, отдавших свои жизни во имя Славной Победы. Продемонстрировав истинный пример патриотизма и преданности Родине, своим бесстрашием, мужеством, волей и силой духа они сокрушили оккупанта и восстановили территориальную целостность нашей страны.

    Выражаю благодарность родителям, воспитавшим таких отважных сынов, чьи имена навеки вошли в историю Азербайджанского государства, и прошу Всевышнего ниспослать им терпение. Отдаем дань памяти ни в чем неповинным гражданам, погибшим в дни войны.

    Да упокоит Аллах души всех наших шехидов. Пусть Всевышний всегда будет милосерден к нашему народу!” – говорится в публикации.

  • Mehriban Əliyeva Anım Günü münasibəti ilə paylaşım edib – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Anım Günü münasibəti ilə “Instagram” hesabında paylaşım edib.

    “Əziz bacılar və qardaşlar!

    Bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər.

    Adları əbədi olaraq Azərbaycan dövlətinin tarixinə həkk olunmuş bu cür igid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkürümü bildirir, Uca Tanrıdan onlara səbir diləyirəm. Müharibə günlərində həlak olmuş günahsız vətəndaşlarımızın xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Uca Tanrı hər zaman xalqımızı qorusun!”, – paylaşımda qeyd olunub.

  • Bill Qeytsdən Bezos və Maska çağırış: “Dünyada görüləcək çox işimiz var”

    Dünyanın ən zəngin insanlarından olan Bill Qeyts öz “həmkarları” Ceff Bezos və İlon Maska müraciət edib.

    O, mutimilyarderlərin kosmosun fəthi uğrunda savaşa çıxmasının yanlış olduğunu bildirib.

    “Microsoft”un təsisçisi “Amazon” və “Tesla”nın sahiblərinə dünyadakı mövcud problemlərə daha çox diqqət ayırmağı tövsiyə edib.

    “Kosmos? Hələ dünyada görüləcək çox işimiz var”, – deyə Qeyts bəyan edib.