Month: September 2021

  • Прогноз погоды в Азербайджане на 25 сентября

    25 сентября в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами пасмурная погода. Ночью и утром местами ожидаются дожди, порывистый северо-западный ветер днем сменится северо-восточным.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха в столице и на Абшероне составит ночью 17-19, днем – 21-25 градусов тепла.

    Атмосферное давление – 760 мм ртутного столба, что в пределах нормы, относительная влажность воздуха – 65-75%.

    Завтра в некоторых районах Азербайджана ожидаются грозы, дожди, местами ливни, град, порывистый западный ветер.

    Температура воздуха ночью – 13-16, днем – 21-25, в горах ночью – 5-9, днем – 10-15 градусов тепла.

  • Sabah hava necə olacaq?

    Sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

    Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 17-19, gündüz 21-23, Bakıda gecə 17-19, gündüz 21-23 dərəcə olacaq.

    Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

    Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

    Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 13-16, gündüz 21-25, dağlarda gecə 5-9, gündüz 10-15 dərəcə olacaq.

  • Задержан подозреваемый в краже денег и медали участника Отечественной войны – ВИДЕО

    Житель поселка Бина Хазарского района Баку сообщил в службу 102 МВД о том, что из его дома были похищены 3 750 манатов, обручальное кольцо и медаль “За освобождение Ходжавенда”, полученная им за участие в Отечественной войне.

    Об этом сообщили в пресс-службе МВД.

    По подозрению в совершении этого преступления был задержан ранее неоднократно судимый житель столицы Рашад Алиев.

    Во время обыска в его доме были обнаружены украденные деньги и вещи.

    В своих показаниях Р.Алиев признался в содеянном.

    Собранные по данному факту материалы направлены в следственный отдел Хазарского РУП.

  • Vətən müharibəsi qazisinin pulunu və medalını oğurlayan şəxs saxlanıldı – VİDEO

    Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti Zəng Mərkəzinə məlumat verərək yaşadığı evdən 3 750 manat, nişan üzüyü və 1 ədəd Vətən müharibəsində iştirak etdiyi üçün ona dövlət tərəfindən verilən “Xocavəndin azad olunmasına görə” medalının oğurlandığını bildirib.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Əliyev saxlanılıb.

    Onun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oğurladığı pul vəsaitləri və digər əşyalar aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb və sahibinə qaytarılıb.

    Rəşad Əliyev ifadəsində etdiyi hadisəni etiraf edib.

    Faktla bağlı 3-cü PB-də toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

    “Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər”, – mətbuat xidmətindən bildirilib.

  • Задержан мужчина, пытавшийся незаконно проникнуть в Кельбаджар

    Сотрудники Гейгельского РОП 17 сентября задержали мужчину, пытавшегося незаконно проникнуть в Кельбаджар.

    Как сообщили в гянджинской региональной группе пресс-службы МВД, им оказался житель села Тоганалы Заман Вердиев.

    В отделение полиции с ним были проведены профилактические беседы на предмет того, что мины и взрывчатые вещества могут представлять опасность для жизни.

    В его отношении было применено административное взыскание.

  • Kəlbəcərə qanunsuz keçmək istəyən şəxs saxlanıldı

    Sentyabrın 17-də Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kəlbəcərə qanunsuz keçmək istəyən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, müvafiq icazə olmadan getmək istəyən rayonun Toğanalı kənd sakini Zaman Verdiyev saxlanılıb.

    Həmin şəxs polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onun həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib.

    Məhkəmənin qərarı ilə Z.Verdiyev barəsində inzibati tənbeh tədbiri görülüb.

  • В Азербайджане в канале утонул человек

    На горячую линию МЧС 112 поступила информация о том, что в части Верхне-Карабахского канала, проходящей по территории села Алпоут Бардинского района, утонул человек.

    К месту происшествия была привлечена поисковая группа Государственной службы по контролю за маломерными судами и спасению на водах МЧС.

    Дополнительная информация будет предоставлена позже.

  • Azərbaycanda bir nəfər kanalda batıb

    Yuxarı Qarabağ kanalında bir nəfər batıb.

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

    FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Əlavə məlumat veriləcək.

  • Ильхам Алиев оценил роль Владимира Путина в урегулировании конфликта в Карабахе

    Президент России Владимир Путин сыграл активную роль в урегулировании вооруженного конфликта в Карабахе осенью 2020 года, заявил Президент Азербайджана Ильхам Алиев в интервью журналу “Национальная оборона”.

    “Это было 8 ноября вечером. А 9 ноября мы договорились созвониться вновь, потому что Владимир Владимирович играл в происходивших событиях очень активную роль, он мои месседжи передавал (премьеру Армении Николу – прим. ред.) Пашиняну, а от него месседжи передавал мне. Это согласование шло до глубокой ночи и перевалило за полночь. По бакинскому времени это было 10 ноября, поэтому мы его и называем Заявлением от 10 ноября, в Москве же было 9 ноября”, – сказал И.Алиев.

    По его словам, текст в конечном итоге удалось согласовать.

    “Предполагалось, естественно, его подписание, но Владимир Владимирович попросил меня не настаивать на том, чтобы Пашинян подписывал это в нашем присутствии. Президент России – человек очень деликатный, очень тонкий, ко всем относится очень уважительно, и я сказал, что не буду настаивать, мне не нужны дополнительные какие-то моменты, связанные с унижением Пашиняна, потому что это унижение не человека, а страны, а это мы не можем себе позволить”, – сказал И.Алиев.

    Он подчеркнул, что с президентом России их связывают очень доверительные отношения.

    “Это важно между политиками, особенно политиками соседних стран, – доверять друг другу. Это именно то, что существует между нами. И, конечно, чувство глубокого взаимного уважения. Наши цели полностью совпадают”, – заявил лидер Азербайджана.

    По словам И.Алиева, он впервые рассказал Путину о войне в Карабахе по телефону 7 октября, в день рождения российского лидера.

    “Естественно, мы поддерживали регулярный контакт с президентом России Владимиром Владимировичем Путиным на разных этапах военных действий. После того как началась война, наш первый телефонный разговор состоялся 7 октября, в день его рождения. Традиционно я поздравляю Владимира Владимировича с днем рождения. И вот это был первый наш телефонный контакт с момента, когда уже 10 дней прошло после начала военных действий. Мы также обсуждали вопросы, как и что сделать, чтобы война была остановлена”, – сказал он.

  • İlham Əliyev: “Biz Şuşa şəhərini azad edəndən sonra Putin mənə zəng etdi”

    “Praktiki olaraq hərbi əməliyyatların ilk günlərindən etibarən mən jurnalistlərə müsahibələrimdə də, öz çıxışlarımda da, Azərbaycan xalqına müraciətlərimdə də dəfələrlə deyirdim ki, Ermənistanın baş naziri işğal altında olan ərazilərdən çıxacağı tarixi deyən kimi biz müharibəni dayandırmağa hazırıq. Mən bunu hərbi əməliyyatlar dövründə mənə zəng vuran, dayanmağımı tələb və ya xahiş edən Qərb liderlərinin çoxuna, Qərb ölkələrinin liderlərinə də demişəm. Mən deyirdim: Mən hazıram, söz verirəm və həmişə sözümün üstündə dururam, lakin mənə tarixi deyin. Siz istəyirsiniz, müharibə dayansın, mən də istəyirəm, tarix deyin, Ermənistan rəhbərliyi ilə danışın, mənə ərazilərin nə vaxt azad ediləcəyi tarix lazımdır. Bizə müharibə lazım deyil və mən bunu hərbi əməliyyatlar dövründə dəfələrlə açıq demişəm”.

    Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” (“Milli müdafiə”) jurnalına verdiyi müsahibədə deyib.

    “Hərbi əməliyyatların müxtəlif mərhələlərində biz Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə təbii ki, müntəzəm əlaqə saxlayırdıq. Hərbi əməliyyatlar başlanandan sonra bizim ilk telefon söhbətimiz oktyabrın 7-də, onun doğum günündə olub. Ənənəvi olaraq mən onu doğum günü münasibətilə təbrik edirəm. Hərbi əməliyyatlar başlayan andan artıq on gün keçmişdi və bu, bizim ilk telefon söhbətimiz idi. Biz müharibənin dayandırılması üçün nə etmək lazım olması məsələlərini də müzakirə etdik. Mənim təkliflərim vardı. Vladimir Vladimiroviç öz müsahibələrinin birində bu təklifləri qismən işıqlandırıb, buna görə də çox təfərrüata varmaq istəmirəm. Lakin artıq məlumdur ki, Rusiya tərəfi də bu təklifləri dəstəklədi, amma erməni tərəfi imtina etdi və mənim fikrimcə, faciəvi, məşum səhvə yol verdi. Ona görə ki, əgər o vaxt onlar mənim təklif etdiyim, Rusiya tərəfindən dəstəklənmiş planı qəbul etsəydilər, məğlubiyyət onlar üçün bu dərəcədə alçaldıcı olmazdı, həm bizim tərəfdən, həm də ermənilər tərəfdən minlərlə hərbi qulluqçu sağ qalardı. Yəni, bu insanların ölümündə məhz hərbi əməliyyatlar dövründə azı iki dəfə bu tarixi şansı əldən vermiş Ermənistan rəhbərliyi təqsirkardır. Onlar güman edirdilər ki, qərbli dostları onlara kömək edəcəklər. Onlar Rusiyadan açıq-aşkar narazılıqlarını bildirirdilər ki, nə üçün Rusiya onların tərəfindən döyüşmür. Hərçənd, Rusiyanın mövqeyi beynəlxalq hüquqa tam müvafiq idi, çünki hərbi əməliyyatlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyətində olan zonada deyil, Azərbaycan ərazisində aparılırdı, ermənilər özləri bunu çox gözəl bilməli idilər. Bundan əlavə, Paşinyanın və onun əlaltılarının baş katibini həbs etdirməklə bacardıqları qədər hörmətdən saldıqları həmin KTMT-yə narazılıq bildirməsi bir qədər təəccüb doğurur. Ümumiyyətlə, bu, hiddətləndirici faktdır, mənim fikrimcə dünya praktikasında belə hadisə olmayıb, – ermənilər KTMT-nin indiki baş katibinin təyin olunmasına bir il ərzində imkan verməyib, əslində, özlərini meydanoxuyucu tərzdə aparıb və bu davranış Ermənistanın dünya xəritəsində yerinə, roluna və əhəmiyyətinə əsla uyğun gəlmir.

    Buna görə dediyim mövzuya bir daha qayıdıram, mən dəfələrlə bu cür bəyanatlar etmişəm və bu mövqe Vladimir Vladimiroviç Putinə məlum idi. Biz Şuşa şəhərini azad edəndən sonra Vladimir Vladimiroviç mənə zəng vurdu və dedi ki, erməni tərəfi yerinə yetirməli olduğunu yerinə yetirməyə hazırdır. O soruşdu: “Siz öz mövqeyiniz üzərində dayanırsınızmı?” Mən dedim: “Bəli, mən öz mövqeyimi dəyişmirəm. Əgər onlar işğal altında qalan ərazilərdən öz qoşunlarını çıxaracaqları tarixləri bizə desələr, biz dayanırıq”. Bu, noyabrın 8-də axşam olmuşdu. Noyabrın 9-da isə biz bir daha zəngləşmək barədə razılığa gəldik, çünki Vladimir Vladimiroviç çox fəal rol oynayırdı, o, bir növ mənim ismarışlarımı Paşinyana, onun ismarışlarını mənə çatdırırdı. Bu, noyabrın 9-da səhər tezdən gecədən xeyli keçənə qədər davam etdi. Əlbəttə, razılaşdırılmalı məsələlər həddindən çox idi. Bütün bunlar belə avral rejimində cərəyan edirdi. Təsəvvür edin, düşmənçilik edən iki ölkə arasında sənədin mətni bir gün ərzində razılaşdırılmalı və təbii ki, həmin mətndə reallıqlar nəzərə alınmalı idi. Bu reallıqlar nəzərə alındı. Nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir. Həmin bu razılaşdırma gecədən xeyli keçənə qədər davam etdi. Bakı vaxtı ilə artıq noyabrın 10-u idi, buna görə biz həmin sənədi 10 noyabr tarixli Bəyanat adlandırırıq, Moskva vaxtı ilə ayın 9-u idi. Nəhayət, mətn razılaşdırıldı, təbii ki, onun imzalanması nəzərdə tutulurdu, lakin Vladimir Vladimiroviç məndən xahiş etdi ki, Paşinyanın da həmin sənədi bizim yanımızda imzalamasını israr etməyim. Rusiya Prezidenti çox nəzakətli, çox həssas insandır, hamıya çox hörmətlə yanaşır və mən dedim ki, israr etməyəcəyəm, qarşı tərəfin alçaldılması ilə bağlı hər hansı əlavə elementlər mənə lazım deyil, çünki bu, insanın yox, ölkənin alçaldılmasıdır, bunu isə biz özümüzə rəva görə bilmərik. Buna görə mən razılaşdım ki, biz həmin sənədi ikilikdə imzalayacağıq, lakin təbii ki, Paşinyanın da bunu haradasa imzalayacağına zəmanət olsun. Onun həmin sənədi harada imzalaması indiyə qədər məlum deyil. Mən dəfələrlə bu barədə açıq soruşmuşam, cavab almamışam, ola bilsin bir il keçəndən sonra biz bunu da biləcəyik, sadəcə, tarix üçün. Həmin gün barədə hələlik təqribən bu qədər deyə bilərəm”, – deyə, dövlət başçısı bildirib.